Respublika Uşaq Kitabxanası


 Yanvar – Yazıçı Nüşabə Məmmədlinin 65 illiyi, (1953)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə5/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   ...   146

14 

 

6 Yanvar – Yazıçı Nüşabə Məmmədlinin 65 illiyi, (1953) 



 

Nüşabə Məhəmmədəli qızı Məmmədli 1953-cü ilin yanvarın 

6-da  Azərbaycan  Respulikası  Ağdam  şəhərində  anadan  olmuşdur. 

1975-ci ildə Azərbaycan Xarici Dillər Universitetini bitirib təyinat 

yerində  işləmişdir.  1967-ci  ildə  yaradıcılıqla  məşğul  olan  Nüşabə 

Məmmədli 1970-ci ildən mütəmadi olaraq “Azərbaycan”, “Ulduz” 

jurnallarında,  “Azərbaycan  Gəncləri”  qəzetində  və  müxtəlif  adda 

yerli  mətbuatda  lirik  şeirləri,  hekayələri  və  povestləri  çap  edilib. 

“Arqumentı  i  faktı”,  “Komsomolskaya  pravda”  qəzetlərində 

Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir. Nüşabə 

Məmmədli ilk böyük həcmli “80 budağın hərəsindən bir yarpaq” sənədli povesti xalq 

yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr edib. Nüşabə xanımın ikinci 

kitabı  Qarabağ  əsir  qadınlarından  bəhs  edən  romanıdır  ki,  təkcə  bu  əsərə  görə 

Azərbaycanın  və  xarici  ölkələrin  müxtəlif  adda  mükafatlarına  layiq  görülmüşdür. 

Qəzet və  jurnallarda dərc edilmiş  onlarla bədii  əsərlərin  və  150-yə  yaxın publisistik 

məqalələrin  müəllifidir.  Nüşabə  Məmmədlinin  “Bu  bir  oyundur”  hekayələr  kitabı, 

“Göylərdən  keçən  ömür”  sənədli  povesti  və  “Vicdan  dustağı”  romanı  oxucular 

arasında böyük marağa səbəb olmuşdur. Nüşabə Məmmədlinin əsərləri rus, ukrayna, 

özbək, alman və ingilis dillərinə tərcümə edilmişdir. İstər vətəndən kənarda, istərsə də 

vətəndə  işlədiyi  bütün  vəzifələrdə  müxtəlif  mükafatlara  layiq  görülmüşdür.  Bunlar 

Rəsul Rza adına Beynəlxalq ədəbi mükafatın laureatı, Yaddaş milli mükafatı, Təzəpir 

məscidinin qədir bilən mömin xalqımıza bəxş edən unudulmaz ulu ana Nabat xanımın 

şərəfinə  təsis edilmiş  sərvət və səxavət  mükafatı, xan qızı  Natəvan  media  mükafatı 

laureatıdır.  Rusiya  Federasiyası  Yazıçılar  Birliyi  tərəfindən  Nüşabə   Məmmədli  rus 

dilində nəşr olunmuş “Ruladı ili Qlas Vopiöheqo v Pustıne” əsərinə, milli ədəbiyyata 

verdiyi töhvəyə görə Q. R. Derjavin adına ordenlə mükafatlandırılmışdır. 1997-ci ildə 

“Ədalət”  qəzetində  müxbir,  1999-cu  ildə  “Repartyor”,  2000-ci  ildə  isə  “Karvan” 

qəzetinin  baş  redaktoru  vəzifəsində  işləmişdir.  2005-ci  ildən  isə  Azərbaycan  Yazıçı 

Qadınlar  Cəmiyyətinin  Sədridir.  2007-ci  ildən  Azərbaycan  Yazıçı  Qadınlar 

Cəmiyyətinin  Mətbuat  Orqanı  “Yazıçı  Qadınlar  Jurnalı”nın  baş  redaktorudur. 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. 

Kitabları:  “Vicdan  dustağı”,  “Sevgi  xiyabanı”,  “Zəngulə”,  “Bu  bir  oyundur”, 

“Göylərdən keçən ömür”, “80 budağın hərəsindən bir yarpaq” və s. 



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 


15 

 

7 Yanvar – Şair Soltan Abbasın 85 illiyi, (1933) 

 

Soltan Abbas 1933-cü il yanvarın 7-də Neftçalanın Ballıcalı kəndində doğulub. 



Əmək  fəaliyyətinə  kənd  kitabxanasının  müdiri  kimi  başlamışdır.  Şair  ədəbi 

yaradıcılığa  ötən  əsrin  60-cı  illərində  başlamışdır.  “Damcı”,  “Mənə  çox  öyrəşmə”, 

“Tut  ağacı”,  “Yollar-ömür  yolum”,  “Səyyah  etdi  söz  məni”  və  digər  kitabların 

müəllifidir.  1974-cü  ildən  Neftçalada  fəaliyyət  göstərən  “Xəzər  nəğmələri”  ədəbi 

birliyinə  rəhbərlik  edir.  H.Zərdabi  adına  Gəncə  Dövlət  Pedoqoji  İnstitutunun  dil  və 

ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan 

dili  və  ədəbiyyat  fənnini  tədris  etmişdir.  Bədii  yaradıcılığa  1960-cı  illərdən 

başlamışdır.  Dövri  mətbuatda  vaxtaşırı  çıxış  edir.  “Sabir  poeziya  günləri”(1979), 

“Qızıl əllər” (1980), “Vətən nəğməsi” (1989), “Azərbaycan” (1991) almanaxlarında 

şeirləri  çap  olunmuşdur.  1985-ci  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvüdür. 

“Məmməd Araz” ali ədəbi mükafatına (1994) layiq görülmüşdür.  

Kitabları: “Damcı” (1979), “Mənə çox öyrəşmə” (1980), “Tut ağacı” (1984), “Yollar-

ömür yolum” (1989), “Rübailər” (2000),  “Qəzəllər” (2001), “Ömrün şəhidlik zirvəsi” 

(2003)  və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 

 


16 

 

12 Yanvar – Ədəbiyyatşünas Gülrux Əlibəylinin 90 illiyi, (1928-2016) 

 

 

 



 

 

 



 

Gülrux  Əlibəyli  12  yanvar  1928-ci  ildə  müəllim  ailəsində  dünyaya 

gəlib. Leninqrad  Universitetini  və  Moskvada  Qorki  adına  Dünya  Ədəbiyyatı 

İnstitutunun  aspiranturasını  bitirib.  1971-ci  ildən  1984-cü  ilədək  Azərbaycan  Xalq 

Təsərrüfatı  İnstitutunda  baş  müəllim,  daha  sonra  isə  fəlsəfə  kafedrasının  professoru 

olub. Azərbaycan  SSR  EA  (indiki Azərbaycan  Milli  Elmlər  Akademiyası)  Nizami 

adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1959-1971, fasilə ilə), Azərbaycan 

SSR Mədəniyyət nazirinin müavini (1962-1965) olmuşdur.1974-cü ildən Azərbaycan 

Xalq  Təsərrüfatı  İntstitutunda  (indiki  Azərbaycan  İqtisadiyyat  Unversiteti)  dərs 

demişdir. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və 

bədiilik  məsələlərinə  dair  əsərlərin,  ədəbi-tənqidi  məqalələrin  müəllifidir.  Gülrux 

Əlibəyli   Azərbaycanın  ən  tanınmış    ədəbiyyatşünası,  filologiya  elmləri  doktoru 

olmuşdur. 

Gülrux  Əlibəylinin  ilk  ədəbi  məqaləsi  1958-ci  ildə  Moskvda  “Ədəbiyyat 

Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də kino incəsənəti, 

teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli 

sayda  beynəlxalq  konfransların,  o  cümlədən  Beynəlxalq  Pen  Klubun  toplantısının 

iştirakçısı olub.  

Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, 

“Çırpınan  Dünyamız”,  “Dəyiş  Dünyamız”,  “Dağılan  Dünyamız”  kimi  20  kitabın 

müəllifidir. Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.  

 

Kitabları: “Yenilik uğrunda” , “Düşüncələr”, “Çırpınan dünyamız” və s.



  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

 



 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə