Rentgen şüalanmanın hansı xüsusiyyəti onun bioloji təsirini müəyyən edir?


KT müayinə metodunda əsasən hansı şüalardan istifadə



Yüklə 354,73 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix03.05.2018
ölçüsü354,73 Kb.
#41163
1   2   3   4   5   6   7   8   9   ...   14

80

KT müayinə metodunda əsasən hansı şüalardan istifadə 

olunur?

A) İnfraqırmızı şüalardan    B) Rentgen şüalarından

C) Alfa şüalarından    D) Pozitron şüalanma enerjisindən

E) Qamma şüalarından

81

Kompyuter tomoqrafiya digital rentgenoqrafiyadan nə ilə 

fərqlənir?                                                                                      

1. KT-zamanı üzvlərin aksial kəsikləri-skannerləri alınır.

2. Rentgenoloji müayinə zamanı şüalanma KT müayinəsindən 

10 dəfə artıq olur.

3. KT zamanı eyni vaxtda rentgen borusu və detektorlar xəstə 

ətrafında hərəkət edir.

4. KT zamanı kontrast maddə istifadə olunmur.

5. KT-də rentgenə görə daha kiçik ölçülü patoloji ocaqlar daha 

dəqiq aşkarlanır.

A) 1,2,4,5   B) 3,4    C) 1,3,5    D) 1,4,5     E) 3,4,5

82

Kəllənin yaş xüsusiyyəti hansıdır?

A) Tikişlərin vəziyyəti       B) Kəllə qapağın eni     C) Damar 

şırımlarının şəkli     D) Barmaq basıqlarının inkişafı dərəcəsi

E) Sinusların inkişafı

83

Hidrosefaliyanın yaranmasının əsas səbəbi nədir?

A) Bütün sadalanan düzdür    B) Anadangəlmə hal

C) İltihabi proseslər    D) Beyin şişi    E) Zədələr

84

Adenoidlərin rentgenoloji əlamətlərinə nə aiddir?

A) Ağız-qırtlaq hissəsində əlavə kölgəlik     B) Udlaq-qırtlaq 

hissəsində əlavə kölgəlik   C) Burun boşluğunda əlavə kölgəlik

D) Burun-udlaq hissəsində əlavə kölgəlik     E) Ağız-udlaq 

hissəsində əlavə kölgəlik

85

Nə döş qəfəsi orqanlarının normal kontrastlı 



rentgenoqramması sayılır?

A) Traxeyanın şəffaflığı fonunda heç bir fəqərənin 

görünməməsi

B) Mədənin qaz qovuğunun görünməsi      C) Traxeyanın 

bifurkasiyasının və baş bronxların görünməsi      D) Yuxarı üç-

dörd döş fəqərələrinin traxeya şəffaflığının fonunda görünməsi

E) Ürəyin fonunda bütün döş fəqərələrin gürünməsi

86

Ağciyərin  tam atelektazının xarakterik əlamətləri 



hansılardır?

A) Ağciyərin homogen,intensiv kölgələri      B) Divararalığı 

üzvlərinin atelektaz olan tərəfə çəkilməsi      C) Diafraqma 

kümbəzinin yuxarı qalxması   D) Qabırğaarası sahənin 

daralması     E) Hamısı düzdür



87

İlkin vərəm kompleksi üçün nə xarakterdir?

A) Ağciyərin kavernası    B) Payın kölgəliyi   C) İki tərəfli 

ocaqlı dəyişiklər      D) Bir tərəfdə ağciyərin spesifik iltihabi 

fokusu, limfangit və ağciyər kökündə limfatik vəzilərin 

böyüməsi

E) Quru plevrit

88

Klebsiellyoz  pnevmoniyasına nə işarə verir?

A) Payın kiçilməsi    B) İnfiltrasiya    C) Payın böyüməsi

D) Hissəli kölgəlik     E) Plevrit

89

Barium məhlulu və əlavə yapışqanlıq maddəsi ilə qida 



borusunun rentgenoloji müayinəsi nə zaman faydalı ola 

bilər?

A) Udma aktının pozulması    B) Kardiyanın axalaziyası 

zamanı

C) Divertikullar zamanı      D) Damarların varikoz 



genişlənməsi zamanı       E) Retrokardial nahiyənin 

(seqmentin) xərçəngi zamanı

90

“Döş mədəsi”ndə qida borusu necə olur?

A) Genişlənir    B) Girintili-çıxıntılı   C) Ştoporvari 

(propkaazan) - qida borusu     D) Deformasiyaya məruz qalır

E) Qısa olur

91

Mədə konturlarından kənara çıxan üçqat taxça, mədənin 

çapıqlı deformasiyası  nəyə xarakterikdir?

A) İnfiltrativ xora xərçəngi    B) Bezoar     C) Kəskin xora

D) Divertikul      E) Penetrasiya edici xora

92

Mədənin hansı rezeksiyasından sonra adətən anastomozun 



peptik xorasına rast gəlinir?

A) Bilrot-I şişə görə    B) Hamısı düzgündür     C) Bilrot-III 

xoraya görə    D) Bilrot-I xoraya görə    E) Bilrot-II 

rezeksiyasından sonra

93

Öd daşlarının  USM-də görüntüləri:

A) Dəqiq konturlu exoneqativ görüntü       B) Qeyri-dəqiq 

konturlu exoneqativ görüntü       C) Dəqiq konturlu hiperdens, 

exopozitiv törəmə, distal hissədə akustik kölgəliklə

D) Dəqiq konturlu hipodens törəmə,arxası ilə akustik kölgəlik

E) Dəqiq konturlu hiperdens törəmə,5mm-dən az ölçülü, 

akustik kölgəliklə



94

Mexaniki bağırsaq keçməməzliyinin bütün növləri üçün 

Mekonial keçməməzlikdən başqa ümumi rentgenoloji  

əlamət  hansıdır?

A) Bağırsaqda mayenin üfüqi səviyyələri və üstündə hava-

Kloyber kasaları və tağlar     B) Qarın nahiyəsində sərbəst qaz

C) Mədə-bağırsaq traktının topoqrafiyasının pozulması

D) Meteorizm əlamətləri     E) Qarın nahiyəsində sərbəst maye

95

Sol qulaqcığın atriomeqaliyası nə vaxt müşahidə olunur?

A) Mitral qapaqların çatışmazlığında      B) Fallo tetradasında

C) Qulaqcıqlararası arakəsmə deffektində     D) Miokarditdə

E) “Zireh ürəy”ində

96

Aortal stenozun ilkin əlaməti

A) Aorta genişlənir   B) Sol mədəcik genişlənir  C) Sol 

qulaqcıq kiçilir   D) Ağciyər arteriyaları kiçilir  E) Sağ 

mədəcik kiçilir

97

Bilək sümüklərinin ən çox rast gələn travmaları hansıdır?

A) Üçkənarlı sümüyün sınığı       B) Ayparayabənzər sümüyün 

sınığı    C) Periayparabənzər əl çıxığı    D) Başlı sümüyün 

sınığı

E) Qayığabənzər sümüyün sınığı



98

Hematogen osteomielitin erkən rentgenoloji əlaməti 

hansıdır?

A) Periostal reaksiyası     B) Fistulun olması   C) Osteoskleroz

D) Kortikal qatın xırda ocaqlı destruksiyası   E) Yanaşı 

yumşaq toxumaların dəyişməsi

99

Uzun borulu sümüklərin əsasən hansı hissəsində sümük-

qığırdaq ekzostozlar inkişaf edir?

A) Diafiz   B) Metadiafiz   C) Metafiz   D) Apofiz   E) Epifiz

100

Hansı bədxassəli sümük şişlərində patoloji sümükyaranma 

müşəhidə olunur?

A) Osteolitik metastaz   B) Yuinq sarkoması    C) Prostat vəzi 

xərçənginin metastazlarında   D) Mielom xəstəliyi

E) Osteogen sarkoma




Yüklə 354,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə