17
Süd vəzindən hansı xarakterli ifrazatın gəlməsi
duktoqrafiya və ya qalaktoqrafiyaya mütləq göstərişidir?
A) İrinli ifrazat B) Qanlı və ya seroz xarakterli maye
C) Moloziv və ya irinli ifrazat D) İstənilən xarakterli maye
E) Moloziv ifrazat
18
Ürəyin ilkin rentgenoloji müayinəsi hansıdır?
A) Qida borusunun kontrastlaşması ilə döş qəfəsinin düz və
sol yan proyeksiyalarında rentgenoqrafiyası. B) Döş qəfəsin
polipozision rentgenoskopiyası C) Qida borusunun
kontrastlaşması ilə döş qəfəsin üç standart proyeksiyada
rentgenoqrafiya D) Yan proyeksiyada rentgenoqrafiya
E) Düz proyeksiyada rentgenoqrafiya
19
Nəyin hemodinamik artıq yüklənməsi “kəskin ağciyər
ürəyi”-nə səbəb olur?
A) Sağ qulaqcıq B) Sağ mədəcik C) Sol qulaqcıq
D) Sol mədəcik E) Aorta
20
Fallo tetradası:
A) Qırmızı ürək qüsuru B) Sağ qulaqcıq-sağ mədəcik arası
çəpərin defekti C) Aortanın dekstrapozisiyası D) Ağciyər
arteryasının stenozu E) Aortanın dekstrapozisiyası, sağ
mədəciyin hipertrofiyası,mədəciklər arası çəpərin yuxarı
defekti, ağciyər arteryasının stenozu
21
Sümüyün sıxlığı rentgenoqrammada nə ilə müəyyən
olunur?
A) Sümük toxumasının bütün maddələri B) Sümük mineralı
C) Su D) Sümük toxumasının orqanik maddələri E) Sümük
iliyi
22
"Cəllad" sınığı nədir və harada olur?
A) Atlasın yan kütlələrinin iki tərəfli sınığı B) Atlasın
cisminin sınığı C) C7- nin tin çıxıntısının sınığı D) C1-C2
fəqərəarası oynaqlar səviyyəsində, bəzən də C2-nin fəqərə
qövsü səviyyəsində sınığı və C2-nin C3-ə görə spondilolistezi
E) C1-in cisminin, yan kütlələrinin 2 tərəfli, yerdəyişmə ilə
sınıqları
23
Hansı xəstəliklər sarkomanı xatırladan patoloji
sümükyaranma ilə fəsadlaşır?
A) Mərmər xəstəliyi B) Osteopoykiliya C) Sümük
xondromatozu D) Başaçatmamış osteogenez E) Fibroz
displaziya
24
Vərəmli ostit üçün nə xarakterikdir?
A) Regional osteoporoz B) Sümüyün destruksiyası və
osteoporozu C) Periostal reaksiyas D) Heç bir cavab
düzgün deyil E) Sümüyün atrofiyası
25
Xondrodisplaziya (Ollye) ocaqları ən çox harada
müşahidə olunur?
A) Qabırğalarda B) Kəllə qapağı sümüklərində C) Uzun
borulu sümüklərdə D) Əl və ayaqın qısa borulu sümüklərində
E) Süngəri sümüklərdə
26
Osteomalyasiya nə deməkdir?
A) Kalsiyumun sümükdən “yuyulub aparılması” B)
Sümüyün yumuşalması C) Kalsiyum miqdarının sümüklərdə
həcm vahidinin azalması D) Yenidən sümük toxumasının
yaranmasında mineralizasiyasının pozulması və eyni zamanda
sümüklərdə mineralsız osteoid toplanması E) Yenidən sümük
toxumasının yaranmasında mineralizasiyasının artması
27
Seropozitiv revmatoidli artrit seroneqativ revmatizm
artritindən nə ilə fərqlənir?
A) Oynaq yarığın daralması B) Periostit C) Xırda əl və ayaq
oynaqların ikitərəfli simmetrik olaraq zədələnməsi D)
Çoxsaylı iri oynaqların zədələnməsi E) Oynaq səthələrin
eroziyaları
28
Paramaqnit tərkibli kontrast maddələr hansı müayinə
zamanı istifadə olunur?
A) MRT B) KT C) Rentgen D) Radionuklid E) USM
29
Böyrək aplaziyasının diaqnostikasında hansı üsul
dəqiqdir?
A) USM B) Ekskretor uroqrafiya C) Termoqrafiya
D) İcmal rentgenoqrafiya E) Arterioqrafiya
30
Hidronefrozu müəyyən etmək üçün hansı sadə, asan
üsulun tədbiqi məsləhətdir?
A) Radioizotop renossintiqrafiya B) Angioqrafiya
C) Retroqrad pieloqrafiya D) Ekskretor uroqrafiya E) USM
31
Böyrək daşlarının USM görüntüsü:
A) Qeyri-dəqiq konturlu exoneqativ kölgəlik B) Dəqiq
konturlu exoneqativ kölgəlik,akustik kölgəliklə C) Dəqiq
konturlu exopozitiv törəmə arxası ilə akutik kölgəlik ya
zəifləmə effekti D) Dəqiq konturlu exopozitiv törəmə,akustik
kölgəsiz E) 0,2 sm-dən böyük dəqiq konturlu exopozitiv
törəmə,arxası ilə akustik kölgəlik
32
Yumurtalıq xərçənginin müəyyənləşdirilməsi üçün hansı
metod dəqiq sayılır?
A) KT B) Fleboqrafiya C) MRT
D) Histerosalpinqoqrafiya (Metrosalpinqoqrafiya) E) USM
33
Anadan yeni doğulmuş uşaqlarda ağciyərin açılması nə
vaxt aşkar olunur?
A) 10 gün ərzində B) 1-ci aydan C) 48 saat müddətində
D) Anadan olan kimi bir neçə saat,gün və hətta aya qədər çəkə
bilər E) 1-ci həftədən
34
“Ağ döş qəfəsi” sindromu anadan yeni doğulmuş
uşaqlarda ağciyərlərin rentgenoqrammasında nə vaxt
müşahidə olunur?
A) Pnevmoniya zamanı B) Fetal mayenin ağciyərlərdə
qalması C) Yayılmış atelektazlarda- Gialin membran
sindromu D) Jene sindromunda E) Aspirasiya zamanı
35
“Qar qızı” (Qar qadını), ya "8" simptomu hansı
anomaliyada rast gəlinir?
A) Ağciyər venaların total anomal drenaji-ağ ciyər venalarının
boş venalara,ya sağ qulaqcığa açılması B) Ağciyər venaların
natamam anomal drenajı C) Qulaqcıqarası çəpərinin defekti
D) Mədəcikarası çəpərinin defekti E) Fallo tetradasının
qüsuru zamanı
36
Düz bağırsağın atreziyası nədir və rentgenoloji
diaqnostikası
A) Düz bağırsağın tamam olmamasıdır ( ageneziya) və
rentgenolji təyin edilmir B) Düz bağırsağın distal ucunun
anal dəliklə birlikdə tutulması- atreziyası olub,anal dəlik
nahiyyəsinə metal nişan qoyub ,uşağı başı aşağı, ayaqları isə
yuxarı tutaraq düz bağırsaqda ən yuxarıda olan hava ilə metal
nişan arasındakı məsafə ölçülür C) Ateziya qazanılma olub,
düz bağırsağın burulmasıdır və kolonoskopiya ilə təyin edilir.
D) Düz bağırsağın atreziyası per oral kontrastlı müayinə ilə
təyin edilir E)
Atreziya USM-lə təyin edil
37
Anadangəlmə pilorostenozun əsas simptomu nədir?
A) Mədənin pilorik sahəsinin uzanması və daralması
B) Mədənin çox genişlənməsi C) Hiperperistaltika
D) Antiperistaltika E) Kontrastın mədədən bağırsağa
keçməsinin ləngiməsi
Dostları ilə paylaş: |