Referat Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 27,32 Kb.
səhifə4/4
tarix15.01.2022
ölçüsü27,32 Kb.
#82897
növüReferat
1   2   3   4
Dövlət menecmenti referat

Tənqidlər


Dövlət menecmentinə qarşı bir sıra etirazlar irəli sürülmüşdür. Tənqid edənlər vətəndaşların “müştəri” adlandırlması və sahibkarlığın qəbul edilməsinə qarşı çıxırlar. Həmçinin dövlət sektorlarında özəl sektordakı kimi rəqabət mühiti olmadığına görə bu yanaşmanın dövlət idarəçiliyində istifadəsini mümkünsüz hesab edirlər. Tənqidçilərin bir qismi də, ölkənin rəqabət ilə idarə edilməsi nəticəsində xalqı hakimiyyətinin rəhbər işçilərin nəzarəti altında olan idarəetmə sistemlərinin kadrlarına ötürülməsi təhlükəsinə diqqət yetirirlər. Hal hazırda dövlət menecmentinin tətbiqində bir sıra əngəllər var: bazar iqtisadiyyatı ve menecment haqqında kifayət qədər biliyin olmaması, ənənəvi bürokratik əngəllər və s. Lakin müasir dövrün tələbləri sürətli adaptasiya və yüksək səmərlilik tələb etdiyi üçün, həm də bürokratik sistemlə müqayisədə dövlət menecmentinin üstünlüklərinin daha çox olduğuna görə dövlət menecmenti yanaşması bir çox inkişaf etmiş qərb ölkələrində, o cümlədən Azərbaycanda tətbiq edilir və inkişafı üçün tədbirlər həyata keçirilir. Bu tədbirlərə Birləşmiş Krallıqda 1991-ci ildə qəbul olunmuş “Vətəndaşların xartiyası”, Azərbaycanda yaradılmış ASAN xidmət və Dost agentliyi, Elektron hökumət və dövlət orqanlarının saytlarının açılması və s. nümunə göstərilə bilər.

Mənbələr:


https://schoolofpoliticalscience.com/new-public-management/

https://en.wikipedia.org/wiki/Christopher_Hood

https://en.wikipedia.org/wiki/New_Public_Management#Aspects

Dövlət idarəçilik nəzəriyyəsi . Dərslik – Bakı,“Elm və təhsil”,2010. – 552 səh.




Yüklə 27,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə