Referat Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 27,32 Kb.
səhifə3/4
tarix15.01.2022
ölçüsü27,32 Kb.
#82897
növüReferat
1   2   3   4
Dövlət menecmenti referat

Dövlət menecmentinin müddəaları


Dövət menecmentinin nümayəndələri açıq şəkildə M. Veberin bürokratik fikirlərinə qarşı çıxırlar. Dövlət menecmentinə aid 5 müddəa göstərmək olar:

  1. Müştəriyə istiqamətlənməsi - vətəndaş tələbatlarının əvvəllər dövlətin məsuliyyət dairəsində olmayan yeni sahələri hesabına məsuliyyət dairəsinin genişlənməsi. Dövlət müəssisələri öz başlıca əməliyyatlarını müştərilərin tələbatlarına ödəməyə yönləndirirlər. Bazar dinamikası (rəqabətin) və müştəri seçimindən istifadə edilir ki, əməkdaşlar həvəslənsin və müştəri haqqında düşünsünlər.

  2. Dövət strukturlarının fəaliyyətinin bazar qanunlarına uyğun qiymətləndirilməsi – qaydalara əməl olunmağa görə yox, nəticələrə görə cavabdehlik. Bu strukturlarda büdcə, işçi heyəti, təchizat sistemi təkmilləşdirilir, nəticədə təşkilatlar vəzifələrini sərbəst şəkildə yerinə yetirə bilirlər. Qurulan nəzarət sistemi səhv edənin cəzalandırılmasına yox, problemin həll olunmasına yönəlir.

  3. Dövlət agentlərinin fəaliyyətinin özəlləşdirilməsi – dövlət öz vəzifələrini müqavilə yolu ilə özəl təşkilatlara ötürür. Son onillliklər ərzində bəzi ölkələrdə, o cümlədən Yaponiya və İsveçrədə, bu fəaliyyət həyata keçirilir.

  4. İdarəetmənin bəzi vəzifələrinin yerli orqanlara ötürülməsi – özünü həmin orqanların işinin canlandırılmasında və dövlətin siyasəti məqsədlərinin reallaşdırılmasında qeyri-dövlət institutlarının potensialından istifadə miqyasının artımında biruzə verir. Əlavə olaraq, rəhbər vəzifələrdə çalışanlara yaranan problemlərin üstəsindən gəlmək üçün müstəqil qərar verməyə imkan verən səlahiyyətlər verilir.

  5. Səmərəli idarəetmədə işlənə biləcək metodların artırılması – nəticədə dövlət idarəetmə təcrübəsində strateji planlaşdırma kimi yeni bir menecment aləti yaranmışdır. Bununla yanaşı siyasi təhlil, hesabata nəzarət, maliyyə idaəetməsi, elektron vasitələrlə məlumatların işlənməsi, xərclərə nəzarət, xərclərin azaldılması və s. kimi özəl sektora xas metodlardan istifadə edilməyə başlanmışdır.

Yüklə 27,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə