Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə36/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

 
113 
haqqında  ətraflı  məlumat  vermiĢik.  Ġkinci  məqalədə  (“Elmi 
kadr hazırlığının problemləri”, “Azərbaycan” qəzeti,  26 noyabr 
2009)    elmi  kadr  hazırlığında  mövcud  vəziyyət  təhlil  edilib. 
Məqalədə  müdafiə  edilmiĢ  namizədlik  və  doktorluq  disser-
tasiyalarının  elm  sahələri  üzrə  paylanması,  aspitant  və  dis-
sertant qəbulunun dinamikası, kadr hazırlığının  keyfiyyəti, bu 
sahədə mövcud problemlər və onların aradan qaldırılma üsulları 
araĢdırılıb.  Ġctimaiyyətin  diqqətinə  təqdim  olunan  hazırki 
məqalə  isə  Azərbaycan  elminin  kadr  potensialının    keyfiyyət 
baxımdan təhlilinə həsr edilib. 
Milli  Strategiyada  mövcud  kadr  potensialı  haqqında,  yığ-
cam  da  olsa,  məlumat  verilib.  Belə  ki,  sənəddə  alimlərimizin 
sahə, elmi dərəcə və yaĢ həddinə görə bölgüsünü tapmaq müm-
kündür.  Kadr  potensialının  keyfiyyət  baxımdan  tam  təhlili  iri 
həcmli  araĢdırmalar  tələb  edir.  Ona  görə  də  ilkin  mərhələdə 
araĢdırmaları onun bir hissəsinin-xarici ölkələrdə yaĢayan alim-
lərin  yaradıcılığı  ilə  məhdudlaĢmaq  məqsədəuyğundur.  Doğ-
rudan  da,  tərkibinə  görə  müasir  Azərbaycan  elminin  kadr  po-
tensialı  bir  neçə  hissədən  ibarətdir.  Onun  sayca  ən  böyük 
hissəsini  hal-hazırda  ölkəmizin  elmi  institut  və  univer-
sitetlərində  çalıĢan  alimlər  təĢkil  edir.  Ikinci  hissə  sovet 
dövründən  və  ya  sonrakı  illərdən  etibarən  SSRĠ  və  MDB-nin 
müxtəlif  Ģəhərlərində,  əsasən  Moskvada  yaĢayan  tədqiqat-
çılardan  ibarətdir.  Nəhayət,  kadr  potensialının  üçüncü  kom-
ponenti Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən 
sonra xarici ölkələrin universitet və elmi mərkəzlərinə daimi iĢə 
dəvət  olunmuĢ,  orada  müxtəlif  beynəlxalq  qrantlar,  müddətli 
müqavilələr  hesabına  çalıĢan  alimlərdir.  Bu  qəbildən  olan 
alimlərimizin əsas kütləsi Türkiyənin universitetlərində iĢləyir. 
Ümumiyyətlə  isə onların məskunlaĢma coğrafiyası çox geniĢ-
dir: azərbaycanlı alimlərə ABġ və Kanadadan baĢlayıb Avstra-
liyaya qədər uzanan məkanda rast gəlmək mümkündür.  
Elmi  potensialın  keyfiyyətinin  qiymətləndirilməsində  bey-
nəlxalq  praktikada  qəbul  edilmiĢ  və  uğurla  tətbiq  olunan 


 
114 
meyarlardan  istifadə  etmək  lazımdır.  Ġstənilən  fəaliyyəti 
kəmiyyət  və  keyfiyyətinə  görə  dəyərləndirmək  mümkündür.  
Elmi  əməyin  kəmiyyət  göstəricisi  dərc  olunmuĢ  məqalə,  alın-
mıĢ patent, istehsalata tətbiq olunmuĢ nəticələrin sayıdır. Lakin 
hər bir yaradıcı fəaliyyət sahəsində olduğu kimi elmdə də əsas 
meyar  nəticənin  keyfiyyətidir.  Elmi  nəticənin  keyfiyyəti  isə 
onun  müəyyən  elm  sahəsi,  elmi  istiqamət  üçün  aktual  olan 
problemin  həllində  əhəmiyyətli  irəliləyiĢə  nail  olunmaqla, 
problemin tam həlli  ilə müəyyən edilir. Keyfiyyətli elmi nəti-
cələr,  bir  qayda  olaraq,  yüksək  təsir  əmsala  malik  olan  jur-
nallarda  çap  olunur  ki,  bu  göstərici  də  Tomson  Röyters 
Agentliyi  tərəfindən hesablanır və hər il elmi ictimaiyyətin diq-
qətinə çatdırılır. Elmi iĢin keyfiyyətinin ikinci göstəricisi məqa-
ləyə baĢqa tədqiqatçılar tərəfindən verilmiĢ istinadların sayıdır. 
Elmi  nəticəyə  istinadın  verilməsi,  onun  yeni  tədqiqatlarda 
istifadə  edilməsi  həmin  nəticənin  əhəmiyyətinin,  yüksək  key-
fiyyətinin təsdiqidir.  
Yuxarıdakı mülahizələrimizə konkretlik gətirmək məqsədi-
lə  bir  azərbaycanlı  alimin  nümunəsinə  müraciət  edək.  Bu, 
ictimaiyyətimizə yaxĢı tanıĢ olan professor Lütfi Zadədir. Mə-
lumdur ki, prof. Lütfi Zadə dünya elmində qeyri-səlis məntiqin 
yaradıcısı kimi məĢhurdur. Onun elmi yaradıcılığını rəqəmlərin 
dili  ilə  təhlil  edək.  Tomson  Röytersin  statistik  məlumatina 
əsasən  prof.  Lütfi  Zadə  200-dən  artıq  elmi  əsərin  müəllifidir. 
Bu  iĢlərə verilmiĢ toplam istinadların sayı isə 25 mindən  artıq-
dır.  Onun fundamental hesab edilən və 1965-ci ildə çap edilmiĢ 
“Fuzzy  Sets”  adlı  əsəri  indiyə  kimi  10  mindən  artıq  istinad 
toplayıb.  Bu  rəqəmlərin  arxasında  gizlənən  həqiqət  isə  ondan 
ibarərdir  ki,  qeyri-səlis  məntiq  kimi  elitar  elmi  istiqamətlə 
məĢğul  olan  hər  bir  alim  prof.  Lütfizadənin  əsərlərinə  istinad 
edir,  oradakı  ideya  və  nəticələrdən  bəhrələnir.  Dünya 
təcrübəsində topladığı istinada görə  məqalələrin təsnifat sxemi 
mövcuddur.  Belə  ki,  300-500-ə  qədər  istinad  toplamıĢ  məqalə 
“məĢhur”, istinadlar 500-dən çox olduqda isə “Ģöhrətli” adlanır. 


 
115 
Elmi əsərə istinad müəyyən həddi, məsələn 1000-i  keçdikdən 
sonra  onun  müvafiq  sahə  üçün  klassik  xarakter  aldığını  iddia 
etmək  olar.  Bu  izahatdan  sonra  təkcə  bir  əsəri  10  min  istinad 
toplamıĢ professor Lütfi Zadənin elmi Ģöhrətin hansı zirvəsində 
durduğu aydınlaĢır.   
Dünya elmində əsərlərinə on minlərlə istinad verilmiĢ alim 
kifayət qədərdir. Onların ən görkəmliləri Nobel, Filds və baĢqa 
nüfuzlü  beynəlxalq  mükafatların  laureatlarıdır.  Belə  mükafat-
larla yanaĢı  “ən çox istinad olunan məqalə” və “ən çox istinad 
olunan müəllif” anlayıĢları da mövcuddur. Məlumat bazaları və 
jurnallar  diqqəti  il  ərzində  ən  çox  istinad  toplamıĢ  iĢlərə 
yönəltməklə  elmi  qüvvələri  “qaynar  cəbhələrə”  istiqamət-
ləndirirlər.  Həmçinin,  fəaliyyəti  dövründə  əsərlərinə  minlərlə 
istinad  verilmiĢ  alimlərin  ümumi,  daim  yenilənən  reytinq 
siyahıları  tərtib  edilir.  Ġnstitut  və  mərkəzlərin,  universitetlərin 
reytinqləri hesablanarkən nəzərə alınan amillər arasında həmin 
təĢkilatlarda  iĢləyən  Nobel  mükafatçılarının,  ən  çox  istinad  
toplamıĢ alimlərin sayı mühüm yer tutur.  
Beynəlxalq  praktikada  müəyyən  sahələr  üzrə  çalıĢan 
alimlərin iĢlərinə verilmiĢ istinadlar barədə ətraflı məlumat əldə 
etmək  mümkündür.  Məsələn,  Amerika  Riyaziyyat  Cəmiy-
yətinin MathSciNet saytında dünya riyaziyyatçılarının, o cüm-
lədən Azərbaycan alimlərinin elmi əsərlərinə istinadların sayını 
və onların kimlər tərəfindən verildiyini öyrənmək olar. Nüvə və 
yüksək enerjilər fizikası üzrə mütəxəssislərin əsərləri haqqında 
ətraflı məlumatı isə ABŞ-ın Stenford Universitetindəki “Sten-
ford  Xətti  Sürətləndirici  Mərkəzi”-nin  (SLAC)  informasiya 
bazasında  tapmaq  mümkündür.  Üstünlüklərinə  baxmayaraq, 
konkret istiqamətlərə görə ixtisaslaĢan məlumat bazaları elmin 
baĢqa sahələri üzrə araĢdırmalar aparmağı qeyri-mümkün edir. 
Digər bir problem belə bazaların tərtibi zamanı istifadə olunan 
prinsiplərin  müxtəlifliyi  ilə  əlaqədardır.  Belə  ki,  əgər  Math 
SciNet  Amerika  Riyaziyyat  Cəmiyyəti  tərəfindən  tanınan  jur-
nallardakı istinadları nəzərə alırsa, SLAC hətta çap olunmamıĢ, 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə