Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   57   58   59   60   61   62   63   64   65

ictimaiyyətin səfərbər edilməsi məqsədilə yaradılan iri beynəlxalq 
təşkilat - Təbiətin və Təbii Resurslann Qorunması üzrə Beynəkalq 
İttifaq  (MSOP)  1948-ci  ilin  oktyabrmda  Fon-  teneblo  (Fransa) 
şəhərində keçirilən təsisçilər assambleyası tərəfindən yaranmışdır. 
Bu  təşkilat  dövlətlər,  Milli  və  beynəlxalq  təşkilatlar,  habelə 
təbiətin  mühafizəsi  məsələlərilə  məşğul  olan  ayrı-ayrı  şəxslər 
arasmda  əməkdaşhğa  kömək  göstərir.  MSOP-un  üzvləri  snasına 
ölkələrin  hökumətləri,  eləcə  də  ayn-ayn  dövlət  orqanları, 
təşkilatları, ictimai birliklər, təbiətin mühafizəsi işinə öz köməyini 
əsirgəməyən şəxslər daxil ola bilər. MSOP-un təbiəti mühafizə işi 
altı əsas istiqamətdə aparılır, bunların hər birinə komissiya (milli 
parklar, ekoloji hüquq, nadir növlər və s.) rəhbərlik edir. Dövlət və 
ictimai xadimlər, alimlər və digər şəxslər, ətraf mühitin mühafizəsi 
işində fəal iştirak edən mütəxəssislər komissiya üzvləri ola bilərlər. 
MSOP  bir  sıra  faydalı  tədbirlər  həyata  keçirmişdir:  su- 
bataqhq  yerlərin  mühafizəsi  üzrə  Beynəlxalq  konvensiyaların 
layihələrini  hazırlaımş,  heyvan  və  bitki  növlərinin  beynəlxalq 
satışımn məhdudiyyətinə dair qərar qəbul etmiş, xüsusi qorumağa 
ehtiyacı olan heyvan növlərinə dair məlumatı toplarmş, Beynəkalq 
«qırmızı kitab»ı nəşr etmişdir. 
MSOP  daxilində  Beynəkalq  və  Milli  ekoloji  hüququn 
işlənməsində  ekoloji  hüquq  komissiyası  mühüm  rol  oynayır. 
Komissiyanın  nəzdində  ekoloji  hüququn  Beynəkalq  mərkəzi 
fəaliyyət  göstərir  ki,  onun  da  nadir  Beynəkalq  ekoloji-hüquqi 
materiallar  kolleksiyası  vardır.  Kolleksiya  4  komponentdən 
ibarətdir:  1)  dünya  ölkələrinin  fəahyyətdə  olan  ekoloji 
qanunvericiliyinin külliyyatı; 2) ətraf mühitin mühafizəsi və təbii 
resurslardan  istifadənin  tənzimlənməsi  üzrə  Avropa  şurasımn 
aktlar  külliyyatı;  3)  Beynəkalq  ekoloji  hüququn  müqavilə, 
konvensiya,  razılaşma  və  digər  aktlar  külliyyatı;  4)  dünyamn 
müxtəlif  ölkələrindən  ekoloji  hüquqi  ədəbiyyatlar  külliyyatı. 
Komissiyamn  işində  89  dövlətin  300-dən  artıq  hüquqşünası 
fəaliyyət göstərir. 
öz fəaliyyətini ekoloji hüquqa sərf edən təşkilatlardan biri də 
ətraf mühitin hüquq üzrə Beynəkalq Şurasıdır ki, bu da 
195 


1969-cu  il  noyabrın  26-da  Nyu-DehHdə  (Hindistan)  təşkil 
edilmişdir. Bu təşkilat «Roma klubu» stilində fəaliyyət göstərərək
təbiətdən  istifadənin  və  ətraf  mühitin  mühailzəsinin  hüquqi 
tənzimlənməsi  sahəsində  mütərəqqi  ideyaların  generatoru  rolunu 
oynayır.  Təşkilat  «Ekoloji  siyasət  və  hüquq»  adlı  Beynəlxalq 
monoqrafiya nəşr edir. 
Çox illərdə xüsusilə BMT-nin ətraf mühitə dair 1992-ci ildə 
keçiriləcək  konfransına  hazırhq  dövründə  ekoloji  təmayüllü  bir 
sıra  dövlətlərarası  və  qeyri-hökumət  Beynəlxalq  təşkilatları 
yaranmışdır. Bu təşkilatlardan biri «Yer kürəsi şurası» adlanaraq, 
özünü  bəşəriyyətin  «ekoloji  vicdanı»  hesab  edir.  BMT-nin 
Rio-de-Janeyroda  keçirilən  Beynəbcalq  forumunda  166  ölkənin 
7000-dən artıq təşkilatı təmsil olunmuşdur. 
Beynəlxalq  ekoloji  hüquq  üzrə  məsuliyyət.  Ətraf  mühitin 
qorunması  və  təbii  resurslardan  istifadənin  tənzimlənməsi 
sahəsində  Beynəlxalq  ekoloji  hüquq  məsuliyyəti  Beynəlxalq 
ictimai  hüquqa  dair  məsuliyyətin  ümumi  sisteminin  hissəsidir. 
Başqa sözlə desək, bu, ekoloji hüququn pozulmasına görə alınan 
əlverişsiz  nəticələri  Beynəlxalq  qanun  pozuntusunun  üzərinə 
qoymaqdır.  Bu  o  deməkdir  ki,  həmin  qanunu  pozan  fiziki  və 
hüquqi  şəxs  ekoloji  tələbatı  və  vəzifələri  pozduğuna  görə, 
müəyyən 
edilmiş 
məhrumiyyətlərə, 
cəzaya, 
cərimələrə, 
məhdudiyyətlərə məruz qalmalıdır. 
Lakin  cinayət  və  rəhbəredici  məsuliyyət  kimi  kateqoriyalar 
tətbiq  edilən  məsuliyyət  tədbirləri  sisteminə  daxil  deyildir, 
həmçinin hər hansı bir Mquqi sanksiya siyahısı mövcud deyildir. 
Məsuliyyətin  siyasi  və  iqtisadi  xarakteri  təcrübə  sahəsində  üstün 
mövqeyə  malikdir.  Kompensasiya  -  əmlaka  vurulan  zərərin 
ödənilməsi Beynəlxalq ekoloji hüquq pozuntusuna görə daha çox 
yayılan məsuhyyət tədbirlərindən biridir. 
Ətraf  mühitin  beynəlxalq-hüquqi  mühafizəsinin  bəzi 
parametrlərinə  görə  ziyan  vuran  dövlət  dəyən  ziyanın  dəyərini 
ödəməli, əks təqdirdə beynəlxalq təşkilat hüquqi nöqteyi- nəzərdən 
çıxış  edərək,  ziyanverici  dövlətə  qarşı  müəyyən  tədbirlər  həyata 
keçirə bilər. 
196 


Digər  tərəfdən,  Beynəlxalq  hüquqi  doktrinanın  ümumi 
prinsiplərinə  uyğun  olaraq,  günahkar  dövlət  ona  qarşı  tətbiq 
ediləcək tədbirlərdən qurtarmaq üçün könüllü surətdə özünə qarşı 
tədbir  görməlidir.  Əgər  bu  baş  verməzsə,  məsələ  Beynəlxalq 
mübahisə  kateqoriyasma  keçərək,  qəbul  edilmiş  qaydaya  uyğun 
həll  edilir.  Belə  mübahisələrin  həUedilmə  üsulları  mübahisə 
aparan  tərəflərin  danışıqları  banşıq  üçün  qarşılıqlı  addım 
atmasından ibarətdir. 
Hazırda  Beynəlxalq  ekoloji  mübahisələr  tez-tez  baş  verən 
hadisə  olduğundan  məhkəmə  idarələrinin  yaranması  labüdlüyü 
meydana çıxdı. 
1993-
 
cü üin iyulunda Haaqada BMT Beynəbcalq məhkəməsi 
tərkibində  ekoloji  palata  («ekoloji  məsələlər  üzrə  kamera»)  təsis 
edildi. Onun tərtibi Beynəlxalq məhkəmənin üzvlərindən - yeddi 
müntəzəm hakimdən ibarət idi. 
1994-
 
cü  ilin  noyabrında  qeyri-dövlət  təşkilatı  -  Ekoloji 
Arbitraj və Barışma Beynəlxalq Məhkəməsi yaradıldı. Dk tərkibə 
24 ölkədən (Rusiya da daxil olmaqla) 29 hüquqşünas- ekoloq daxil 
edilmişdir.  Məhkəmənin  ilk  redaksiyada  -  nizamnaməsi  qəbul 
edildi.  Məhkəmənin  rəhbər  orqanlarımn  daimi  məskəni 
Mexiko-Siti  (Meksika)  və  San-Sebastian  (İspaniya)  şəhərləri 
seçildi. 
Digər məhkəmə orqanları da yaradılır. Belə orqanlar öz işini 
beynəlxalq ekoloji mübahisələri həll etmək üçün istiqamətləndirir 
(məsələn,  BMT  Konsepsiyası  üzrə  dəniz  hüququna  dair 
Beynəlxalq tribunal). 
197 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə