Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

Nitratlann  bitkilərə  intensiv  daxil  olması  ona  səbəb  olur  ki, 
onlar bütöv şəkildə mübadilə prosesinə qoşula bilmir, yarpaqlarda, 
köklərdə  və  gövdədə  toplanır,  bu  zaman  həddən  artıqlığı 
ammonyaka qədər qismən bərpa olunur. 
Nitratlann  çoxluğu  bilavasitə  bitkilər  üçün  qorxu  törətmir, 
ancaq onlar orqanizmə qida ilə bərabər düşürsə,  zəhərli nitritlərə 
çevrilir, onlar da amin və amidlərlə qarşıhqlı təsirə qoşıdur. 
İnsan  orqanizmində  nitratlann  toplanması  maddələr 
mübadiləsinin pozulmasına, allergiyaya, əsəb pozğunluğuna səbəb 
olur.  Qandakı  nitratlar  hemoqlobinin  2  valentli  dəmirini  3 
valentliyə  çevirir,  bu  da  oksigenin  ciyərlərdən  toxumalara 
keçməsini  pozur.  Nitratlann  orqanizmin  1  kq  bədən  kütləsinə  5 
mq-dan  artıq  dozada  daxil  olması  təhlükəyə  çevrilir.  Qida  ilə 
orqanizmə  daxil  olan  nitratlarm  sutkalıq  dozası  320  mq,  nitrit- 
lərinki isə 9 mq-dan artıq olmamalıdır. 
Tərkibində radionukleidlər olan radioaktiv tullantılar «ekoloji 
tələnin»  digər  nümunəsi  hesab  edilir.  Onlar  ətraf  mühitə  atom 
enerjisi  müəssisələrinin  sənaye  tullantıları  və  radioaktiv 
tör-töküntülərilə  daxil  olur.  Radioaktiv  tullantılar  dedikdə, 
tərkibində  radionukleidlər  olan,  istifadəyə  yararsız  olan  maye  və 
bərk material və əşyalar başa düşülür. Texniki fəaliyyət nəticəsində 
əmələ gələn radionukleidlər, tərkibində saxlayan bioloji və texniki 
zərərli maddələr də buraya daxildir. 
Radionukleidlər  radioaktiv  şüa  buraxan  element  izotopları 
olub, atmosferdən elektronlan çıxarma qabiliyyətinə malikdir. Belə 
şüalanma  ionizəedici  adım  daşıyır.  Liftlərin  bəzilərində  bütün 
izotoplar  radioaktiv  xassəyə  mahkdir.  Belələrinə  xüsusilə 
texnesium  prometium,  eləcə  də  D.K.Mendeleyevin  dövri 
cədvəlinin  poloniumdan  başlayaraq  transurana  qədərki  bütün 
elementləri daxildir. 
Yağıntılara səbəb olan atom silahlarının sınaqdan keçirilməsi 
mühitin radiasiya çirklənməsində böyük rolu olmuşdur. 
lonizasiya şüalanmasımn 3 növü ekoloji əhəmiyyətə malikdir. 
Korpuskulyar (2 növ) və elektromaqnit). 
Korpuskulyar şüalanma hissəciklər axınıdır, onlar helium 
66 


nüvəsi  (alfa-şualanma)  və  ya  sürətli  elektronlardır  (beta- 
şualanma). 
Elektromaqnit  ionizasiya  şüalanması  qamma  şüalanması  və 
ona  yaxın  olan  rentgen  şüalanmasıdır.  Alfa  və  beta  şüalanma 
orqanizmə  təsir  edir,  qamma  şüalanma  isə  orqanizmə  kənardan 
təsir  edə  bilər.  İonizasiyalı  şüalanma  yüksək  inkişaf  etmiş 
orqanizmə,  ilk  növbədə  insana  daha  çox  təsir  edir.  Təcrübi 
tədqiqatlar  göstərdi  ki,  qamma-şüalanmamn  qüvvətli  mənbəyinə 
yaxın olan bir dənə də olsun ali bitki və heyvan yaşamır. Müxtəlif 
radionukleidlər orqanizmə təsir müxtəHfliyi ilə fərqlənir. Hərçənd 
ki,  bütövlükdə  onlar  üçün  mutagen  və  biastomogen  effekti  daha 
tipikdir.  Məsələn,  yod-131-in  aşağı  dozalan  zamanı  qalxanvari 
vəzinin  funksiyası  pozulur,  yüksək  olduqda  isə  bədxassəli  şiş 
əmələ gəlir. 
Digər  təhlükəli  radiomıkleid  -  stronsium-90  nüvə  smaqlan 
nəticəsində əmələ gəlir. O, orqanizmə mədə-bağırsaq yolu ilə daxil 
olur  və  yumşaq  toxumalarda  toplamr.  Stronsiya  qanda  patoloji 
hadisələr  törədir,  daxüi  qanaxmaya,  beyin  sümüyünün 
destruksiyasına  səbəb  olur.  Bir  müddət  keçdikdən  sonra 
zədələnmədən bəd şiş, leykozlar ola bilər. 
Çirklənmənin  nəticəsi  heç  də  o  dəqiqə  hiss  edilmir. 
Çirklənmənin  sıçrayışh  təzahüründən  əvvəl  gizli,  o  dəqiqə  aşkar 
edilməyən formalar özünü göstərir. Ona görə də çirklənmənin, ən 
başlanğıc anından indikasiyasını aparmaq lazımdır. 
Çirklənmə zərərli maddələrin təbii mühitə təkcə daxil olması 
demək  deyildir.  Suyun  soyuducu  sistemdən  su  obyektinə 
ötürülməsi  zamam  bu  obyektdə  temperaturun  təbii  rejiminin 
dəyişilməsi  baş  verir,  istilik  çirklənməsi  əmələ  gəlir.  İstilik 
çirklənməsi su temperaturunun yüksəlməsi deyil, ola bilər ki, aşağı 
düşməsi deməkdir. Belə bir fakt məlumdur ki, isti suyun atılması 
balıqların  kürütökmə  yerinə  getməsi  yolunda  istilik  maneəsi 
yaradırdı. 
Kimyəvi çirklənmədən fərqli olaraq belə formalar fiziki (və 
ya  parametrik)  çirklənmə  adlanır  ki,  bu  da  ətraf  mühitin  fiziki 
parametrlərinin  normadan  kənara  çıxması  ilə  əlaqədardır.  İstilik 
(termal) çirklənmə ilə yanaşı, heyvan və insanlarm 
67 


həyatında  anomallara  gətirib  çıxaran,  bu  və  ya  digər  yerdə 
işıqlandırmanın  təbii  rejiminin  pozulması  nəticəsində  meydana 
çıxan  işıq  çirklənmə  növü  böyük  təhlükə  yaradn.  Səs-küyün  öz 
təbii  səviyyəsindən  artıq  intensivliyi  və  təkranmn  artması,  vib- 
rasion,  elektromaqnit  mühitinin  elektromaqnit  xassələrinin 
dəyişməsi, qüvvətli elektrik qurğuları, müxtəlif qida buraxıcı- ları 
nəticəsində  ətraf  mühitdə  radioaktiv  maddələrinin  təbii 
səviyyəsinin çox olması - bütün adları çəkilən bu çirklənmə növləri 
canlı orqanizmlərin zərərli və qorxulu tipləridir. 
Bioloji çirklənmə çox təhlükəli ola bilər. Burada bakteriya və 
virus mikroorqamzmlərin (mikrobioloji çirklənmə) törətdiyi vəba, 
qrip və taun kimi epidemiyaları yada salmaq yerinə düşər. Məişət 
su  borularının  kəmiyyət,  yüksək  dərəcədə  tənzimlənməsi  və 
zərərsizləşdirilməsi dəri, mədə və digər xəstəlik törədən kompleks 
patogen  orqanizmlərin  mənbəyi  ola  bilər.  Əksər  hallarda  yeni 
ekosistemlərə  təsadüfən  köçürülmüş  heyvan  və  bitkilər 
(mikrobioloji çirklənmə) təsərrüfata böyük ziyan vura bilər. Belə 
bir  hadisə:  Avropada  Amerika  Kolorado  böcəyinin  əkinlərin 
kütləvi  zərərvericisinə  çevirməsi  hadisəsi  hamının  yadındadır. 
Bunun ekoloji taxçası isə Avropadan Amerikamn palıd meşələrinə 
təsadüfən  barama  qurdunun  gətirilməsi,  onun  sürətlə  artması 
nəticəsində uzun illər ərzində təhlükəli zərərvericiyə çevrilməsidir. 
Kibernetika  nöqteyi-nəzərindən  çirklənmə  qida  zəncirində 
enerji  və  informasiya  axımna  təsir  edən  ekosistemlərə  kompleks 
malikdir.  Ancaq  bu  maneələr  orqanizmin  ekoloji  standart 
səviyyəsində uyğunlaşma imkanlarını sonsuz olaraq üstələyir. Ona 
görə də təbii məneələrdən fərqli olaraq antropogen maneələr əksər 
hallarda orqanizmlərin çeşidlənməsinə deyil, onların qeyri-statik, 
kütləvi eliminasiyasma (tələf olmasına) apam. 
Müasir  dövrdə  Yer  kürəsində  bu  və  ya  digər  dərəcədə 
antropogen  təsirə  məruz  qalmayan  ekoloji  sistem  qalmaımşdır. 
Ekosistemlərdə mövcud maneələrlə yanaşı, bir sıra hallarda insan 
özü ekosistem komponentləri arasmdakı informasiya kanallarmda 
istiqamətlənmiş maneələr yaradır. Buna misal 
68 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə