51
iqtisadi cəhətdən kapitalizmdən asılı olmayan öz avtonom ərazilərini də yaradıblar
(Bu, nisbətən yeni və çox ümidverici tendensiyadır). Məsələn, Meksikada Çiapas
ərazisində sapatistlərin, Hindistanda naksalitlərin, Nepalda maoçuların, Kolumbiyada
FARK-ın avtonom əraziləri buna sübutdur. Bu isə 21-ci əsrdə sinfi mübarizədə yeni
modellərin ortaya çıxacağından xəbər verir.
***
2-ci Dünya savaşından dərhal sonra Herbert Markuze özünün “33 tezis”
məqaləsini yazır və orada aksenti Sovet kommunizminin bürokratlaşmasına,
Qərb sosial-demokratiyasının burjualaşmasına yönəldərək, onların hər ikisinin
artıq əks-inqilabi mahiyyət daşımağa başladığını qeyd edir. Üstəlik, Markuze Qərb
kapitalizmində fəhlə sinfinin də Sistemə uyğunlaşacağını yazaraq bunu təkcə
fəhlə aristokratiyasının mövcudluğu ilə yox, daha qlobal kontekstdə izah edir:
“Burjualaşma heç də sosial-demokratların inqilab üçün iradəsizliyinin, yaxud onların
burjua şüurunun nəticəsi yox, obyektiv sinfi təzahür kimi qavranılmalıdır. Bu, fəhlə
sinfinin əhəmiyyətli hissəsinin kapital sisteminə iqtisadi və siyasi inteqrasiyasının,
istismarın strukturunda baş verən dəyişikliklərin nəticəsidir... Bu prosesin gedişatında
fəhlə sinfinə çatacaq ictimai əmtəə (kəmiyyət və keyfiyyət anlamında) o dərəcədə
artacaq ki, kapitala qarşı dirəniş kapitalla geniş əməkdaşlığa çevriləcək”.
Sonra isə Markuze bu gün üçün də arxivacib olacaq əsas nəticəsini açıqlayır
və həmin nəticə bu gün sinfi mübarizədə əzilən siniflərin hansı təbəqələrdən
formalaşacağının uğurlu öncəgörməsidir. Elə Markuzedən sitatla da yazını bitirmək
istərdim:
“...Proseslər nəticəsində istismarın ağırlığı tamamilə başqa qrupların
üzərinə düşəcək - cəmiyyətdə marginal və yad vəziyyətində olan, fəhlə sinfinin
inteqrasiyaya uğramış hissəsindən kənarda qalan “autsayderlər”in üzərinə. Buraya
isə “təşkil olunmamış”, “ixtisaslaşmamış” fəhlələr və fəhlə-mühacirlər, müstəmləkə
və yarımmüstəmləkələrin
nümayəndələri, məhbuslar və b. aiddir...”
52
№2 İyun 2014
Loğman Qasımov
Sinfi strukturun müasir
marksist konsepsiyaları və
solun sosial bazası
Yaşadığımız
cəmiyyətin
mövcud
sinfi
strukturunun və gözlənilən dəyişikliklərin, siniflər
və sosial qruplar arasındakı mövcud ziddiyyətlərin
elmi analizi və proqnozu təkcə nəzəri əhəmiyyət kəsb
etmir, həmçinin böyük praktik əhəmiyyətə malikdir. Marksist sosiologiyanın əsasını
cəmiyyətin sosial strukturuna məhz sinfi yanaşma tərzi təşkil edir. Amma onu da
qeyd etmək lazımdır ki, öz mahiyyətinə görə marksizm sinfi struktur nəzəriyyəsi
deyil. İlk öncə sinfi mübarizə və sosial dəyişikliklər nəzəriyyəsidir. Daha dəqiq desək,
sinfi strukturun analizi marksizmin əsas məqsədi deyil, sadəcə çıxış nöqtəsidir və
sinfi mübarizə baxımından əhəmiyyət kəsb edir. Məqsəd sosial dəyişiklərə kömək
edən yaxud mane olan amilləri dərk etməkdir.
Oradan başlamaq lazımdır ki, sinif anlayışını çoxları kasıb-varlı, bərabərsizlik
kimi başa düşür. Əslində isə sinif daha dərin anlayışdır və bərabərsizlik, istehsal
prosesində yaranan maddi sərvətlərin bərabər bölünməməsi məsələnin sadəcə bir
tərəfidir. Kasıblarla varlılar arasındakı ziddiyyətlərdən daha əvvəllər də çox yazılıb,
amma çıxış yolu üçün uğurlu təkliflər olmayıb, çünki yoxsulluq özlüyündə mövcud
sosial münasibətlərin və iqtisadi sistemin sadəcə nəticəsi olaraq meydana çıxır.
Marksist fikrin gətirdiyi yenilik ondan ibarət idi ki, o, köhnə radikal ideyaların bu
tip yoxsulluq ətrafında qurduğu həvəsləndiriciliyi kənara qoydu və konkret olaraq
SOSİOLOGİYA