Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

52 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



sən  boynuna  torba  salıb,  ona-buna  əl  açıb  dilənəsən.  Doğru  dost  son  tikəsinə 

qədər  səninlə  bölüşər.  Ocaq  üstünə  su  asıb  isitsə  də  sənsiz  boğazından  bir 

qurtum da keçməz!.. 

Piri  babanın  müdrik  misallarını  diqqətlə  dinləyən  Gülbala  çal  qaya  yuxarı 

dırmandı.  Dostluğu-doğruluğu  götürüb  bağrına  basdı,  sürüşə-sürüşə  düşüb, 

qaça-qaça öz axar-baxarlı tağbəndlərinə apardı... 

 

 

 



SARIBABA VƏ SARISAÇAQ                  

 

Dünya  bünyad  olandan  Qırxqız 



Dağı 

ilə 


Sağsağanlı 

dağının 


arasında  Sarıbaba  dağı  ucalırdı. 

Əgər  əlini  papağına  gətirib  altdan 

yuxarı 

Sarıbabaya 



baxsaydın, 

görərdin  ki,  necə  də  bu  dağın  başı 

ağlı-qaralı  buludlarda  gizlənir... 

Sarıbaba 

özünün 

qızılı 


sarı 

qayaları,  qızılı  sarı  uçurumlu 

dərələri, qalın tutac meşələri, şır-şır 

axan buz bulaqlarıyla, buraya ayağı 

düşən  hər  bir  müsafiri  heyran 

edirdi...  Sarıbabanın  yazı  güclü-

gurultulu, payızı bollu-bərəkətli gəlirdi. İlin yazında çiçək-çiçəyi çağırır, payızın da 

rəngbərəng  meyvələri  bir-birini  dindirib  bəhsə  girişirdi.  Alma-armuda,  alça-zoğala, 

cövüz-fındığa,  əzgil-qarağata,  moruq-böyürtkənə,  qaragilə-yemişana  qarşı  dururdu. 

Bu meyvələrin hansından nə qədər istəsən yığ, apar, bitəsi-tükənəsi deyildi. Sarıbaba 




53 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



dağında,  binadan-başdan  arıçılıqdan  başqa,  ovçuluqla  məşğul  olan  bir  Sarıbaba  var 

idi...  Rəvayətə  görə  Sarıbaba  Aran  elində  qoluzorlu  qanlı  düşəndən  sonra  öz  köç- 

külfətini  gecə  götürüb  neçə  gün,  neçə  gecə  mənzil  kəsəndən  sonra  bura  çatmışdı. 

Düzünə  gəlincə,  dürüstünü  bilən  yox  idi,  Sarıbaba  dağı  öz  adını  Sarıbabadan,  ya 

Sarıbaba  öz  adını  Sarıbaba  dağından  götürmüşdü.  Kimi  belə  deyirdi,  kimi  də  elə! 

Burada özünə yurd-yuva salandan sonra dağın adı Sarıbaba olubdur. 

Baxanda Sarıbaba adamının kişi tayfası qızılı sarı saçlı-saqqallı, qızılı sarı bığlı 

idi.  Qadın  qismi  isə  qızılı  sarı  hörüklü,  qızılı  sarı  sifətli,  qızılı  sarı  kirpikli  idi... 

Sarıbabanın kişili-qadınlı hamısı şahin baxışlı, ala gözlü idi! Baxanda nə Sarıbaba bu 

Sarıbaba dağından, nə də Sarıbaba dağı Sarıbaba adamından seçilirdi. Sarıbaba adamı 

hansı elə getsəydi xəbər almamış bilinərdi ki, bu adam hardandır, hansı dağdandır!.. 

Sarıbabada ömür uzun idi. Yüzdən aşağı yaşayan yox idi. Hələ çoxu da yüzü o üzə 

aşırdı. Deyilənə görə, bu adamların ulu babası Sarıbaba hamıdan çox ömür sürmüşdü. 

O  yüz  əlli  ilini  rahatca  başa  vurub  öz  ömrünün  iki  yüz  ilinə  qədəm  qoymuşdu. 

Deyilənə görə indiki Sarıbabalıların ulu babası Sarıbabanın qızılı sarı saqqalı nə əsla 

ağarmaq, nə də seyrəlmək bilər, öz geniş köksünü sipər kimi saxlarmış. Sarıbabanın 

qıvrım  qızılı  saçları  enli  çiyinlərinə  tökülər  kürəyini  örtərmiş,  Sarıbabanın  qızılı 

qaşları  onun  ala  şahin  baxışlı  ala  gözlərini  yan-yörədən  gələn yad-yadırğanın  bıçaq 

batası  bəd  nəzərindən  qorqanarmış.  Sarıbabanın  çevikliyinə,  sürətinə  də  heç  söz 

yoxmuş,  onun  əlindən  canlı-cinli  qurtarmazmış.  Bu  kişi  qızılı  sarı  qayalardan 

qurduğu  yuvalarda  qızılı  sarı  arı  saxlar,  buraya  gələn  müsafirləri  qızılı  sarı  balla 

qonaqlar, ən başlıcası sarıqundaq çaxmaqlı tüfənkini yerə qoymaz, ovçuluqla məşğul 

olarmış...  Sarıbaba  dağ  təkəsini qaçarağında,  qanadlı  quşları  da  uçarağında  atarmış. 

Ancaq Sarıbaba nə bu dağın dövrəsinə dolanan qartala, nə də qızılı mağarada məskən 

salan  qızılı  sarı  saçaq  ayıya  dəyib-dolaşmazmış.  Ondan  soruşanda  deyərmiş  ki, 

qartalsız Sarıbaba dağı gündə bir qarış qalxa bilməz, sarı saçaqsız da dağın qüvvəti 

azalar, özünü kurşaddan, sel-sudan, şimşəkdən qoruyub salamat saxlaya bilməz! Bir 

də  niyə  gərək  «yersiz  gəldi  yerli  qaç»  olsun?!  Sarıbaba  sarı saçaq  ayının  adına  belə 

hörmət edər, ona gözün üstündə qaşın var deməzmiş. Öz oğul-uşağına da tapşırarmış 



54 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



ki,  Sarıbaba  dağında,  qızılı  rəng  olan,  dövrələnib  dağımızı  gündə  bir  qarış  qaldıran 

qartala  dəyməyin,  bir  də  heç  zaman  Sarısaçaq  ayını  acıtmayın,  onunla  döşləşib 

düşmən  olmayın.  Qoyun  Sarısaçaq  yaşasın  qızılı  qayaların  içində  saldığı 

mağarasında,  siz  də  yaşayın  qızılı  qayalardan  qurduğumuz  komalarda.  Sarıbaba 

dağının yetişdirdiyi mer-meyvədə, Sarıbaba palıdlarının koğuşlarında əmələ gələn arı 

pətəklərindəki batman-batman bal da bir mahala bəsdir... 

Belə  deyən,  dediyinə  də  əməl  edən  Sarıbaba  bir  gün  öz  sarı  qundaq 

çaxmaqlısını  çiyninə  salıb 

mağarasının

  qabağından  arxayın-arxayın  ötüb-keçəndə 

birdən  Sarısaçaq  öz  mağarasından  sıçrayıb  Sarıbabanın  üstünə  atıldı,  ovçunun 

çiynindəki  çaxmaqlının  qayışını  qırıb  üzü  aşağı  tulladı.  Sarıbaba  ilə  Sarısaçağın 

tutaşması başladı... Gah bu onu, gah da o bunu götürüb qayadan qayaya atdı. Belə-

belə qızılı qayaların ayağında, uçurum dərənin başı yastanada Sarıbaba ilə Sarısaçaq 

bir  daha  döşləşdilər...  Onlar  bir-birinin  qanını  axıtdığından  acıdılar,  bir-birindən  əl 

çəkmədilər.  Sarıbaba  istədi  Sarısaçağın  axırına  daş  atsın,  Sarısaçaq  da  istədi  ki, 

Sarıbabanın sipər saqqallı başını yesin. 

Ya lələ şələni, ya da şələ lələni!.. 

Görünür hər necə Sarıbaba Sarısaçağa dəyib-dolaşmaq istəməsə də, Sarısaçaq 

onun  yuvasının  söykəyində  yurd  salan,  törəyib  Sarıbaba  dağını  başdan-başa 

tutmağından  qorxduğu  adamdan  çox  narazı  imiş,  haçandansa  belə  bir  girəvə 

gözləyirmiş! 

Nə  isə  Sarıbaba  ilə  Sarısaçağın  süpürləşməsi  xeyli  çəkdi.  Nə  Sarısaçaq 

Sarıbabanı,  nə  də  Sarıbaba  Sarısaçağı  basa  bildi.  Sonuncu  tutaşma  zamanı  onlar 

süpürləşdikləri  yastanadan  qopub  qızılı  daşlı  dərə  aşağı  yomalana-yomalana,  bir-

birini  üstələyə-üstələyə  getdilər.  Yox,  yox,  dərənin  qurtaracağına  çatar-çatmaz 

Sarıbaba elə səs-səda salıb, elə əks-səda qopartdı ki, Sarısaçağın sarı tükləri biz-biz 

oldu.  Qəzəblənən  Sarıbaba  öz  dəmirə  dönən  əllərini  Sarısaçağın  boğazında 

birləşdirdi, boğduqca boğdu, ayının hər iki gözünü kəlləsinə çıxardı. O, gücdən düşən 

Sarısaçağı  götürüb  o  biri  yana  fırlatdı.  İlk  həmlədən  çaxmaqlısı  əlindən  çıxarılan 

Sarıbabanın  yadına  döşündə  saxladığı  xəncər  düşdü.  O  daha  fürsəti  fövtə  vermədi, 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə