Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

40 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



birlikdə çiçəklərin arasına girib eşələnirdi. Çox keçməmiş «qırt-qırt» edir, cücələrini 

başına toplayır, sevinc dəryasında üzürdü. 

Bir  gün  haradansa  güclü  bir  səs  eşidildi,  cücələr  pərən-pərən  oldu.  Bir  az 

keçməmiş  cücənin  çiviltisi  göydən  gəldi.  Kəkilli  toyuq  civildəşən  cücələri  başına 

topladı, hamısından çox sevdiyi ağappaq balasının çalındığını gördü. 

Kəkilli toyuğun kefi qarışdı... O, ciddi bir fəlakətin başlandığını duydu. Kəkilli 

kədərli  çağlarını  xatırladı,  bacı-qardaşının  belə  bircə-bircə  çalındığını,  axırda  da 

anasının  caynağa  alındığını,  özününsə  yetim  qalıb  tək-tənha  cükgüldədiyini  yadına 

saldı. 

Yox,  çəmənə  daha  saymazyana  çıxmaq  olmazdı.  Kəkilli  toyuq  qabarıb 



cücələrinə acıqlandı, onları tikanlı, qələməli çəpərin içinə çəkdi, axşam düşənə qədər 

burada  eşələndilər.  Sonra  Kəkilli  toyuq  cücələrini  ehtiyatla  çıxarıb  həyətin 

küncündəki hininə  apardı, onları qanadları  altına toplayıb qəm-kədər  içində  yuxuya 

getdi.  Bir  azdan  o,  qar  kimi  ağ  cücəsinin  qara  buludların  arasında  çalağanın  iti 

caynaqlarında  cüyürdədiyini,  onu  öz  harayına  çağırdığını  yuxuda  gördü.  Kəkilli 

toyuq səksənib ayıldı, qanadlarını daha geniş açıb balalarını gizlədi. 

Sabah kəkilli toyuq daha çəmənə yönəlmədi, cücələrini çal-çəpərin içinə çəkdi. 

Ancaq  axşama  yaxın  o,  ehtiyatı  unutdu,  həyətə  çıxdı.  Ac  cücələrini  səslədi,  dünən 

səpilən darıları onlara göstərdi. Elə bu an ildırım itiliyi ilə yenə bir səs gəldi, Kəkilli 

toyuq  haray  saldı,  peyinlikdə  eşələnən  şanapipik  xoruz  quğuldadı,  yenə  də  civilti 

göydən  eşidildi.  Kəkilli  toyuq  buludlu  göyə  baxdı.  İndi  çalağan  Səngər  dağının 

başında  hərlənir,  qalaçanın  dövrəsində  fırlanırdı.  Şanapipik  xoruz  hadisə  yerinə 

yaxınlaşdı, kəkilli toyuq ondan üz döndərdi. Şanapipik xoruz utanıb-qızarmaqdansa, 

özünü dartıb dilləndi: 

 

Hə, nə böyük bir iş oldu, xanımnaz! Dünya dağılmadı ki? 



 

 Səndən ötrü heç nə olmadı, əhlikef Paşabəy, — deyə kəkilli toyuq qorxuya düşən 



balalarını  başına  toplayıb  onları  çəpərin  içinə  yığdı.  «Paşabəy»  də  ədabazlıqla 

quğuldayıb iri qanadlarını çaldı, başını yuxarı qaldırıb «quqqulu-quuu...» banladı. 




41 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Bununla da kişiliyini yerinə yetirən «Paşabəy» o tərəfdə eşələnən fərələrin yanına 

yollandı.  

Kəkilli  toyuq, qəddar  düşmənin  uçuq  qalaçadan  enib  gəldiyini,  vaxtı  ilə  onun 

kəkilli anasını caynaqlarına alıb aparan cəlladın indi də onun başının üstünü aldığını 

anladı. Bəs kəkilli nə eləsin? Bütün günü qaranlıq tövlədə qalsınmı, ya heç hinindən 

çıxmasın?  Bir  halda  ki,  gündüzləri  evdə,  bir  adam  da  olmur,  hamı  orta  bulağın 

altındakı  bostana  yollanır,  toran  qovuşanda  yorğun-arğın  qayıdır.  Onlar  həyətə 

səpdikləri  darıya,  su  ilə  doldurub  küncə  qoyduqları  sınıq  saxsıya  arxayın  olurdular. 

Ev  sahibləri  bostan  işində,  «Paşabəy»  də  aramsız  bir  kefdə  idi.  Bəs  kəkilli  toyuq 

başına haranın daşını salsın, cücələrini qorumaq üçün nə çarə qılsın? Bəs o, balalarını 

qoruyub boya-başa çatdırmasınmı? Görünürdü ki, geç-tez kəkilli ilə caynaqlı üz-üzə 

gəlməlidirlər.  Kəkilli  toyuğun  düşməni  güclü,  rəhmsiz,  amansızdır.  O,  çalıb 

caynaqlarına aldığını bir göz qırpımında göyə qaldırır, buludların arasında itir, sonra 

enib  Səngər  dağının  dövrəsində  havalanırdı.  Çalağanın  bəxti  üzünə  güldüyü,  şikarı 

gətirdiyi üçün getdikcə gözləri nə yeri, nə də göyü seçirdi. 

Caynaqlı çalağana görə hələ kəkilli toyuq çox seviiməli idi ki, çalağan onu da 

anası  kimi  öz  iti  caynaqlarına  alıb  aparmır,  xaraba  qalaçanın  içində  didmir,  onu 

parçalayıb  qanına  bulamırdı,  çaynaqlı  çalağan  getdikcə  hirslənir,  kəkilli  toyuğun 

yanını boşaldırdı. 

Kəkilli  toyuq  axırda  tək  qalan  cücəsini  yanına  alıb  gündüzləri  çəpərin  altında 

gününü keçirir, axşamları da hinin küncünə çəkilib vahiməli yuxu görə-görə gecəni 

sabaha vururdu.  

Kəkilli  toyuğun  gözü  nə  qədər  caynaqlı  çalağandan  qorxsa  da,  onun  kini  də 

artırdı. Körpə cücələri daşımağa alışan, qanlı  ətdən bədəni qızışan caynaqlı çalağan 

göydə  dolanır,  sonra  da  yerə  enib  bir  çapqınçı  kimi  ağılagəlməz  yerdə  pusquda 

dayanır,  bu  tək  cücəni  də  çalıb  aparmaq  istəyirdi.  «Görərik,  baxarıq»,  —  deyə 

havalanan çalağan hədə-hərbəyə keçirdi. «Görərsən səni necə öz caynağıma alaram, 

öz anandan da bedtər parçalaram. O da öz tək cücəsini məndən gizləyirdi. Axırı nə 

oldu? Caynağımda getdi, sən küncdə-bucaqda gizlənib qaldın, növbə gələndə sən də 



42 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



gedərsən. Canından əziz tutduğun bir tək cücən qalar, gələn il bu vaxta mənim üçün 

isti  xörək  olar».  Belə  deyib  daha  ciddi  marığa  yatan,  eyvanın  başında  boz  balaca 

daşın  daldasında  gizlənən  çalağan  xeyli  gözlədi.  Qaranlıq  hində  darıxan  tək  cücə 

birdən  həyətə  çıxdı,  səpilən  darını  dənləməyə  başladı.  Hinin  küncündə  mürgüləyən 

kəkilli  toyuq  birdən  başını  qaldırdı,  cücəni  yanında  görmədi,  tələsik  hindən  çıxdı, 

qırt-qırta başlayıb cücəsini hinə döndərmək istədi. Ancaq cücə cükküldədi, anasının 

çağırmağına fikir vermədi. Sanki o, itkin gedən bacı-qardaşını səsləyirdi. Elə bu an, 

eyvanın  başında  gizlənən  çalağan  cücənin  yox,  kəkilli  toyuğun  üstünə  şığıdı. 

Caynaqlarını aşağı sallayınca, kəkilli toyuq da yerdən üzülüb qanada qalxdı, həyətdə 

savaş  başlandı.  Cığıltı  qopdu.  Tək  cücə  qaça-qaça  haray  saldı.  Paşabəy  fərələrin 

yanında  döndü,  qeyrət  göstərib  qanadlandı.  Adam  boyu  hündürlükdə  vuruş  getdi. 

Girəvəni  əlinə  keçirən  kəkilli  toyuq  caynaqlı  çalağanın  iki  gözünü  də  dimdiyi  ilə 

çıxarıb  isti-isti  uddu,  elə  bu  anda  ürəyi  buz  kimi  soyudu.  Kor  çalağan  özünü  yerə 

çırpıb,  göyə  qalxdı,  dövrə  vurdu,  tikanlı  çəpərin  dibində—iti  qələmələrin  arasında 

qığıltı  eşidən  kimi  intiqam  almaq  üçün  şığıdı,  ancaq  o  nə  kəkilli  toyuğa,  nə  də  tək 

cücəyə  çata  bildi.  Caynaqlı  çalağan  iti  qələmənin  başına  sancıldı.  Onun  isti  qanı 

aramla axmağa, ana ilə balanın qabağına damcılamağa başladı. 

 

 



 

 

 

 

 

 

 


Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə