59
laqeyd ötüb keçir, adamın üzünə də baxmırdılar. Elə bil hamını
don vurmuşdu. Heç kəsin başqasının dərdiylə, kədəriylə işi yox
idi. Maşınlar da adamlar kimi biganə-biganə ötüşürdülər.
Şəfəqnura elə gəlirdi ki, bu adamlar bu planetin sakinləri
deyillər, tamam başqa, yad kainatlardan gəlmişdilər. Belə
olmasaydı bu adamlardan heç olmasa birini tanıyardı axı;
üzündən, gözündən, baxışından, duruşundan. Ancaq heç kəsi
tanımırdı. Buna görə qorxurdu, darıxırdı, Məmmədbəyin
sinəsinə qısılıb asta səslə ona yalvarırdı.
- Nə olar, Məmmədbəy, gedək.
- Hara gedək, əzizim?
- Qayıdaq Sarıqayaya. Burada ürəyim sıxılır.
- Yəqin sarıqayalıların dava-şavası üçün darıxmısan?
- Hə, Məmmədbəy, hə, o kəndin hər şeyi üçün
darıxmışam. Adamları, ağacları, daşları… O yerlərdə daşlar da
dil açıb adamlar kimi danışır. Burada isə… adamlar da daşa
dönüblər.
Məmmədbəy bilirdi ki, ilk günlər Şəfəqnur buralarda
darıxacaq, öyrəşə bilməyəcək.
- Bir azca səbr elə, Şəfəqnur, sonra heç yana getmək
istəməyəcəksən. Bu şəhər elə vəhşi əjdahadır ki, tutduğunu
buraxmır. Elə udur, udur, heç doydum da demir.
- Yox, mən öyrənə bilmərəm bu yerlərə. Havası da
başqadı, qoxusu da.
- Yaxşı, canım, bir az səbrini bas, dözə bilməsən
qayıdarıq Sarıqayaya.
Əslinə qalanda Məmmədbəyə də bu şəhər yad, ögey bir
yer kimi görünürdü. Beş il ali təhsil aldığı müddətdə də burada
o qədər istəklə, könül bağlılığı ilə qala bilmirdi. Ən çox da bu
şəhərin adamları uzaqdan gəlmişlər kimi görünürdü. Ancaq
dənizi, bir də bu şəhərin küləyini çox sevirdi. Bəlkə elə onu
buralarda saxlayan əsas qüvvə də dəniz, bir də aramsız küləklər
idi? Xəzri küləyi sıx saçlarını şümal əlləriylə darayanda elə
60
xoşbəxt anlar keçirirdi ki. Bu küləyin qanadından tutub göylərə
ucalmaq, asimana çatmaq, al şəfəqlərin qoynunda yuyunub-
yuyunub bəxtəvərlik məqamına qovuşmaq istəyirdi.
Şəfəqnuru narahat edən təkcə yad şəhərin yad adamları
deyildi. Düzdü, o, Sarıqaya üçün darıxırdı. Az müddətdə o
yerlərə çox öyrənmişdi. Dəlisov kəndin bir az sakit, bir az
fırtınalı təbiəti də, dəlisov adamların hərdən çılğın, hərdən
həlim xasiyyətlərinə də öyrənmişdi və ona elə gəlirdi ki, bu
kənddə qısa zaman kəsiyində yox, uzun, çox uzun illər
yaşamışdı.
Onu narahat edən başqa səbəb sağlamlığı ilə bağlı idi. Nə
özü, nə həkimlər səbəbini tapa bilmirdilər. Ancaq artıq ikinci
uşaq idi ki, bətnində üç aylığa çatmamış tələf olurdu. Həkimlər
cürbəcür dərmanlar yazırdılar, iynələr vururdular, yenə xeyri
olmurdu. Və yaxşı bilən həkimlərdən biri həyəcan təbili də
çalmışdı. Deyirdi, səbəbini tapa bilməsək və ölüm mənbəyini
məhv etməsək, uşaqlarının heç biri qalmayacaq. Həkimin bu
sözlərindən sonra onun narahatlığı daha da artmışdı.
Məmmədbəyə deməsə də, Məmmədbəy bilirdi, bilirdi ki,
Şəfəqnur evdə tək olanda ağlayır, üzüntülü anlar keçirir. Bunu
Şəfəqnurun gözlərindən oxuyurdu. Gecələr onu qoynuna alır,
sakitləşdirir, əzizləyir, oxşayırdı.
- Şəfəq, mən işdə rahat ola bilmirəm. Elə bilirəm, evdə
tək qalanda çox sıxılırsan. Uşağa görə özünü çox üzmə. Hər
kəsin öz qismət payı var və o paydan artığını yeyə bilməz… Bir
azdan ali məktəbə daxil olacaqsan, oxuyacaqsan, yeni-yeni
insanlarla tanış olacaqsan. Özün üçün gözəl, əsrarəngiz bir
həyat quracaqsan. Əlbəttə ki, mənimlə bir yerdə. Nə sənin
mənsiz, nə mənim sənsiz bir dəqiqəmiz, bir anımız olmayacaq,
Şəfəqnur.
Belə anlarda Şəfəqnur bir uşaq şıltaqlığı ilə yataqda
Məmmədbəyi qucaqlayır, sinəsinə qısılır, onun qolları arasında
61
nazlanmaqdan həzz alır, gecə yarıya qədər, yorulub əldən
düşənə kimi onunla əylənməkdən yorulmurdu.
Sabah Məmmədbəy onun gözlərində yenə kədər haləsi
görürdü. Şəfəqnura xoş, məhrəm, isti sözlər deməklə əslində
özünü də şəhərə bağlamaq istəyirdi.
Amma deyəsən, bu şəhərə bağlanmaq arzusu yenə
ürəyində qalacaqdı. Şöbə müdiri bu gün onu yanına çağırmış,
onu Moskvaya, altı aylıq kursa göndərmək istədiklərini
bildirmişdi. Onda bəs Şəfəqnurun ali təhsil alması necə
olacaqdı? Bu barədə Şəfəqnura deyəndə o əvvəl duruxdu, sonra
nədənsə xoşbəxt-xoşbəxt gülümsəyib, ərinin boynuna sarıldı.
- Eybi yox, Məmmədbəy, təki sən zirvələrə yüksəl, mən
qiyabi yolla da təhsil ala bilərəm.
Məmmədbəy sevindi. Nədənsə bu onun ağlına
gəlməmişdi.
- Səhərdən sənədlərini hazırla.
Şəfəqnur sənədlərini hazırladı. Ali təhsil almaq üçün ali
məktəbin qiyabi şöbəsinə imtahan verdi. Yüksək qiymətlər alıb
ali məktəbin tələbəsi oldu.
Bu müddət ərzində Məmmədbəyi çox get-gələ saldılar.
Məsələnin müsbət həlli yuxarıda oturan Robert Əyriyanın
sərəncamından asılı idi. Əyriyan onu ora-bura göndərir, bir
bəhanə tapmayanda işin ondan yox, başqasından asılı olduğunu
deyirdi. O başqası kim idi? Orasını demirdi və bu qeyri-
müəyyənlik Məmmədbəyin əsəblərini tarıma çəkirdi. Bu zorun
içində bəzən başını itirir, hərdən heç nəyə baxmadan
Sarıqayaya qayıtmaq istəyirdi. Ancaq son anda özünü ələ alır,
düşünür, alçaq Əyriyanın qarşısından çəkilməyi öz qüruruna
sığışdıra bilmirdi. Yaxşı ki, bu işdə Şəfəqnur da onun arxasında
dayanmışdı. Yoxsa bəlkə də dözə bilməz, çəkilib bir qaranlıqda
dayanardı.
- Sən nə danışırsan Məmmədbəy, geri çəkilmək nədi? O
murdarın da qabağından adam geri çəkilər? İndi sən bir aslan
Dostları ilə paylaş: |