Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 
45 
asimanda  səni  o  qədər  öpüb,  oxşayacağam  ki,  çəkdiyin 
iztirablar yadından çıxacaq… 
Qatar  onları  ağuşuna  almışdı.  Gedirdilər.  İşıqlı  sabahlara 
tələsirdilər. 
Qatarın uzun fiti səsləndi. Ziyad da, Nazənin də bu səsdən 
diksindilər. Sonra qatar qaranlıq və uzun bir tunelə girdi... 
 
 
 
             *** 
 
 
Köhnə  dəmir  qapı  açıq  qalmışdı.  Ziyadın  ürəyi  əsdi.  O 
heç  vaxt  qapını  açıq  qoymazdı.  Başında  bir  iş  vardı  bəlkə? 
Qorxa-qorxa  evin  qapısına  yaxınlaşdı.  Bu  qapı  da  aralı 
qalmışdı.  Tələsik  gətirdiyini  yerə  atıb,  içəri  girdi.  Arvad 
yatağına  uzanmışdı.  Ağır-ağır  nəfəs  alırdı.  Çömbəlib  dizləri 
üstündə oturdu. 
- Nə olub sənə? 
-  Bay,  Ziyad,  gəldin?  –  gözlərini  geniş  açıb,  gələnin 
doğrudan  da  Ziyad  olduğuna  inanmaq  istədi,  -  yaman  nigaran 
qoydun məni. Harda qalmışdın? 
- Evdə bir az müşküllər var idi. 
- Nə müşküldür elə? 
-  Nə  bilim.  Arvadım  zəng  elədi,  təcili evə  çağırdı…  Əşi, 
bunlar düzələr, de görüm, sənə nə olub? 
Arvad  dikəlib  oturdu.  Üzündə  qəribə  ifadə  yarandı.  Bu 
ifadə onun çöhrəsində əhvalı yaxşı olanda, sevinəndə yaranardı. 
Görünür,  Ziyadı  çoxdan  gözləyirmiş  və  Ziyad  gəldiyinə  görə 
sevinirdi. 
-  Heç,  bir  az  ürəyim  ağrıyırdı.  Getdim  aptekə,  dərman 
aldım. O dərmanları atandan necə düşmüşəmsə, sənin hənirtinə 
oyandım. 


 
46 
-  Yaxşı,  yaxşı,  dur  ayağa  görüm,  Şəfəqnur  xanıma 
gileylənmək yaraşmır. 
-  Xanıma?..  Sənə  demişəm  axı,  mənə  xanım  demə. 
Mənim xanımlığım çox uzaqlarda qalıb. Elə bil o illərdən məni 
yüz  illər,  min  illər  ayırır.  Sanki  o  adam  mən  olmamışam. 
Sanki… 
- Yaxşı, qalx ayağa. Bir loxma yemək hazırla. 
Ziyad  əllərindən  tutub  arvadı  ayağa  qaldırdı.  Başı 
gicəllənsə də, arvad özünü tənzimləyib asta addımlarla mətbəxə 
keçdi. 
Şəfəqnur  keçmişi  haqqında  Ziyada  heç  nə  deməmişdi. 
Ancaq, deyəsən, daha danışmaq istəyirdi. Niyə demək istəyirdi, 
nə  və  nələr  uzun  susqunluqdan  sonra  onu  danışmağa  məcbur 
edirdi, Ziyad orasını biləmmirdi. 
 
 
            ***  
 
Kəndin elə gözəl çağlarıydı ki; axşamlar aram-aram narın 
yağışlar yağırdı. Sabah açılan kimi, həzin küləklər ağ buludları 
qovub dağların arxasına yollayırdı. Günəş kövrək-kövrək başını 
uzadıb,  kəndə  baxırdı.  Ağacların,  daşların,  adamların  üstünə 
şəfəqlərini salırdı. Adam uçub-uçub göylərə yüksəlmək, günəşi 
qucaqlayıb  bağrına  basmaq  istəyirdi.  Axşamüstü  yenə  günəş 
gedirdi, buludlar gəlirdi, yenə narın yağışlar yağırdı. 
Şəfəqnur  heç  belə  görməmişdi  dünyanı.  Bir  həftə  əvvəl 
onu 
Məmmədbəy 
adlı 
bir 
cavanla 
nişanlamışdılar. 
Məmmədbəyi  yaxşı  tanımırdı.  Bir-iki  dəfə  onu  görmüşdü,  ya 
görməmişdi.  Onlar  başqa  yerdən  idilər.  Bir  dəfə  təsadüfən 
Məmmədbəyin  anası  Şəfəqnuru  görmüş,  gedib  onun  gözəlliyi 
haqqında  Məmmədbəyə  demişdi.  Məmmədbəy  də  onların 
kəndinə  gəlmiş,  girəvəyə  salıb  Şəfəqnuru  görmüşdü.  Evlərinə 
qayıdıb qımışa-qımışa anasına baxmışdı. 


 
47 
Məmmədbəy  bəy  nəslindən  idi.  Babalarının  çoxlu 
mülkləri,  otlaq  yerləri,  qoyun-quzuları,  at  sürüləri  vardı.  Özü 
müəllimlər məktəbini bitirmişdi. 
Bu  işi  çox  uzatmadılar.  Üzük  gətirib  Şəfəqnurun 
barmağına  taxdılar.  Onu  da  dedilər  ki,  uzağı  bir  aya  toyunu 
edəcəyik. Bəlkə buna görəydi dunyanın belə görsənməyi, işıqlı, 
nurlu olmağı. Axı bir azdan o, bu başıbəlalı kəndi tərk edəcək, 
gözəl-gözəl  yerlər  görəcək,  sevginin  dadını  duyacaq,  hələ 
üstəlik var-dövlətin nə olduğunu da biləcəkdi. 
Gözünü açandan bu kənddə qan-qada görmüşdü. Adamlar 
elə  bil  bir-birinin  qanına  susamışdılar.  Bu  onu,  o  bunu  döyür, 
məqam  tapanda  bir-birini  öldürməkdən  belə  çəkinmirdilər. 
Hamı  özünü  qeyrətli  hesab  edir,  qeyrətdən  danışa-danışa 
qeyrətsizləşirdilər.  Bu  başıbəlalı  qeyrət  üstündə  kəndin  neçə-
neçə igidləri dustaqlarda çürüyürdülər. 
Şəfəqnur  elə  arzulayırdı  ki,  bu  kənddən  getməyi.  Sanki 
Tanrı  onun  bu  səssiz  arzusunu  eşitmişdi.  Və  Məmmədbəyi 
onun qismətinə yazmışdı. 
Öz kəndlərindən də çoxları ona elçi düşmüşdü. Ancaq hər 
dəfə bir bəhanə ilə onları qaytarmış, ərə getməyini yubatmışdı. 
Heç  kimə  deyə  bilməsə  də,  onu  aparmağa  gələndə 
sevincindən ürəyi köksünə sığmırdı. 
Axır  ki,  çoxdan  istəyində  olduğu  arzusuna  çatdı. 
Doğulduğu, on səkkiz il yaşadığı, amma hər zaman tərk etmək 
istədiyi kəndlərindən uzaqlaşıb getdi. 
İncə,  zərif  əlini  Məmmədbəyin  əlinə  verdilər. 
Məmmədbəy  onu  aldı,  quş  qanadına  götürmüş  kimi  götürüb 
apardı. 
Məmmədbəygilin kəndində az qaldılar. Onun müəllimlik 
təyinatını  uzaq  bir  dağ  kəndinə  vermişdilər.  O  kəndə  yola 
düşəndə  Şəfəqnur  arzu  edirdi,  arzu  edirdi  ki,  o  kənd  onun 
yaşadığı  kənddən  olmasın.  Adamlar  bir-birini  sevsinlər,  bir-


 
48 
birinə  bağlansınlar,  hər  zaman  məhəbbət  yağışında  yuyunsun, 
sevgi küləklərinin tumarını duysunlar. 
Ancaq… 
İlk  günlərdən  heç  bəyənmədi  bu  kəndi.  Öz  doğulduğu 
kəndə  şükür  dedi  bu  kəndin  yanında.  Ovuc  boyda  kənddə  on, 
on iki tayfanın adamları yaşayırdı. Deməli, on, on iki maraqlar 
da üst-üstə düşmürdü, bir-birinə uyğun gəlmirdi.                                                                                                                                                                                                                                                         
Hiss  olunurdu  ki,  Məmmədbəygil  də  kəndin  yaşam 
tərzinə görə on üçüncü tayfa hesab olunurdular. Elə bir xeyir iş 
olmurdu  ki,  orada  dava  düşməsin,  qan  tökülməsin.  Biri  o 
birisinin qızına bir az sıcaq baxdısa, bir cavanın hərəkəti o biri 
cavanın  xoşuna  gəlmədisə,  əvvəl  kobud  sözlərlə  təhqirlər 
başlanırdı,  sonra  qollar,  ayaqlar  işə  düşürdü.  Xırda  bir  dava 
böyüyüb  qazan  kimi  qaynayırdı.  Üç  gün,  beş  gün  ötürdü, 
müvəqqəti  sakitlik  yaranırdı.  Sonra  yenə  söyüşlər,  təhqirlər, 
yumruqlar, təpiklər... 
Şəfəqnur  qorxurdu.  Qorxusundan  kirayə  elədikləri  evin 
bir küncünə qısılır, əlləri ilə qulaqlarını qapayırdı. 
Bir  gün  ağır  davadan  sonra  Şəfəqnur  dözə  bilmədi. 
Məktəbə gedib Məmmədbəyi tapdı. 
- Məmmədbəy, gəl gedək bu kənddən. 
- Niyə ki? 
- Qorxuram. 
- Nədən? 
- Qorxuram səni də vurub öldürərlər. 
- Kimin mənnən nə işi var, ay qız. 
- Gedək, Məmmədbəy, nə olar, çıxaq gedək. 
- Evə get. Gələrəm, söhbət edərik. 
Məmmədbəy məktəbdən qayıdanda Şəfəqnur ondan yenə 
əl çəkmədi. Yığıb yol üçün hazırladığı bağlamanı göstərdi. 
- Sən nə edirsən, Şəfəqnur? 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə