Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   10   ...   26

21 

 

özləri üçün mənfi nəticələr doğura bilər. Onlar yalnız buna nail 



oldular ki, beynəlxalq hüquq normalarına açıq-aşkar hörmətsizlik 

ruhunda zorakı tədbirlərlə uzun illər boyu Qərblə yaxınlaşmağa 

çalışan real və potensial tərəfdaşlara etinasızlıq göstərdilər.  

2008-2009-cu illərdəki qlobal iqtisadi böhran Aİ-nin 

möhkəmliyi üçün növbəti sınaq oldu. Bu böhran İttifaqın 

neomarksizmə xas olan “Varlı Şimal - yoxsul Cənub” prinsipi üzrə 

inkişaf səviyyəsindəki fərqi açıq nümayiş etdirdi. Aİ-nin cənubundakı 

ölkələrin çoxu bu böhrandan xeyli gec çıxa bildi, bəziləri isə hələ də 

özlərinə gələ bilməyib. Eyni zamanda, “Varlı Şimal” həmin ölkələrin 

böhranın mənfi nəticələrini aradan qaldırmasına həvəssiz kömək 

edirdi. Bu faktın özü İttifaq çərçivəsində gizli ayrı-seçkilik praktikası 

həddinə çatmış ikili standartlar siyasətinin göstəricisidir.  

Əlbəttə, buna haqq qazandırmaq üçün Cənubi Avropa 

ölkələrində yüksək dərəcədə korrupsiyaya və dövlət idarəçiliyindəki 

qüsurlara istinad etmək olar. Bu faktlar həmin ölkələrdə islahatları 

uğurla həyata keçirməyə və böhrandan səmərəli şəkildə çıxmağa 

imkan vermirdi. Yeri gəlmişkən, Cənubi Avropa ölkələrində 

korrupsiya, dövlət idarəçiliyinin effektivliyi və demokratiyanın inkişafı 

problemlərini F.Fukuyama “Siyasi qayda və siyasi tənəzzül: sənaye 

inqilabından demokratiyanın qloballaşmasına doğru” adlı yeni 

əsərində ətraflı təsvir edir. Aİ siyasətçiləri çox vaxt bütün bu 

problemlər barədə susmağı üstün tutur, eyni zamanda, başqa 

ölkələrdə korrupsiyanı, insan haqlarının pozulmasını və 

demokratiyanın inkişaf etməməsini fəal pisləyirlər.  

Aİ-ni beynəlxalq münasibətlərin subyekti kimi zəiflədən növbəti 

amil İttifaqın daxilində fikir ayrılıqlarının çoxalması və millətçilik 

meyillərinin artmasıdır. Fransa, Yunanıstan və Böyük Britaniya kimi 



22 

 

ölkələrdə seçkilərin nəticələri buna əyani sübutdur. Onlar öz 



nümunələrində Avropanın bir sıra ölkələrində Avropa inteqrasiyasına 

marağın xeyli azalmasını və İttifaqdan çıxmağın və ya 

avroskeptiklərin Aİ-də üzvlüyünə yenidən baxılmasının tərəfdarı olan 

siyasi qüvvələrin populyarlığının artmasını nümayiş etdirirlər. 

Məsələn, Yunanıstanda hakimiyyətə gəlmiş “SİRİZA” partiyası lap 

əvvəldən İttifaqdan çıxacağı ilə hədələyərək Brüsseldən tələb edirdi 

ki, maliyyə siyasəti yumşaldılsın. Böyük Britaniyanın xarici işlər naziri 

F.Hammond isə bəyan edir ki, Birləşmiş Krallıq Aİ-nin siyasətinə təsir 

göstərmək üçün indiki vəziyyətdə malik olduğundan daha çox 

səlahiyyət və imkan əldə etmək arzusundadır. Böyük Britaniya hətta 

2017-ci ildə bu təşkilatın tərkibindən çıxmaq haqqında referendum 

keçirməyə hazırlaşır.  

Şübhəsiz, bütün yuxarıda deyilənlər, habelə Avropa ölkələrinin 

rəsmi liderlərinin bəyanatları Avropa inteqrasiyası layihəsində sistemli 

problemlər və boşluqlar olmasını bir daha nümayiş etdirir. Aİ 

çərçivəsində Böyük Britaniya kimi iri dövlətlərin səsi kifayət qədər 

eşidilmir və onlar zəifləyiblər. Kiçik dövlətlər isə öz növbəsində, 

“yoxsul Cənub” ilə bağlı nöqsanların aradan qaldırılması üçün qəti 

addımlar atmağa hazır olmayan Brüsseldən güclü iqtisadi asılılıq 

nəticəsində daha da zəifləyirlər. Münaqişələrin həlli və iqtisadi 

böhrandan çıxmaq üçün yuxarıda göstərilən nümunələri uğurlu 

adlandırmaq çətindir.  

Bəs, Avropa İttifaqı əslində özünü necə görür – böyük dövlət, 

yoxsa regional oyunçu statusunda?  

Bütövlükdə Aİ-nin hərəkətləri onu göstərir ki, bu gün İttifaq 

böyük dövlətdən daha çox zəifləmiş regional dövlət rolu oynayır. 

Bütün sistemdaxili problemlər, bürokratik kulbitlər və taleyüklü siyasi 



23 

 

qərarlar qəbul edilərkən müzakirələrin süni şəkildə uzadılması, 



cəmiyyətdə güclü təbəqələşmə, sosial-iqtisadi böhran, səmərəli və ən 

başlıcası vahid xarici siyasətin və müdafiə siyasətinin olmaması Aİ-

nin gücünü regional çərçivələrə salır və onun imkanlarını 

məhdudlaşdırır.  

Digər tərəfdən, Aİ üzvlərinin vahid strategiya işləyib hazırlaya 

bilmədikləri problemli sektorların artması genişlənməkdə olan qlobal 

böhranın təhlükəli konturlarını bir daha üzə çıxarır. 2008-2009-cu 

illərdən sonrakı dövrdə vahid iqtisadi siyasətin həyata keçirilməsində 

aradan qaldırılması mümkün olmayan problemlərdən əlavə, hədsiz 

ağır miqrasiya problemi də meydana çıxıb. Yaxın Şərq və Şimali 

Afrika ölkələrindən Avropa İttifaqına indiki “miqrasiya axını” Aİ-nin 

zəifləməsinin daha bir əsas bəndini – ideya böhranını üzə çıxarıb.  

 

2.Avropa dəyərlərinin böhranı: islamofobiya, ksenofobiya, 



“miqrasiya” fəlakəti  

 

Avropa İttifaqının fövqəlmilli qüvvəsinin artmaqda olan 



islamofobiya və multikulturalizm böhranı kontekstində təhlilini 

davam etdirək.  

Onilliklər boyu Avropa inteqrasiya layihəsinin cəlbediciliyinin 

əsas qarantı və bünövrəsi onun ideyaları və dəyərləri olub. Dövlət 

üçün “dövlət ideyası” milli qüvvənin şəksiz atributu olduğu kimi, 

İkinci Dünya müharibəsindən sonra Aİ üçün zəruri birləşdirici sxemin 

komponentləri tolerantlıq və multikulturalizm olub. Lakin XXI əsrin 

əvvəli Avropa dəyərlərinin böhranı və onların populyarlığının ümumi 

tənəzzülü ilə əlamətdar olub. Bu məsələdə Aİ-nin zəifliyi 

təhlükəsizlik üçün artıq yaxın gələcəkdə ciddi təhdid mənbəyi ola 




24 

 

bilər. Çünki avropalıların ümidləri doğrulmayanda canfəşanlıqla 



bəyan edilən hədəflərin təsirinin itirilməsini kompensasiya etmək son 

dərəcə çətin, bəlkə də praktiki baxımdan qeyri-mümkün olacaq.  

Hazırda Aİ məkanında islamofobiyanın və ksenofobiyanın 

artması, radikal millətçi əhval-ruhiyyənin güclənməsi davam edir. 

Avropa modeli özünün əvvəlki cəlbediciliyini itirməyə başlayır. Aİ-də 

sonuncu parlament seçkilərinin nəticələri buna sübutdur.  

2014-cü il mayın 25-də Avropa Parlamentinə seçkilərin 

yekunlarına əsasən bu birləşmiş qanunverici orqanda ənənəvi siyasi 

partiyaların mandatlarının sayı azalıb. Radikal sağçı qruplar isə 

əksinə, siyasi arenanın sağ sektorunda öz mövqelərini gücləndirib, 

təsirlərini artırıblar. Bir sıra ölkələrdə, o cümlədən Fransa, Böyük 

Britaniya, Avstriya və Danimarkada sağçı radikallar elektoratın 

əksəriyyətinin etimadını qazanıblar. Fransada Milli Cəbhə 25,6 faiz, 

Danimarkada miqrasiyanın əleyhdarı olan Xalq Partiyası 26,7 faiz, 

Böyük Britaniyada isə Aİ-yə qarşı çıxan UKİP partiyası 27,5 faiz səs 

toplayaraq liderlər qrupunda öz mövqelərini möhkəmlədiblər. Başqa 

ölkələrin sağçı radikalları seçicilərin təqribən 15 faizinin səsini 

toplayaraq əvvəlki seçkilərlə müqayisədə daha yaxşı nəticə 

göstəriblər. Beləliklə, Avropa Parlamentində avroskeptiklərin sayı 

nəzərəçarpacaq dərəcədə artıb. Ənənəvi siyasi partiyalar mövqelərini 

qoruyub saxlamaq üçün öz şüarlarını və hədəflərini radikal 

partiyaların ideyalarına yaxınlaşdırmağa çalışırlar ki, siyasi trenddən 

geri qalmasınlar və ənənəvi sosial bazadan məhrum olmasınlar.  

Multikulturalizm mövzusu Avropada uzun illər boyu müzakirə 

edilib. Avropalılar hesab edirdilər ki, cəmiyyətin inkişafının gələcəyi 

tolerantlıq və dözümlülük ənənəsinin inkişafı ilə bağlıdır. Lakin bu 

gün Avropada multikulturalizm ciddi böhran keçirir. İnsanlar daim 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə