29
- Qardaşım, planlaşdırıldığı kimi hər şey öz qaydasında
gedirdi, lakin üzüktaxma məqamı yetişəndə orada qalmaqal
yaşandı. Ümumiyyətlə, Mədinə əvvəlcədən bu izdivaca ra-
zılıq vermirdi. Özün yaxşı bilirsən ki, oğlanın anası mənim
anamla bir yerdə işləyir və bizimlə qohum olmağını arzula-
yırdı. Həmin qadının oğlu Bakı Dövlət Universitetinin 4-cü
kursunda oxuyurdu və deyilənə görə universiteti bitirəndən
sonra o, Dövlət Əmlak Komitəsində işləyəcəkdi.
- Demək istəyirsən ki, Mədinənin nişanı alınmayıbdır? –
deyə İbrahim silkələnərək gözləri bərələ qaldı.
- Nişan vaxtı evimizdə əsl qalmaqal yaşanmışdı. İş
ondadır ki, oğlan üzük taxmaq üçün evə dəvət olunanda,
anamın halı dəyişir. İçəridəkilər bunun səbəbini soruşanda,
o, izah edir ki, təxminən iki ay öncə avtobusda gedəndə,
həmin oğlanla güclü mübahisəsi olur.
Oğlanın maşını təmirdə olan zaman o, avtobusa minir və
qabaq qapıya yaxın olan oturacaqda oturur. Növbəti
dayanacaqda anam yaşlı bir qadınla avtobusa minir. Həmin
qadın Milli Elmlər Akademiyasının elmi əməkdaşı idi.
Qəribə də olsa, oğlan həmin qadına yer vermir və mobil
telefonla danışa-danışa hamını heyrətləndirir. Salondakılar,
o cümlədən, anam oğlanın tərbiyəsiz hərəkətlərinə narazı-
lıqlarını bildirəndə o, hamını acılayır. Oğlan utanmadan
yaşlı elmi əməkdaşa bildirir ki, “mən də sənin kimi avto-
30
busa pul verirəm. Təqaüdçüsən, get evində otur, avtobusda
oturmaq istəyirsənsə, mənim kimi boş avtobus gözlə!”
Anam bütün bu hadisəni mənə danışanda, onun
tərbiyəsiz hərəkətindən mən, dəhşətə gəlmişdim.
Bundan sonra İbrahim özünü saxlaya bilməyib bərkdən
gülməyə başladı. Restoran sahibi bu gülüş ilə, ətrafda
oturan qonaqların diqqətini özünə cəlb etdi. O, birtəhər
özünü ələ alaraq, təəccüblə dedi:
- Təsadüfə bax ha, həmin oğlana da Mədinəni almaq
istəyirlər? Deməli, belə çıxır ki, sənin anan avtobusda yaşlı
qadına yer verməyən bir adama öz qızını vermir. Kimə
desən, inanmaz. Əhsən, Xədicə xanıma! Əli, mənim, sənin
anana olan hörmətim, birə-beş artdı. İnşaallah, ananın
arzusu ilə, Madinəyə ən layiqli oğlan tapılacaq.
- Amin! – deyə İslam da təbəssümünü gizlətmədən
səmimiyyətlə dilləndi və dərindən nəfəs alaraq bu dəfə
İbrahimin stəkanına çay süzdü.
Bir anlığa araya sükut çökdü. Sükutu pozmaq istəməyən
Əliyusif stəkanı boşaldıb, dostları ilə vidalaşdı və oranı tərk
edərək, turistlərlə birlikdə Qız qalasına yollandı.
31
III fəsil. Təkidlə verilən məsləhətə etiraz
Axşam hava qaralana yaxın Əliyusif evə gəldi və qonaq
otağına keçib televizora baxmağa başladı. O, yorğun olsa
da, bunu büruzə vermək istəmədi. Lakin buna baxmayaraq,
anası ona çay gətirib, yanında əyləşdi. 53 yaşlı, bəstəboy,
bir qədər dolu bədənli Xədicə iyirmi beş ilə yaxın idi ki,
Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya
institutunda elmi əməkdaş kimi işləyirdi və paralel olaraq o,
folklorşünaslıqla məşğul idi.
Ailənin böyüyü Hümbət Cümşüdov ədəbiyyat müəllimi
olmuş və paralel olaraq o, Azərbaycan folkloru ilə dərindən
maraqlanmışdı. Ömrünün sonuna qədər o, bu işlə əlaqədar
bir neçə elmi cəmiyyətlərdə və rayonların mədəniyyət
ocaqlarında təşkil olunan elmi-praktik konfranslarda iştirak
etmişdi. Hümbət bir neçə il bundan əvvəl metro ilə evinə
qayıdarkən tuneldə baş verən yanğın zamanı həlak
olmuşdu.
Azərbaycanın hələ yüz il bundan əvvəl ailələrdə mövcud
olan adətlər, ənənələr və tərbiyə üsul-idarəsi Xədicənin əsas
tədqiqat obyekti sayılırdı. Kimliyindən asılı olmayaraq,
yalnız yüksək əxlaqa malik olan və etik normalarına riayət
edən adamlarla, maraqlı mövzulara toxunaraq, böyük ruh
yüksəkliyi ilə dialoq qurmağı xoşlayırdı. Məhz bunun sayə-
32
sində o, öz övladlarına köklü azərbaycanlı ailələrinə xas
olan ali tərbiyəni verməyə nail olmuşdu. Bundan sonrakı
əsas məsələ, qızını hansı bir oğlana ərə vermək, oğullarına
isə necə qız almasından ibarət idi. Övladları ilə ailə müna-
sibəti quracaq cavanlar yüksək əxlaq kriteriyalarına cavab
verən adamlar olmalıydılar.
Xədicə qabına çiyələk mürəbbəsi qoyub, armudu
stəkandakı çayı içə-içə söhbətə başladı. O, dedi:
- Keçən həftə dostun şair İslamın “Rəbbin nuru” adlı
şeirlər kitabını oxudum və ondan sonra anladım ki, o,
həddindən artıq Allaha bağlı və islam etikasına riayət edən
adamdır. İnanırsan, həmin şeirləri oxuyanda, şəxsən mən
özüm üçün mənəvi rahatlıq tapıram.
- Sözlərin düzülüşü, qafiyələrin quruluşu, mənanın üzə
çıxarılması mənim ürəyimə yatdığından, mən dəfələrə
həmin kitabın səhifələrini vərəqləyirəm.
- Allah onu xoşbəxt eləsin! Həyat yoldaşı sanki xasiyyə-
tinə uyğun seçilibdir.
- İslamın dediyinə görə həyat yoldaşını məhz özü
seçibdir. Elə buna görə də onların hər ikisi xoşbəxtdirlər.
- Sağ əli sənin başına olsun. – deyə elmi xadim həvəslə
dilləndi, sonra bir qədər ara verərək, həmin tərzdə sözünə
davam etdi. - İşlərin necə gedir? Yazılarınla bağlı oxucu-
ların reaksiyası necədir?
Dostları ilə paylaş: |