21
İbrahimin sözlərindən başa düşmək olardı ki, Güneldən
də qabaq onun istədiyi qız olubdur.
İlk nişanlışı Natəvan adlı bir qız idi. Toya az qalmış
İbrahim görür ki, qız sol çiyninə döymə, sifətini dartıraraq
ağzını böyütdürübdür. Bu hərəkətə görə, ailələr arasında
qalmaqal yaransa da, İbrahim nişan üzüyünü geri alır.
Ondan sonra onu imkanlı ailədən çıxmış Günel adlı bir qız
ilə nişanlayırlar.
Bu məsələdə İslamın susması ondan xəbər verirdi ki, o,
İbrahimin problemi ilə tanışdır. Məhz buna görə də şair
sadəcə olaraq onlara qulaq asmağa başladı.
- Çaşıb, Güneli xəyanətdə ittiham edərsən, ha? – deyə
Əliyusif diqqətini dostuna yönəldərək, şübhə ilə soruşdu. –
O, dəmir iradəli və sənə sonsuz məhəbbəti olan bir qızdır.
- O, mənə sadiq olsa da, hərəkətləri xoşuma gəlmədi.
- Axı, aranızda nə baş veribdir?
- Günel mənə xoş görünmək üçün həftədə iki dəfə
gözəllik salonuna gedirdi. Onun Hicran adlı saç ustası
vardı. Bir neçə dəfə mən özüm, Güneli həmin gözəllik
salonuna aparıb, elə qapının ağzından geri qayıtmışam. Bir
dəfə onun ardınca gözəllik salonuna gedəndə Hicranın kim
olduğunu görüb dəhşətə gəldim. O, Günelin üzünü makiyaj
edəndə mən, hamının yanında qızı sillələdim.
22
- Kimi sillələdin, Güneli, yoxsa Hicranı? – müxbir
anlamağa çalışdı.
- Sənə dedim axı, qızı. – deyə İbrahim qeyri-müəyyən
tərzdə dilləndi.
- Mən də soruşuram hansı qızı?
- Əlbəttə ki, Güneli. Sən demə Hicran kişi imiş.
- Nə? – deyə Əliyusif təəccübdən yerindəcə donub qaldı.
– Günelin saç ustası kişi imiş?
- Mən də elə bilirdim ki, Hicran qadındır. Sən demə
Günel kişi stilistinin yanına gedib, onun qulluğundan istifa-
də edirmiş. Təsəvvür edirsən, o, imkan yaradırmış ki, hə-
min arvada oxşayan kişi qırığı onun sir-sifətini əlləşdirsin.
- İbrahim, Günelgilin ailəsi, müəyyən mənada Avropa
mədəniyyətinə inteqrasiya edibdir, onlar üçün kişi stilistinin
və yaxud saç ustasının yanına getmək adi hal sayılır.
- Avropa mədəniyyəti bir çox ailələrin evini yıxır. Mən
bilsəydim ki, o, kişi stilistinin yanına gedir, öz ailəmi
elçiliyə onların qapısına heç vaxt göndərməzdim.
İbrahim növbəti dəfə çaxır içib, damağına siqaret qoydu.
Bu söhbətdən onun qanı qaralmışdı. Çünki Günelin hərə-
kəti və ondan aralanmaq restoran müdirinə yaman pis təsir
göstərmişdir.
- Qardaş, onda sənin evlənmək məsələn təxirə salınır? –
deyə müxbir yerini rahatlayıb qayğı ilə soruşdu.
23
- Heç bilmirəm, nə cavab verim. Atamla, anam elə hey
deyirlər ki, evlən. Öz istədiyim qıza isə məhəl qoymaq
istəmirlər.
- Keçmiş nişanlından başqa sənin istədiyin var? – deyə
Əliyusif təəccübləndi.
- Əlbəttə yox, mən söz gəlişi deyirəm. Onu bildirmək
istəyirəm ki, valideynlərim öz istədikləri namizədi sırımağa
çalışırlar.
- İbrahim, İslam da deyir ki, ailə qurmaq istəyirsənsə,
mütləq valideynlərinin xeyir-duası olmalıdır. Əks halda
sən, hətta pulun olsun belə, xoşbəxt olmayacaqsan. Məhz
buna görə də sən, valideynlərinin təklif etdiyi xanımla ailə
həyatı qurmalısan.
- Valideynin arzusu ilə mənim ürəyimin istəyi üst-üstə
düşməlidir. Sən heç bilirsən, onlar mənə necə qızlar təklif
edirlər? Təklif olunan qızlar imkanlı şəxlərin övladları
olsalar da, onlar tamamilə mənim zövqümə uyğun deyillər.
İş ondadır ki, mənə təklif olunan qızları sən görəndə,
qorxub qaçarsan. Düzdür, onların hamısı imkanlı ailələrdən
çıxıblar. Birinin dodaqları silikonla şişirdilib, o birisinin
ağzı qulaqlarına kimi elə dartılıb ki, sanki işgəncələrə
məruz qalıb, digərinin sifəti dartılaraq eybəcər hala salınıb,
başqasının gözləri kəsilərək açılır və üstəgəl yarpaq boyda
süni kipriklər qoyulub. Bütün bunlara baxmayaraq, onlar o
24
qədər kosmetika sürtürlər ki, sifət quruluşu qorxunc şəkilə
düşür. Mən başa düşə bilmirəm, nəyə görə cavan, gözəl
qızlar özlərini belə eybəcər hala salırlar? İndi de görüm,
mən elə bir qızlarla necə ailə həyatı qura bilərəm? Axı,
mənim valideynlərim bilməlidirlər ki, həmin qızlar azər-
baycanlı qadın simasından uzaq olan bir adamlardır. Elə bir
qızlarla təməli möhkəm olan bir ailəni yaratmaq mümkün
deyil. Gec-tez xasiyyətimiz tutmayacaq və həmin ailə
dağılacaq. Məhz buna görə də mən nə özümü, nə də mənə
gələn qızı bədbəxt etmək istəmirəm.
- Elədirsə, sən bütün bunları valideynlərinə deməlisən.
Onlar da hər şeyi nəzərə alıb, orta məxrəcə gəlməlidirlər.
- Elə bilirsən, mən bu haqda onlarla söhbət etməmişəm?
Dəfələrlə! Amma onlar qulaq asmaq belə istəmirlər. Mənim
valideynlərimi yalnız bircə şey maraqlandırır, o da ki, pul.
Qızlar imkanlı ailələrdən olduqları üçün atamla anam məni
bədbəxt etmək istəyirlər.
Atamın maliyyə vəziyyəti xeyli pisləşibdir. O, xəbərdar-
lıq edir ki, imkanlı qız ilə ailə qurmaq mənim özümə xeyir-
lidir. Gələcəkdə hər hansısa bir layihəni həyata keçirsəm,
qızın ailəsi mənə köməklik göstərsin. Müxtəlif nazirliklərdə
çalışan yüksək vəzifəli şəxslərin qızları da mənə təklif
olunur və atam qətiyyətlə bildirir ki, bu mənim qayınatamın
işlədiyi nazirlikdə yüksək vəzifəyə sahib olmağıma kömək
Dostları ilə paylaş: |