9
da, siz yenə də beyini keyləşdirən həmin haram məhsuldan
əl çəkmirsiniz. Unutmayın ki, Allah-təala hər şeyi görür və
sizin tövbənizi gözləyir.
- Qardaş, biz bunu yalnız iştaaha gəlmək üçün içirik. –
deyə müxbir bu haqda öz fikrini bildirməyə başladı. – Da-
ha başqaları kimi içib əqlimizi itirmir və ətrafdakılara xələl
gətirən hərəkətlərə əl atmırıq. Tanrı keçsin günahımızdan,
əməlimiz ki, salehdir.
- Bu məsələdə sizə nəsə deyəndə, mən özüm xəcalət
hissi keçirirəm. – deyə İslam üzrxahlıqla dilləndi. – Amma
vaxt gələcək, siz də haqq yoluna dəvət olunacaqsınız.
- Əvvəllər, - deyə İbrahim eşitdiyi sözlərin ciddiliyinə
əhəmiyyət vermədən laqeydliklə dilləndi. - yəni, dinlər
bərqərar olmayan bir zaman, insanlar istədikləri şəkildə
yaşayır və buna görə heç bir varlıq qarşısında məsuliyyət
daşımırdılar. Sanki bu dünya fanidir və heç bir qüvvənin
təsiri altında deyil.
- Dostlar, mən sizə moizə oxumaq fikirində deyiləm, -
deyə şair aludəliklə dilləndi. - amma beynimə hakim olan
fikirlərimi sizə söyləmək məcburiyyətindəyəm. Allah dün-
yanın ilk səbəbkarı və yaradıcısıdır. Dünya Allahın iradəsi
və qoyduğu qayda ilə idarə edilir. Dünya da, insan da
Allahın müdrik yaradıcılığının nəticəsidir. Allah əvvəlcə
10
səmanı və Yeri yaradanda, Yer görünməz və boş idi, hər
tərəf qaranlıq idi.
- İslam dinində də dünyanın yaranması Allah iradəsinə
bağlıdır. Göyü və Yeri icad edən, yoxdan yaradan Allahdır.
Bir işin olmasını istədiyi zaman “ol” deyər, o da yaranar.
- Sənə nə oldu axı, birdən-birə coşdun? – deyə İbrahim
təəccübləndi.
- Mənə heç bir şey olmayıb, sadəcə olaraq demək istə-
yirəm ki, mənəviyyatı saf olan bəndə Tanrı tərəfindən daim
mükafatlandırılacaq. Maddiyyata görə camaat mənəviyyatı
tapdaq altına atır. Həyatın mənəvi cəhətini unudaraq ömür-
lərini yalnız mal-pul, var-dövlətə həsr edənlər haqqında
keçmiş şair və mütəfəkkirlər görün nə demişlər.
XI əsrdə yaşamış fars şairi Nasir Xosrov (1004-1088)
yazırdı:
Yeməyə, yatmağa heyvan can atar,
Bilikli insana söylə kim batar?
Böyük şair Xaqani Şirvani də (1120-1199) yemək üçün
yaşayanları bir tikə çörəyə tamah salıb, qarmağa keçən balı-
ğa bənzədirdi. Dahi Nizami Gəncəvi (1141-1209) yemək
üçün yaşayanlar, bədənə qulluq edənlər barədə deyirdi:
11
Əndamını qaraldan haram qandı gecənin,
Çox yeməklə kütləşər, ağlın kəm olar sənin.
Bir sözlə, əxlaqi baxımdan yemək üçün yaşayanlar deyil,
yaşamaq üçün yeyənlər daha çox qiymətləndirilir.
- İslam başa düş ki, - İbrahim dilləndi. - vaxtilə
ağsaqqallar öyüd-nəsihət verəndə hamı bir ağızdan onların
dediyi ilə oturub-dururdu. İndi isə biz cavanların əksəriy-
yəti ağsaqqalların, müdrik insanların sözlərinə qulaq asmaq
istəmir və televiziya proqramlarının verdiyi tərbiyə ilə
böyüyüb özümüzü el içində rüsvay edirik.
Onlar söhbət edən ərəfədə, artıq bir neçə adam çörək
yemək üçün restorana daxil olmuş, özlərinə münasib yer
seçərək, zövqlərinə uyğun təamları sifariş etmişdilər.
Həmin müştərilərin bəziləri İbrahimlə tanış olduğundan
həmin adamlar müdir ilə salamlaşaraq, içəri keçirdilər.
Birdən restorana Əliyusifin yaxşı tanıdığı 26-27 yaşlı bir
oğlan ilə, yaşı 23-25 olan bir qız daxil oldu. Həmin cütlük
fəvvarənin sağ tərəfində qoyulmuş masanın arxasına keçdi.
Oğlan brend kostyumda olsa da, qız bir qədər vulqarcasına
geyinmişdi. Onun əndamları sarı rəngli sinəsi açıq sıx
paltarın altından şişib üzə çıxmışdı. Göyçək olan həmin
qızın bu geyimi istər-istəməz hər bir adamın diqqətini
özünə cəlb edə bilərdi.
12
Əliyusif həmin adamlara görünməmək üçün arxasını
onlara tərəf çevirdi. İslam dostunun qəribə hərəkətlərini gö-
rüb, cəld həmin cütlüyə nəzər saldı. İbrahim isə Əliyusifin
çaşqınlıq içində olduğunu görüb, nə baş verdiyini soruşdu.
Jurnalist onların haqqında bildiyi məlumatı, dostları ilə
bölüşməyi qərara aldı. O, yavaş səslə dedi:
- Bax, o qadını görürsünüz? Adı Zemfiradır. Onun
havadarı imkanlı iş adamıdır, adı isə Məzahirdir. Məzahir
hansısa, böyük şirkətlərin birində məsul vəzifədə çalışır.
Onun pullarını balta kəsmir.
- Nə olsun ki, mənim də atam böyük tikinti şirkətində
çalışır, - deyə İbrahim məyus halda dilləndi. – lakin lazımi
vəsait olmadığından o, bir çox işləri yarımçıq qoyubdur.
Artıq bir ildən çoxdur ki, banklar işi davam etdirmək üçün
kredit verməkdən boyun qaçırırlar.
- Bu müvəqqəti çətinlikdir, - deyə Əliyusif əminliklə
dilləndi. - gec-tez atan işini davam etdirmək üçün kreditini
alacaq. Amma Məzahir, onun payına düşən pulları necə
gəldi havaya sovurur, bağışla məni o, əziyyətlə qazandığı
pulları, hansısa bir kafe müğənnisinin yolunda xərcləyir.
- İnanırsan, mən yalnız öz qazancımın sayəsində
dolanıram. Kişinin dediyinə görə, lazımi krediti almaq üçün
banklar iri məbləğdə “şapka” istəyirlər. Banklardan uzun
müddətli iri məbləğdə pul alan iş adamlarının bir çoxu, əldə
Dostları ilə paylaş: |