Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə96/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

                                                     

 

  



                                                                            

                                                    

381 

“Elmlər  Akademiyası”  yaradılmışdı.  Təəssüflər  olsun  ki, 



Marağadakı  “Elmlər  Akademiyası”nı  uzun  müddət  qoru-

yub  saxlamaq  mümkün  olmadı.  Əks  halda  orada  bütün 

elmlərin inkişaf etdirilməsi üçün bəşəriyyətə qiymətli kadr-

lar  hazırlanacaq,  əldə  edilən  elmi  nailiyyətlər  dünya  elm 

xəzinəsinə qiymətli kəşflər olacaqdı.  

7.  Astronomik  müşahidələri  keyfiyyətli  aparmaq  üçün 

Marağa  rəsdxanasında  Tusinin  rəhbərliyi  altında  beş  yeni 

cihaz  icad  olunur:  Göy  cisimlərinin  üfüqi  koordinatlarını 

təyin  edən  alət,  Günəşin  meridianda  hündürlüyünü  təyin 

edən  alət,  müasir  universal  alətin  ibtidaisi  olan  fırlanan 

kvadrant,  Yer  qlobusu,  Ulduz  və  ya  Göy  qlobusu.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  həmin  alətlərdən  gələcəkdə  Uluq-

bəy, Kopenhagen və hətta Caypur rəsədxanalarında istifadə 

olunmuşdu.  Sonradan  həmin  alətlər  daha  da  təkmilləşdiri-

lərək,  dəqiq  astronomik  müşahidələrin  aparılmasına  cəlb 

edilmişdi.  Maraqlısı  odur  ki,  1279-cu  ildə  Marağa  rəsəd-

xanasında  hazırlanan  ulduz  qlobusu  dünyada  ən  qədim 

ulduz  qlobusu  sayılır  və  hazırda  o,  Drezden  şəhərində 



“Rəsm-qalereya”  muzeyinin  fizika-riyaziyyat  salonunda 

saxlanılır. 

8. Admiral Piri Rəisin “1513”-cü ildə tərtib etdiyi xəritə 

1929-cu  ildə  İstanbulda  tapılandan  sonra  mütəxəssislərin 

ixtiyarına verilir. Xəritə tədqiq edilərkən əsl sensassiya baş 



                                                     

 

  



                                                                            

                                                    

382 

verir;  Xəritənin  surəti,  yaşı  təxminən  6000  il  olan  qədim 



manuskriptlərdən  çıxarılmışdır.  Əlbəttə,  bu  yalnız  Antark-

tidanın konturları çəkilmiş hissəyə şamil oluna bilər. Həmin 

xəritənin  tədqiqi  ilə  məşğul  olan  professor  Çarlz  Hepqud 

bildirmişdi  ki,  xəritə  tərtib  edilən  zaman  bir  neçə  qədim 

manskriptlərdən  istifadə  olunmuş  və  həmin  xəritənin 

koordinat  toru  çəkilərkən,  tərtibatçı  sferik  triqonometri-

yadan  agah  idi.  Bu  işin  öhdəsindən  isə,  yalnız,  sferik 

triqonometriyanın  mükəmməl  bilicisi  və  riyazi  triqono-

metriyanın banisi olan, zəmanəsinə görə astronomik cihaz-

lardan  və  alətlərdən  peşəkarcasına  istifadə  etmiş,  256 

şəhərin dəqiq koordinatlarını göstərmiş, Yer səthinin uzun-

luq  ölçüsünü  zəmanəsinə  görə  daha  dəqiq  göstərmiş  Tusi 

gələ bilərdi. Məhz bunun nəticəsində görkəmli Azərbaycan 

alimi  sıfırıncı  meridianı  Atlantik  okeanının  şərq  sahilində 

yox,  Cənubi  Amerikanın  ucqar  şərq  hissəsində,  hazırda 

San-Roka  burnu  yerləşən  yerdə  təyin  etmiş  və  bununla  da 

Amerika  qitəsinin  kəşfini  xeyli  tezləşdirmişdi.  Təəssüflər 

olsun ki, Xristofor Kolumb şəxsi ambisiyasına görə həmin 

mənbənin  varlığını  dünya  ictimaiyyətindən  gizlətmiş  və 

nəticədə  isə  Tusinin  bu  işdəki  əhəmiyyətli  rolu  heçə 

endirilmişdi. 

9.  Abbasi  sülaləsinin  hökmranlığı  dövründə,  Bağdadda 

qiymətli  əsərlərlə  zəngin  olan  möhtəşəm  bir  kitabxana 



                                                     

 

  



                                                                            

                                                    

383 

yaradılmış  və  həmin  əsərlər  Xilafətin  paytaxtına,  əsasən 



ərəblər  tərəfindən  işğal  edilmiş  şəhərlərdən,  o  cümlədən, 

İsgəndəriyyədən  gətirilmişdi.  Tusi  Bağdad  şəhərində  olan-

da, gələcəkdə “admiral Piri Rəisin xəritəsi” kimi tanınacaq, 

həmin xəritənin bəzi parçaları ilə üzləşir və tarixi materialın 

tədqiqinə  başlayır.  Azərbaycan  alimi  İspaniya-dan  tutmuş 

Çinə  qədər,  öz  dövründə  məşhur  olan  256  şəhərin  coğrafi 

koordinatlarını  demək  olar  ki,  çox  dəqiqliklə göstərmişdir. 

Mənim fikrimcə, koordinatlar təyin edilərkən, həmin xəritə 

Antarktida  göstərilmədən  artıq  Tusinin  masasının  üstündə 

idi  və  o,  bir  çox  şəhərləri  koordinatlarına  uyğun  olaraq, 

hazırda  olduqları  yerdə  həmin  xəritədə  göstərir.  Sonradan 

isə  həmin  xəritə  müəyyən  səbəblərə  görə  Piri  Rəisin  əlinə 

keçir. 

10.  Xaldat  adalarının  Atlantik  okeanında  göstərilməsi, 



bir  çox  tanınmış  alimlərin  elmi  əsərlərində  əks  olunubdur. 

Tusi  “Zic  Elxani”  əsərində  qeyd  edir  ki,  təyin  etdiyi 

sıfırıncı  meridian  Xaldat  adalarından  keçir.  Bir  neçə  alim 

Xaldatın  iki  böyük  və  çoxsaylı  kiçik  adalardan  ibarət 

olduğunu bildirir. Bəziləri isə onun müasir Antiliya adaları 

olduğunu  bəyan  etməkdən  də  çəkinmirlər.  Bu  haqda  mən 

bir  neçə  səhifədə  ətraflı  məlumat  vermişəm,  lakin  sonda 

özümün  yekun  sözümü  deməyə  borcluyam.  N.  Tusinin 

göstərdiyi Xaldat adaları Amerika qitəsinin özü ola bilərdi. 



                                                     

 

  



                                                                            

                                                    

384 

Elə  Hərrani  də  Xaldat  adalarının  iki  böyük  adadan  ibarət 



olduğunu  bildirir.  Bu  isə  hər  iki  materikdən  ibarət  olan 

Amerika  qitəsinə  işarədir.  Həmin  dövrdə  alimlər  qitəni  və 

ya materiki böyük ada kimi göstərirdilər. O vaxta kimi Yer 

kürəsinin  qərb  tərəfi  o  adalara  qədər  bəlli  idi.  Ona  görədə 

başlanğıc  meridianı  oradan  götürürdülər.  Bu  işdə  heç  bir 

mübahisə yeri yoxdur. 

11.  Tusinin  şanı-şöhrəti  elə  gənc  yaşlarında  Azərbay-

canda  və  ona  yaxın  bölgələrdə  yayılmağa  başlamışdı. 

Əlbəttə,  bu  işdə  ona  “Əxlaqi-Nasiri”  əsəri  böyük  təkan 

vermişdi. Etika sahəsində şah əsər sayılan “Əxlaqi-Nasiri” 

gənc  Tusiyə  həm  ad-san  qazandırır,  həm  də  “Əlamut” 

qalasındakı zindana saldırır. 

XIII  əsrin  30-cu  illərinə  qədər  Şərq  ölkələrində  etikaya 

dair ən oxunan Əbu Əli Miskveyhinin ərəb dilində yazdığı 



“Əttaharə”  əsəri  idi.  “Əxlaqi-Nasiri”  əsəri  bütün  para-

metrlərinə görə “Əttaharə”ni arxada qoyur və əlyazmanın 

üstündən 770 il keçməsinə baxmayaraq, indiyə kimi bir çox 

müsəlman  ölkələrinin  məktəblərində,  etika  dərsliyində 

tədris  olunur.  Hətta  bəzi  monarxiya  dövlətlərində  vəliəhd-

lər  və  şahzadələr  tərbiyənin  nümunəvi,  ünsiyyətin  qabiliy-

yətli, əxlaqın yüksək səviyyədə olmasını arzulayaraq, məhz 

“Əxlaqi-Nasiri”  əsərindən  gündəlik  vəsait  kimi  istifadə 

edirlər.  Kübar  ailələrin  bir  çoxu  öz  adət-ənənələrini, 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə