Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə98/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   94   95   96   97   98   99   100   101   102

                                                     

 

  



                                                                            

                                                    

389 

15. Bildirmək istəyirəm ki, Yeni Dünya sahillərinin kəşf 



edilməsində  Azərbaycanın  dahi  astronomu  və  riyaziyyat-

çısı,  dünya  şöhrətli  alim  Tusinin  böyük  rolu  olub. 

Ulduzların  və  fəza  cisimlərinin  köməyi  ilə  o,  fenomenal 

qənaətə  gələrək,  Amerika  qitəsinin  konturunu  çəkmiş  və 

koordinatlarını  yazmışdır.  Kolumb  da  məhz  onun  hesabla-

malarına əsaslanaraq, əvvəlcədən təyin etmişdi ki, Atlantik 

okeanın o tayında, təxminən 5000-5500 km. aralıda Avropa 

aləminə  məlum  olmayan  nəhəng  torpaq  ərazisi  yerləşir  və 

həmin  yerə  böyük  səyi  nəticəsində  ekspedisiya  təşkil  edir. 

Marağa  rəsədxanasında  tərtib  olunan  xəritəyə  əsasən,  Tusi 

həqiqətən  də  Qərb  dünyasında  nəhəng  torpaq  ərazisini 

göstərir.  Unutmaq  lazım  deyil  ki,  okean  keçidi  zamanı 

gəmidəki bütün coğrafi ölçülər Ayın, Günəşin və ulduzların 

köməyi  ilə  aparılır.  Kolumb  kimi  təcrübəli  dənizçi  və 

peşəkar astronom üçün həmin torpaq ərazisini təyin etmək 

heç də çətin deyildi. 

16. Maraqlıdır, Kolumb kəşf elədiyi torpaqları nəyə görə 

Şərqi  Asiya  adlandırmışdı?  Çox  güman  ki,  o,  bu  həqiqəti 

gizlətməklə  istəmirdi  ki,  yeni-yeni  kolondatorlar  Yeni 

Dünya  sahillərinə  axışıb  gəlsinlər.  Bunun  nəticəsində  isə 

İspaniyadan  gələn  kolondatorlar  admiralın  kəşf  etdiyi 

torpaqları  yavaş-yavaş  mənimsəməyə  başlayacaqlar.  Söz-

süz  ki,  bu  cür  hal  Kolumbun  bütün  planlarına  zidd  idi. 



                                                     

 

  



                                                                            

                                                    

390 

Yenə  də  sual  verilə  bilər  ki,  kəşf  olunan  torpaqların  Şərqi 



Asiya  və  ya  Yeni  Dünya  adlandırılmasında  nə  fərq  var? 

Həmin  torpaqlar  Şərqi  Asiya  adlandırılanda,  məgər 

kolondatorlar kəşf olunan əraziləri mənimsəməyəcəklər? İş 

ondadır ki, İspaniyanın  hökmdarları İzabella Kastiliyalı və 

Ferdinand  Araqonlu  ilə  bağladığı  müqaviləyə  əsasən, 

Kolumb  kəşf  etdiyi  torpaqların  varisi  sayıla  bilərdi.  Kəşf 

olunacaq  torpaqlar  isə  Asiya  qitəsinin  şərq  sahilləri 

sayılırdı.  Deməli,  Asiya  qitəsindən  əlavə  ekspedisiya 

Avropa  dünyasına  məlum  olmayan  hər  hansı  bir  ərazini 

kəşf  etsəydi,  onda  həmin  torpaqlara  ekspedisiyalar  kəşf 

etmək  monapoliyası  Kolumbun  əlindən  alınacaqdı.  Belə 

olan halda, Atlantik okeanının həmin hissəsinə başqa rəislər 

tərəfindən ekspedisiyalar təşkil olunmalıydı. 

17.  Kolumb  əvvəlcədən  bilirdi  ki,  qarşısındakı  torpaq 

Avropa  dünyasına  məlum  olmayan  bir  ərazidir  və  həmin 

ərazinin  Pireney  yarımadasından  qərb  istiqamətində  neçə 

kilometr  aralıda  yerləşir.  Bunun  üçün  əyani  sübut  matros-

ların  Yeni  Dünya  sahillərinə  çatmağa  az  qalmış  qaldırdıq-

ları  qiyamdır  və  ekspedisiya  rəsinin  komandadan  beş  gün 

yox,  bir  həftə  yox,  iki  həftə  yox,  məhz  üç  gün  möhlət 

istəməsidir.  Yuxarıda  qeyd  edildiyi  kimi  Baham  adaları 

sisteminə daxil olan Quanahini adası verilən möhlətdən düz 

iyirmi  altı  saat  sonra  kəşf  edilir.  Deməli,  Kolumb  qiyam 



                                                     

 

  



                                                                            

                                                    

391 

qalxmamış  əvvəlcədən  bilirdi  ki,  Qərb  yarımkürəsindəki 



nəhəng  torpaq  haradasa  yaxınlıqda  yerləşir.  Çünki  Tusinin 

xəritəsinə  əsasən  nəzərdə  tutulan  naməlum  torpaq 

ekspedisiya çatdığı yerdən xeyli şərq tərəfdə yerləşməliydi. 

Həmin  dövrdə  texnikanın  azlığı  və  ölçü  cihazlarının  dəqiq 

işləməməsi  Kolumbda  belə  bir  təəssürat  yarada  bilərdi  ki, 

ekspedisiyanın  getdiyi  marşurut  məsafəsi  düzgün  ölçül-

məyibdir. Məhz bu səbəbdən onda belə bir şübhə yaranardı 

ki, Tusinin xəritədə göstərdiyi naməlum torpaq heç də şərq 

tərəfdə  qalmayıbdır.  Kolumb  oktyabr  ayı  girəndən  hər  an 

torpaqla üzləşəcəyinə əmin idi. 

18.  Kitabda  qeyd  edilir  ki,  Tusinin  həyatını  tədqiq  edən 

professor  H.  Məmmədbəyli  belə  ehtimal  sürmüşdür  ki,  “o 

dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumb-

dan çox-çox qabaq Qərb yarımkürəsində, sonralar Amerika 

adlandırılmış  materikin  varlığından  xəbərdar  imişlər”. 

Onda  belə  çıxır  ki,  Tusinin  Marağada  tərtib  etdiyi  xəritə, 

Çindən  Apenin  yarımadasına  gətiriləndən  sonra,  heç  də 

Pololar  nəslinin  şəxsi  əmlakı  arasında  uzun  müddət 

saxlanılmır.  Xəritə  tez  bir  zamanda  Venetsiyanın  hüdud-

larından  kənara  çıxır  və  tez  bir  zamanda  astronomiya  ilə, 

coğrafiya  elmləri  ilə  dərindən  maraqlanan  adamların 

əllərinə  keçir.  Xəritə  ilə  tanış  olanlar  elə  bilirdilər  ki, 

Atlantik  okeanının  qərb  sahilində  göstərilən  sahil  zolağı 



                                                     

 

  



                                                                            

                                                    

392 

Uzaq Şərqi Asiyanın sahil zolağıdır. Nəyə görə, onlar o cür 



fikirləşə bilərdilər? 

Həmin  dövrdə  mütərəqqi  insanlar  çox  yaxşı  dərk  edir-

dilər ki, Yer planetinin quruluşu kürə şəkilindədir. Kolumb 

Yeni  Dünya  sahillərinə  yola  düşməmişdən  əvvəl,  Köhnə 

Dünyanın  üç  qitədən  ibarət  olduğu  məlum  idi.  Həmin  üç 

qitədən  başqa  Yer  kürəsində  əlavə  materikin  olduğunu 

təsəvvür  etmək  çətin  idi.  Əgər  Atlantik  okeanının  qərb 

hissəsində  iri  bir  torpaq  ərazisi  göstərilirsə,  onda  həmin 

torpağın  Asiya  qitəsinin  şərq  hissəsinin  olduğunu  zənn 

etmək  olar.  İşdir,  Sakit  okeanının  şərq  hissəsində  iri  bir 

torpaq ərazisi göstərilərsə, onda həmin torpağın Avropanın 

qərb  hissəsinin  olduğunu  başa  düşmək  çətin  olmazdı. 

Deməli,  Tusinin  xəritəsi  Florensiya  kitabxanasına  düşmə-

mişdən  əvvəl  mütəxəssislər  üçün  məlum  idisə,  həmin 

torpağın  Asiya  qitəsi  olduğu  güman  edilirdi.  Elə  həmin 

ehtimallara əsasən, Paolo Toskanelli də elə bilirdi ki, həmin 

torpaq  Asiya  qitəsinin  ucqar  Şərq  hissəsidir.  Belə  olan 

halda  Yer  kürəsinin  səthinin  ölçüsü  süni  surətdə  xeyli 

kiçildilirdi. 

19.  Toskanellidən  fərqli  olaraq,  Kolumb  Yer  kürəsinin 

balaca olmasına şübhə ilə yanaşmış və Tusinin xəritəsində 

göstərilən,  Atlantik  okeanının  qərb  hissəsindəki  ərazinin, 

naməlum  bir  torpaq  olduğuna  inanmışdı.  Lakin  həmin 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə