25
Miletli Fales (b.e.ə. 640-556)
Həmin dövrdə Pifaqor Lesbos adasında, Finikiyada,
Misirdə və Babilistanda olmuş və tarixi sənədlərin
saxlanıldığı binalara daxil olmaq üçün imkan tapmışdır.
Babilistanda olarkən Pifaqor (12 il orada qalır) Haldey
müdriklərinin tədris metodunun vasitəsilə astronomiya,
astrologiya, tibb və riyaziyyat elmlərinə tam yiyələnir.
Siciliya adasının Kroton şəhərində o, öz məktəbini açır və
orada ilk dəfə Yerin kürə şəkildə olması fikri yürüdülür. On
rəqəminin ideal olması üçün Pifaqor bildirmişdi ki, göydə
26
on planet olmalıdır.
1
Halbuki həmin dövrdə Günəş, Ay və
beş planet məlum idi. (Yer planetindən başqa).
Pifaqor belə bir fikir söyləmişdir ki, Yer kürə şəklindədir
və o heç bir dayaq olmadan fəzadan asılıbdır. Aristotel
(b.e.ə. 384-322) “Göy haqqında” əsərində Yerin çevrə
uzunluğunun ölçüsünü göstərmişdir və qeyd etmişdir ki,
Yerin radiusu, indiki ölçülərlə 10000 km-ə bərabərdir.
Onun fikrincə, torpaqlar, sular, hava və od məhvedilməz
materiyadan – efirdən – təşkil olunub və onlar sfera şəklin-
də bir-birinin üstündə sıra ilə yerləşir.
1
Д. К. Самин. Сто великих ученых. Москва, «Вече», 2002. стр.8
27
Pifaqor (təx. b.e.ə. 580-500)
Yunanlar düşünürdülər ki, bütün yeri Okean əhatə edir
və onun suları əbədi burulğan vasitəsilə yer ətrafında dövr
edir.
1
1
Н. А. Кун. Легенды и сказания Древней Греции и Древнего Рима.
Москва, «Правда», 1990. стр.25
28
Aristotel və ondan sonra gələn sələfləri, həmin dövrə
qədər mövcud olan Yerin öz oxu ətrafında fırlanması və
Kainatda dövr etməsi ideyasını rədd edirdi. Onlar bunu
onunla izah edirdilər ki, əgər Yer öz oxu ətrafında fırlanır-
sa, onda əks tərəfdə əsən küləklər Yerin üzərində yerləşən
bütün əşyaları qərb istiqamətində itələyib aparacaq. Bu
barədə alimlər bir neçə arqumentlər gətirirdilər.
1
Şübhə yox ki, qədim dövrdə astronomiyaya və Yerin
quruluşuna dair nə qədər də hepotezalar və elmi dəlillər
gətirirdilər, bir o qədər də sonrakı alimlərin işləri
yüngülləşirdi. Samoslu Aristarxın (təx. b.e.ə. 320-230) bir
neçə işi bizim dövrə qədər gəlib çatmışdır. Ona Günəş ilə
Ayın bucaq ölçüsünün məsafəsini təyin etmək müəssər
olmuşdur. Aristarx hətta Aya və Günəşə qədər olan məsa-
fəni də tapmağa cəhd göstərmişdir. Onun hesablamalarına
görə Yerdən Aya qədər məsafə - Yerin 19 radiusuna
bərabərdir, Günəşə qədər olan məsafə isə həmin məsafədən
19 dəfə çoxdur. Məhz Yer ilə Günəş arasındakı ölçünün
böyük olmasını nəzərə alan alim belə bir fikir söyləməyə
məcbur olmuşdu ki, “tərpənməz ulduzlar və Günəş fəzada
öz yerlərini dəyişmirlər, bununla da Yer dairəvi olaraq
Günəş ətrafında dövr edir”.
1
Д. К. Самин. Сто великих научных открытий. Москва, «Вече»,
2002. стр. 257
29
Platon (b.e.ə. 427-347) Aristotel (təx. b.e.ə. 384-322)
Bu haqda sonradan Arximed də fikir söyləmişdi. Demə-
li, belə çıxır ki, Aristarx Nikolay Kopernikdən hələ xeyli
əvvəl Yerin Günəş ərafında dövr etməsi barəsində fikir
yürütmüşdü. Sadəcə olaraq o, polşa alimi kimi bu ideyanı
elmi baxımdan sübut edə bilməmişdi.
Həmin elmi nailiyyətləri əldə etmək üçün ilk növbədə
riyaziyyat, astronomiya və coğrafiya elmlərini inkişaf etdir-
mək lazım idi. Bu sahənin təkamülü üçün Aristotel, Hip-
parx, Ptolemey, Evklid, Arximed və Eratosfen kimi məşhur
alimlər, bəşəriyyət tarixində əvəzsiz rol oynamışdılar.
Həmin dövrdə əldə olunan ən xırda elmi nailiyyət, hər bir