RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   19   20   21   22   23   24   25   26   27

vəziyyətlə bağlı, Qadın, sülh və təhlükəsizlik, Təhlükə-
sizlik Şurasının fəaliyyət metodları mövzusunda  müza-
kirələr təşkil etmişdi. Təhlükəsizlik Şurası oktyabrın 3-
dən  9-na kimi isə  Afrikanın  Böyük  Göllər  regionuna 
(Kongo  Demokratik  Respublikası,  Ruanda,  Uqanda  və 
Həbəşistan)  missiyalar  həyata  keçirmişdi.  Azərbaycan 
Təhlükəsizlik  Şurasına  üzvlüyü  müddətində  Konqo 
Demokratik Respublikası ilə əlaqədar 1533(2004) saylı 
qətnamənin yerinə yetirilməsi ilə məşğul olan komitəyə 
rəhbərlik etmişdi. 
Təhlükəsizlik  Şurasının  üzvü  olduğu  dövrdə 
İlham  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan  dövlətinin 
milli  maraqlarının  qlobal  səviyyədə  inkişafı  istiqamə-
tində  fəal  səylər  göstərildi.  Ermənistanın  Azərbaycana 
qarşı təcavüzünün  müxtəlif  aspektləri  Şuranın  müvafiq 
iclaslarında mütəmadi olaraq diqqətə  çatdırıldı,  dövlət-
lərin suverenliyi,  ərazi  bütövlüyü  və  beynəlxalq  səviy-
yədə  tanınmış  sərhədlərinin  toxunulmazlığı  kimi bey-
nəlxalq hüquq  prinsiplərinə  hörmətin,  həmçinin  müna-
qişələr  zamanı  müharibə  və  insanlığa  qarşı  cinayətlər 
törətmiş  şəxslərin  məsuliyyətə  cəlb  edilməsinin vacib-
liyi 
vurğulandı. 
 
 

 
 
 
 
 
103 
 


                               
NƏTİCƏ 
                     
Baş katib BMT-də əsas siyasi şəxsiyyətdir və onun 
müstəqil, heç kəsin göstərişi olmadan fəaliyyət göstərməsi 
dünyada olan siyasi p
roseslərin  nizamlanmasında  böyük 
rol oynaya bilər. 
 BMT-
nin  ilk  Baş  katibi  olan  T.Li  əvvəllər 
qarşıdurmadan,  mübahisələrdən  kənar  idi.1946-cı  ildə 
Azərbaycan  məsələsi  BMT-də  müzakirə  edilərkən 
Sovet-
İran  münasibətlərinin  nizama  salınmasında 
T.Linin rolu oldu. 
Bundan başqa o, 1947-ci ildə Avro-
panın  bərpası  proqramını  dəstəklədi.  1948-ci  ildə  T.Li 
Fələstinin  bölünməsinə  tərəfdar  çıxdı  və  bundan  sonra 
siyasi  ziddiyyətlərə  qoşuldu.  T.Li 1950-ci  ildə  ABŞ 
Koreyanın  daxili  işlərinə  silahlı  müdaxilə  etdkdə  onun 
siyasətini dəstəklədi və buna görə də ABŞ onun növbəti 
dəfə  seçilməsinə  razı  oldu.  Truqve  Li  açıq  surətdə 
qərbpərəst  mövqe  tutduğu  üçün  SSRİ  onun Baş  katib 
olmasına  etiraz  etdi.  SSRİ  bildirdi  ki,  o  halda  Truqve 
Linin  namizədliyini  qəbul  edər  ki,  o,  ABŞ-la  əlaqəni 
kəssin. T.Li ABŞ-ın təkidi ilə seçilsə də, BMT-nin əksər 
üzvü onun qərbyönümlü siyasətindən narazı olduğu üçün, 
sonralar o, istefa 
verməyə məcbur oldu. 
 
Baş  katib  olduğu illərdə  Daq Hammarşeld  BMT-
n
in  qarşısında  duran  məqsədləri  müvəffəqiyyətlə  həyata 
keçirdi, müharibənin qarşısını almaqda böyük işlər gördü, 
Yaxın Şərqdə vəziyyəti yaxşılaşdırmaq üçün İsrail və ərəb 
dövlətləri  arasında  danışıqlar  barədə  sazişi  dəstəklədi. 
D.Hammarşeld Baş katib vəzifəsinə təyin olunanda BMT-
nin üzvləri arasında bir-birinə inam son dərəcə azalmışdı. 
104 
 


Təşkilatın  üzvləri  belə  nəticəyə  gəlmişdilər  ki,  Katiblik 
daha  müstəqil  deyil.  Bu  tendensiyaya  son  qoymaq  və 
iştirakçı  dövlətlərdən  asılılığı  aradan  qaldırmaq  üçün 
D.Hammarşeld  Katiblikdə  islahatlar  apardı.  O,  Baş 
Məclisdə  öz  müavinlərinin  təsirini  məhdudlaşdırdı. 
Federal təhqiqat bürosu BMT-də  olan ABŞ nümayəndə-
ləri  üzərində  nəzarət  hüququnu  itirdi.  Sonra 
D.Hammarşeld  beynəlxalq  diplomatiyada  BMT-nin 
mövqeyini möhkəmlətməyə başladı. O, dövlət başçılarına 
preventiv diploma
tiya  istiqamətində  onunla  məsləhət-
ləşməyi  təklif  etdi.    BMT-nin  keçirdiyi  danışıqlarda 
D.Hammarşeld əsas rol oynadı. Baş katib vəzifəsinə ikinci 
dəfə  seçilən  D.Hammarşeld  BMT-ni  beynəlxalq  sülh 
qoruyucusuna  çevirməyə  cəhd  etdi.  Onun  rəhbərliyi 
altında Suveyş böhranını nizama salmaq müvəffəqiyyətlə 
başa  çatdı.  Digər  Yaxın  Şərq  böhranı  1958-ci  ildə 
İordaniya və Livanın qonşu ərəb dövlətlərinə qarşı hərbi 
kömək üçün ABŞ və Böyük Britaniyaya müraciət etdiyi 
zaman  yarandı.  Hammarşeld  tərəfləri  sülh  vasitəsilə 
münaqişəni  həll  etməyə  sövq  etdi.  D.Hammarşeldin 
qətiyyətli  addımı  sayəsində  BMT  Nizamnamədə  ifadə 
edilən  prinsipləri  həyata  keçirən  effektli  beynəlxalq 
təşkilata  çevrildi.  Hammarşeldin  məqsədi  o  idi  ki, 

dövlətlər BMT Nizamnaməsini rəhbər tutsunlar”.  
U T
an  hesab  edirdi  ki,  kapitalizm  və  sosializm 
konvergensiya  etsə,  bəşəriyyət  qazanar.  O,  sosial  demo-
kratlara meyl edirdi, ticarətçinin zəngin, müəllimin kasıb 
olduğu kapitalizmin əleyhinə idi. U Tan ABŞ-ı irqi ayrı-
seçkilikdə, SSRİ-ni qapalılıqda tənqid edirdi.  
105 
 


1962-
ci il Karib böhranının qarşısının alınmasında 
vasitəçilik  edən  U  Tan  SSRİ-nin  etimadını  qazanmışdı. 
O,1963-
cü ildə İrian-Canın(Qərbi Yeni Qvineya) Hollan-
diyadan  İndoneziyaya  keçməsinə  nəzarət  edən  BMT-nin 
müvəqqəti  icraçı  hakimiyyətinin  yaradılmasında  da 
mühüm rol oyna
mışdı. 
Kurt Valdhaym BMT-
nin maraqları dairəsində olan 
yerlərdə  tez-tez olurdu.    O,  sülh  yaratmaq  məqsədilə 
Yaxın  Şərq  problemi  ilə  də  ciddi  maraqlanırdı.  1973-cü 
ildə Yaxın Şərqdə müharibə zamanı K.Valdhaym İsrail, 
Misir  və  Suriya  hərbi  hissələrini  tərxis  etmək    üçün 
regiona  iki  yeni  missiya  göndərmişdi. K.Valdhaym iri 
dövlətlərlə münaqişəyə girmədən fəal işləyirdi. 
 Xavyer Peres de Kuelyar BMT-
nin  beynəlxalq 
sülh və təhlükəsizliyi  müdafiədə  iflic olmasının səbəbini 
BMT  çərçivəsində  Təhlükəsizlik  Şurasının  daimi  üzv-
lərinin  qətiyyətliliyinin  zəifləməsində  görürdü.  O,  Yaxın 
Şərqdə Fələstin, Livan problemlərinin, Afrikada Namibiya 
probleminin,    İran  və  İraq  arasında  münaqişənin, 
Kampuçiya probleminin, Əfqanıstan ilə bağlı vəziyyətin, 
Latın Amerikası probleminin  nizama salınmasında, nüvə 
silahlarının  yayılmaması  barədə  məsələlərdə  siyasi 
fəaliyyət  göstərmişdir.  Baş  katib  bütün  fraksiyaları 
barışdırmağa  cəhd  edirdi.  1980-ci  illərdə,  yəni  onun 
ikinci dəfə BMT-nin Baş katibi olduğu dövrdə ABŞ və 
SSRİ arasında münasibətlər yaxşılaşmağa başlamışdı. 
  
B.B.Qalinin  tövsiyələri  BMT-nin sülhyaratma 
potensialını  möhkəmləndirməyin  bazisini  qoydu.  O, 
BMT-
nin  böhrandan  çıxması  üçün  iki  çıxış  yolu  göstə-
rirdi:  Ya  hakimiyyətə  kollektiv  gücü  qəbul  edən  siyasi 
106 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə