Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   ...   25

Güllə səsindən doğulan kitab 
27 
qalan  komandir  üçün  bu  əmri  icra  etmək  istənilən 
olmasa  da,  o,  bunu  etməli  idi.  Çünki  kömək  gəlməsə 
batalyon  mühasirəyə  düşə  bilərdi.  Çox  böyük  ruh 
yüksəkliyi ilə hücuma keçən və daşnak yuvası Əsgə-
ranı  qan  bahasına  ələ  keçirən  igid  döyüşçülərimiz  bu 
qələbənin  sevincini  bayram  etməyə  macal  tapmamış 
oranı tərk etməli oldular. 
Məlumat üçün deyim ki, Ala 
Yaqubun oğlu  Canpolad  Rza-
yev  (ölümündən  sonra  Azər-
baycanın  Milli  Qəhrəmanı) 
1992-ci  ilin  fevral  ayının  25-
dən  26-na  keçən  gecə  çox  bö-
yük  qəhrəmanlıq  göstərdi,  Er-
məni  təcavüzünə  məruz  qalan 
Xocalı əhalisinin təxminən yüz 
otuz  nəfərini  öz  tankının  üs-
tündə  ölüm  zonasından  çıxa-
raraq  Ağdama  gətirdi.  Özü  isə 
yenidən  döyüşə  atılanda  düş-
mən snayperinin atdığı gülləyə tuş gəldi. 
Azərbaycanın  Milli  Qəhrəmanı  Fred  Asif  -  kişilik 
meyarı,  qeyrət  nümunəsi,  qəhrəmanhq  rəmzi.  Asif 
Məhərrəmov  çoxlarından  fərqli  bir  ömür  yaşadı, 
çoxlarına  bənzəməyən  bir  əqidə  və  zəka  sahibi  oldu. 
Fərqli  düşüncə  tərzi  ona  çoxları  kimi  adi  bir  həyat 
yaşamağa  imkan  vermədi.  Ömrünü  sıxıntı  və  məh-
rumiyyətlər  içərisində  keçirsə  də,  nə  əyilmədi,  nə  də 
sınmadı. Tanıyanların hər biri tərəfdən sevilib sayılsa 
 
Azərbaycanının  
Milli Qəhrəmanı  
Canpolad Rzayev
 


İ ra də   Əli li  
28 
da bundan istifadə etmədi. 

 
“Vətəni  qorumaq  üçün 
hansısa partiyanın üzvü olmaq 
vacib  deyil”-  deyən  Asif  heç 
bir  siyasi  cərəyana  qoşulmadı. 
Ağdamın  imarət  stadionunda 
mərd,  igid,  döyüşkən  oğulları 
bir  yerə  toplayaraq  “Haqq 
cəbhəsi”ni  yaratdı.  Sonralar 
özünümüdafiə 
batalyonuna 
çevriləcək  bu  dəstəyə  təkcə 
Ağdamdan  deyil,  Azərbayca-
nın  hər  yerindən  və  keçmiş 
Sovetlər  Birliyinin  müxtəlif  respublikalarından  da 
cəngavər  oğullar  axışmağa  başladı.  Digər  batalyon-
larda  olduğu  kimi  bu  batalyonun  da  döyüşçüləri  hər 
döyüşə  böyük  ruh  yüksəkliyi  ilə  atılır  və  erməniləri 
doğma torpaqlarımızdan qovub çıxaracaqlarına inanır-
dılar.  Döyüşdən-döyüşə  inanılmaz  qələbələrə  imza 
atan igid döyüşçülərimiz cəsur komandiri Fred Asifin 
iştirakı ilə keçirilən əməliyyatların hamısı uğurla başa 
çatırdı. Asifin hamıdan irəlidə getdiyini görən döyüş-
çülər  ölümü  saya  salmadan  komandirin  arxasınca 
irəliyə  -  düşmən  üstünə  şığıyırdılar.  Asif  Məhərrə-
movun  döyüşçülərindən  dörd  nəfəri  «İgidliyə  görə» 
medalı, yeddi nəfəri «Azəbaycan bayrağı» ordeni, iki 
nəfəri isə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı-
na layiq görülmüşdü. Qəhrəman adına layiq görülən-
lərdən  biri  də  igid  komandirin  özü  idi.  Lakin  dünya 
 
Azərbaycanının  
Milli Qəhrəmanı  Asif 
Məhərrəmov
 


Güllə səsindən doğulan kitab 
29 
malında gözü olmayan və tərifdən zəhləsi qaçan Asif 
Məhhərəmov bu addan imtina etdi. Səbəb isə konkret 
idi: 

 
Qəhrəmanın  vətənində  erməni  at  oynatmaz.  Öl-
kənin  xeyli  hissəsi  işğal  olunub,  insanlar  əsir  düşüb. 
Mən yaxama medal vurub, - qəhrəmanam - deyə öyü-
nə bilmərəm.Müharibəni qələbə ilə başa vurarıq, bay-
rağımızı  İrəvana  sancarıq,  ondan  sonra  qəhrəman 
məsələsinə baxarıq. 
Bu cür igid komandirləri, cəsur döyüşçüləri olan bir 
ölkə  necə  oldu  ki,  düşmənin  öhdəsindən  gələ  bil-
məyib, məğlubiyyətə uğradı? Səbəbləri: 
1.
 
Vahid komandanlığın olmaması; 
2.
 
Dövlət rəhbərlərinin seyrçi mövqe tutması; 
3.
 
Müxtəlif  liderlərin  başına  yığışan  adamlarla 
partiya  yaradaraq  cəbhəyə  yollanmaq  əvəzinə  haki-
miyyət davasına atılması; 
4.
 
Müharibənin  Moskvadan  idarə  olunması  və 
Azərbaycanın о vaxtkı rəhbərlərinin Moskvaya itaətlə 
qulluq  etməsi.  Halbuki  Azərbaycan  artıq  müstəqil 
dövlət idi; 
5.
 
Rusiyanm ermənilərə havadarlıq etməsi və onları 
silah-sursatla təmin etməsi; 
Başqa səbəblər də vardı... 
Ermənistan  ərazisindən  sonuncu  Azərbaycanlının 
qovulmasından  iyirmi  yeddi,  Qarabağın  işğalından 
iyirmi  iki,  atəşkəs  elan  olunmasından  isə  iyirmi  bir 
keçməsinə  baxmayaraq,  hələ  də  baş  verənlərin  araş-
dırılması, torpaqların geri alınması is tiqamətində heç 


İ ra də   Əli li  
30 
bir  iş  aparılmır,  heç  buna  cəhd  də  göstərilmir.  Bəs 
yuxarıda  adları  çəkilən  cəsur  komandirlər  və  onların 
döyüşçülərinin aqibətləri necə oldu? 
12  iyul  1992-ci  il.  Bir  neçə 
kəndin erməni qəsbkarlarından 
azad  olunması  ilə  nəticələnən 
iri  miqyaslı  hücum  uğurla  hə-
yata keçirildi. Hücuma rəhbər-
lik  edən  Azərbaycanın  Milli 
Qəhrəmanı  Allahverdi  Bağı-
rov  Naxçıvanik  kəndində  gə-
lib döyüşçüləri təbrik etdi və: 
–  “Sabah  Əsgəranda  görü-
şərik!”-  deyib,  sürücüsüƏmir 
ilə  birlikdə  «Niva»  markalı 
maşınına əyləşib Ağdama yol-
landı.  Amma  heç  iyirmi  dəqiqə  keçməmiş  gəldiyi 
yolla  geri  qayıdan  Allahverdi  Bağırov  tank  əleyhinə 
minaya düşüb, sürücüsü ilə birlikdə parça-parça oldu. 
О  minanı  ora  erməni  basdırmışdı?  Mən  inanmıram. 
Araşdıran  olmadı...  Ölümündən  səkkiz  ay  sonra 
Azərbaycan  Respublikasının  prezidenti  Ə.  Elçibəyin 
fərmanı  ilə  Allahverdi  Bağırova  «Azərbaycanın  Milli 
Qəhrəmanı»  fəxri  adı  verildi.  Amma  Allahverdi  Ba-
ğırov elə bu adsız da sonuncu Qarabağ müharibəsinin 
ən böyük qəhrəmanı idi. 
18  iyun  1992-ci  il.  Həmin  gün  sonuncu  Qarabağ 
müharibəsinin  ən  böyük  qəhrəmanlarından  biri,  ilk 
milli  batalyonun  yaradıcısı,  peşəkar  hərbçi  Şirin 
 
 
Azərbaycanının  
Milli Qəhrəmanı  
Allahverdi Bağırov
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə