Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   ...   25

Güllə səsindən doğulan kitab 
13 
 
 
YARIDA QALMIŞ BİR ÖMRÜN 
TARİXÇƏSİNDƏN 
 
hmədpur  İbrahim  Səfər  oğlu  1955-ci  ilin 
sentyabr  ayının  3-də  Ağdam  şəhərində  ana-
dan olmuşdur. Orta təhsillidir. O, 1962-cı ildə Ağdam 
şəhərində  orta  məktəbin  1-ci  sinfinə  gedib  və  1972-
1973-cü  tədris  ilində  həmin  məktəbi  bitirmişdir.  Ata-
sını  uşaq  ikən  itirmişdi.  İbrahim  artıq  uşaq  ikən  hiss 
etmişdi çətinliyi, ehtiyacı. Yeniyetmə yaşında artıq o, 
zəhmətə  alışmışdı.  İbrahim  çalışqanlığı  ilə  həm  zəh-
mətkeş  bir  insan  kimi,  həm  də  vətənini  sevən  bir  və-
tənpərvər kimi özünü cəmiyyətdə təsdiq etmişdir. Ya-
xınlarının  danışdıqları  xatirələrdən  məlum  olur  ki,  o 
hələ yeniyetmə olan çağlarından Vətənə çox bağlı ol-
muşdur. Gənc yaşlarında artıq ailə qayğısı çəkən İbra-
him bacı və qardaşlarının ağırlığını öz çiyinlərinə gö-
türmüş,  onların  xoş,  firavan  yaşamaları  üçün  əlindən 
gələni  etmişdir.  Ailə  üzvlərinin  sosial-maddi  prob-
lemlərini  öz  üzərinə  götürərək,  əzizlərinin  gözəl  ya-
şamasını bir oğul kimi, bir qardaş kimi təmin etmişdir. 
Bacı-qardaşlarından  İbrahim  barəsində  xatirələrini 
soruşduqda  hər  biri  ayrı-ayrılıqda  İbrahim  haqqında 
ürək  dolusu  və  yana-yana  danışırdılar.  Onlar  bir  ata, 
qeyrətli qardaş itirdiklərini göz yaşları ilə söylədilər.  
Əhmədpur İbrahim 1981-ci ildə sevdiyi qız - Almaz 
Zeynalova  ilə  ailə  həyatı  qurdu.  Bu  nigahla  gözəl, 
Ə 


İ ra də   Əli li  
14 
xoşbəxt bir ailənin təməli qoyuldu. Onlar xoş, firəvan 
günlərini  yaşayır,  həyatın  çətin  və  daşlı-kəsəkli  yol-
larını  birlikdə  addımlayırdılar.  Çətinliyə  birlikdə sinə 
gərib,  birlikdə  də  bu  çətinliyə  qatlaşırdılar.  Tale  bu 
gözəl və gənc ailəyə üç övlad, üç oğul payı qismət et-
di.  Amma  bu  xoşbəxtlik  uzun  sürmədi,  arzular,  xə-
yallar  yarıda  qaldı.  Amma  bu  arzuların  boynubükük 
olub, gerçək olmaması nə ailəsini sevib, ömrünü verən 
İbrahimdən  asılı  idi,  nə  də  ailəsini  həyatının  özəyi 
bilən,  həyat  yoldaşını  özündən  də  çox  sevən  Almaz 
xanımdan!.. 
 
 
 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
15 
 
 
MÜHARİBƏ
 
 
üharibə  işti-
rakçıları  yaxşı 
bilirlər 
ki, 
müharibə 
kinolarda  olduğu  kimi 
maraqlı  və  asan  olmur. 
Həm 
də 
müharibə 
qorxaqların,  iradəsizlərin 
yeri  deyil.  Düşmən  gül-
ləsinə  sinə  gərmək  üçün 
sağlam  canın,  dəmir  ira-
dən,  döyüşkən  ruhun  və 
ən  əsası  köksündə  Vətən 
sevgisi  ilə  döyünən  ürəyin  olmalıdır.  Sonuncu 
Qarabağ müharibəsində on minlərlə belə cəsur oğullar 
düşmənin  üstünə  yeridilər.  Gözlərini  qırpmadan, 
canlarını əsirgəmədən. Mən həmişə о fikirdə olmuşam 
ki,  hər  bir  müharibə  iştirakçısının  həyatı  ayrıca  bir 
romanın,  ayrı-ayrı  qəhrəmanların  həyatları  isə  tarixi 
əsərlərin mövzusudur. Təəssüflər olsun ki, mən yazıçı 
deyiləm,  şair-publisistəm.  Buna  görə  də  müharibənin 
bəzi  məqamları  və  müxtəlif  insanların  həyatları  ilə 
bağlı kiçik həcmli publisistik  əsərlərlə kifayətlənməli 
oluram. 
 
 
 



İ ra də   Əli li  
16 
*  *  * 
Uşaqlıqda  sözə  baxmayıb,  nadinclik  edəndə  vali-
deynlərimiz bizi ya xortdanla, ya da adamyeyənlə hə-
dələyərdilər.  Biz  də  nə  xortdanı,  nə  də  adamyeyəni 
tanımasaq  da  özümüzü  yığışdırardıq.  Onların  hər 
ikisini qorxunc, eybəcər və çox böyük bir varlıq kimi 
təsəvvür  edərdik.  Bir  az  böyüdük  və  dərk  elədik  ki, 
həyatda nə xortdan var nə də adamyeyən. Bunların hər 
ikisi  uşaqları  qorxutmaq  üçün  böyüklərin  uydurma-
sıymış.  Bir  az  da  böyüdük.  Qarabağ  müharibəsi  baş-
ladı. Vətənini, elini, obasını, xalqını, millətini sevən ər 
igidlər  vətəni  təcavüzkar  düşməndən  qorumaq  üçün 
müharibəyə  yollandılar.  Arxada  qalan  uşaqlar  atılan 
güllələrin  səsini  eşidib,  qorxmasınlar  deyə  sinələrini 
sipər  etdilər.  Axı  bu  müharibə  idi,  uşaqlıqda  eşitdik-
ləri  xortdan  və  ya  adamyeyən  deyildi.  Amma  elə 
xortdan  da,  adamyeyən  də  müharibə  imiş,  sən  demə. 
Gör  neçə  min  insanı  yedi  diri-diri.  Özü  də  ən  igid-
lərini,  ən  cəsurlarını.  Təkcə  atəşkəsə  qədər  22500 
nəfərimizi  apardı  bu  "xortdan".  Nəfəsini  kəsmədiyi-
mizə  görə  atəşkəsdən  sonra  da  ara-sıra  əl  uzadıb,  ca-
van-cavan  əsgərlərimizi  aparıb  yeyir  bu  xortdan-
müharibə.  Hə,  sonu  görünməyən  bu  müharibə  yeddi 
başlı  əjdahadır,  xortdandır,  adamyeyəndir  elə  bil. 
Bəlkə  də  buynuzlu,  quyruqlu  şeytandır,  iblisdir.  Hər 
nədirsə,  ağıllı  hesab  edilib,  dünyanın  idarə  edilməsi 
həvalə  olunan  "başbilənlərin"  fitnə-fəsadlarından  ya-
ranır.  Məqsədləri  nədirgörəsən  "başbilənlərin"?  Evsiz 
qalan  insanları,  atasız  qalan  uşaqları,  dağıdıb  xara-


Güllə səsindən doğulan kitab 
17 
bazara  çevrilən  şəhərləri,  kəndləri  görəndə  ürəkləri 
ağrımır  onların,  görəsən?  Görünür  ki,  ağrımır.  Ağrı-
saydı Xocalı müsibətinə elə laqeydlik göstərməzdilər. 
Ağrısaydı  Bosniyada,  Hersoqovinada  qırılan  insan-
ların taleyinə elə biganə qalmazdılar. Ağrısaydı İsrail-
lə Fələstin arasındakı tükənmək bilməyən müharibəyə 
bir  əncam  çəkərdilər.  Ağrısaydı  İraqı,  Misiri,  Suri-
yanı, Livanı о günə salıb, İrana diş qıcamazdılar. Belə 
çıxır ki, elə xortdan da, adamyeyən də dünyanı  idarə 
etməli  olan,  insanlara  sülh,  əminamanlıq  gətirməli 
olan,  dünyanın  keşiyində  durub,  qayğısını  çəkməli 
olan "bığlı-saqqallı" kişilərmiş! Nə bilim, vallah. Uşaq 
vaxtı  xortdandan,  adamyeyəndən  heç  bu  qədər  qorx-
murdum  axı,  deyəsən.  Yəqin  qorxmurdum!  Çünki 
uşaq vaxtı xortdanın, adamyeyənin təkcə adıvardı, özü 
görünmürdü.  Amma  indi  adı  da  var,  özü  də.  Özü  də 
bir deyil, beş deyil, on deyil... Sayı-hesabı bilinməyən 
bu  xortdanlar,  adamyeyənlər  daraşıblar  dünyanın 
canına. Yediklərini yeyirlər, yemədiklərinin də qanla-
rını  sorurlar.  Bütün  bunları  da  Allah  görür  axı.  O  da 
insanları  düz  yola  yönəltmək  üçün  zəlzələləri,  qasır-
ğaları,  tufanları  göndərir.  Göndərir  ki,  ağlımız  başı-
mıza  gəlsin,  özümüzü  yığışdıraq.  Ay  yığışdırdıq  ha. 
Biz  də  bizik  axı.  Əstəğfurullah,  Allahlıq  iddiasında-
yıq.  Şeytanıq,  iblisik,  xortdanıq,  adamyeyənik!  Ağ-
damdan  başqa  hər  şeyik.  Amma  Allah  bizi  insan  ya-
radıb  axı.  Tərifimizi  də  verib:  -  “Yer  üzünün  əşrəfi 
insan”.  Bəs  niyə  dönüb,  birdən-birə  xortdan  olduq, 
adamyeyən  olduq?  На  fikirləşdim,  cavabını  tapa 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə