sivilizasiyasını (Hind vadisində ), şəhər dövlətlərə II minillikdə
Xuanxe vadisində Đn şahlığını misal göstərmək olar. E. ə. III
minilliyin birinci yarısında isə Đran imperiyası formalaşmışdır.
Feodal istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətli
təkan vermişdir. Avropa miqyasında bu hadisə eramızın V-XI
əsrlərinə təsadüf edir.
Yeni Dünyada isə ilk şəhər-dövlətlər eramızın ilk
minilliyinin birinci yarısında müasir Meksika və Perunun
ərazilərində yaranmışdır. Bu sivilizasiyaların nailiyyətləri Köhnə
Dünyada olan nailiyyətləri təkrarlamışdır.
Mesopotamiya
sivilzasiyası
ətrafında
vəziyyət
fərqli
olmuşdur. Çaylararası düzənliklərdəki xalqların vəziyyəti daha ağır
idi. Ona görə ki, burada yerləşən köçəri xalqların basqını üçün hec
bir çətinlik yox idi. Elə bu səbəbdən də yaranmış Şummer,
Babilistan impeıyalarının, daha sonra isə Assuriya dövlətlərinin
ömürləri uzun olmamış və nəhayət e.ə. ilk minilliyin birinci
yarısında bu əraziyə Đran sivilizasiyası daxil olmuşdur. Bu imperiya
üç əsr hökm sürmüşdür.
Dünya sivilizasiyalarınm inkişafında, xüsusilə, qədim Yunan və
Roma regional sivilızasiyalarının böyük xidməti olmuşdur. Onların
dilləri, ədəbiyyatları, incəsənət və memarlığı, hərbi, ticarət-bank
əməliyyatları, Yunan demokratiyası və Roma hüququ bu günə qədər
öyrənilir və tətbiq edilir.
Yunan sivilizasiyası - bu sivilizasiyaya Krit adasında
başlanılmışdı. E.ə IV əsrin ortalarında yunan şəhəri Afmanı
Makedoniyalı Đsgəndər ələ keçirmişdir. Sonralar onlarla şəhər
Đsgəndərin adına adlandırılmışdır. Əlverişli mövqedə yerləşən bu
şəhərlər
dəfələrla
sahibini
dəyişdirmişdir.
Bütün
bunlara
baxmayaraq, Yunan sivilizasiyasının izlərini indi də qoruyub
saxlayır və inkişaf etdirirlər. Bu şəhərlərə Misirdə Đsgəndəriyyə,
Fransada Marsel, Đtaliyada Neapol, Krımda Feodosiya, Yevpatoriya,
Kerç və s. aiddir. 1991-ci iidə Afinada, Qədim Ellada torpağında
yaranan demokratiyanın 2500 illiyi münasibətilə böyük bayram
keçirilmişdir.
Roma sivilizasiyası - təməli e.ə. V-III əsrlərdə Orta Asiyada
və Tibr vadisində yaşayan latınlar tərəfindən qoyulmuşdur.
Romalılar Yunan demokratiyasını daha da inkişaf etdirərək dünyada
ilk dəfə olaraq parlamentli mərkəzləşdirilmiş respublika yaratmışlar.
Bu dövrdə Qərbi Avropa sivilizasiyasının yaranmasında və
inkişafında böyük rol oynayan çoxlu Roma imperiya şəhərləri
yaranmışdır. Venesiya, Köln, London buna misal ola bilər. Lakin e.ə
254-cü ildə əsası qoyulmuş Roma şəhərini tutmuş və qarət etmişlər.
Bu dövrdəki dövlətlər öz ərazilərini genişləndirmək üçün
daha çox müharibə aparırdılar. Yəni bu dövr müharibələr ilə
səciyyələnir. Bu dövlətlərin apardıqları müharibələr, şəhərsalma
işləri, yeni dəniz yollarının kəşfı, uzaq ölkələrlə ticarət əlaqələrinin
yaradılması və sairə bilik tələb edirdi. Buna görə də Şimali
Hindistan, Qədim Çin. Misir, Finikiya müstəmləkəsi olan Karfagen
sakinləri arasında dəniz və quru yollannı öyrənən, başqa ölkələrin
sərvətləri haqqında coğrafi biliklər toplayan səyyahlar meydana
gəlmişdir.
Bu dövrdə dövlət quruluşunun iki əsas forması-monarxiya
(Misir, Babilistan, Assuriya, Đran və Roma imperiyaları) və
respublika (Finikiya və Yunanıstan şəhər-dövlətləri ) mövcud
olmuşlar. Yəni bu dövr iri dövlət və imperiyaların yaranması və
dağılması ilə səciyyələnir.
Orta əsrlər dövrü V-XV əsrləri əhatə edir. Orta əsrlər dövrü
siyasi xəritənin formalaşması feodalizm quruluşu ilə əlaqədardır. Bu
dövrdə formalaşan feodalizm cəmiyyətində siyasi vəziyyət daha
dərin və qarışıq olmuşdur. Erkən orta əsrlərdə Avropada elm və
mədəniyyət dinin təsiri altında durğunluğa uğramışdır. Quldarlıq
dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür proseslərin
və hadisələrin baş verməsi, maddi varlıqların yaranması haqqındakı
fikirlər
Allahın
iradəsi
ilə
bağlanır,
dini
əfsanələr
ilə
əlaqələndirilirdi. Cənubi Asiya regionunun formalaşmasında və
Hindistan yarımadasında yaşayan müxtəlif etnik qrupların
birləşməsində isə brahmanizm və hinduizm dinləri mühüm rol
oynamışdır. Burada digər regionlardan fərqli olaraq əsir qullara
ehtiyac olmamışdır. Bunun iki səbəbi var idi. Burada yerli işçi
qüvvəsi kifayət qədər idi. Bu brahmanizm tərəfindən yaranan irsi
kastalar cəmiyyəti ayrı-ayrı qruplara ayırırdı.
Şərqi
Asiya
regionunun
formalaşmasında
isə
Çin
imperiyalarının böyük xidməti olmuşdur. Bu imperiyalara daxil olan
digər xalqlar Çin xalqına öz sivilizasiyalarını qəbul etdirə
bilməmişlər. O dövrdə heç Çin imperiyaları da regiondan kənar
işğalçı müharibələrə meyl etməmişlər. Ümumiyyətlə, yaradılmış
Böyük Çin Səddi çin xalqının təfəkküründə dərin iz buraxmışdır. Bu
cür möhtəşəm səddi yaradan xalq digər dövlət və xalqların əldə
etdiyi nailiyyətləri onların əlindən almaq fikrinə düşməmişdir.
Cənub - Şərqi Asiya regionunun formalaşmasının da özünə
məxsus xüsusiyyətləri olmuşdur. Bu regionda nə quldarlıq, nə də
feodalizm dövründə regionun bütün hissələrinə təsir edə bilən güclü
bir imperıya yaranmamışdır. Ona görə də yerli sivilizasiya mənbələri
regional xarakter ala bilməmişdir. Bu region uzun müddət Hindistan
və Çin sivilizasiyasından asılı vəziyyətdə olmuşdur.
Siyasi xəritənin formalaşmasında Yeni dövr - XV-XVI
əsrlərdən Birinci Dünya müharibəsinin qurtarmasına qədər olan
dövrə uyğun gəlir. Yeni dövrün XVI-XVII əsrləri Avropa
sənayesinin və ticarətinin inkişafı, elmin və mədəniyyətin sürətli
yüksəlişi ilə xarakterizə olunur. Đlk manufaktura müəssələri yaranır
və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq
üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac
duyulurdu. Qiymətli metallar-qızıl, gümüş çatmırdı. Avropaya qızıl,
gümüş, ipək, qiymətli xəz-dərilər gətirilməsi tələb olunurdu.
Bundan başqa, Şərq ölkələrinin tükənməz var-dövləti
haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürünü
coşdururdu. Bu tükənməz sərvətləri əldə etmək ümidi ilə yeni
torpaqların axtarıb tapılmasına can atılırdı. Beləliklə, yuxarıda
göstərilən amillərin təsiri altında Böyük Coğrafi Kəşflər dövrü
başlanır. Bu coğrafi kəşflər dövrü XV əsrin ortalarından XVI əsrin
ortalarına qədər olan dövrü əhatə edir. Baş verən coğrafi kəşflər
dünyanın siyasi xəritəsini əsaslı sürətdə dəyişdirmişdir.
Deyilənlərlə yanaşı, bu dövrdə xristian dini parçalanmış, iri
imperiyalar yaranmış, bəşəriyyətin, xüsusilə demokratiyanın
inkişafına səbəb olan bir neçə inqilab baş vermişdir.
Avropada baş verən Ingilis burjua inqilabı (1642- 1660)
kapitalizm dövrünün başlanmasından xəbər verirdi. Ingiltərə
sənayenin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və
sonralar isə müəyyən müddətdə Fransanı satış bazarlarından
sıxışdırıb çıxarırdı. Ingiltərə iri müstəmləkəçi dövlətə çevrilirdi.
Lakin buna baxmayaraq məhz Fransa bu dövrdə coğrafiya və
xəritəşünaslıq sahəsində görkəmli işlər görürdü. Elə bu dövrdə
burjua inqilabları nəticəsində Đngiltərə orta əsrlərin feodal
monarxiyasından burjua monarxiyasına keçmişdir.
Dostları ilə paylaş: |