R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə10/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   6   7   8   9   10   11   12   13   ...   153

Avrora ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər 

lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik, 

zavod  müəssisələrini  yaratmaq  və  onları  xammalla  təmin  etmək  və 

sairə üçün coğrafi məlumatlar tələb olunurdu. 

Böyük  coğrafı  kəşflərin  sürəti  XVII  əsrin  ortalarında 

zəifləməyə  başlayır.  Bu  müddətdən  sonra  materiklərin  daxili 

hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət 

yetirilirdi. 

O  dövrdə,  yəni  XVI  əsrdə  Đspaniya  böyük  müstəmləkə 

dövləti sayılırdı. Onun müstəmləkələri Yer kürəsinin 1\4-ni tuturdu. 

Artıq  iki  əsr  idi  ki,  Latın  Amerikası  ölkələri  onun  müstəmləkəsinə 

çevrilmişlər.  Ispaniya  həmin  ölkələri  istismar  edirdi.  Amma,  oraya 

şəkər  qamışı,  qəhvə,  çay  kimi  məhsullar  göndərilməsi  baş  verirdi. 

Oradan  da  Avropanın  digər  ölkələrinə  qarğıdalı,  kartof,  pomidor, 

kakao,  tütün  gətirilirdi.  Bu  dövrdə  Đspaniya  Avropada  ən  varlı  və 

güclü  dövlətə  çevrilmişdi.  Lakin  bu  uzun  çəkmir.  Fransa  ilə 

müharibədə  o  zəifləyir.  Latın  Amerikası  üzərində  nəzarəti  itirir, 

müstəmləkə  xalqları  bir-birinin  ardınca  müstəqillik  uğrunda 

müharibələrə başlayırlar. 

Müstəmləkələrin  sayına  görə  Portuqaliya  da  qabaqcıl 

yerlərdən birini tuturdu. Onun müstəmləkələrinin böyük əksəriyyəti 

Afrika  qitəsində  idi.  Coğrafi  kəşflərdə  portagiz  səyyahlarının  rolu 

böyük  olmuşdur.  Lakin  bu  kəşflərdə  məqsəd  özgə  əraziləri  talan 

etmək,  qul  alveri  və  müstəmləkə  imperıyası  yaratmaq  idi.  Nəticədə 

Portuqaliya  güclü  imperiya  yaratsa  da  bunu  uzun  müddət  saxlaya 

bilmədi.  Müstəmləkələr  azadlıq  uğrunda  mübarizəyə  qalxırdılar  və 

Portuqaliya tədricən müstəmləkələrini itırirdi. 

Beləliklə,  Đspaniya  və  Portuqaliya  tədricən  zəifləyirlər. 

Đngiltərə,  Fransa  isə  əksinə,  dünya  hökmranlığı  uğrunda  özlərinin 

mövqelərini getdikcə möhkəmləndirirdilər. 

XVII  əsrdə  Fransa  müstəmləkə  imperiyasının  yaranmasının 

ilk mərhələsi baslayır. O, Hindistanın 1/2 hissəsini, Kanadanın Şərq 

hissəsini  nəzarət  altına  almışdır.  Lakin  bu  vəziyyət  uzun  çəkmədi. 

Đngiltərənin güclənməsi fransız müstəmləkəçiliyinin böhranına səbəb 

olmuşdur.  Fransada  böyük  inqilab  baş  verir.  Bu  inqilab  Fransada 

respublika  quruluşunu  möhkəmləndirə  bilməsə  də  onun  ideyaları 

dünyanın  hər  yerinə  yayılır,  bir  çox  ölkə  və  xalqların  taleyində 



mühüm  rol  oynayır  və  əbədi  olaraq  dünya  sivilizasiyası 

nailiyyətlərinin qızıl fonduna daxil edilirdi. 

Kapitalizmin  inkişafının  bu  dövründə  Almaniya  da  ağalığa, 

hökmranlığa,  əsasən  də  Böyük  Britaniyanın  yerinə  iddia  edirdi.Bu 

məqsədlə o, hətta dünyada tayı-bərabəri olmayan sualtı donanma da 

yaratmışdır.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  isə  artıq  sənaye 

istehsalına görə Avropada birinci yerə çıxmışdır. Bu nailiyyətlərdən 

sonra Almaniya hökuməti müstəmləkə əldə etmək məqsədini qarşıya 

qoymuşdur.  Lakin  artıq  demək  olar  ki,  gec  idi.  O,  ancaq  Böyük 

Brıtaniya,  Fransa  kimi  ölkələrin  işğalından  kənarda  qalan  əraziləri 

ələ keçirə bilmişdi. Bu ərazilərdə isə təbii sərvətlər digər torpaqlarla 

müqayisədə yox dərəcəsində idi və dünyanın bu cür bölüşdürülməsi 

ilə  Almaniya  razılaşa  bilmirdi.  Almaniya  dünyanın  yenidən 

bölüşdürülməsini istəyirdi. 

Artıq  XX  əsrin  başlanğıcında  müstəmləkəçi  dövlətlər 

tərəfindən  dünya  ərazisinin  bölüşdürülməsi  başa  çatmışdı.  Belə  ki, 

1876-cı  ildə  Afrikanın  yalnız  10  %-i  Qərbi  Avropa  ölkələrinin 

əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90 % ərazini təşkil edirdi. 

Bu cür bölüşdürmədən bir çox ölkələr razı qalmamışdı. Formalaşmış 

siyasi  xaritənin  bu  sabitliyi  uzun  çəkməmişdir.  Artıq  bölünmüş 

dünyanın  yenidən  bölüşdürülməsi  prosesinin  izləri  özünü  büruzə 

verməyə başlayırdı. Bu isə yalnız silah gücü ilə ola bılərdi. Beləliklə, 

əvvəlcə  bir  neçə  kiçik  müharibələr,  daha  sonra  böyük  müharibə  - 

Birinci Dünya müharibəsi baş vermişdir. 

Siyasi  xəritənin  formalaşmasının  ən  yeni  dövrü  Birinci 

Dünya  müharibəsinin  (BDM)  qurtarması  və  Rusiyada  Oktyabr 

inqilabının  qələbə  çalmasından  sonra  başlamışdır.  Bu  dövr  ikı 

mərhələyə  ayrılır.  Bu  Đkinci  Dünya  müharibəsinin  (ĐDM)  tam  başa 

çatması və ondan sonrakı mərhələdən ibarətdir. 

Birinci mərhələdə siyasi xəritədə mühüm siyasi  hadisələr öz 

izini  qoymuşdur.  Bu  izlərə  sosialist  dövlətlərinin  yaranması  və 

artması,  kaloniya  sisteminin  süqutu,  müstəmləkə  zülmündən  azad 

olmuş yeni müstəqil dövlətlərin yaranması aid edilir. Bu dövrün əsas 

xarakterik  cəhətini  Şərqlə  Qərb  arasında  gedən  "soyuq  müharibə" 

təşkil  edirdi.  Bu  dövrdə  həmçinin  yeni  hərbi  qurum  -  NATO 

yaranmışdır. 

Dünyanın  siyasi  xəritəsində  yeni-yeni  "qaynar,"  "konfliktli" 

nöqtələr  yaranırdı.  Bu,  «qaynar»  nöqtəyə  əsasən  Yaxın  Şərq  aid 




edilirdi.  Ən  əsas  hadisə  kimi  dünyanm  siyasi  xəritəsində  SSRĐ-nin 

yaranmasını göstərə bilərik. 

Birinci  Dünya  müharibəsindən  sonra  "Versal"  müqaviləsi 

imzalanmışdır.  Bu  müqaviləyə  əsasən  məğlub  olmuş  Almaniya 

Avropadakı  torpaqlarının  bir  hissəsini  və  bütün  müstəmləkələrini 

itirmiş oldu. Eyni zamanda onun müttəfiqi olan Avstriya-Macarıstan 

imperiyası da parçalanmışdır. O dövrdə dağılan imperiyalar sırasına 

Böyük Osmanlı imperiyası da daxil idi. Böyük Britaniya, Yaponiya, 

Fransa  dövlətləri  isə  müstəmləkəçilik  siyasətlərini  daha  da 

genişləndirdilər. 1919-cu ildə dünya  ərazisinin və əhalisinin 80 %-i 

müstəmləkə və yarım müstəmləkələrin payına düşürdü. Dünyanın bu 

cür  bölüşdürülməsindən  Almaniya  yenə  razı  qalmır  və  yenidən 

müharibəyə  hazırlaşırdı.  Müharibə  1939-cu  ildə  başlayır.  1945-ci 

ildə  Almaniya  yenidən  məğlub  olur.  Məğlubiyyət  nəticəsində 

Yaponiya  da  darmadağın  edilmişdir.  Bu  müharibə  bəşəriyyətin  80 

%-ni, 60-dan artıq dövlətini əhatə etmişdir. 

Ən yeni dövrün ikinci mərhələsində siyasi xəritə dəyişikliklər 

çoxluğu ilə səciyyələnir. Formalaşmanın bu dövründə,  yəni 1945-ci 

il - XX əsrin 80-ci illərinin sonunda sosialist dövlətləri sistem halını 

alaraq  onların  sayı  15-ə  çatmışdır.  Bununla  da  dünyada  iki  əks 

ictimai-iqtisadi  sistem-kapitalizm,  sosializm  sistemləri  yaranmış 

olur.  Bu  dünya  təsərrüfatmda  iqtisadi,  siyasi  inkişafda  sosializmin 

xeyrinə dəyişikliklər dövrü adlanır. 

Lakin XX əsrin 90-cı illərində dünyanın ikinci dövləti hesab 

edilən  SSRĐ-nin  daxilındə  milli  azadlıq  hərəkatı  baş  qaldırır  və 

nəticədə  bu  hegemon  dövlət  dünyanın  siyasi  xəritəsindən  silinmiş 

olur.  Deməli,  SSRĐ  adlı  dövlət  1991-ci  ilin  dekabrın  8-indən 

dünyanın müasir siyasi xəritəsindən yox olur. 

Bu  dövrdə  dünyanm  siyasi  xəritəsində  ən  çox  dəyişiklik 

Avropada  baş  vermişdir.  Bu  dəyişikliklərdən  birincisi  1990-cı  ildə 

Çexoslovakiyamn  tərkibində  federativ  qurumlar  -  Çexiya  və  Slova-

kıyanın  yaranmasıdır.  Bu  iki  federasiya  1993-cü  il  yanvarın  1-ində 

müstəqil dövlət kimı siyasi xəritədə öz  yerlərini tapmışlar. Bununla 

yanaşı,  1945-ci  ilə  qədər  siyasi  xəritədə  mövcud  olan  vahid  Al-

maniya iki  yerə  - ADR  və AFR-ə parçalansa da, 1990-cı il oktyab-

rın  3-də  onlar  paytaxtı  Berlin  olmaqla  birləşərək  vahid  Almaniya 

Federativ Respublikasını yenidən bərpa etmişlər. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə