R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə6/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   2   3   4   5   6   7   8   9   ...   153

təsərrüfatı 

məhsulları 

növlərinin 

istehsalı 

və 

istehlakının 



rayonlararası balansı formalaşır və rayonlararası əlaqələr yaranır. 

Onların    inkişafı    və    intensivliyi    bir    çox  cəhətdən  

rayonlararası nəqliyyatın inkişafından asılıdır. 

Xalq  təsərrüfatının  elmi  surətdə  əsaslandırılmış  inkişafı  və 

idarə  olunması  sahəsində  əməli  fəaliyyətdə  qanunauyğunluqların 

dərk  olunması  dövlət  siyasətinin  əsas  qaydalarının  yəni  məhsuldar 

qüvvələrin  yerləşdirilməsi  və  əraziyə  görə  təşkili  prinsiplərinin 

hazırlanmasına  gətirib  çıxardır.  Bu  zaman  prinsiplər  təkcə  həmin 

qanunauyğunluqları 

deyil, 


həm 

də 


məhsuldar 

qüvvələrin 

yerləşdirilməsinə  təsir  göstərən  bir  sıra  qeyri-iqtisadi  obyektiv 

amilləri nəzərə alır. 

Qanunauyğunluqlardan 

fərqli 


olaraq, 

prinsiplər 

dinamikdir, 

dəyişkəndir,  çünki  iqtisadi,  sosial-siyasi  vəziyyətin,  ayrı-ayrı 

rayonlarda  strateji  cəhətiərin  dəyişməsi  ilə,  habelə  əvvəllər  dərk 

olunmamış  yeni  qanunauyğunluqların  kəşfı  ilə  əlaqədar  olaraq 

prinsiplər  dəyişə  bilir,  buna  görə  də  onların  təsir  müddəti 

məhduddur. 

Prinsiplər  siyasət  deməkdir.  Dövlət  məhsuldar  qüvvələrin 

əraziyə  görə  təşkili  prinsiplərini  formalaşdırır,  həmin  prinsiplərə 

əməl edir, prosesin məcrasını dəyişməyə və onun özünü lazım olan 

istiqamətə  yönəltməyə  çalışır.  Bu  isə  heç  də  həmişə  birdən-birə  və 

tam  şəkildə  mümkün  olmur.  Prinsiplərin  qanunauyğunluqlardan 

fərqi  bundadır.  Onlar  obyektivdir,  onları  aradan  qaldırmaq,  ləğv 

etmək olmaz. 

Qanunauyğunluqlar  ciddi  elmi  təhlil  tələb  edir,  məhsuldar 

qüvvələrin  yerləşməsi  prinsipləri  isə  rəsmi  sənədlər  üzrə  öyrənilir. 

Təbiidir  ki,  tarixi  şərait  nəzərə  alınmaqla  onlar  tənqidi  təhlil 

edilməlidir. 

Prinsiplər  qanunauyğunluqları  və  amilləri  nəzərə  alan  uzun-

müddətli  siyasətin  əsas  qaydaları  və  təsərrüfatçılıq  metodlarıdır. 

Hazırda  məhsuldar  qüvvələrin  yerləşdirilməsi  əsasən  aşağıdakı 

prinsiplər  nəzərə  alınmaqla  həyata  keçirilir.  Đstehsalın  xammal, 

yanacaq, enerji mənbələrinə və istehlak rayonlarına yaxınlaşması. 

Đstehsalın  xammal  mənbələrində,  yanacaq-enerji  ehtiyatlan 

və  məhsul  istehlakı  rayonlarında  yerləşdirilməsi  iqtisadi  cəhətdən 

əsaslandırılmasa, 

ölkədə 


məhsuldar 

qüvvələrin 

səmərəli 

yerləşdirılməsi  mümkün  deyildir.  Göstərilən  amillər  nəzərə 




almmaqla 

istehsalm 

səmərəli 

yerləşdirilməsi 

ən 

mühüm 


qanunauyğıınluqlardan biridir. 

Müəssisələrin  xammal  və  yanacaq-enerji  mənbələrinə 

yaxınlaşdırılması  təbii  xammal  ehtiyatları  ilə  zəngin  olan  yeni 

rayonların  təsərrüfat  baxımmdan  tezliklə  mənimsənilməsinə,  ondan 

kompleks  istifadə  olunmasına  kömək  edir.  Đstehsalın  xammal 

mənbələrində,  yanacaq-enerji  ehtiyatları  və  məhsul  istehlakı 

rayonlarında  yerləşdirilməsinin  iqtisadi  cəhətdən  əsaslandırılması 

səmərəsiz  məsafələrdən  xammal  və  hazır  nıəhsul  daşımalarını 

məhdudlaşdırmaq, 

ləğv 


etmək, 

məhsul 


istehsalının 

bütün 


mərhələlərində  əmək  məsrəfini  azaltmaq  və  deməli,  istehsalın 

səmərəsini  yüksəltmək, ictimai əmək məhsuldarlığını artırmaq üçün 

çox böyük əhəmiyyətə malikdir. 

Sənaye  müəssisələrinin  iqtisadi  rayonlarda  yerləşdirilməsi 

istehsalın və istehlakın artmasına, hasilat sənayesi ilə emal sənayesi 

arasında,  habelə  sənaye  ilə  kənd  təsərrüfatı  arasında  nisbətlərə  dair 

konkret  hesablamalara  əsaslanır.  Bu  və  ya  digər  sənaye  obyekti 

tikmək  üçün  iqtisadi  rayon  seçərkən  həmin  sənaye  sahəsinin 

fəaliyyətdə  olan  müəssisələrinin  mövcudluğu.  iqtisadi  rayonun 

ixtisaslaşması,  onun  müəssisələrinin  kooperativləşməsi,  əmək 

ehtiyatlarının  mövcudluğu,  tikilməkdə  olan  müəssisənin  hazır 

məhsulunu  istehlak  ediləcəyi  rayonlar  və  onun  miqyasları  nəzərə 

alınır. Sənaye müəssisələri texniki tərəqqi nəzərə alınmaqla, iqtisadi 

rayonların  təbii  ehtiyatlarından  daha  səmərəli  istifadə  etmək, 

xammaldan  və  materiallardan  kompleks  istifadə  etmək  və  nəticədə 

minimum  əmək  məsrəfı  ilə  məhsul  istehsalı  üçün  istehsalın 

uyğunlaşdırılması nəzərə alınmaqla yerləşdirilməlidir. 

Đstehsalın 

yerləşdirilməsi 

qanunauyğunluqlarına 

və 

prinsiplərinə  uyğun  olaraq,  bu  və  ya  digər  müəssisənin  tikilməsi 



üçün  iqtisadi  rayon  müəyyən  edilir,  müəssisələrin  yerini 

müəyyənləşdirmək  üçün  lazımi  axtarışlar  və  texniki-iqtisadi 

hesablamalar  aparılır,  tikinti  işləri  görüləcək  rayonun  nəqliyyat 

şəraiti, energetika, xammal və su ehtiyatları aşkara çıxarılır. 

Riyazi  metodların  və  EHM-in  tətbiqi  həm  sahə,  həm  də  ərazi 

baxımından  məhsuldar  qüvvələrin  səmarəli  yerləşdirilməsi  işində 

olduqca  geniş  perspektivlər  açır.  Đqtisadi  rayonların  kompleks 

inkişafı  məsələlərinin  həllində  onlardan  istifadə  olunması  həmin 

rayon daxilində məhsul istehsalına və istehlakına dair real plan əldə 



etməyə, onu maddi, istehsal və əmək ehtiyatları ilə əlaqələndirməyə 

imkan verir. 

Xalq  təsərrüfatı  sahələrinin  yerləşdirilməsi  vəzifələrinin 

yerinə  yetirilməsində  riyazi  metodlar  əməli  cəhətdən  xüsusilə  geniş 

miqyasda  tətbiq  olunur.  Burada  sənayeni  xammal,  yanacaq 

mənbələrinə və istehlaka yaxınlaşdırmaq prinsipi həyata keçirilir. 

Hər  bir  sənaye  müəssisəsi  özünə  xas  olan  yerləşdirilmə 

prinsipinə malikdir. Belə ki, dəmir filizi yataqları rayonlarında və ya 

kokslanan  kömür  hövzələrində,  habelə  xammal  və  yanacaq 

mənbələri  arasında  və  ya  onların  bilavasitə  yaxınlığında  yerləşən 

rayonlarda  iri  metallurgiya  müəssisələri  yerləşdirilir.  Metallurgiya 

müəssisələrinin  xammal  və  yanacaq  mənbələrinə  yaxınlaşması 

onların  uzaq  məsafələrə  daşınması  hallarını  azaldır.  Yeni  qara 

metallurgiya  müəssisələrinin  yaradılması,  habelə  bir  çox  iqtisadi 

rayonlarda kiçik metallurgiyanın inkişafı sənayenin həmin sahəsinin 

coğrafi  baxımdan  yerləşdirilməsini  yaxşılaşdırır.  Mis  əritmə 

müəssisələri  fıliz  yataqları  yaxınlığında  tikilir.  Bu,  mis  filizlərində 

metalın  az  olması  ilə  əlaqədardır.  Odur  ki,  filizləri  uzaq  məsafələrə 

daşımaq sərfəli deyildir. 

Metaltutumlu  maşınqayırma  sahələri  bir  qayda  olaraq, 

metalurgiya  bazalarının  yaxınlığında  yerləşdirilir.  Maşınqayırmanın 

metal  tutumu  az  olan  və  çoxlu  əmək  məsrəfı  tələb  edən  növləri 

əsasən  bol  əmək  ehtiyatları  olan  rayonlarda  yerləşdirilir.  Bir  sıra 

maşınqayırma  müəssisələri  tikilərkən  rayonun  və  şəhərin  əlverişlı 

nəqliyyat-coğrafi vəziyyəti də nəzərə alınır. 

Kimya  sənayesinin  yerləşdirilməsi  başqa  sənaye  sahələrinin 

yerləşdirilməsindən  xeyli  fərqlənir.  Belə  ki,  kimya  sənayesi  məhsul 

istehsalında  mineral,  heyvan,  bitki  mənşəli  xammallardan,  sudan, 

havadan  istifadə  edir.  Göründüyü  kimi  kimya  sənayesinin  ərazi 

təşkili  üçün  geniş  xammal  imkanları  vardır.  Bundan  əlavə,  kimya 

sənayesinin  yerləşdirilməsinə  bir  sıra  amillər  təsir  göstərir.  Misal 

üçün,  kalium  kübrələri  və  soda  istehsalı  bir  qayda  olaraq,  xammal 

mənbələri  yaxınlığında,  kalsium-karbit  istehsalı  xammal  və  ucuz 

elektrik  enerjisi  rayonlarında,  sulfat  turşusu  və  superfosfat  sənayesi 

başlıca olaraq məhsul istehlakı rayonlarında yerləşdirilir, polimerlər, 

müvafiq xammal (neft, qaz, kömür), su ehtiyatları və iri, ucuz enerji, 

yanacaq mənbələri olan rayonlarda istehsal edilir, əczaçılıq sənayesi 

əmək  ehtiyatlarının  cəmləşdiyi  rayonlarda  yerləşdirilir.  Kimya 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə