R b a y c a n X z r d n z g m



Yüklə 257,08 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix06.05.2018
ölçüsü257,08 Kb.
#42770
1   2   3   4   5   6

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


16 fevral 2016-cы il   № 5-8 (9011)

2

Ukraynanın Odessa 

şəhərində yerləşən 

Dəniz Mühəndis Bürosu 

MDB məkanında gəmi 

layihələndirilməsi ilə 

məşğul olan ən tanınmış 

nüfuzlu layihə 

təşkilatlarındandır. Bu 

günlərdə Dəniz Mühəndis 

Bürosunun baş direktoru 

Gennadi Yeqorov və 

baş konstruktoru Valeri 

Tonyuk Bakıda işgüzar 

səfərdə olublar. Səfərin 

məqsədi Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi və Bakı 

Gəmiqayırma Zavodu 

ilə əməkdaşlıq barədə 

danışıqlar aparmaq, 

ölkəmizdə gəmiqayırma 

sənayesinin perspektivləri 

ilə yaxından tanış olmaq 

idi.

Fevralın  3-də  odessalı  qo-

naqlar Azərbaycan Dövlət Dəniz 

Akademiyasında  oldular.  Dəniz 

Akademiyasının  rektoru  Çingiz 

Əliyev  tədris  prosesinin  təşkili, 

tələbələr  üçün  yaradılan  şərait, 

dənizçilik  təhsilinin  maddi-tex-

niki  bazası  barədə  onlara  ətraflı 

məlumat verdi.

Texnika elmləri doktoru, pro-

fessor Gennadi Yeqorov müəllim 

və  tələbələr  üçün  açıq  mühazirə 

ilə çıxış etdi. Mühazirədə Xəzər 

hövzəsində  gəmiçiliyin  tarixi  və 

inkişafı  ilə  yanaşı,  gəmiqayırma 

sahəsində  perspektivlər,  gəmi  la-

yihələndirilməsinin  özəllikləri, 

müxtəlif  təyinatlı  gəmilərin  in-

şası  və  istismarı  ilə  bağlı  aktual 

məsələlər,  müasir  tendensiyalar 

əhatə olunmuşdu. Açıq mühazirə-

ni tələbələr və müəllimlər böyük 

maraqla dinlədilər.

Sonra  Gennadi  Yeqorov  və 

Valeri Tonyuk Dəniz Akademiya-

sının tarix müzeyi ilə tanış oldu-

lar,  fəxri  qonaqlar  kitabına  ürək 

sözlərini yazdılar.

Fevralın  4-də  ukraynalı  qo-

naqlar  Gəmiçilikdə  oldular. 

“Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi”  QSC-nin  sədri  Rauf 

Vəliyev Odessa Dəniz Mühəndis 

Bürosunun baş direktoru Gennadi 

Yeqorov və baş konstruktoru Va-

leri Tonyuku qəbul etdi.

Qonaqlar  Bakıda  keçirdikləri 

görüşlər barədə məlumat verərək, 

əməkdaşlıq  perspektivlərini  yük-

sək  qiymətləndirdilər.  Gennadi 

Yeqorov  Dəniz  Mühəndis  Büro-

sunun  hazırladığı  layihələr  əsa-

sında  Bakı  Gəmiqayırma  Zavo-

dunda gəmi inşa etmək üçün hər 

bir  şəraitin  olduğunu  təsdiqlədi. 

O, Gəmiçilik üçün maraq doğura 

biləcək  müxtəlif  təyinatlı  gəmi 

layihələri  barədə  geniş  məlumat 

verdi.


Rauf  Vəliyev  Azərbaycanda 

dəniz  nəqliyyatına  ölkə  rəhbərli-

yi  səviyyəsində  göstərilən  daimi 

diqqətdən,  Gəmiçiliyin  gələcək 

planlarından  və  inkişaf  perspek-

tivlərindən,  donanmanın  yeniləş-

dirilməsi zərurətindən ətraflı söh-

bət  açdı.  Qeyd  etdi  ki,  bu  gün 

Gəmiçilik üçün kran, xilasetmə və 

yanğınsöndürmə  əməliyyatlarını 

yerinə  yetirən  ixtisaslaşmış  gə-

milərin, habelə quru yük daşıyan, 

tanker və Ro-PAX tipli təkərli tex-

nika və sərnişin daşıyan gəmilərin 

sifarişi daha aktualdır.

Fikir  mübadiləsi  zamanı 

müxtəlif  gəmi  variantlarının  in-

şaat və istismar özəllikləri müza-

kirə olundu, əməkdaşlığın bundan 

sonra da davam etdirilməsi qərara 

alındı. 

Həmin gün qonaqlar Bakı Gə-

miqayırma Zavodunda da oldular, 

müəssisənin texniki imkanları ilə 

maraqlandılar.

Bakı  Gəmiqayırma  Zavodu-

nun  baş  direktor  müavini  İman-

verdi Həsənov bu müasir zavodun 

istehsal gücü, kadr potensialı, bey-

nəlxalq  standartlara  cavab  verən 

maddi-texniki bazası haqqında ət-

raflı məlumat verdi.

Bildirdi ki, 2013-cü ildə istifa-

dəyə verilmiş Bakı Gəmiqayırma 

Zavodu  ölkə  rəhbərliyinin  dəniz 

nəqliyyatına daimi diqqətinin ba-

riz nümunəsidir və Xəzər hövzəsi 

üçün ən müxtəlif təyinatlı və ölçü-

lü gəmilər inşa edə bilər.

Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi ilə sıx əməkdaşlıq şərai-

tində işləyən Bakı Gəmiqayırma 

Zavodu bundan sonra da sifarişlə-

ri vaxtında və keyfiyyətlə yerinə 

yetirməyə hazırdır. Odessa Dəniz 

Mühəndis Bürosunun hazırladığı 

gəmi  layihələrinə  gəldikdə  isə, 

həmin  layihələr  əsasında  gəmi 

tikintisi  üçün  müəssisədə  bütün 

zəruri  avadanlıq  və  şərait  möv-

cuddur.

Odessa  Dəniz  Mühəndis  Bü-



rosunun  baş  direktoru  Gennadi 

Yeqorov  Bakı  Gəmiqayırma  Za-

vodunun  texniki  imkanlarını  çox 

yüksək qiymətləndirdi və rəhbər-

lik etdiyi layihə təşkilatının Azər-

baycanın dəniz nəqliyyatı qurum-

ları ilə əməkdaşlığa böyük maraq 

göstərdiyini vurğuladı.

İşgüzar  danışıqlarda  Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçili-

yinin  nümayəndələri  də  iştirak 

edirdilər.



Ukrayna Transxəzər Beynəlxalq Nəq-

liyyat Marşrutuna qoşulduqdan sonra  İli-

çevskdən bərə ilə fevralın 7-də çıxan ərzaq 

məhsulları və metal məmulatlarla dolu 32 

vaqondan ibarət ikinci sınaq qatarı fev-

ralın 12-də səhər Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanına çatdı. 

Ukrayna - Qara dəniz - Gürcüstan - Azər-

baycan - Xəzər dənizi -Mərkəzi Asiya marş-

rutu ilə hərəkət edən konteyner qatarının 31 

vaqonu  nəzərdə  tutulan  vaxtda Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi 

ilə Türkmənbaşı  limanına  yola  salındı.  Də-

nizçilərimiz ikinci sınaq qatarını da Xəzərin 

bir sahilindən digər sahilinə vaxtında çatdır-

dılar. 


Qazaxıstana ünvanlanan bir vaqon isə ilk 

bərə ilə Aktau limanına göndərildi.

Yüklərin  Transxəzər  Beynəlxalq  Nəq-

liyyat Marşrutu ilə hərəkətini daha da sürət-

ləndirmək  məqsədi  ilə  Ukrayna  hökuməti 

Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıq-

lar aparıb və ikinci sınaq qatarının Çinə 10 

günə çatdırılması planlaşdırılıb. 

Xatırladaq ki, Ukrayna Transxəzər Bey-

nəlxalq  Nəqliyyat  Marşrutuna  qoşulmaq 

istəyini bildirdikdən sonra – yanvarın 14-də 

Bakıda Azərbaycan,  Qazaxıstan,  Gürcüstan 

və  Ukrayna  nümayəndələrinin  dördtərəf-

li  görüşü  keçirilmişdi  və  tərəflər  marşrutda 

vahid tariflərin müəyyənləşdirilməsi ilə bağ-

lı  razılığa  gəlmişdilər.  “Azərbaycan  Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurbanov, 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-

nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir 

Yolu”  SC-nin  prezidenti  Askar  Mamin, 

“Gürcüstan  Dəmir  Yolu”  SC-nin  rəisi  Ma-

muka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-

nin  İdarə  Heyyətinin  sədr  əvəzi  Aleksandr 

Zavqorodniy və “Bakı Beynəlxalq Dəniz Ti-

carət Limanı” QSC-nin baş direktoru Taleh 

Ziyadovun  imzaladıqları  müvafiq  protokol-

da  həmçinin  Transxəzər  Beynəlxalq  Nəq-

liyyat  Marşrutu  ilə  konteyner  qatarlarının 

hərəkətinin sadələşdirilməsi üçün kompleks 

tədbirlərin görülməsi də nəzərdə tutulurdu.

Ukrayna-Mərkəzi  Asiya  marşrutu  ilə 

hərəkət edən  10 vaqon və 20 qırxfutluq kon-

teynerdən ibarət ilk  sınaq qatarı isə yanva-

rın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 

Xəzər  Dəniz  Gəmiçiliyinin  “Azərbaycan” 

bərəsi  ilə  yola  salınmış  və  yanvarın  23-də 

Aktauya çatdırılmışdı. Daha sonra Qazaxıs-

tan  ərazisi  ilə  hərəkət  edən  qatar  yanvarın 

31-də Çində səfərini başa vurmuşdu. 



“Dəniz”

qonaqlar aZərbaYcanın dənİZ nəqlİYYaTı quruMları 

İlə əMəkdaşlığa böYük Maraq gösTərİblər

dənizçilərimiz ikinci sınaq qatarını da xəzərin

bir sahilindən digər sahilinə vaxtında çatdırdılar


Yüklə 257,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə