A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
9 dekabr 2016-cы il № 81-84 (9087)
7
Londonun Universitet Kollecinin
mütəxəssisləri səhərlər insanlarda
müşahidə olunan pis əhvali-ruhiyyə-
nin səbəblərini araşdırıblar. Məlum
olub ki, xoş əhvali-ruhiyyə və gümrah-
lığın təminatı bizim neçə saat yuxuda
olmağımız deyil, hansı vəziyyətdə
yatmağımızdır.
“Mir 24” saytı xəbər verir ki, kö-
nüllülər arasında aparılan tədqiqatlar sol
yanı üstə və ən əsası çarpayının sol tərə-
fində yatanların səhərlər daha dincəlmiş
və gümrah oyandıqlarını göstərib.
Məlum olub ki, embrion formasın-
da, yəni yanı üstə, ayaqları dizdən bü-
külmüş və özünə tərəf çəkilmiş halda ya-
tanlar daha tez - təxmini 10-15 dəqiqəyə
yuxuya gedirlər. Məhz belə “qapalı”
vəziyyət bədəni maksimal hərəkətsiz və
yüksək hərarətdə saxlayır ki, bu da daha
dərin yuxuya səbəb olur.
Bundan əlavə, alimlər üzüstə yat-
mağın sağlamlığa ziyan verdiyini bildi-
riblər. Belə vəziyyətdə yatanlar başlarını
yana çevirirlər ki, bu da onurğa arteri-
yalarının sıxılmasına səbəb olur. Bu hal
beynin qan dövranının pozulması ilə ya-
naşı, döş qəfəsinə təzyiqi də artırır.
Gənc nəslin kürəküstə yatmadığı-
nı söyləyən alimlər bu vəziyyətin yaşlı
nəsil arasında daha çox yayıldığını bil-
diriblər. Bununla yanaşı, mütəxəssislər
kürəküstə yatmağın üz dərisi üçün fay-
dalı olduğunu, ürəyin funksiyasının tən-
zimlənməsinə, əzələlərin gərginliyinin
aradan qaldırılmasına kömək etdiyini
söyləyirlər.
Günel Məlikova
Çexiyanın ən iri internet-mağazası
ilk dəfə olaraq poçt bağlamasının
pilotsuz uçuş qurğusu ilə ünvana
çatdırılmasını təşkil edib.
Kiçikölçülü dron təxminən 1,7 kilo-
metr məsafə qət edərək poçt bağlamasını
Praqanın şərq rayonundakı İrna qəsəbə-
sində yerləşən Mall.cz anbar komplek-
sindən Zeleneçedə yaşayan sifarişçinin
evinə çatdırıb. Təyinat məntəqəsinə 3
dəqiqəyə çatmış kvadrokopter sifarişçi-
nin evinin qarşısında yerə enərək içəri-
sində uşaq oyuncaqları olan bağlamanı
boşaldıb. Test tənzimləmə rejimində bu
tapşırığın yerinə yetirilməsini Çexiya
Mülki Aviasiya İdarəsi müşahidə edib.
Mall.cz internet-mağazası bir müd-
dət bundan əvvəl xəbər vermişdi ki,
dronlardan istifadə edilməsi hər birinin
çəkisi 2 kiloqrama qədər olan yüklərin
çatdırılmasını sürətləndirər və müvafiq
xərclər azalardı. Qeyd edək ki, bütün si-
farişlərin 80 faizi məhz bu cür yüklərdən
ibarətdir
səhərlər pis əhvAli-rUhiyyənin
səbəbləri bəlli olUb
ilk dron-poçtAlyon poçt bAğlAmAsını lAzımi ünvAnA çAtdırıb
yArızArAfAt,
yArıGerçək
heç bir işi tək görmürük. yaxşı işlər görəndə
Allah, pis işlər görəndə isə həmişə şeytan kömək
edir.
niyə bəziləri hətta quru adam təsiri də olsa,
adam təsiri bağışlamır?
başqaları ilə dil tapmaq üçün dildən başqa
da nəyisə bilmək lazımdır.
qocalar nə vaxtsa cavan olduqları üçün
cavanları bağışlayırlar. cavanlar niyə bağışla-
sınlar ki?
niyə çox adam, bilmədiyi şeylərdən danışma-
ğı xoşlayır?
bəzilərinə elə gəlir ki, adamı varsa, adamlığı
olmasa da olar.
havayıdı deyə dəqiqəbaşı cin atına minmə-
liyəm?
nə qədər soyuq olsa da, heç olmasa arabir
papağı qabağına qoyub yaxşı-yaxşı fikirləşmək
lazımdır.
yaxşılıq qanmayan adama yaxşılıq etmək
başa düşmədiyi xarici dildə nəyi isə anlatmağa
bənzəyir.
müxalifət az qala pis müxalifət olmasının
səbəbini də iqtidarda görür.
cəhənnəmə hər yerdən, hətta bu dəqiqə
olduğumuz yerdən də yol var.
ən dayanıqlı yol cəhənnəmə gedən yoldur.
heç vaxt dağılmır.
məni düz yola indi ən çox nəvələrim çəkir.
bəziləri ilə rastlaşanda istər-istəməz fikirlə-
şirəm: görəsən qazdığı axırıncı quyunun dərinli-
yi nə qədərdir?
ermənilər ağıllarını başına yığmırsa, deməli
ya başları yoxdur, ya da ağılları.
igid ki, qorxaqdan dərhal seçilmədi, o, igid
deyil.
haqqın yerini tutması üçün əvvəlcə na-
haqqın yerində otuzdurulması gərəkdir.
lap baha başa gəlsə də, “tarix-nadir”i heç
olmasa yarıyacan təzədən çap etmək lazımdır.
çox adam onu yarıyacan da oxumayıb.
zaman heç kimə və heç nəyə tabe olmur.
Ağıllı olduğunu düşünmə, ağıllı düşün.
könülsüz çıxdığın yolda könlünə nə yatar ki?
xəsislərin hamısı qənaətcildir, qənaətcillərin
hamısı xəsis deyil.
Adam var yuxarı özü çıxır, adam var çıxa-
rırlar. yuxarıdan isə özü düşən az olur. Adətən
düşürürlər.
məğlubiyyətdən dərs çıxartmadan, qələbə
qazanmaq mümkün deyil.
Gördüyün işin vacibliyinə inanmaq işi daha
tez və keyfiyyətlə görməyə imkan verir.
Günahlarımızla insanlığı öldürürük...
əlindən yaxşılıq gəlirsə, insanlıq naminə
ancaq yaxşılıq elə, pislik gəlirsə, insanlıq naminə
pislik eləmə.
paxıllıq qorxulu xəstəlikdir. xoşbəxt olmaq
istəyirsinizsə, paxıllığı özünüzə yaxın buraxma-
yın.
Ailənizi, qohumlarınızı, dostlarınızı, həmkar-
larınızı... sevməyə çalışın. onda görərsiniz ki,
yaşamaq necə də gözəldir.
hər birimiz başqalarında nə qədər desən,
səhv tapa bilirik. Özümüzə gələndə isə, səhv yox,
səhvlərimizə haqq qazandıra biləcək bəhanələr
axtarmağa çalışırıq.
Addım atmamışdan əvvəl düşünün. yoxsa
atandan sonra düşünməyinizin faydası olmaz.
Gözünüzə xoşbəxt görünənlərin çoxu doğru-
dan xoşbəxtdir? mən xoşbəxtlikdən başqa, hər
şeyi olan o qədər bədbəxt tanıyıram ki! xoşbəxt
olmaq istəyirsinizsə, çox az şeylə də xoşbəxt ola
biləcəyinizə inanın və bu inam sizi həqiqətən
xoşbəxt edəcək.
yaxşı yol yoldaşı olduğumu düşünmürəm.
belədirsə, cəhənnəmə doğru istiqamət götürən
çox adam niyə mənə yoldaş gözü ilə baxır?
çiynini gücü çatmayan işlərin altına verən-
lərin öz çiyinlərindən çox, adətən başqalarının
başı ağrıyır.
həmişə yaxşılıq etdiyim adamlar məndən
ancaq yaxşılıq gözləyir və bunda qəbahətli heç
nə yoxdur. Amma, mənə həmişə pislik edən
adamlar da məndən yalnız yaxşılıq gözləyirlər.
bax, bunu başa düşmürəm.
düşmənlərinizdən heç vaxt qorxmayın.
onlar sizin bütün zəif cəhətlərinizi bilmirlər.
bilsəydilər, çoxdan sizə qarşı istifadə edərdilər.
qaldı düşmən hesab etmədikləriniz...
qorxaqlar ən qorxulu adamlardır.
pis işi düzgün etməkdənsə, düzgün işi pis
etmək daha yaxşıdır.
Allahdan başqa heç kəsdən yaxşılıq gözləmə-
dim. elə ona görə heç vaxt nəyisə gözləyə-göz-
ləyə qalmamışam.
Güclə hər şeyi həll etməyin mümkünlüyünə
inananlar ağılsız, ağılla çox şeyi həll etməyin
mümkünlüyünə inananlar nikbin adamlardır.
Uğura gedən yol həmin yolu tapmaqdan
başlayır.
düşünmürəm ki, məni səhərlər saatın zəngi
oyadır. elə buna görə oyanan kimi, ilk növbədə
Allahıma şükür edirəm.
qəlbində mərhəmət hissi olmayan heç hey-
van da deyil.
tez-tez məyus oluram. məni məyus edən
şeylər kimlərisə məyus etmirsə, ya mən çox dala
qalmışam, ya da başqaları çox irəli gediblər.
qəhrəmanlıq tələb olunan yerdə nəzakət
qaydalarını gözləməsən də olar.
rahat yatmaq istəyirsinizsə, kreditlə heç nə
götürməyin.
paxıl, xəbis adamların da bədənlərinin 90
faizi sudan ibarətdir? inanmıram. su natəmizlik
götürmür axı?
Rasif TAHİROV
qəzanın başvermə səbəbləri
dəqiq bilinməsə də …
İndoneziyanın mal-qara daşınması ilə məşğul olan
“Sinar Mutiara” adlı gəmisi dekabrın 5-də Yava dənizin-
də, Madura adasının yaxınlığında batıb.
Dekabrın 6-da Təbii Fəlakətlərin Nəticələrinin Ara-
dan Qaldırılması İdarəsinin ərazi üzrə əlaqələndirici-
si Pamekasa Budi Çahono bildirib ki, göyərtəsində 16
nəfərin olduğu gəminin qəzaya uğradığı yer hələlik tam
dəqiqləşməyib.
ANTARA informasiya agentliyinin verdiyi məlu-
mata görə, heyət üzvlərindən biri ailəsi ilə mobil telefon
vasitəsilə son əlaqə zamanı gəminin Madura yaxınlığın-
da batmaqda olduğunu deyib və kömək göndərilməsini
xahiş edib. Məlumatda deyilir ki, dənizçinin ailə üzvləri
kömək göstərilməsi üçün dərhal yerli hakimiyyət orqan-
larına müraciət ediblər.
P.B.Çahono əlavə edib ki, yerli sakinlərin xilasedi-
cilərlə birlikdə axtarışları hələlik heç bir nəticə vermə-
yib. Qəzanın başvermə səbəbləri dəqiq bilinməsə də, gə-
minin hündür dalğa ilə qarşılaşdığı güman olunur.
Son həftə ərzində bu, Yava dənizində baş verən ikin-
ci gəmi qəzasıdır. Ötən istirahət günlərində Karavanq
rayonu yaxınlığındakı sularda baş vermiş qəzada yeddi
balıqçı həlak olub, dördü isə itkin düşüb. Qərbi Yava
əyaləti üzrə axtarış-xilasetmə idarəsinin ictimaiyyət-
lə əlaqələr şöbəsinin yaydığı məlumata görə, yalnız üç
nəfəri xilas etmək mümkün olub.
Vüqar Ağayev
balinaların bir-biri ilə
yeni ünsiyyət üsulu aşkarlanıb
Avstraliya universitetlərinin alimləri müəyyənləşdi-
riblər ki, donqar balinalar su səthinə etdikləri zərbələr
vasitəsilə bir-biri ilə ünsiyyət qururlar.
Donqar balinalar tez-tez suyun səthinə çıxaraq, kürək-
ləri və ya quyruq üzgəcləri ilə suya güclü zərbələr endirir-
lər. Alimlər tədqiqat zamanı 94 qrup balinanın davranışını
müşahidə ediblər. Müşahidələr əsasında ehtimal olunur
ki, kürəklər və quyruq üzgəcləri ilə suyun səthinə zərbə
vurmaq digər balinalarla ünsiyyət saxlamaq vasitəsidir.
Balinalardan ibarət qrup dörd kilometrdən uzaq məsafədə
olduqda bu hərəkətlərin tezliyi aşağı düşür.
Alimlərin fikrincə, bu cür ünsiyyət vasitəsilə uzaqda-
kı balinalar qrupu ilə də əlaqə yaratmaq mümkündür.
su ilə işləyən ilk kompüter
Abş mühəndisləri elektrik əvəzinə su ilə işləyən
kompüter ixtira ediblər.
globalscience.ru saytı xəbər verir ki, burada kompü-
terin işləməsi üçün suyun çəkisi əsas götürülür, elektrik
enerjisindən istifadəyə ehtiyac qalmır. Kompüterin iş
prinsipi elektromaqnit dalğalarının təsiri nəticəsində su
damcılarının hərəkətinə əsaslanır. Qurğu hələ ki, məhdud
imkanlara malikdir və ilkin mərhələdə yalnız texniki xa-
rakterli sadə əmrləri yerinə yetirəcək.
Alimlər bildirirlər ki, bir il sonra onlar kompüterləş-
dirmə sahəsinin ən ciddi tələblərinə uyğun olan yeni la-
yihə təqdim etməyə hazırlaşırlar. Gələcəkdə “su kompü-
terlərindən” istifadə ekologiya problemlərini minimuma
endirməyə imkan verəcək.
Artıq içiləndə dərd verir su da...
london kral kolleci hospitalının mütəxəssisləri
xəbərdar edirlər ki, çoxlu su içmək olmaz.
“Daily Mail” nəşri xəbər verir ki, artıq maye sağlam-
lıq üçün təhlükəlidir. Bunun üçün uroloqun tövsiyəsi ilə
çoxlu (hər 30 dəqiqədə 200 millilitr) su içən 59 yaşlı qadı-
nın başına gələn hadisə nümunə gətirilir.
Sidik sistemini “yumaq” istəyən qadın qanda duzun
təhlükəli səviyyəsi ilə (qanda duzun anormal aşağı səviy-
yəsi qeydə alınan ölüm göstəriciləri təqribən 30 faizdir)
xəstəxanaya çatdırılıb. Onda ürəkbulanma, qusma və
başağrısı qeydə alınıb. Nəticədə koma və hətta ölüm ola
bilərdi.
Belə olan hallarda, həkimlər adətən gündə yalnız bir
litr su içməyi tövsiyə edirlər. Yeri gəlmişkən, MDMA qə-
bul edən və ya dözümlülüyü artırmaq üçün ciddi məşq
edən adamların qanının tərkibində də duzların səviyyəsi-
nin anormal dərəcədə aşağı olması müşahidə edilir.
Maraqlıdır ki, su içmək üçün dəqiq tövsiyə yoxdur və
ola da bilməz, axı tələbat fərdidir. Orqanizmin suya tələ-
batının yeganə göstəricisi susuzluqdur.
Meksikada bioloji
müxtəliflik haqqında Kon-
vensiya tərəflərinin kon-
fransı öz işinə başlayıb.
BMT-nin saytı xəbər
verir ki, iki həftə ərzində
konfrans iştirakçıları kənd,
meşə və balıqçılıq təsərrü-
fatının inkişaf strategiyası
fonunda flora və fauna növ-
lərinin itkisinin qarşısının
alınması məsələlərini mü-
zakirə edəcəklər.
BMT-nin baş katibi Pan
Gi Mun konfrans ərəfəsin-
də vurğulayıb ki, biomüxtəliflik insan-
ların rifahında və davamlı inkişaf işində
mühüm rol oynayır. "Biomüxtəlifliyin
qorunması bizim ümumi gələcəyimiz
üçün çox mühüm investisiyadır”, - deyə
Pan Gi Mun bəyan edib.
Yer üzündə biomüxtəliflik bugünkü
və gələcək nəsillərin rifahı və iqtisadi in-
kişaf üçün mühüm əhəmiyyətə malikdir.
Məsələn, mərcan riflərinin qlobal fayda-
sı ildə 30 milyard dollar qiymətləndirilir,
beynəlxalq ticarətdə isə dərman bitkiləri
ildə 60 milyard dollar gəlir gətirir. Bu-
nunla yanaşı, son illər biomüxtəlifliyin
sürətlə itirilməsi müşahidə olunur ki, bu
da Yer üzündə həyatı saxlayan biosferin
qabiliyyətini ciddi şəkildə pozur.
Ekspertlər güman edirlər ki, insan-
ların fəaliyyəti nəticəsində ətraf mühi-
tin çirklənməsi, yaşayış məntəqələrinin
genişləndirilməsi,
növlərin
həddindən artıq istismarı və
iqlim dəyişiklikləri biomüxtə-
lifliyin azalmasına səbəb olan
əsas amillərdir. Məsələn, kənd
təsərrüfatı torpaqlarının 40
faizi 2050-ci ildə itiriləcək.
Halbuki 2030-ci ilədək dünya
əhalisini qida ilə təmin etmək
üçün kənd təsərrüfatı istehsa-
lını 50 faiz artırmaq lazımdır.
Konfransda dəniz və sa-
hilyanı ərazilərin biomüxtə-
lifliyi də müzakirə mövzusu
olacaq. Hesablamalara görə,
mühüm dəniz ekosistemləri - sualtı
çəmənlər, kolluqlar və mərcan rifləri 30
faizdən 35 faizədək dağıdılıb.
Bioloji
müxtəliflik
haqqında
Konvensiya BMT-nin 1992-ci ildə
Rio-De-Janeyroda ətraf mühit və da-
vamlı inkişaf üzrə dünya sammitində
hazırlanıb. Konvensiyanı 196 ölkə rati-
fikasiya edib.
Tahir DADAŞOV
dəniz və sAhilyAnı ərAzilərin
biomüxtəlifliyi də müzAkirə mÖvzUsU olAcAq
Alimlər artıq çoxdandır bəzi
insanların orta statistik adamdan çox
yaşamasının sirrindən baş çıxarmağa
çalışırlar.
Stenford Universitetinin
alimləri müəyyən ediblər ki,
rasionunda müəyyən məhsul-
lar olan insanların ömrü 20 il
uzana bilər.
“informing.ru” saytı xə-
bər verir ki, alimlərin yeni
araşdırmasında 40 yaşından
başlayan yaş qrupundan olan
11 min kişi və qadın iştirak
edib. Onlar hər gün yedikləri-
ni təsvir etmək üçün gündəlik
tutublar.
Alimlər araşdırmanın nə-
ticələrini təhlil edəndən sonra müəyyən
ediblər ki, ölüm hallarının çoxuna yanlış
qidalanma səbəb olub. Həmçinin on-
lar aydınlaşdırıblar ki, meyvə-tərəvəz,
qoz-fındıq yeyən adamlar özlərini pis
hiss etməkdən az şikayət ediblər və 20 il
çox yaşayıblar.
Alimlər əmindirlər ki, mey-
və-tərəvəz, qoz-fındıq insanın ömrünü
uzadır, çünki bu məhsullar ürək-damar
sisteminin fəaliyyətini yaxşılaşdırır
və bütövlükdə orqanizmə müsbət təsir
göstərir.
Onu da qeyd edək ki, tədqiqatda əv-
vəllər insult və ya ürək tutması keçirmiş
insanlar iştirak ediblər. Tədqiqatçılar
əvvəllər xəstə olmuş adamları məxsusi
olaraq seçmişlər ki, qidalanma ilə sağ-
lamlığın əlaqəsi haqqında daha dəqiq
məlumat ala bilsinlər.
Ömrünüzü 20 il UzAtmAq istəyirsinizsə...
“Əl Cəzirə” (Al Jazeera Arabic)
telekanalının hazırladığı videomaterialda
bildirilir ki, Azərbaycanda həyata keçirilən
böyük investisiya layihələri bu ölkədə neft-
qaz sektoruna alternativ layihələrdir.
Kanalın hazırladığı videomaterialda
Ələt qəsəbəsində yaradılan yeni Bakı Li-
manı və onun ətrafında yerləşəcək Azad
Ticarət Zonası tipli xüsusi iqtisadi zona
barədə məlumat verən limanın baş di-
rektorunun müşaviri Zaur Həsənov bil-
dirib ki, Azərbaycanın Xəzər dənizi sa-
hilində, dəmir yollarının və su yollarının
kəsişdiyi yerdə yerləşməsi, onu Asiya və
Avropanı birləşdirən bir mərkəzə çevirir.
Bakı Limanının hazırkı fəaliyyəti
və gələcək perspektivləri, onun inkişaf
konsepsiyası, infrastrukturu, o cümlə-
dən liman ətrafında yaradılan Azad Ti-
carət Zonası (ATZ) barəsində danışan
Zaur Həsənov layihənin strateji-iqtisadi
əhəmiyyətə malik olduğunu söyləyib.
O deyib: “Bakı Limanı Qazaxıstandan
Avropaya, Rusiyadan İrana olmaqla iki
mühüm nəqliyyat dəhlizinin kəsişmə-
sində yerləşir. Gələcəkdə limanda yüka-
şırmaları il ərzində 25 milyon ton təşkil
edəcək və bir milyona yaxın konteyner
daşınması mümkün olacaq. Limanın bi-
rinci fazasının tikintisi 2017-ci ilə qədər
tamamlanacaq və yükaşırma qabiliyyəti
11,5 milyon tona çatdırılacaq. Yüklərin
böyük hissəsi Çin, Mərkəzi Asiya və Av-
ropa arasında daşınacaq. Bakı Limanın
"Şərq-Qərb" və Şimal-Cənub dəhliz-
ləri üzərində mühüm nəqliyyat-logis-
tika qovşağı (hub) olacaq. Azərbaycan
Avropa və Asiyanı birləşdirəcək, geniş
beynəlxalq logistika şəbəkəsinin bir his-
səsinə çevriləcək və bununla tarixi İpək
yolunun yenidən canlanmasına öz töhfə-
sini verəcək”, - deyə Z.Həsənov vurğu-
layıb.
Z.Həsənov sentyabrın 7-də tanın-
mış “DP World” şirkəti ilə məsləhətçi
qismində müqavilənin imzalandığını da
qeyd edib.
Videomaterialda daha bir layihə -
təxminən 3 il müddətində yekunlaşacaq
“Ağ şəhər” layihəsi barədədir. Bakıda
həyata keçirilən bu layihə müasir ya-
şayış evləri, otellər, istirahət mərkəzlə-
ri, alış-veriş və biznes mərkəzlərindən
ibarət olacaq. Bu layihə körfəz ölkələ-
rindən və başqa ölkələrdən turistlərin
Azərbaycana cəlb olunmasına xidmət
edəcək.
“Al JAzeerA” telekAnAlı bAkı limAnı
hAqqındA videomAteriAl hAzırlAyıb