T
arixdə elə şəxsiyyətlər
yetişib ki, onlara nəinki
təmsil etdikləri xalqın taleyin-
də, eləcə də dünya siyasətində
olduqca böyük missiyanı həya-
ta keçirmək səadəti nəsib olub.
Ümummilli liderimiz Heydər Əli-
yev də məhz belə tarixi şəxsiyyət,
dünya siyasətinin mahir bilicisi
idi. Azərbaycanın müasir tarixi-
nin 34 illik bir mərhələsi, eləcə
də müstəqil dövlətimizin dinamik
inkişafı və dünyaya inteqrasiya
prosesi onun adı və fəaliyyəti ilə
bağlıdır. Ulu öndərimiz Azərbay-
can tarixində yeni parlaq səhifə
açan nadir şəxsiyyət olmuşdur.
Bu dahi, müdrik insan xalqımı-
zın əsrlərin sınağından çıxmış
özünəməxsus milli xüsusiyyətlə-
ri ilə yanaşı, bəşəri düşüncələrin
daşıyıcısı idi. Əsası budur ki, si-
vilizasiyaların, mədəniyyətlərin,
qitələrin qovuşuğunda yerləşən
Azərbaycan xalqının zəngin
mənəvi-mədəni irsini yaşatdı
və dünyada təbliğinə nail oldu.
Bəşər tarixi belə şəxsiyyətləri na-
dir hallarda yetişdirir.
Ümummilli liderimizə xas olan
digər nadir keyfiyyət onun bir-bi-
rinə əks qütbdə dayanan müxtəlif
ictimai-siyasi formasiyalarda ən
yüksək idarəçilik üsuluna üstünlük
verməsi idi. Heydər Əliyev feno-
meninə, onun tarixi xidmətlərinə,
xilaskarlıq və quruculuq missiyası-
na müasir dünyanın görkəmli döv-
lət xadimləri, siyasətçiləri çox yük-
sək qiymət veriblər. Azərbaycanın
34 ilə yaxın bir tarixi dövrü yaddaş-
larda məhz Heydər Əliyev epoxası,
böyük quruculuq illəri kimi qalıb.
İrimiqyaslı qlobal siyasi dəyi-
şikliklərlə müşayiət olunan tarixi
dönəmlərdə xalqın mənafeyinə
uyğun iradə nümayiş etdirmək iq-
tidarında olan şəxsiyyətlərə daha
böyük ehtiyac duyulur. Müstəqil
dövlətimizin timsalında ötən illə-
ri təhlil edərkən bir daha əminlik-
lə söyləmək olar ki, həqiqətən də,
tarixin millətə verdiyi şansı yalnız
görkəmli tarixi şəxsiyyətlərin işti-
rakı ilə reallaşdırmaq mümkündür.
Bu mənada Mustafa Kamal Atatür-
kün Türkiyə, Şarl de Qollun Fransa
üçün etdiklərini Heydər Əliyev ən
çətin məqamda Vətəni və xalqı na-
minə edib.
Heydər Əliyev Azərbaycanı
inkişaf etmiş dövlətlərin, millətini
firavan həyat sürən xalqların cər-
gəsində görmək istəyirdi. Ömrü-
nün son anınadək xalqının gələcək
taleyi haqqında düşünürdü. Heydər
Əliyev Vətən üçün, xalq üçün do-
ğuldu, Vətənin, xalqın tərəqqisi,
inkişafı, azadlığı, müstəqilliyi üçün
cəsarətlə çalışdı. Bununla da xalqın
gözündə, qəlbində dağ kimi ucal-
dı. Ona görə də xalqın öz sədaqətli
dahi övladına məhəbbəti sonsuzdur,
əbədidir. Ulu öndər əsl ümumxalq
məhəbbəti qazanmış nadir siyasət-
çilərdən, dövlət xadimlərindəndir.
Bu dahi şəxsiyyət Azərbaycanı yox
olmaqdan qurtardı, müstəqilliyimi-
zi dönməz etdi, sabitlik və təhlükə-
sizliyin qarantı oldu, Azərbaycanı
inkişafa, firavanlığa doğru addımla-
yan, dünya birliyində layiqli yerini
tutmuş bir dövlətə çevirdi.
Milli-mənəvi
dəyərlərimizin
hamisi olmuş Heydər Əliyevin ha-
kimiyyətə qayıdışı, bütün sahələrdə
olduğu kimi, elm və təhsil sahəsin-
də də tənəzzülün qarşısını aldı. Milli
ideologiyaya xidmət edən təhsilimi-
zin inkişafı üçün əlverişli şərait ya-
radıldı. Heydər Əliyev milli dövlət
quruculuğu prosesində “Elmə, təh-
silə göstərilən yüksək qayğı xalqın
xoşbəxt gələcəyinə qoyulan təmi-
natlı sərmayədir” meyarı ilə çıxış
edirdi. Ümummilli lider Heydər
Əliyev prioritet sahə olan təhsilə,
elmə daim diqqət və qayğı göstərir-
di. Xalqımızın milli oyanışında və
özünüdərkində misilsiz rol oynayan
elm və təhsilin inkişafı ulu öndər
Heydər Əliyevin nəhəng dövlətçilik
fəaliyyətinin çox mühüm istiqaməti
olmuşdur. Ulu öndərin Azərbayca-
na rəhbərlik etdiyi bütün dövrlərdə
reallaşdırılan təhsil siyasəti özünün
məqsədyönlülüyü, müasirliyi, dün-
yəviliyi və milli dəyərlərə söykən-
məsi ilə diqqəti cəlb edirdi.
Ulu öndər Heydər Əliyev si-
yasətçi və dövlət xadimi kimi ən
uca missiyanı gerçəkləşdirərək
müstəqil Azərbaycan dövlətinin
memarı oldu və bu tarixi öz əməlləri
ilə yazdı. Onun həyatı və fəaliyyəti
Azərbaycan tarixinin bir hissəsi və
bəlağətsiz deyə bilərik ki, bu tarixin
ən şanlı səhifələrindəndir. Bu şəx-
siyyətin həyatını öyrənmək, onun
gördüyü işlərin, başladığı layihələ-
rin tarixi əhəmiyyətini dərk etmək
özü böyük bir məktəbdir. Heydər
Əliyev Azərbaycana rəhbərlik et-
diyi bir qərinədən artıq dövrdə
ölkənin həyatında, xalqın taleyində
elə bir əzəmətli rol oynayıb ki, bu,
əsrlər boyu unudulmayacaqdır.
Azərbaycanın hər bir bölgəsində
ulu öndərin quruculuq fəaliyyəti-
nin silinməz izləri vardır. Heydər
Əliyev həyatı boyu həmişə xalqa
arxalanmışdı: “Mənim həyat ama-
lım bütün varlığım qədər sevdiyim
Azərbaycan xalqına, dövlətçiliyi-
mizə, ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olub. Bu
yolda bütün gücümü və iradəmi
yalnız müdrik və qədirbilən xalqım-
dan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu
da mənə dözüm, iradə verib və bü-
tün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin
keçdiyi sınaqlar, dövlətçiliyimizin
ən ağır günlərində Heydər Əliye-
vin göstərdiyi qətiyyət bu sözlər-
dəki gerçəkliyi dəfələrlə təsdiqlə-
yib. Heydər Əliyevin Azərbaycan
üçün gördüyü işləri sadalamaqla
bitib-tükənən deyil. Dahi şəxsiy-
yət bu gün sıralarımızda olmasa da,
onun möhtəşəm işləri, əməlləri, mi-
silsiz xidmətləri hamımıza bəllidir
və gözümüz önündədir. Milyonlar-
la insanın ümid çırağına çevrilərək
qəlblərdə əbədi yurd salmaq heç də
bütün rəhbərlərə, liderlərə nəsib ol-
mur. Sağlığında canlı əfsanəyə çev-
rilmiş Heydər Əliyevin zəngin irsi
hələ uzun illər xalqımızın müstəqil-
lik yolunu işıqlandıracaq.
Heydər Əliyev dünyanın nadir
insanlarındandır. O, hamının qəl-
binə yol tapmağı bacarır, yaddaş-
larda dərin iz qoyurdu. Təkrarsız,
heyrətamiz yaddaşa malik Heydər
Əliyev əsl rəhbərə xas olan ensik-
lopedik biliyə malik idi. Ulu öndər
milli və bəşəri dəyərlərin daşıyıcı-
sı kimi dahi bir şəxsiyyət idi. Bu
görkəmli dövlət xadimi əsrimizin
siyasi həyatında mühüm yer tut-
muş, uzun və şərəfli yol keçmiş,
ən yüksək vəzifələrin məsuliyyəti-
ni daşımış, insanlara həmişə dərin
hörmət və ehtiram bəsləmişdir.
Ümummilli liderimizin xalqın
birliyi yolunda göstərdiyi titanik
fəaliyyəti hər bir soydaşımız üçün
örnək olmalıdır. Biz Azərbaycanı
sevməyi Heydər Əliyevdən öyrən-
məliyik. “Azərbaycan mənim ürə-
yimdir, nəfəsimdir”-deyən böyük
öndərimiz millətimizin və dövləti-
mizin əbədiyaşarlığı üçün əvəzsiz
bir siyasi xətt, ideoloji baza miras
qoydu. Şükürlər olsun ki, ulu Tan-
rı xalqımızın taleyinə çətin, əzablı
günlər yazsa da, bu əzablara sinə
gərə bilən, bütün düyünləri açma-
ğa qadir olan Heydər Əliyev kimi
böyük şəxsiyyət də qismət edib.
Millətinə xidmət nümunəsi olan
bu böyük şəxsiyyət həmişə xalqa
arxalanır və deyirdi: “Xalq mənim
dayağım, gücüm və inamımdır”.
Xalq yolunda canını fəda etmiş, bü-
tün həyatı boyu Vətənini və millə-
tini düşünmüş ümummilli liderimiz
əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyev sanki dünyaya
gələndə elə xalq üçün, onun səadətə
yetişməsi üçün gəlmişdi. Haqqın,
ədalətin bərpası, ölkənin inkişaf
etdirilib sivil cəmiyyətə çevrilməsi
üçün çəkdiyi min bir əziyyət onun
tale yolu, ömür yolu olmuşdur.
Ümummilli liderimiz əmanət olaraq
xalqımıza zəngin maddi və mənəvi
dəyərlər, siyasi və iqtisadi cəhətdən
etibarlı dayaqlar üzərində qurul-
muş Azərbaycan qoydu. 1994-cü
ildə imzalanan “Əsrin müqaviləsi”
Heydər Əliyevin uzaqgörən neft si-
yasətinin ilk konturları oldu. Məhz
bu müqavilədən sonra inkişaf etmiş
dünya dövlətlərinin Azərbaycana,
burada cərəyan edən proseslərə ma-
rağı artdı. Ölkədə uğurlu islahatla-
rın bünövrəsi qoyuldu.
Dünya siyasətində nəhəng şəx-
siyyət olan Heydər Əliyev qısa za-
man kəsiyində ölkəmizi yetərincə
tanıdıb. Məhz ulu öndərimizin səyi,
zəhməti sayəsində respublikamız
sürətli sosial-iqtisadi inkişaf yoluna
çıxdı. Heydər Əliyev dühasını, uca-
lığını, böyüklüyünü həmişə xatırla-
yacağıq.
Ulu öndərimiz müqəddəs amal-
ları və fəaliyyəti ilə xalqın gözündə,
qəlbində dağ kimi ucaldı. Ona görə
də xalqın öz sədaqətli, dahi övladı-
na məhəbbəti sonsuzdur, əbədidir...
Ümummilli lider əsl ümumxalq
məhəbbəti, sevgisi qazanmış tək-
tək siyasətçilərdən, dövlət xa-
dimlərindəndir. O, respublikaya
rəhbərlik etdiyi uzun illər ərzində
gördüyü nəhəng işləri ilə xalqın
qəlbində özünə əbədi abidə ucal-
dıb. Ona görə də nə qədər müstəqil
Azərbaycan dövləti var, Azərbay-
can xalqı var, Heydər Əliyev də
ürəklərdə yaşayacaqdır. Dahi və
əzəmətli şəxsiyyətin yolunun dava-
mı müstəqil Azərbaycan dövlətinin
gələcəyi, onun daha da güclənməsi,
ərazi bütövlüyünün bərpa olunma-
sı, hər bir vətəndaş üçün firavan və
rahat həyat şəraitinin yaradılması
deməkdir. Heydər Əliyevin başla-
dığı işləri davam etdirmək, qurduğu
dövləti yeni-yeni uğurlara çatdır-
maq onun ruhu qarşısında ən ümdə
borcumuzdur.
Heydər Əliyev və onun əməl-
ləri daim yaşayacaq, Azərbaycan
xalqı, bütün türk dünyası onu heç
vaxt unutmayacaq. Bütün ömrünü
xalqımızın tərəqqisinə və firavanlı-
ğına həsr etmiş ulu öndərin həyat və
fəaliyyəti bizim üçün örnəkdir, güc
mənbəyidir. Bugünkü Azərbayca-
nın sürətli inkişafının təməli məhz
Heydər Əliyev tərəfindən yaradılıb.
Bu siyasi kursa Azərbaycanda alter-
nativ yoxdur. Xalqımız xoşbəxtdir
ki, ümummilli liderimizin strateji
inkişaf kursu bu gün onun layiqli
siyasi varisi, ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla da-
vam etdirilir. Dövlət başçımızın
həyata keçirdiyi tədbirlər, imzala-
dığı fərman və sərəncamlar, xalqla
birbaşa ünsiyyətdə olması ümum-
milli lider tərəfindən başlamış iş-
lərin məntiqi davamıdır. Memarı
və qurucusu Heydər Əliyev olan
müstəqil dövlətimiz bu gün ulu ön-
dərimizin Azərbaycan xalqına ən
böyük töhfəsidir. Hər bir Azərbay-
can vətəndaşının borcu isə Heydər
Əliyevin şah əsəri olan Azərbayca-
nı qoruyub yaşatmaqdır.
Vaqif ƏMİRASLANOV,
tarix elmləri namizədi
"Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 24
yanvar tarixli 18 nömrəli qərarın-
da dəyişikliklər edilməsi haqqında
"Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi" Qapalı Səhmdar Cəmiyyə-
tinin fəaliyyətinin təşkili haqqında"
Azərbaycan Respublikası Preziden-
tinin 2014-cü il 10 yanvar tarixli 213
nömrəli Sərəncamında dəyişikliklər
edilməsi və "Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin fəaliyyətinin təkmil-
ləşdirilməsi ilə bağlı əlavə tədbirlər
barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 9 mart ta-
rixli 827 nömrəli Fərmanının 3.5-
ci bəndinin icrasını təmin etmək
məqsədi ilə və "Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin fəaliyyətinin təşkili
haqqında" Azərbaycan Respublika-
sı Prezidentinin 2014-cü il 10 yan-
var tarixli 213 nömrəli Sərəncamı-
nın 2.1.1-ci yarımbəndinə əsasən
Azərbaycan Respublikasının Nazir-
lər Kabineti QƏRARA ALIR:
"Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi" Qapalı Səhmdar Cəmiy-
yətinin Nizamnaməsinin və struk-
turunun təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 24 yanvar
tarixli 18 nömrəli qərarında (Azər-
baycan Respublikasının Qanunve-
ricilik Toplusu, 2014, № 1, maddə
67, № 10, maddə 1321; 2016, № 3,
maddə 584, № 8, maddə 1428) aşa-
ğıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edil-
miş 1 nömrəli əlavə - "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin Nizam-
naməsi" üzrə:
1.1. 1.4-cü, 4.8-ci, 8.5-ci, 8.6-cı,
11.1-ci, 11.2-ci bəndlərdə, 3.2.8-
ci, 3.2.27-ci, 6.5.11-ci, 6.5.12-ci,
6.5.15-ci, 6.5.16-cı (hər iki halda),
7.1.8-ci, 7.1.9-cu, 7.1.16-cı, 7.1.19-
cu, 7.1.20-ci, 9.3.1-ci, 11.2.2-ci,
11.2.3-cü, 11.2.4-cü, 11.2.5-ci,
11.2.6-cı yarımbəndlərdə və 11-
ci hissənin adında ismin müvafiq
hallarında "törəmə müəssisələri"
sözləri ismin müvafiq hallarında
"törəmə hüquqi şəxsləri" sözləri ilə
əvəz edilsin;
1.2. 2.4-cü bənd aşağıdakı re-
daksiyada verilsin:
"2.4. Cəmiyyətin idarə, filial və
nümayəndəliklərinin yaradılması
və ləğvi, törəmə hüquqi şəxslərinin
yaradılması, yenidən təşkili və ləğvi
Cəmiyyət tərəfindən həyata keçiri-
lir.";
1.3. aşağıdakı məzmunda 3.2.6-
1-ci yarımbənd əlavə edilsin:
"3.2.6-1. Azərbaycan Respub-
likası Prezidentinin 2016-cı il 9
mart tarixli 827 nömrəli Fərmanı
ilə müəyyən edilmiş qaydada Cə-
miyyətin, onun idarə, filial və nü-
mayəndəliklərinin, habelə törəmə
hüquqi şəxslərinin balansında olan
əmlaka münasibətdə sərəncam ver-
mək hüququnun, o cümlədən həmin
əmlakın balansdan balansa, icarəyə
və istifadəyə verilməsi, Cəmiyyətin
iştirak etdiyi birgə layihələrə pay
şəklində qoyulması, qiymətləndiril-
məsi, təyinatının dəyişdirilməsi sə-
lahiyyətlərinin həyata keçirilməsi;";
1.4. 3.2.9-cu yarımbəndə "ci-
hazlarının" sözündən sonra "idxalı,
habelə" sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 3.3-cü
bənd əlavə edilsin:
"3.3. Cəmiyyətin və onun idarə,
filial və nümayəndəliklərinin, ha-
belə törəmə hüquqi şəxslərinin bu
Nizamnamə ilə müəyyən olunmuş
fəaliyyət istiqamətləri üçün lisenzi-
ya və icazə alınması tələb olunduq-
da, həmin lisenziya və icazə alınmış
hesab edilir və yenidən alınması
tələb olunmur.";
1.6. aşağıdakı məzmunda 6.4-1-
ci bənd əlavə edilsin:
"6.4-1. Cəmiyyətin sədrinin
müavinləri, eyni zamanda Cəmiy-
yətin müvafiq idarə, filial və nü-
mayəndəliklərinin, habelə törəmə
hüquqi şəxslərinin (daxili audit
istisna olmaqla) rəhbəri vəzifəsini
tuta bilərlər.";
1.7. 6.5.15-ci yarımbənddə "qa-
nunvericiliyə uyğun olaraq" sözləri
"Azərbaycan Respublikası Prezi-
dentinin 2016-cı il 9 mart tarixli
827 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada" sözləri ilə əvəz
edilsin;
1.8. 6.5.17-ci yarımbənd aşağı-
dakı redaksiyada verilsin:
"6.5.17. Azərbaycan Respub-
likası Prezidentinin 2016-cı il 9
mart tarixli 827 nömrəli Fərmanı ilə
müəyyən olunmuş qaydada Cəmiy-
yətin idarə, filial və nümayəndəlik-
lərinin yaradılması və ləğvi, törəmə
hüquqi şəxslərinin yaradılması,
yenidən təşkili və ləğv edilməsi
haqqında qərarlar qəbul edir.";
1.9. 11.1-ci bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edil-
sin:
"Cəmiyyətin idarə, filial və
nümayəndəlikləri, habelə törəmə
hüquqi şəxsləri Cəmiyyətin Nizam-
naməsinə əməl etməli, öz fəaliyyəti
barədə Cəmiyyətə hesabat verməli,
Cəmiyyət tərəfindən təsdiq edilmiş
iş proqramlarının, gəlir və xərclər
smetasının icrasını təmin etməli,
Cəmiyyət tərəfindən keçirilən təd-
birlərdə və Cəmiyyətin qarşısında
duran vəzifələrin həllində iştirak
etməli, onlara həvalə edilmiş digər
vəzifələri yerinə yetirməlidirlər.";
1.10. 11.2.1-ci yarımbənd aşağı-
dakı redaksiyada verilsin:
"11.2.1. Azərbaycan Respubli-
kası Prezidentinin 2016-cı il 9 mart
tarixli 827 nömrəli Fərmanına uy-
ğun olaraq, Cəmiyyətin idarə, fili-
al və nümayəndəliklərinin, habelə
törəmə hüquqi şəxslərinin balansın-
da olan əmlaka münasibətdə sərən-
cam vermək, o cümlədən həmin
əmlakı balansdan balansa, icarəyə
və istifadəyə vermək, Cəmiyyətin
iştirak etdiyi birgə layihələrə pay
şəklində qoymaq, qiymətləndirmək,
təyinatını dəyişdirmək;";
1.11. 11.2.2-ci yarımbəndə "for-
malaşdırmaq" sözündən sonra "və
törəmə hüquqi şəxslərinə münasi-
bətdə ümumi yığıncağa aid digər
səlahiyyətləri həyata keçirmək"
sözləri əlavə edilsin.
2. Həmin qərarla təsdiq edil-
miş 2 nömrəli əlavə - "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin strukturu"
üzrə:
2.1. "II. "Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin törəmə müəssisələri"
bölməsi üzrə:
2.1.1. adında "törəmə müəs-
sisələri" sözləri "törəmə hüquqi
şəxsləri" sözləri ilə əvəz edilsin;
2.1.2. 2-ci hissə ləğv edilsin;
2.1.3. 3-cü hissənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məz-
munda 4-cü, 5-ci və 6-cı hissələr
əlavə edilsin:
"4. "ACSC logistics" Məhdud
Məsuliyyətli Cəmiyyəti;
5. "Dənizçi" mənzil-tikinti koo-
perativi;
6. Xarici törəmə hüquqi şəxslər
və "Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi" Qapalı Səhmdar Cəmiy-
yətinin iştirakçı olduğu birgə müəs-
sisələr.";
2.2. "III. "Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi" Qapalı Səhm-
dar Cəmiyyətinin tabeliyində olan
hüquqi şəxs statusuna malik olma-
yan təşkilatlar (idarələr)" bölməsi-
nin 6-cı hissəsinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 7-ci
və 8-ci hissələr əlavə edilsin:
"7. "Zığ" Quru Yük Limanı;
8. "İnflot" Dəniz Agentliyi.";
2.3. "IV. "Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin ayrıca bölmələri (fi-
lial və nümayəndəlikləri)" bölməsi-
nin sonunda iki nöqtə işarəsi nöqtə
işarəsi ilə əvəz edilsin və həmin
bölmənin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci,
6-cı hissələri ləğv edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
9 dekabr 2016-cы il № 81-84 (9087)
2
12 dekabr ümummilli liderin anım günüdür
UlU Öndər heydər əliyev dühAsını, UcAlığını,
bÖyüklüyünü həmişə xAtırlAyAcAğıq
AzərbAycAn respUblikAsının nAzirlər kAbineti
№ 490 qərAr bakı şəhəri, 30 noyabr 2016-cı il