Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

əvvəl elə hakimlər tərəfindən yol verilir. Belə ki, hər hansı bir müttəhim iclasçılar
qarşısında dayanmamışdan əvvəl onu başqa hakimlər təqsirkar çıxarıblar: istintaqı
aparan hakim, prokuror və digərləri.
Magistratura həqiqətən yeganə təsisatdır ki, fəaliyyəti hər hansı bir nəzarətə
məruz qalmır. Bütün inqilablara baxmayaraq, demokratik Fransa hər halda “Habeas
Corpus” (1679-cu ildə İngiltərə parlamenti tərəfindən qəbul edilmiş qanunverici akt
həbsin qaydalarını və cinayətdə ittiham olunanın məhkəməyə cəlbini müəyyən edir)
hüququna malik deyil, İngiltərə bununla qürur duyur. Biz bütün tiranları qovmuşuq,
lakin hər bir şəhərdə hakimlər oturtmuşuq, hansı ki, öz mülahizələrinə əsasən
vətəndaşların şərəf və azadlığı ilə bağlı sərəncamlar verirlər. Ən miskin istintaq
hakimi, məktəb skamyasından yenicə sıçrayıb duranın biri, öz mülahizələri əsasında
ən hörmətli vətəndaşları həbsxanaya göndərmək kimi biabırçı hüquq əldə edir. Özü
də yalnız şəxsi şübhələri əsasında və heç kim qarşısında hesabat belə vermədən. O,
həmin şəxsləri altı ay və ya bir il ərzində istintaq bəhanəsi ilə həbsxanada saxlaya və
sonra heç nə olmamış kimi əvəzi ödənilmədən və ya üzr istənilmədən buraxa bilər.
Məhkəməyə gətirmək əmri təkcə bir fərq istisna olmaqla məşhur “Lettre de cachet”ə
(Fransada mütləq monarxiya zamanı istənilən adam kral möhürü olan məktub, şəkilli
kağız əsasında məhkəmədən kənar həbs oluna bilərdi. Maraqlısı odur ki, artıq
imzalanmış sənəddə boş yer saxlanılırdı və orada istənilən şəxsin adı göstərilə bilərdi)
tamamilə ekvivalent idi. Belə ki, bu son vasitədən, yalnız ən mühüm şəxslər istifadə
edə bilərdilər və elə bunu da keçmiş monarxiyaya haqlı olaraq irad tuturdular. İndi isə
bu vasitə bütöv bir sinif vətəndaşların əlinə keçib, hansılar ki, heç də ən təhsilli və
müstəqil sayıla bilməzlər.
Buradan belə çıxmırmı ki, əgər təqsirləndiriləni iclasçılar deyil, hakimlər
mühakimə etsəydilər, o, bəraət almaq üçün yeganə şansından məhrum ola bilər?
Bütün hallarda, iclasçıların yanlışları yalnız hakimlərin səhvlərinin nəticəsidir. Yalnız
sonuncular, elə həkim L-in bu yaxınlarda başına gələnə bənzər, dəhşətli məhkəmə
səhvlərində təqsirkar sayılırlar. Həkim L. dardüşüncəli bir istintaq hakimi tərəfindən,
yalnız yarımidiot bir qadının ifadələri əsasında, guya həmin qadını 30 franka abort
etmək suçu ilə məsuliyyətə cəlb edilmişdi. Əgər dövlət başçısını dərhal onu əfv
etməyə məcbur edən kütləvi etirazlarla müşayiət edilən ictimai rəy formalaşmasaydı,
heç şübhəsiz həkim sürgünə göndəriləcəkdi. Hamı müttəhimin təqsirsizliyini təsdiq
edirdi, hətta hakimlərin özləri də bunu etiraf edirdilər. Belə görünürdü ki, elə bunun
özü kobud səhvə yol verildiyini sübut etməli idi, amma kasta ruhunu rəhbər tutan
hakimlər, əfvə mane olmaq üçün əllərindən gələni etmişdilər. Bənzər işlərdə texniki
təfsilatlardan heç nə anlamayan iclasçılar, təbii ki, ittiham tərəfinin söylədiklərinə
qulaq asırlar və nəticədə işin hakimlər tərəfindən bütün incəliklərinə qədər təhqiq
olunduğunu düşünərək rahatlıq tapırlar. Belə halda səhvlərin əsas təqsirkarları
kimlərdir: hakimlər, yoxsa andlı iclasçılar? Gəlin, andlılar institutunu əsaslı surətdə
qoruyub saxlayaq, çünki o, çox yəqin ayrı-ayrı şəxslər tərəfindən əvəz oluna bilməyən
yeganə kütlə kateqoriyasıdır. Yalnız bu institut qanunların sərtliyini yumşaltmaq
iqtidarındadır, hamı üçün onlar artıq prinsipcə o dərəcədə eynidilər ki, hətta xüsusi
halları belə diqqətə almırlar. Mərhəmət üçün əlçatmaz olan və yalnız qanunların
mətnini etiraf edən hakimlər, öz peşəkar sərtlik mövqelərindən çıxış edərək, oğrunu,
downloaded from KitabYurdu.org


qatili və yoldan çıxarılmış, taleyin ümidinə buraxılmış və ehtiyac üzündən uşağını
öldürməyə qalxmış bədbəxt qıza qarşı eyni hökmü çıxarırlar. Andlılar isə instinktiv
olsa da aldadılmış qızın onu yoldan çıxaran şəxsdən, hansı ki, qanunlar onu
cəzalandıra bilmir, daha az günahkar olduğunu hiss edirlər və bu səbəbdən ona qarşı
mərhəmətli davranırlar.
Kastaların, həmçinin kütlənin digər kateqoriyalarının psixologiyasını yaxşı
bildiyimdən, elə bir hadisə görmürəm ki, hər hansı bir cinayət işi üzrə düzgün
olmayan ittihamla bağlı iclasçıları hakimlərdən daha çox günahkar bilim. Birincilərlə
mən bütün hallarda bəraət almaq üçün bəzi şanslara malik olardım, ikincilərlə isə
buna heç ümid belə etməyə dəyməzdi. Kütlənin hakimiyyətindən qorxmağa dəyər,
amma bəzi kastaların hökmündən daha çox ehtiyatlı olmalıyıq. Birincini bütün
hallarda inandırmaq mümkündür, ikinci isə sarsılmaz olaraq qalır.
IV fəsil
SEÇKİ KÜTLƏSİ
Seçki kütləsinin ümumi əlamətləri. – Onu necə inandırırlar. – Namizədin malik
olmalı olduğu keyfiyyətlər. – Cazibədarlığın zəruriliyi. – Fəhlə və kəndlilər öz
mühitlərindən niyə nadir halda namizəd irəli sürürlər? – Söz və formulların seçiciyə
əzəmətli təsiri. – Seçki müzakirələrinin ümumi təsviri. – Seçici rəyi necə formalaşır. –
Komitələrin qüdrəti. – Onlar özlüyündə tiranlığın ən təhlükəli formasını təmsil edirlər.
– İnqilab komitələri. – Psixoloji baxımdan dəyərinin çox az olmasına baxmayaraq,
ümumi verilmiş səsləri əvəz etmək olmur. – Səsvermə, hətta seçki hüququ
vətəndaşların yalnız məhdud siniflərinə imkan verildiyi halda belə, niyə olduğu kimi
qalmalıdır? – Bütün ölkələrdə seçki hüququ özlüyündə nəyi ifadə edir?
Seçki kütləsi, yəni o yığıncaqlar, şəxslərin məlum vəzifələrə seçilməsi üçün
çağırılır, özlüyündə yekcins kütləni təmsil edirlər, amma onun fəaliyyəti yalnız
konkret bir məqsədə istiqamətlənib – müxtəlif namizədlər arasından seçimə, onda
bizim artıq qeyd etdiyimiz yalnız bəzi xarakterik əlamətləri müşahidə edə bilərik. Bu
kütləyə ən çox xas olan əlamətlərə, həmçinin mühakimə qabiliyyətinin zəifliyi, tənqidi
ruhun olmaması, sadəlövhlük və səthiliyi aid etmək olar. Bu kütlənin qərarlarında
rəhbərlərin və tərəfimizdən yuxarıda sadalanan amillərin rolunu çox asan izləmək
mümkündür: müddəa, təkrar, cazibə qüvvəsi və sirayətedicilik.
İndi isə seçki kütləsinə təsir üsullarını izləyək, belə ki, yalnız bu əsasda onun
psixologiyasını biz özümüz üçün daha aydın təsəvvür edə bilərik.
Seçkilərdə iştirak edən namizəd üçün başlıca şərt onun cazibə qüvvəsidir. Şəxsi
cazibə qüvvəsini yalnız sərvətin cazibədarlığı əvəz edə bilər. Hətta istedad və dahilik
belə, uğur üçün ciddi şərait təşkil etmir. Ən başlıcası – bu, cazibədarlıqdır, yəni heç
bir etiraz doğurmadan seçicilər qarşısında dayana bilmək imkanıdır. Əgər əksəriyyəti
fəhlə və kəndlilərdən təşkil olunmuş seçicilər, öz mühitlərinə aid olanlar arasından
nadir hallarda nümayəndə seçirlərsə, bunun başlıca səbəbi, həmin mühitdən
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə