Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

İyirmi il ərzində bu istiqamətdə gedən təkamül həqiqətən heyrətamizdir. Elə də
uzaq olmayan keçmiş dövrdə fikirlər hər halda az da olsa məlum istiqamətə
yönəlmişdilər, onlar hər hansı başlıca ümumi inanclardan irəli gəlirdilər. Monarxist
tarixdə olduğu kimi, elmdə də qəti şəkildə məlum, olduqca müəyyənedici inanclara
malik olmalıdır, respublikaçı isə tamamilə əks ideyalara. Monarxist, məsələn,
tamamilə əmindir ki, o, meymundan əmələ gəlməyib, respublikaçı isə əksini düşünür.
Monarxist inqilablar haqqında dəhşətlə danışmalıdır, respublikaçı isə hörmətlə söz
açmalıdır. Bəzi adlar ehtiramla çəkilir, digərləri isə lənətlə tələffüz edilir. Hətta
Sorbonnda da tarixə bu cür sadəlövh münasibət hökm sürürdü. Hazırkı zamanda
müzakirələrin nəticələri və fikirlərin analizi öz cazibədarlığını itirməkdədir, onların
kəskinliyi çox tez aradan qalxır. Həmin fikirlərdən yalnız bəziləri hələ də bizi cəlb
etmək üçün öz gücünü qoruyub saxlaya bilib və müasir insan daha çox biganəliyə üz
tutmaqdadır.
Bütün hallarda, fikirlərin dayanıqlığını bu cür ümumi şəkildə itirməsindən elə də
çox təəssüflənməyə dəyməz. Əlbəttə, bunun xalqların həyatında tənəzzül əlamətləri
kimi xidmət etdiyini danmaq da mümkün deyil. Heç şübhəsiz, bəsirətçilər, həvarilər,
rəhbərlər, bir sözlə, əqidəli insanlar, etirazçılar, tənqidçilər və biganələrlə
müqayisədə tamamilə fərqli gücə malik olurlar. Lakin unutmaq lazım deyil: kütlənin
mövcud qüvvəsi hər cür fikri mənimsəmək üçün o dərəcədə cazibəyə malikdir ki,
anındaca elə əzəmətli güc əldə edir ki, azad mühakimələr dövrü uzun müddətə öz
varlığını itirə bilərdi. Kütlə özlüyündə hökmdarı təmsil edir, Qelioqobal və Tiberi
sülhpərvərliyi kimi, bəzən sülhpərvər, lakin bütün hallarda şıltaqlıqları anında qorxulu
olan hökmdarı. Əgər hər hansı bir sivilizasiya kütlənin hökmranlığı altına düşsə, onda
o, çoxlu sayda təsadüflərdən asılı qalacaq və elə də uzun ömrə malik olmayacaq.
Əgər tam məhvolmanı nəsə təxirə sala bilərsə də bu, məhz, hər cür ümumi inanclara
qarşı kütlənin artmaqda olan biganəliyi ola bilər.
13 ilahi qüvvədən törəyən
14 İnqilabdan qabaqkı Çində yüksək rütbəli məmur
15 qədim yunan söz olub, aqora “meydan” və fobos “qorxu” deməkdir. İnsanlar
toplanan yerlərdə, izdiham zamanı yaranan qorxu
16 İngiltərədə zadəgan titulu
17 etinasızlıq, laqeydlik
Üçüncü bölmə
KÜTLƏNİN MÜXTƏLİF KATEQORİYALARININ TƏSNİFATI VƏ TƏSVİRİ
downloaded from KitabYurdu.org


I fəsil
KÜTLƏNİN TƏSNİFATI
İzdihamın ümumi bölgüsü. – Onun təsnifatı.
1. Müxtəlif növlü kütlə. – O necə yaranır. – İrqin təsiri. – İrqin ruhu nə qədər
güclüdürsə, kütlənin ruhu bir o qədər zəif təzahür edir. – İrqin ruhu sivilizasiyanın
vəziyyətini əks etdirir, kütlənin ruhu – barbarlığın vəziyyətini.
2. Yekcins kütlə. – Yekcins kütlənin bölgüsü. – Sektalar, kastalar və siniflər.
Biz artıq ilhamlanmış kütləyə xas ümumi əlamətləri öyrənmişik; indi müvafiq
oyandırıcıların təsiri altında həmin yığıncaqların kütləyə çevrildiyi zaman, müxtəlif
kateqoriyalı yığıncaqlarda ümumi xüsusiyyətlərə birləşən şəxsi xüsusiyyətləri
araşdırmalıyıq.
Kütlənin təsnifat zamanı başlanğıc nöqtəsi bizim üçün sadə yığnaq təşkil edir.
Müxtəlif irqlərin fərdlərindən təşkil olunduğu zaman yığnağın bu cür primitiv forması
müşahidə olunur və o, bir rəhbərin iradəsinə az və ya çox dərəcədə hörmətdən başqa
heç bir ümumi əlaqəyə malik olmur. Bu cür yığnaqların tiplərinə bir çox əsrlər
boyunca Roma imperiyasını dolduran, olduqca müxtəlif mənşəli barbarlar aid
edilirlər. Müxtəlif irqlərdən təşkil olunmuş bu cür yığnaqların üzərində məlum
amillərin təsiri altında artıq ümumi xüsusiyyətləri mənimsəyib və nəhayət irqi
yaradan ona bənzər kütlə dayanacaq.
Bu yığnaqların hər iki kateqoriyası yuxarıda söz açdığımız amillərin təsiri altında,
təşkil olunmuş və ya ilhamlanmış kütləyə çevrilə bilərlər. Bu, təşkil olunmuş kütlədə
biz aşağıdakı müxtəlifliyi üzə çıxara bilərik:
A. Kütlə 1. Anonim (məsələn, küçə izdihamı).
müxtəlif növlü 2. Qeyri-anonim (andlılar,
parlament yığıncaqları və s.).
B. Kütlə 1. Sektalar (siyasi, dini və s.).
Yekcins 2. Kastalar (hərbiçilər, ruhanilər, fəhlələr və s.).
3. Siniflər (burjuaziya, kəndlilər və s.).
Bir neçə cümlədə kütlənin bu müxtəlif kateqoriyalarına aid başlıca fərqləndirici
xüsusiyyətlərini müəyyən etməyə çalışaq.
1. MÜXTƏLİF NÖVLÜ KÜTLƏ
Həmin kütlə üçün xarakterik olan xüsusiyyətlər barədə artıq əvvəl danışmışıq.
Belə kütlə ən müxtəlif peşələrə malik və əqli inkişafına görə bir-birindən fərqlənən
fərdlərdən təşkil olunurlar. Artıq bilirik ki, hərəkətdə olan kütləni təşkil edən
insanların kollektiv psixologiyası, onların fərdi psixologiyasından əhəmiyyətli
dərəcədə fərqlənir və əqli inkişaf buna mane olmur. O da məlumdur ki, şüur
yığıncaqlarda heç bir rol oynamır və orada mühərrik rolunu qeyri-iradi hislər oynayır.
Başlıca amil – irq – bizə belə bir kütlənin rəngarəng formaları arasında olan daha
dərin fərqləri təyin etməyə imkan yaradır. İrqin oynadığı həmin rolla bağlı məsələyə
dəfələrlə toxunmuşuq və bu da bizə insanların əməllərini müəyyən edən və bundan
əlavə kütlənin hərəkətlərində və xüsusiyyətlərində onun ən əzəmətli amil olduğunu
downloaded from KitabYurdu.org


təsdiq etməyə imkan verir. Ən müxtəlif fərdlərdən, lakin eyni irqdən (məsələn, ingilis
və ya Çin) təşkil olunmuş kütlə, tərkibinə hər cür növdən fərdlər daxil olan, amma
müxtəlif irqlərə mənsub (məsələn, rus, fransız, ispan) kütlədən kəskin fərqlənir.
İrsi əqli təşkilatlar tərəfindən insanların fikir və hislərində yaratdığı dərin fərqlər,
hər hansı bir şərait üzündən, özü də nadir vəziyyətlərdə, kütlədə bir yerə, özü də
bərabər paylarda toplanan, müxtəlif millətlərin fərdlərində, həmin andaca özünü
büruzə verir. Hətta onları bir araya gəlməyə məcbur edən görünən ümumi mənafeyə
baxmayaraq, həmin fərqlər yenə də özünü göstərir. Sosialistlərin hər bir ölkənin fəhlə
sinfindən ümumi konqresə nümayəndələr toplamaq cəhdləri, adətən, ən qızğın fikir
ayrılıqlarına gətirib çıxarır. Latın kütləsi, nə qədər inqilabi və yaxud mühafizəkar olsa
belə, bütün hallarda dövlətə müraciət edəcək ki, tələblərinin yerinə yetirilməsi işinə
müdaxilə etsin. Bu kütlədə həmişə mərkəzləşməyə və sezarizmə meyillilik özünü
göstərir. İngilis və ya amerikan kütləsi isə dövləti qəbul etmir və həmişə şəxsi
təşəbbüsə müraciət edir. Fransız kütləsi ən çox bərabərliyi, ingilis isə azadlığı müdafiə
edir. İrqlər arasında mövcud olan bu cür fərqlər, ona aparıb çıxarır ki, sosializm və
demokratiya da demək olar ki, millətlərin sayı qədər rəngarəng formaları təmsil edir.
İrqin ruhu bütünlüklə kütlənin ruhunu özünə tabe edir və onun tərəddüdlərini
məhdudlaşdıran əzəmətli gücə malik olur. Belə bir əsas qanunu etiraf etmək lazımdır
ki, irqin ruhu nə qədər çox inkişaf edirsə, kütlənin ən primitiv xassələri bir o qədər
özünü zəif büruzə verir. Kütlənin hökmranlığı barbarlığı və ya barbarlığa qayıdışı ifadə
edir. Yalnız möhkəm təşkil olunmuş irqi ruha malik olmaqla, az ya çox dərəcədə onun
kütlə üzərində düşüncəsiz hakimiyyətindən can qurtara və barbarlıq vəziyyətindən
çıxmaq olar.
İrqi bir kənara qoyub, biz müxtəlif növlü kütləni iki yerə ayıra bilərik: anonim,
küçə kütləsi və qeyri-anonim kütləyə, bura bütün məşvərətçi yığıncaqları, məs,
andlıları aid etmək olar. Birinci növ kütlədə olmayan məsuliyyət hissi, ikinci növ
kütlədə inkişaf edib və onun əməllərinə çox vaxt tamamilə başqa istiqamət verir.
2. YEKCİNS KÜTLƏ
Yekcinc kütlə üç kateqoriyadan ibarətdir: sektalar, kastalar və siniflər.
Sekta yekcins kütlənin birinci dərəcəsini təmsil edir. Onun tərkibinə müxtəlif
peşə və tərbiyədən, müxtəlif mühitdən olan fərdlər daxildir, həm də nəzərə almaq
lazımdır ki, onların arasında yeganə əlaqə kimi inanclar çıxış edir. Məsələn, müxtəlif
dini, həmçinin siyasi sektalar.
Kasta isə artıq kütlə üçün əlçatan olan təşkilatların ən yüksək dərəcəsini təmsil
edir. Sektanın tərkibinə, gördüyümüz kimi, müxtəlif peşə, tərbiyə və mühitdən olan,
yalnız mənafe birliyinin birləşdirdiyi fərdlər daxildirsə, kastaların tərkibinə isə yalnız
eyni peşədən olan, nəticə etibarilə, təxminən eyni mühitdən çıxan və eyni tərbiyəni
alan fərdlər daxildilər. Hərbi və ruhani kastanı bura aid etmək olar.
Sinif müxtəlif mənşəli fərdlərdən yaranır, hər hansı bir sektada olduğu kimi yalnız
mənafe baxımından yox, kastada müşahidə olunduğu kimi, peşə məşğuliyyəti
baxımından deyil, amma oxşar həyat və tərbiyənin təsiri altında təşəkkül tapan
məlum maraqlar, vərdişlər əsasında birləşən fərdlərdən. Buna, məsələn, burjuaziya
sinfini, kəndli və s. daxildir.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə