Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

kimi, iclasçıların çıxardığı hökmlər dəyişməyib, “onlar bundan sonra nə yaxşı, nə də
pis olublar”.
Andlılar da kütlə kimi hislərin təsirinə asanlıqla tabe olurlar, mülahizələr isə
onlara çox az təsirin göstərir. “Onlar körpələrini əmizdirən qadınların və yaxud
yetimlərin qarşılarından təntənə ilə keçidi davam gətirə bilmirlər – vəkillərdən biri
belə deyir”. “Hakimlərin etimadını qazanmaq üçün qadına cazibədar olmaq
yetərlidir”, – de Qlyanje belə deyir.
Öz şəxsi təhlükəsizliklərinə toxuna bilən, həqiqətən cəmiyyət üçün ən təhlükəli
sayıla bilən cinayətlərə qarşı amansız olan iclasçılar, böyük həvəsin təsiri altında
törədilən cinayətlərə qarşı yumşaq davranırlar. Öz uşağının ölümündə
günahlandırılan və yaxud özünü başdan çıxarıb və sonra da tərk edən məşuqunun
üzərinə kükürd turşusu tökən qızlara qarşı çox nadir hallarda sərt ola bilirlər. Bütün
bu hallarda andlılar, həmin cinayətlərin cəmiyyət üçün elə də böyük təhlükə təşkil
etmədiyini instinktiv olaraq başa düşürlər və ölkədə tərk edilmiş, atılmış qızları
himayə edən qanunların yoxluğu şəraitində, qisaslarını bu yolla almalarını ziyandan
daha çox, faydalı hesab edirlər, belə ki, bunu zərif cinsi özünə məftun edib, sonra da
tərk edənlər üçün xəbərdarlıq kimi dəyərləndirirlər.
Ötəri qeyd edək ki, cinayətlər arasındakı bu fərqlər, hansı ki, andlılar instinktiv
olaraq müəyyən edirlər, onları cəmiyyət üçün təhlükəli, özləri üçün isə təhlükəsiz
hesab edirlər, ədalətsiz də hesab oluna bilməz. Cinayətlə bağlı qanunların əsas
məqsədi, əlbəttə, cəmiyyəti təhlükəli cinayətkarlardan müdafiə etməkdən ibarətdir,
heç cür onlardan qisas almaqdan yox. Amma bizim cinayət məcəllələri, ələlxüsus da
hakimlərimiz, hələ də qədim ibtidai hüququn hədəfi ruhuna kökləniblər və “vindicta”
(intiqamçı, qisasçı) termini tərəflərindən demək olar ki, hər gün işlədilir. Hakimlərin
belə meyllərinə, Beranjenin məhkum olunana cəzasını yalnız residiv (təkrar cinayət)
törətdikdə, çəkməsinə razılıq verən çox gözəl bir qanunu, əksər hallarda tətbiq
etməkdən imtinaları, sübut olaraq göstərilə bilər. Eyni zamanda, hər bir hakim çox
gözəl bilir ki, ilk dəfədən məhkumluğun tətbiqi, ardınca residiv cinayət gətirir. Bu
statistika tərəfindən də sübut edilib. Lakin hakimlərə həmişə elə gəlir ki, məhkumu
azadlığa buraxarsa, cəmiyyətin qisası alınmaz və ona görə, təhlükəli residivlər
yaratmağı, cəmiyyəti gərəkli olan qisasdan məhrum etməməkdən üstün tutur.
Andlılar da hər cür kütlə kimi cazibə qüvvəsinin sehrindən çox tez ovsunlanırlar
və hətta Qlyajenin tamamilə düzgün olaraq qeyd etdiyi kimi, tərkibə görə onlar çox
demokratikdilər, lakin eyni zamanda tərəfgirlikdə də həmişə kübarlıqları ilə
seçilirlər.
“Ad, mənşə, böyük sərvət, etibar, məşhur vəkil tərəfindən müdafiənin təşkili və
ümumiyyətlə, fərqləndirən və cazibədar göstərən hər bir şey, ittiham olunandan ötrü
çox əlverişli şərait yaradır”.
Hər bir yaxşı vəkil, iclasçıların hislərinə, kütlənin hislərinə göstərilən təsirə
bərabər nüfuzedici təsir göstərməyin qayğısına qalmalıdır; o, çox danışmamalıdır,
əgər belə bir vasitəyə əl atmaq istəyirsə, onda yalnız mühakimənin ən primitiv
formalarından istifadə etməlidir. Cinayət məhkəməsində öz uğurları ilə şöhrət
qazanmış bir ingilis vəkil, iclasçılara necə təsir göstərməyi təsvir edib. “O, nitqi
zamanı diqqətlə iclasçıları izləyirdi. Bu, ən əlverişli andır. Duyma qabiliyyəti və
downloaded from KitabYurdu.org


vərdişləri sayəsində vəkil, söylədiyi hər bir cümlənin, sözün iclasçılarda necə
təəssürat oyatdığını, onların üzündən oxuyurdu və bundan da özünə nəticə çıxarırdı.
Hər şeydən əvvəl ona, hansı iclasçıların artıq öz tərəfində olduğunu
müəyyənləşdirmək lazım idi. Bunu bir anın içində qətiləşdirdikdən sonra digərlərinə
keçirdi. Müttəhimin əleyhinə çıxanları öyrənir və bunun səbəblərini təxmin etməyə
çalışırdı. Bu, işin ən çətin hissəsi idi, çünki, insanı mühakimə etmək üçün hər cür
ədalət hissindən başqa, digər bir çox səbəblər də mövcud ola bilərdi”.
Bu, bir neçə sətirdə, natiqlik sənətinin bütün mexanizmi ümumiləşdirilib və
əvvəldən hazırlanmış çıxışların nə üçün həmişə bu cür pis təsir bağışladığı bizə aydın
olur. İfadələri hər dəqiqə, daim onların oyatdığı təəssürata diqqət yetirməklə
dəyişmək lazımdır.
İclasçıların hamısını öz tərəfinə cəlb etməyə vəkilin heç ehtiyacı da yoxdur – o,
yalnız ümumi fikrə istiqamət verən rəhbərləri öz tərəfinə meyilləndirməlidir. Hər
hansı bir izdihamda olduğu kimi, burada da azsaylı fərdlər mövcuddur ki, yalnız onlar
başqalarını öz ardınca çəkib apara bilirlər. “Mən təcrübəmdən bilirəm ki, – sitat
gətirdiyim vəkil deyir, – hökm çıxarılan anda digər iclasçıları öz ardınca çəkib aparmaq
üçün bir və ya iki enerjili adam kifayət edir.
Elə vəkil, həmin iki-üç lideri mahircəsinə, təlqinin köməyi ilə inandırmağa cəhd
etməlidir. Hər şeydən öncə vəkil onların etimadını qazanmalıdır. Əgər izdihamdakı
fərdin xoşuna gəlmirsizsə, o, artıq sizin hər cür mülahizənizə baş vurmağa hazır
olacaq və nə olmasından asılı olmayaraq, gətirdiyiniz dəlillərin hamısını, əla hesab
edəcək. Laşonun kitabından götürdüyüm bir maraqlı lətifəni misal gətirəcəyəm:
“Məlumdur ki, Laşo məhkəmədə müdafiə çıxışları zamanı nüfuzlu təsir
bağışlayan, amma susqunluğunu qoruyub saxlayan andlı iclasçılardan iki və yaxud üç
nəfərini heç vaxt diqqətindən kənarda qoymurdu. Adətən, bu inadkarları
yumşaltmaq həmişə ona nəsib olurdu, lakin bir dəfə əyalətdə elə biri ilə rastlaşdı ki,
qırx beş dəqiqə ərzində nə qədər çalışsa da, gətirdiyi arqumentlərin heç biri ona təsir
göstərmədi. Bu, ikinci skamyada birinci yerdə əyləşən, sayca yeddinci iclasçı idi. Bu,
ümidsizlik üçün yetərli idi! Qəfildən, özünün ən coşqun inandırma məqamında Laşo
bir anlıq susdu və ardınca məhkəmə sədrinə müraciətlə dedi: “Cənab sədr,
mümkündürmü ki, siz orada, əks tərəfdə, pərdənin aşağı endirilməsinə göstəriş
verəsiniz, yoxsa günəş şüası cənab yeddinci iclasçını az qala kor edir”. Sözügedən
iclasçı bundan qızardı, gülümsəyərək öz minnətdarlığını bildirdi. Həmin dəqiqədən o
da artıq müdafiə tərəfinə cəlb olunmuşdu”.
Bir çox yazıçılar, hətta ən məşhurları, son zamanlar andlı iclasçılar təsisatına qarşı
güclü hücuma keçiblər. O qulluqçulara qarşı ki, bütün hallarda, bizlər üçün yanlışlara
və səhvlərə (özü də tez-tez baş verən) qarşı yeganə müdafiəni təşkil edirlər, hər hansı
bir nəzarətə boyun əymirlər. Həmin yazıçılardan bəziləri andlı iclasçıların yalnız
təhsilli siniflər arasından seçilməsini istəyirlər. Amma artıq sübut etmişik ki, iclasçılar
hətta təhsillilər sırasından seçilsələr belə, bu, onların qərarına təsir etməyəcək,
hazırkı tərkibdə olduğu kimi, yenə də oxşar qərarlar çıxarılacaq. Başqaları isə hökm
çıxarılarkən andlı iclasçılar tərəfindən buraxılan səhvlərə əsaslanır və bu təsisatı
tamamilə buraxmağı və onların hakimlərlə əvəzlənməsini arzu edirlər. Amma o
səhvlər, hansı ki, buna görə andlı iclasçılar təqsirləndirilir, həmin yanlışlara hamıdan
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə