Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

18 ayəmində isə belə buyurulur: «Lakin şeytanlardan 
kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) 
təqib edər
». 
Təfsirçilər  dünyamıza  məxsus  bəzi  məlumatların 
səmada  əks  olunduğu  və  şeytanın  bu  məlumatları  əldə 
etmək  üçün  orada  vurnuxduğunu  bildirirlər.  Onların 
fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.
Sual 90:
 Cinlər nə üçün gözə görünmür?
Cavab: 
«Cin», insanın hiss üzvlərinin duymadığı varlıq 
mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl 
qüvvəsi  fəaliyyətsiz  olan  insan»a  deyilir.  Ana  bətnindən 
bürünmüş  uşaq  «cənin»,  torpağı  ağaclarla  örtülmüş  bağ 
«cənnət» adlanır.
Qurani-kərimin  buyuruğuna  əsasən  insan  torpaqdan, 
cin  isə  odun  şəffaf  şöləsindən  yarandığı  üçün  insan  cini 
görə  bilmir.  Quran  ayələrinə  əsasən  də,  cin  insan  kimi 
mömin  və  ya  kafir  ola  bilər.  «
Biz  cin  və  insanı  yalnız 
ibadətdən ötrü yaratdıq
»
1
.
Allah-təalaya  səcdə  əmrindən  boyun  qaçıran  İblis, 
əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, 
mələklərlə bir cərgədə dayanmışdı.
  Qurani-kərimin  114  surəsindən  biri  «Cinn»  surəsidir. 
Bu surədə onların dilindən buyurulur:
«
Şübhəsiz  ki,  aramızda  əməlisalehlər  də  vardır, 
əməlisaleh  olmayanlar  da.  Biz  müxtəlif  firqələrə 
ayırılmışıq
»
2

«
Doğrusu,  biz  haqq  yolu  göstərən  Quranı 
dinlədiyimiz zaman, ona iman gətirdik
»
3
.
1
 «Zariyyat» surəsi, ayə 56.
2
 «Cinn» surəsi, ayə 11.
3
 «Cinn» surəsi, ayə 13.
81


«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan 
çıxanlar da
»
4
.
Son  nəticə  olaraq  bunu  deyə  bilərik  ki,  İblis  cin 
tayfasından  olduğundan,  onun  davamçısı  şeytanlar  da  bu 
tayfanın iman gətirməmiş üzvlərindəndir.
Sual 91:
 İnsan meymundan yarana bilərmi?
Cavab:  
Təbiətşünas  alimlər  arasında  insanın  yaranışı 
haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan 
birinci  nəzəriyyənin  tərəfdarları  bu  fikirdədirlər  ki,  canlı 
aləm  başlanğıcda  bu  günki  formasında  olmayıb.  Guya  ilk 
əvvəl  okeanın  müxtəlif  nöqtələrindəki  bir  hüceyrəli  bəsit 
cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. 
Guya  mikroskopik  ölçüyə  malik  olan  bu  canlılar  ilk  əvvəl 
bir  növdən  digərinə,  sonra  sudan  quruya,  daha  sonra  isə 
qurudan  havaya  keçmişlər.  Bu  təkamülün  son  yetkin 
halqası isə, insandır.
İkinci  nəzəriyyəyə  görə  isə,  bütün  canlılar,  eləcə  də 
insan  ilk  yaranışda  bu  günkü  formasında  olmuşdur.  Bu 
baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər. 
Bu  iki  nəzəriyyə  arasındakı  mübahisələr  fransız 
təbiətşünası  Lamark  (XVII-XIX  əsr)  və  ingilis  təbiətşünası 
Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha 
da qızışmışdır.
Bu  gün  təbiətşünas  alimlərin  əksəriyyətinin  təkamül 
nəzəriyyəsi  tərəfdarı  olduğunu  nəzərə  alıb,  onların 
sübutlarını nəzərdən keçiririk. 
Arxeoloji  qazıntılar  zamanı  tapılmış  müxtəlif  dövrlərə 
aid  skletlər  arasındakı  oxşarlıq  yalnız  təkamül  nəzəriyyəsi 
ilə  izah  olunur.  Ayrı-ayrı  dövrlərə  məxsus  sümüklər 
arasında  ciddi  oxşarlıqlar  vardır.  Mühüm  görünən 
4
 «Cinn» surəsi, ayə 14.
82


sübutlardan  biri  isə,  bütün  canlıların  bətndəki  «cənin» 
formaları arasındakı oxşarlıqdır.
Təkamül  nəzəriyyəsi  tərəfdarlarının  sadaladığı  bu 
dəlillər,   «insan  meymundan  yaranmışdır»  deməyə  əsas 
verirmi?
Təkamül  nəzəriyyəsi,  başqa  sözlə,  darvinizm  bir  dənə 
də  olsun  nə  əqli,  nə  də  təcrübi  dəlilə  malikdir.  Bir  növdə 
qismən  dəyişiklik  ‒  mutasiya  artıq  təcrübi  yolla  qəbul 
olunmuşdur.  Yəni  cod  tüklü  qoyundan  zərif  tüklü  qoyun 
doğula bilər. Amma meymundan insan yaranması mutasiya 
deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi 
sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
İslam  alimləri  təkamül  nəzəriyyəsini  inkar  etmir. 
Amma  bu  nəzəriyyəni  qəbul  etmək  üçün  zəruri  olan 
dəlillərə də malik deyil!
Sual 92:
 Behiştdə hansı nemətlər vardır?
Cavab:  
Qurani-kərimdə  behiştin  maddi  və  mənəvi 
nemətlərindən  ətraflı  şəkildədanışılmışdır.  Səkkiz  qapısı 
olan  behiştdə,  möminləri  səkkiz  böyük  nemətin  gözlədiyi 
bildirilmişdir:
1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;
2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
3. Asayiş və əmin-amanlıq;
4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;
5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;
6.  Taxtlarda  üz-üzə  əyləşib,  kimsənin  kimsəyə  arxa 
çevirməməsi;
7. Yorğunluq və zəhmətdən uzaq təravət;
8. Mövcud nemətlərin əbədiliyi
1
.
1
 «Hicr» surəsi, ayə 45-48.
83


Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd 
edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına 
peşman  olan  insanlar  da  məyus  edilmir.  Allah-təala 
Qur~anda  belə  buyurur: «
Qullarıma  xəbər  ver  ki,  Mən, 
həqiqətən, bağışlayan və rəhm edənəm
»
1

Sual 93:
 Qurani-kərimdə zeytun, xurma və üzümün adı 
nə üçün xüsusi qeyd edilir?
Cavab:
  «Nəhl»  surəsinin  11-ci  ayəsində  buyurulur: 
«...Sizin  üçün  əkin,  zeytun,  xurma,  üzüm  və  bütün 
meyvələrdən  yetişdirir
».  Nə  üçün  ayədə  zeytun,  xurman 
və üzümün adı xüsusi çəkilir? 
Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş 
yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman 
və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə 
bilməz. 
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, 
meyvələr  arasında  bu  üç  meyvə  qədər  qidalısı  yoxdur. 
İnsan  orqanizmi  üçün  zeytun  yağı  qədər  faydalı  ikinci  bir 
yağ  məlum  deyil.  Bu  yağ  orqanizmin  enerji  ehtiyaclarının 
ödənməsində  olduqca  mühüm  rol  oynayır.  Əksər  yüksək 
kalorili  yağlar  çətin  həzm  olunursa,  zeytun  yağı  həzm 
prosesinə  kömək  edir.  Həzrət  Əli  ibn  Musa  ər-Riza  (ə) 
buyurur:   «
Zeytun,  yaxşı  qidadır.  Ağızda  xoş  qoxu 
yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini 
gücləndirir,  qəzəb  alovunu  söndürür
».  Bütün  bu 
əhəmiyyətlərinə  görə,  Quranda  zeytun  «mübarək  ağac» 
adlandırılır. 
Ayədə  zikr  olunmuş  ikinci  meyvə  ‒  xurmanın  tərkibi, 
kalsium  və  fosforla  zəngindir.  Kalsium  sümükləri 
möhkəmləndirir,  fosfor  beyinin  fəaliyyətini  tənzimləyir. 
1
 «Hicr» surəsi, ayə 49.
84


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə