Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
50
Axundzadə  isə öz qabiliyyətləri ilə dini rütbənin  ən yüksək 
pillələrinə qədər ucalmışlar. 
Qаfqаz Müsəlmаnlаrı Ruhаni idаrəsi  Аli-Dini  Şurаsının və 
qаzilər  Şurаsının üzvü, nаhiyyə  qаzisi, «Ziyа» fəxri mükаfаtı 
lаureаtı Hacı Salman  Bаbаzаdə onlаrın yolunu uğurlа  dаvаm 
etdirir.  İlahiyyat alimləri olan bu şəxsiyyətlər, geniş 
dünyagörüşü olan digər axund və mollalar Salyanın məscid və 
mədrəsələrində camaatın mənəvi inkişafından ötrü əllərindən 
gələni əsirgəməmişlər.  
Salyan  şəhərində tikilmiş  məscidlərin tarixi ilə  əlaqədar 
apardığımız araşdırmalara istinad edib deyə bilərik ki, şəhərdə 
əsasən XIX əsrin ortalarından etibarən  əsaslı  şəkildə  məscid 
binalarının tikintisinə başlanmışdır. Həmin dövrdə tikilmiş irili-
xırdalı  məscid binalarının sayı on beşə yaxın olmuşdur. 
Onlardan bir neçəsi 20-30-cu illərdə din əleyhinə aparılan 
ümumi siyasətin qurbanı olmuş, bəziləri isə sonrakı illərdə 
baxımsızlıq və ümumən etinasızlıq üzündən dağılıb getmişdir. 
Onlardan  şəhərin Seyidlər məhəlləsində olmuş Qumqədir 
məscidini, Beşdəli məhəlləsində  Ağa məscidini, Qaracüzlü 
məhəlləsində Fədai məscidini və s. göstərmək olar.  
XIX  əsrin ikinci yarısında tikilmiş «Böyük məscid», yaxud 
«Cümə  məscidi»ni müqəddəs Məkkə ziyarətindən qayıtmış, 
Salyanın hörmətli adamlarından biri olan Hacı Mehdi öz 
sərmayəsi hesabına oğlunun adına ucaltmışdır. Hаzırdа uçub 
yаrаrsız vəziyyətə düşmüşdür. Məscidin içərisində baş fasadın 
sağ  və sol girişində daşda həkk olunmuş  ərəb dilində yazılar 
vardır. Burada göstərilir ki, bu məscid hicri 1283-cü ildə (miladi 
1865-ci il – red) Hacı Mehdinin oğlu  Ağa Hüseynin adına 
ucaldılmışdır.  Ustası  Kərbəlayi  Əli  Əkbər  olmuşdur. Yazılar 
bu günə  qədər yaxşı saxlanılmışdır. Məscidin bir hissəsi 30-cu 
illərin əvvələrində küçə çəkilişi ilə əlaqədar sökülmüşdür. Vaxtı 
ilə  çəkilmiş,  əlimizdə olan şəklinə  əsasən deyə bilərik ki, 
məscidin minarəsi zərif və mütənasib olmuşdur. Həm məscid, 
həm də  mədrəsə kimi fəaliyyət göstərən bu tikinti incə zövqlə 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
51
işlənmişdir.  İçəridən sütunlarla ayrılmış gümbəzaltı tacları 
cəlbedicidir. Sol girəcəkdə bir tağ aşrımı boyda otaqda şəbistan 
yerləşir.  
Deyilənlərə görə, Cümə  məscidinin bənnаsı  Kərbəlаyi  Əli 
Əkbər  İrаndаn dəvət edilmişdi. Özülünü inşа etdikdən sonrа 
deyir ki, qoy bərkisin, mən də  İrаnа, evimə  dəyim. Düz, beş 
ildən sonrа gəlir. Cаmаt ondаn soruşur: «Аy ustа, biz elə bildik 
sən gəlməyəcəksən». Ustа  cаvаb verir ki, «Mən  Аllаh evi inşа 
edirəm, bu uzun illər qаlmаlıdır, təməl bərkiyib,  аrtıq tikmək 
olаr». 150 ilə  yаxın vаxt keçməsinə  bаxmаyаrаq özümüz 
tərəfindən yаrısı uçurulmаsаydı, indi də  fəаliyyət göstərirdi. 
İnşəаllаh, bu yаxınlаrdа bərpа işlərinə bаşlаnmаlıdır.  
Hаcı  Tаğı,  Şilli və Seyidlər məhəlləsindəki məscidlər, 
qeyrətli həmyerlimiz  Əliаğа Hüseynov tərəfindən  əsаslı  təmir 
edilmişdir. 
Bu məscidi  ən yaxşı memarlıq və arxitektura 
nümunələrindən biri kimi qiymətləndirirlər.  
XIX  əsrin ikinci yarısı  və bizim əsrin  əvvəllərində yaşamış 
varlı Salyan tacirlərindən olan, indi də adı hörmətlə çəkilən Hacı 
Tağı  Kərbəlayi Hüseyn bəy oğlunun Salyan məscidlərinin 
tikilməsində böyük rolu olmuşdur. Hacı Tağı  şəhərdə  əsaslı 
şəkildə üç məscid binasını öz pulu ilə tikdirib müsəlman əhlinə 
bağışlamışdır.  
Atasının var-dövləti hesabına özünə mülk yaradan Tağı 
getdikcə varlanmış  və çox keçmədən adlı-sanlı bir bəyə 
çevrilmişdir. Tağının nə  qədər sərvəti artsa da, üzü gülmürdü. 
Övladı olmayan Tağı deyilənə görə, üç dəfə evlənmişdir. Lakin 
qismətində övlad olmamışdır. Getdikcə yaşlanan Tağı bir varlı 
müsəlman kimi boynunda olan borcu yerinə yetirməyə çalışır. 
Müqəddəs Məkkəyə ziyarətə gedib qayıdır. Taleyinə sonsuzluq 
yazılan Hacı Tağı ömrünün qürub çağında Salyanın nüfuzlu 
şəxsiyyəti sayılan Ağa bəyin məsləhəti ilə övlad əvəzi kimi 
məscid tikdirməyi qərara almışdır. 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
52
Hacı Tağı  şəhərin Qaracüzlü məhəlləsində  məscid tikdirir. 
Məscidin çöl divarında, mehrabın üstündə ərəb dilində yazılmış 
kitabədə göstərilir: «Bu məscidin binası  kərbəlayi Hüseyn bəy 
oğlu Hacı Tağı  tərəfindən qoyulub-hicri 1327-ci il, ramazan 
ayının ortalarında (miladi 1909-cu il sentiyabr ayının ortaları-
red) tikilib bağışlanılıbdır. Bənnası Əli Əkbər olmuşdur.» 
Məscid bu gün də  fəaliyyət göstərir. Binanın sol tərəfində 
olan minarə sonradan sökülmüşdür. Sağ tərəfdə şəbistan yerləşir. 
Məscidin içərisində bütün divarlar boyu müqəddəs Qurandan 
Məhəmməd Peyğəmbərin meracını  əks etdirən «Bəni israil» 
surəsinin ayələri yazılmış,  şərq üslubunda müxtəlif bəzək işləri 
aparılmışdır. XX əsrin 30-cu illərinin axırlarında bir müddət 
bağlanılan məscidin 1943-cü ildə açılmasında rayonun hörmətli 
mömin şəxslərindən olan Mirzə Xəlilullah və Məşədi Fəttahın 
böyük rolu olmuşdur. 
Şəhərin Seyidlər məhəlləsində yerləşən, müxtəlif dərman və 
preparatlar saxlamaqdan ötrü anbar kimi istifadə edilən 
müqəddəs məscidimizdən bəlkə 
də indiki nəslin 
nümayəndələrinin xəbəri yoxdur, yaxud da binanın vaxtı ilə 
Allah evi olmasını heç ağıllarına belə  gətirmirlər. Çünki 
məscidin fəaliyyəti 1929-30-cu illərdən dayandırılmışdır. 
Hündür və  əzəmətli görünən məscidin minarəsi sökülmüşdür. 
Çöl divarında, mehrabın üstündə  ərəb dilində olan kitabə 
məscidin kim tərəfindən tikilməsi ilə  əlaqədar yuxarıda 
söylədiyimiz fikri təsdiq edir: «Bu məscidin binası qoyulub 
Hacı Tağı  Kərbəlayi Hüseyn bəy  oğlu tərəfindən, rəbiəl-axır 
ayında, hicri 1326 ildə» (Miladi 1908-ci il, aprel ayında-red). 
Şilli məhəlləsinin məscidi kimi tanınan tikili bu günə qədər 
qalsa da, baxımsızlıq üzündən köhnəlmişdir. Çox keyfiyyətlə və 
incə zövqlə tikilən məscidə zaman və təbiət nə qədər əl çəksə də
gözəlliyi və orijinallığı ilə başqa tikililərdən seçilir. Məscidin 
fəaliyyəti 1929-cu ildə dayandırılmış və onun bir hissəsi sökülüb 
yerində küçə salınmışdır. Binanın divarlarında yazı və müəyyən 
bir qeyd aşkar edə bilmədik. Lakin məhəllənin ixtiyar qocaları 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə