Aslanli tural hüseyn oğlunun “Respublikada reklam biznesi və sahibkarlığın inkişafı problemləri”



Yüklə 487 Kb.
səhifə1/5
tarix28.06.2018
ölçüsü487 Kb.
#52110
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
ASLANLI TURAL HÜSEYN OĞLUNUN
Respublikada reklam biznesi və sahibkarlığın inkişafı problemləri”

mövzusunda


MAGİSTR DİSSERTASİYASI


İstiqamətin şifri və adı:

060411 Kommersiya


İxtisaslaşma:


Reklam işi







Elmi rəhbər:

prof. Əlizadə Aysəba Şəmsi qızı

___________________________

Magistr proqramının rəhbəri:

dos. Əkbərov Məhərrəm Qənbər oğlu

___________________________


Kafedra müdiri:

dos. Əkbərov Məhərrəm Qənbər oğlu

___________________________






B A K I – 2 0 1 5
M Ü N D Ə R İ C A T





GİRİŞ

3

FƏSİL I.

REKLAM BİZNESİNİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ VƏ SAHİBKARLIĞIN İNKİŞAFI




1.1.

Reklam biznesi və sahibkarlıq fəaliyyətini zəruri edən ilkin şərtlər

6

1.2.

Müasir informasiya vasitələri və reklam bazarı, onların formalaşması xüsusiyyətləri

14


1.3.

Reklam bazarı subyektləri və onların təşkilati formaları

22

FƏSİL II.

AZƏRBAYCANDA MÜASİR REKLAMIN TƏŞƏKKÜLÜ VƏ REKLAM BİZNESİNİN İNKİŞAFI XÜSUSİYYƏTLƏRİ




2.1.

Respublikada reklam biznesinin və sahibkarlığın inkişafı durumu

29

2.2.

Reklam biznesinin və sahibkarlığın inkişafında marketinq tədqiqatlarından istifadə xüsusiyyətləri

44


FƏSİL III.

RESPUBLİKADA MÜASİR REKLAM BAZARININ İNKİŞAFI VƏ İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ




3.1.

Reklam biznesinin inkişafında mövcud problemlər və onların aradan qaldırılması yolları

53


3.2.

Reklam biznesi və sahibkarlığın inkişafının təkmilləşdirilməsi istiqamətləri

62





Nəticə və təkliflər

66




İstifadə olunmuş ədəbiyyat siyahısı

72




Резюме

74




Summary

76



GİRİŞ
Mövzunun aktuallığı: Müstəqillik əldə etmiş Azərbaycan Respublikası iqtisadi sistemin totalitar rejimindən bazar iqtisadiyyztı şəraitinə keçməsilə əlaqədar, ölkədə çoxukladlı mülkiyyət formalarının yaranması, sahibkarlıq fəaliyyətinin müxtəlif növ­lə­ri­nin inkişafı, rəqabətin artması və s. atributlar biznesin də fəaliyyət növlərinin ya­ran­ma­sını labüd etdi. İqtisadiyyatın mürəkkəb inkişaf mərhələlərində fəaliyyət növ­lə­ri­nin mü­vəf­fəqiyyətli nəticələri ancaq müasir tipli informasiya texnologiyalarından sə­mə­rəli istifadə edilməsindən asılıdır. Deməli, sahibkarlıq fəaliyyətinin və eləcə də onun yüksək rəqabət qabiliyyətinin təmin edilməsi müasir informasiya vasitələrində reklam bazarının meydana gəlməsinə zəruri şərait yaratdı. Reklam təsərrüfatı istehlak bazarının yaran­ma­sın­da əsl rol oynamaqla bazar münasibətlərinin formalaşması ilə iqtisadiyyatın bir sahə­sinə çevrilməyə başladı.

Son dövrlərdə texnologiyaların sürətli inkişafı kütləvi informasiya vasitə­ləri­nin, o cümlədən elektron informasiya vasitələri, xüsusilə internet ilə biznesin apa­rıl­ması müasir sahibkarlığın əsas atributlarından birinə çevrilmişdir. Bütün deyi­lən­lər disserta­si­ya mövzusunun aktual olmasına əsas verir.



Problemin öyrənilməsi vəziyyəti: Tarixin inkişafı prosesində hər bir cəmiyyətdə iqti­sadiyyat əsas rol oynamışdır. Zaman və məkan daxilində cəmiy­yətin inkişaf səviy­yə­si bilavasitə iqtisadiyyatın inkişafı ilə əlaqədar olmuşdur. İnkişaf etmiş xarici ölkələrdə ol­­duğu kimi, respublikamızda da sahibkarlığın digər növləri ilə yanaşı reklam biznesi də inki­­­şaf etmiş və formalaşmağa başlamışdır. Bununla əlaqədar olaraq tədqiqatın aparıl­ma­­sında bizdən öncə aparılmış elmi əsaslı xarici ölkə iqtisadçılarının klassiklərinin araşdırılmalarına müraciət olunmuşdur. Bu araşdırmalarda A.Qari, F.Kotler, Pavel Alaskin, Eremin V.N., Romat E.V., Pankratov F.T., Sereqina T.K., Saruxin V.T., Feofanova O.A. və s. iştirak etmiş və müvafiq problemlərin nəzəri-metodoloji əsaslarını hazırlamışlar. Azərbaycanda reklam bazarının inkişafı və problemləri ilə bağlı bir sıra görkəmli Azərbaycan alimlərinin də əsərlərindən istifadə olunmuşdur. Bu sıraya Ata­ki­şi­yev Hacıəmi, Axundov Ş., Əlizadə A.Ş., Yavər Məlikov, T.Əliyev və s. tədqiqatlarını və mülahizələrini aid etmək olar.

Tədqiqatın məqsəd və vəzifələri: Respublikada reklam biznesini və sahibkarlıq fəaliyyətini zəruri edən şərtləri açıqlamaqla, onların müasir vəziyyətini və onun qiymət­ləndirilməsini göstərmək və gələcəkdə onun daha səmərəli fəaliyyətini təmin etmək istiqamətində elmi əsaslı təkliflərin və tövsiyələrin verilməsi təşkil edir.

Məqsədi əsas tutaraq Azərbaycanda reklamın yaranma tarixi, onun təşəkkülü, res­pub­likada reklam biznesində KİV və onların qısa şərhi ətrafında tədqiqatlar apar­maq­la, müasir dövrdə reklam fəaliyyətində çatışmazlıqlar və onların aradan qaldırılması yolları bir vəzifə kimi qarşıya qoyulmuşdur.



Tədqiqatın obyekti: Azərbaycan Respublikasında reklam biznesi ilə məşğul olan müəssisələr təşkil edir.

Tədqiqatın predmeti: Qlobal iqtisadi inteqrasiya şəraitində Azərbaycanda reklam biznesinin və sahibkarlığın inkişafının daha da təkmilləşdirilməsinin nəzəri-metodoloji və praktiki cəhətdən tədqiqi təşkil edir.

Tədqiqatın nəzəri və metodoloji əsasları: Azərbaycan Respublikasının Kons­titu­si­yası, reklam haqqında qanun, biznes və sahibkarlığın inkişafına dair qəbul edilmiş qanunlar, digər hüquqi normativ aktlar, bu sahədə tədqiqat aparmış Azər­baycan və xarici ölkələrin iqtisadçılarının elmi əsərləri təşkil edir.

Tədqiqat işinin informasiya mənbələrini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, Azrəbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazir­liyinin, Azrəbaycan Respublikası Reklamçılar İttifaqının, İnteraktiv Reklam Büro­su­nun (İnteractiv Advertising Bureu - İSB) dövri mətbuatın və digər informasiya mənbələrinin materialları təşkil edir.

Tədqiqatın elmi yeniliyi: Respublikada reklam biznesinin müasir durumu və onu ən­gəlləyən bir sıra problemlərin aşkar edilməsi, onların aradan qaldırılması istiqamə­tin­də sahibkarlıq fəaliyyətinin inkişafını təmin etməkdir.

Tədqiqatın praktiki əhəmiyyəti: Tədqiqat işinin nəticələrindən Respublikada reklam biznesinin əhatə dairəsini daha da genişləndirmək və səmərəliliyin artırılması, reklam informasiya vasitələrinin tətbiqini təkmilləşdirmək məqsədilə istifadə oluna bilər.

Dissertasiyanın strukturu və həcmi: 76 səhifədən ibarət olmaqla giriş, 3 fəsildən, 7 sualdan, nəticə və təkliflərdən, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət­dir. İşin sonunda rus dilində “Резюме” və ingilis dilində “Summary” verilmiş, disser­ta­si­ya işinə əlavə olaraq ayrıca “referat” əlavə edilmişdir.

Dissertasiya işinin I fəslində reklam biznesinin sosial-iqtisadi mahiyyəti nöqteyi-nəzərindən respublikada reklam biznesinin və sahibkarlığın inkişafını zəruri edən ilkin şərtlər, müasir reklam bazarı və onda istifadə olunan informasiya vasitələri, reklam bazarını təşkil edən subyektlər və onların təşkilati formaları və s. məsələlərin şərhi verilmişdir.

II fəsil Azərbaycanda müasir reklamın təşəkkül tapması, reklam biznesinin inkişafı xüsusiyyətləri ilə əlaqədar tədqiqatın nəticələri, reklam biznesinin müasir inkişaf durumunun təhlili, onun inkişafına təsir edən amillər açıqlanmışdır.

İşin III fəslində respublikada müasir reklam bazarının inkişafı və onun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri verilmişdir.

“Nəticə və təkliflər”də tədqiqatın təhlilinə müvafiq nəticələr əldə edilmiş və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmişdir.


FƏSİL I. REKLAM BİZNESİNİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ VƏ SAHİBKARLIĞIN İNKİŞAFI
1.1. REKLAM BİZNESİ VƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİ ZƏRURİ EDƏN İLKİN ŞƏRTLƏR
Bəşər tarixinin müxtəlif pillələrində reklam həmişə iqtisadi, sosial və təşkilati sahələrə, bütövlükdə cəmiyyətin inkişafına təkan vermiş və müasir dövrə gəlib çatmışdır.

Zaman və məkan daxilində əmtəə-pul münasibətləri, ölkələr arasında iqtisadi münasibətlər inkişaf edib təkmilləşdikcə reklama daha çox tələbat yaranmağa başlamış və o, bir fəaliyyət növünə çevrilmişdir.

Reklam latınca “reklamare” sözündən olub, mənası “qışqırmaqla məlumat vermək” deməkdir. Qədim Yunan və Roma mənbələrində reklam sözü adamların yığıldığı küçə və meydanlarda məlumatların şifahi elan olunması mənasında işlədilir. Belə çıxır ki, şahların, sultanların, kralların əmr və fərmanlarını şifahi halda əhaliyə çatdıran carçılar da reklamla məşğul olublarmış.

Qədim Yunanıstanda maskalı carçılar reklam mətnini mahnı ilə oxuyardılar. Aralıq dənizi ölkələri ərazisində aparılan arxeoloji qazıntılar, müxtəlif səpgidə tapılmış yazılı lövhələr, Qədim Romada Qladiatorların döyüşləri haqqında elanları, Pompeydə siyasi xadimi tərifləyən yazıların divarlara həkk edilməsi reklamın təkcə şifahi deyil, yazılı reklamın da qədimdən mövcud olmasını göstərir.

1450-ci ildə Qutenberqin icad etdiyi yığma şriftli çap makinası nəşriyyat işinin, o cümlədən reklam mətninin inkişafına təkan verdi. 1478-ci ildən ingilis dilində divar elanları çap olunmağa başladı. 1480-ci ildən Londonda kilsə divarına vurulan afişalar dini kitabların satışını reklam edirdi.

Tarixən nəşri reklamlardan ən geniş şəkildə qəzet səhifələrində istifadə olunmuş­dur. Qəzet italyanca “qazetta” olub, “az dəyərli pul” deməkdir. Yeri gəlmişkən, hələ eramızdan əvvəl I əsrdə Yuli Sezar dövründə dövlət əhəmiyyətli mühüm hadisələr yazılaraq qəzet formasında az pula satılırdı. XVI əsrdə isə Venesiyada qəzet almaq imkanına malik pul vahidi rəsmi olaraq qazetta adlanırdı.

Amerika reklamının atası sayılan Bendjamin Franklinin 1729-cu ildən çap olunan çoxtirajlı “Qəzet” adlı nəşri ilk sanballı reklam toplusu sayılır.

1839-cu ildə fotoqrafiyanın kəfşi yazılı reklamı yeni mərhələyə çıxardı. Fotoqrafiyanın vizuallığı təsvirin önə keçməsinə və mətnin qısalmasına səbəb oldu.

Tarixən əmtəə-pul münasibətləri təkmilləşdikcə reklama tələbatı artırdı və reklamçılıq peşə kimi formalaşaraq yazılı həllinin tapdı. Yazılı reklamlar isə reklamçılığın tarixi inkişaf mərhələlərini izləməyə və nəzəri təhlildən keçirməyə imkan verdi.

İctimai əmək bölgüsünün inkişafı, iqtisadi münasibətlərin artması ilə əlaqədar yeni-yeni əmtəələrin və xidmət növlərinin yaranması, əhalinin savadlılıq dərəcəsinin atrması reklam bazarının daha da inkişaf etməsinə səbəb olmuşdur. XIX əsrdə sənayenin sürətlə inkişaf etməsi iri həcmli kapital qoyuluşları, fasiləsiz kütləvi istehsala səbəb oldu ki, bu da reklamın və kütləvi informasiya vasitələrinin əhatə dairəsinin genişlənməsinə şərait yaratdı.

Nəzəri və əməli cəhətdən peşəkar reklam dövlət miqyasında institut kimi ilk dəfə Amerikada formalaşmışdır. Bu sistemli mexanizm rekllamın nəzəri qanunlarının tədricən mükəmməlləşdirilməsinə zəmin yaratmışdır.

8 may 1886-cı ildə Corciya ştatının Atlanta şəhərində Con Pemberton öz aptekində “Koka-Kola” hazırladı və 21 gün sonra “Atlanta journal” qəzetindəki elanla müştərilərə təqdim etdi. Kütləvi informasiya vasitələrində çap olunan bu elanla reklam tarixi rəsmi olaraq prokollaşdı. Həmin elandakı “dadlı və sərinləşdirici” sözləri bu günə qədər “Koka-Kola”nın reklam mətnindəki leytmotiv kimi qorunub saxlanılır. Con Pembertonun işgüzar münasibət qurduğu, bazarda malın satışı ilə məşğul olan Robinson ilk peşəkar reklamçı kimi tarixə düşdü. İki il sonra bu şəriklər şirkət hüquqlarını satsalar da əmtəə reklamı tarixi onların adı ilə bağlı oldu.

Şərqdə isə ticari reklam elanları 1864-cü ildən Türkiyənin “Tərcümani-Əhvam” qəzetində çap olunmağa başladı.

Azərbaycanda da kütləvi informasiya vasitələrində reklam fəaliyyəti XIX əsrin sonlarından sistemli şəkildə həyata keçirilməyə başlamış və XX əsrin əvvəllərinə kimi inkişaf etmişdir.

1917-ci ilin noyabr ayının 7-də Oktyabr inqilabı qalib gəldi və ertəsi gün Lenin “Reklam üzərində dövlət inhisarı barədə” dekret imzaladı və bununla da reklam işi dünyada ilk dəfə olaraq dövlətin əlində mərkəzləşdi.

Reklamın iqtisadi və sosial mahiyyətini dərk edən sosialist reklamının ilk nəzəriyyəçilərindən biri – peşəkar reklamçılıq fəaliyyəti ilə də məşğul olmuş görkəmli şair V.Mayakovski yazırdı: “Reklam təxəyyül rəngarəngliyi ilə seçilməlidir...reklam sənaye və ticarətin təşviqatıdır. Elə reklam etmək gərəkdir ki, şikəstlər belə dirçəlib alış-veriş etməyə qaçsın”. Lakin onun yaradıcılığının əsas hissəsi sosialist ideyalarının təbliğini önə çəkən siyasi marketinqdən ibarət olmuşdur.

Müasir dünyada dövlətin və cəmiyyətin inkişafı iqtisadiyyatın inkişafından asılıdır. Bu səbəbdən də, bütün dövlətlər öz iqtisadiyyatlarını inkişaf etməyə çalışırlar. Lakin hər dövlətin inkişafında çətinliklər mövcuddur. Bu çətinliklər həmin dövlətin tarixi keçmişi, yerləşdiyi iqtisadi-coğrafi mövqeyi, siyasi vəziyyəti, təbii şəraiti və s. amillərlə bağlıdır.

1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra da onun iqtisadiyyatı müəyyən problemlərlə üzləşdi. Bu problemlərin əsas səbəbi inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid zamanı ölkə iqtisadiyyatının iflic vəziyyətində olması idi.

Keçid dövründə həyata keçirilən iqtisadi islahatların radikal variantı ilk növbədə əski təsərrüfatçılıq sisteminin fundamental əsasını təşkil edən mərkəzləşdirilmiş planlaşdırmanın bazar iqtisadiyyatının əsas elementlərilə əvəz olunması, qiymətlərin və ticarət sisteminin sürətli liberallaşması ilə şərtlənir.

Yeni özəl müəssisələrin yaradılması yolu ilə dövlət mülkiyyətinin özəlləşdirilməsi, sənaye sektorunun inhisarsızlaşdırılması, xalq təsərrüfatının bütün sahələrində yeni müha­sibat uçotu standartlarının tətbiqi, vergiqoyma, maliyyə, dövlət xidməti və məhkə­mə sisteminin islahatı keçid dövründə həyata keçirilən mütərəqqi dəyişikliklərin prioritet istiqamətlərini təşkil edir.

Ümumiyyətlə, müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımından digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)” adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı.

Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Azərbaycan Respub­li­ka­sı­nın məşğulluq strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Res­pub­likasında nəqliyyat sisteminin inkişafı Dövlət Proqramı”, “Azərbaycan Res­pub­li­ka­sı­nın aqrar-sənaye kompleksinin inkişaf strategiyası”, “Azərbaycan Respublikasında ra­bi­tə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı” və s.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilir:

1. Sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə

malik olan sosialyönümlü bütöv iqtisadi sistemin – müstəqil milli

iqtisadiyyatın formalaş­dı­rılması;

2. Ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki

potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;

3. Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə

inteqrasiyasının təmin olunması.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir.

Azərbaycanda reklam işi öz fəaliyyətinə 1992-ci ildə İcra Hakimiyyətindəki şəhər tərtibatı, Reklam və Dizayn idarəsinin nəzdində başlamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra, 1995-ci ildə qəbul etdiyi “Konstitusiya”ya görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir. Bu da köhnə feodal, çarizm və sovetlərdən qalmış ənənələri inkar etməyə və yeni inkişaf mərhələləri, prinsipial fikirləri dünyanın qloballaşma sxemində ideyası ətrafında reklam bazarının Azərbaycan modelini qurmağa şərait yaratdı. Bu modeldə köhnədən qalma bazisi atmaqla, yeni bazis üzərində regional iqtisadi əsaslara uyğun geosiyasi-iqtisadi məkanın üst quruluşunu formalaşdırmaq lazım gəlmişdir. Nəticədə, inkişaf etmiş ölkələrə yaxınlaşmaqla ölkədə sivil qaydalara uyğun istehsalçı-istehlakçı münasibətlərinin qurulmasına və onların ölkə xaricindəki əlaqələrin yaradılmasına şərait yaratmışdır. İstehsalın inkişafı məhsul artımına və onun həm də xaricə çıxarılması, tətbiqi üçün iqtisadiyyatın hərəkətverici qüvvəsi olan reklam vasitələrinin tətbiqi üçün geniş imkanlar açmış oldu. Bu da Azərbaycanın şəhər, rayon və magistrallarında reklam vasitələrinin yerləşdirilməsi üçün geniş şərait yaratmışdır.

Bütün bu tədbirlər ölkəmizdə reklam firmalarının artmasına təsir etdi. Ötən əsrdə Bakıda 50-dən çox reklam agentliyi fəaliyyət göstərirdi.

Azərbaycanda reklam işi ilə məşğul olan şirkətlər 1994-cü ildən reklam səhnəsində görünməyə başladı. Ölkənin sosializmdən bazar iqtisadiyyatına keçməsi özəl şirkətlərin yavaş-yavaş meydana çıxmasına şərait yaratdı. Dövlət müəssisələrinin özəlləşdirilməsi, ölkəyə investisiya axını sahibkarlığı gücləndirdi.

Sahibkarlıq fəaliyyətinin, onun yüksək rəqabət qabiliyyətinin təmin edilməsi müasir informasiya vasitələrində reklam bazarının meydana gəlməsini labüd etdi. Reklam təsərrüfatı istehlak bazarının yaranmasında əsl rol oynamaqla bazar münasibətlərinin formalaşması ilə iqtisadiyyatın bir sahəsinə çevrilməyə başladı.

Reklam bilavasitə iqtisadiyyatın inkişafına müxtəlif vasitlərlə təsir göstərir. Nəticə etibarilə istehsal olunan məhsulların daim təkmilləşdirilməsinə, rəqabətin yaradılmasına, sahibkarlığın inkişafına, sonda isə əhalinin həyat tərzinin və onların şüur və zövqünün formalaşmasına səbəb olur.

Əhatə dairəsinə görə reklam maddi və ya mənəvi aləmə aid olur. Maddi kütləyə malik əmtəə reklamından fərqli olaraq, mənəvi aləmə dair sosial reklam istehlakçıya gözönü təqdim olunmur. Mənəvi tələbatı ödəyən mübadilə forması yalnız kütlə zövqünü formalaşdırır.

Reklamın iqtisadi təsiri aşağıda qeyd olunanları müəyyənləşdirir:



  • reklam iqtisadiyyatı faydalı informasiya ilə təmin edir;

  • ticarət markasının dəyərini saxlayır və ya onu artırır;

  • kütləvi informasiya vasitələrini saxlayır və inkişaf etdirir;

  • məşğulluğu artırır;

  • malların tədavüldə qaldığı vaxtı qısaldaraq məsrəfləri azaldır;

  • məhsulun dəyərinin, faydalı cəhətlərinin müəyyən edilməsinə, ondan istifadənin məlumatlandırılmasına köməklik göstərir;

  • yeni məhsul növünün yaradılmasına stimul yaradır.

Müasir dövrün ictimai şüurunda imicin yaradılması və inkişafında da sosial reklamın əhəmiyyəti böyükdür. Dövlətin beynəlxalq imicinin qorunması xarici siyasətin strateji amilidir. Bu imic siyasi və iqtisadi kapitalın formalaşmasına xidmət edir.

Respublikada reklam biznesinin və eləcə də sahibkarlıq fəaliyyətinin inkişafı reklamın iqtisadi-sosial funksiyaları yerinə yetirməsi ilə izah edilir.

Belə ki, onun iqtisadi, kommunikativ, məlumatverici, diqqəti cəlbedici, istehsalçıya təsir edici, əlaqələndirici və s. yerinə yetirdiyi funksiyalar milli bazarın inkişafı və formalaşmasına əsaslı təsir göstərir.

Müasir şəraitdə marketinq qanunları əsasında fəaliyyət göstərən müstəqil kommersiya televiziya kanallarının, radio qovşaqlarının, digər elektron informasiya vasitələrinin yaranması və inkişafı demokratiyanın və bazar iqtisadiyyatının bərpa olunmasında böyük rol oynayır.



1.2. MÜASİR İNFORMASİYA VASİTƏLƏRİ VƏ REKLAM BAZARI, ONLARIN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumat­ver­mə mənalarını daşıyan “informatio” sözündən yaranmışdır.

İndiki zamanda informasiyanın əldə olunması, emalı və istifadəçiyə çatdırıl­ma­sı­nın müxtəlif vasitələri, üsulları və metodları mövcuddur. Bunlardan hansılarının seçil­mə­si qoyulan məqsəd və ona çatmaq üçün həll olunacaq məsələlərin növü və mürək­kəbliyindən asılıdır.

Müasir informasiya vasitələri-informasiyanın kütləyə çatdırılması vasitəsi olub, müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. İnformasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər.

Hal-hazırda reklam bazarı dünyanın hər yerində geniş sürətlə inkişaf etməyə başlamışdır. Mütəxəssilərin fikrincə, XX əsrin axırlarında reklam bazarı ən yüksək templə və dinamik inkişaf edən bazarlar sırasına daxil ola bilmişdir. Məsələn, XX əsrin 90-cı illərində ABŞ-da reklam bazarının orta illik həcmi 250 milyard dolları ötüb keçmiş və son 10 il ərzində 3 dəfədən də çox artmışdır. Fransada da reklam bazarının orta illik həcmi 30 milyard dolları keçmiş və son 7 il ərzində 3 dəfədən də çox yüksəlmişdir.

Hər bir ölkədə Müstəqil Media inkişafının ən vacib şərti reklam bazarının yaradılmasından ibarətdir.

Müasir informasiya vasitələri və reklam bazarı, onun formalaşması məsələləri reklam məhsullarının hansı yolla və necə ötürülməsindən asılıdır.

Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış “Günün hadisələri” adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir. İlk jurnallar qəzetlərdən və kitab tacirlərinin kataloqlarından təşkil olunmuşdu. Radio və televiziya isə yalnız keçən yüzillikdə meydana gəlmişdir.

Son dövrün ən əsas informasiya vasitələrinə televiziya, radio, internet daxildir. Kütləvi informasiya vasitələrində (KİV-də) reklam qəzet, websaytlar, bilbord və s. kimi vasitələr də xüsusi əhəmiyyət kəsb edir. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir.

Televiziya reklamı müasir dövrün effektli vasitələrindən hesab olunur. Yəni yüksək keyfiyyətli görüntü və səs reklamı daha da cəlbedici edir. Lakin televiziya reklamının baha olması onun mənfi xüsusiyyətlərindəndir. İkinci yerdə isə radio vasitəsilə verilən reklamlar gəlir. Radio reklamı nisbətən ucuz olsa da burada görüntü olmaması çatışmazlıq yaradır. Bundan əlavə, küçə və çap reklamları da mövcuddur.

Lakin müasir zəmanədə internet, yəni onlayn reklam küçə və çap reklamını artıq geridə qoyur. İnternet reklamının bu qədər cazibədar olamsının ən əhəmiy­yətli səbəblərindən biri xərclərin aşağı, məhsuldarlığın isə yüksək olmasıdır. Bir başqa əhəmiyyətli səbəb isə internet reklamı çərçivəsində reklamverən şəxsə lazım olan reklam növünün təklif edilməsidir. Reklamverən şəxs istənilən mövzuda və mahiyyətdə reklam yerləşdirmək üçün İnternetdə özünə sayt tapa bilər. İnternet bunun üçün istehsalçıya seçim hüququ da verir. Digər reklam vasitələrilə müqayisədə internet reklamının bir sıra üstünlükləri var. Çap reklam vasitələrindən fərqli olaraq, veb səhifədəki bir reklam sahəsində eyni anda müxtəlif ziyarətçilərə müxtəlif reklam göstərilə bilər. Reklam rotasiyası kimi tanınan bu texnologiya bir reklam sahəsində eyni anda bir neçə reklam kampaniyası keçirmək imkanı yaradır.

Reklam bazarında bu günə kimi hegemonluq televiziyanın əlində idisə, indi internet mediası tədricən bu istifadəçiləri özünə daha çox cəlb etməyə başladı. İctimaiyyətin elektron kütləvi informasiya vasitələrinə yönəlməsi televiziya ilə yanaşı qəzetlərə də marağı bir az azaltmağa başlamışdır. Bununla da öz oxucu auditoriyasını itirən qəzetlər, reklamlarını da itirmiş olurlar. Qəzetlər arasında apardığımız sorğudan bəlli olur ki, çap mediasına verilən reklamlar günü-gündən azalmaqdadır. 2014-cü ildə qəzetlər reklam bazarından olduqca cüzi miqdarda gəlir əldə ediblər desək yanılmarıq.

Müasir reklamın məzmunu və istiqamətləri həmçinin malların daxili, yaxud da xarici bazarlara aidiyyatından asılıdır. Məsələn, ixracat mallarının reklamına xüsusi tələblər qoyulur. Bu cür reklam mal göndərilən ölkənin iqtisadi, mədəni və məişət şəraitində daha dəqiq uyğunlaşdırılmalıdır. Belə ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi quruluşundan, maddi həyat səviyyəsindən, əhalinin əsas hissəsinin savadlılıq dərəcəsindən, milli, tarixi, adət və ənənələrindən və s. irəli gələn xüsusiyyətlər nəzərə alındığı hallarda, bir sıra Asiya və Afrika ölkələrində dini etiqadların üzündən reklam vasitələrindən istifadəyə məhdudiyyətlər qoyulmuşdur.

Müasir dünya bazarının ticarət reklamı təcrübəsi onun məzmunu qarşısında bir sıra effektli tələblərin qoyulmasına imkan verir.

Belə bir şəraitdə reklam fəaliyyətinin texnologiyası əhəmiyyətli dəyişikliklərə düçar oldu. Bu hal praktiki olaraq reklam işinin bütün istiqamətlərini və vasitələrinin əhatə etmiş olan proseslərin kompüterləşməsindən irəli gəlir. Həm də kom­pü­terləşmə firmanın reklam, marketinq və satış fəaliyyətlərini sıx surətdə əlaqə­ləndirdi.

Reklam işində yeni texniki nailiyyətlərindən biri də videomaqnitafonlardan, videokassetlərdən, videodisklərdən istifadə olunmasıdır. Məsələn, sərgilərdə, yarmarkalarda videomaqnitafonların köməyi ilə yerdəyişməsi qeyri-mümkün olan mürəkkəb avadanlıq, qurğular nümayiş etdirilir.

Azərbaycan sabiq SSRİ-dən İnternet cəmiyyətinə daxil olan ilk ölkədir (1993-cü il, provayder-İntrans). İnternetdə ilk Azərbaycan saytı XX əsrin sonlarında meydana gəlmişdir.

2007-ci ildən Azərbaycanda İnternetin inkişafının yeni mərhələsinin bazarda Peyk DSL brendi altında birtərəfli sputnik İnternet xidmətinin meydana gəlməsi azərbaycanlı istifadəçilərinə ölkə ərazisində yüksək sürətli İnternetə (24000 kbit/s-yə qədər) qoşulması imkanı yaratmışdır.

Heç təsadüfi deyildir ki, ölkə prezidenti Cənab İlham Əliyev “Mən informa­si­ya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Bu, gələcəkdir, gələcəyin inkişafıdır ” söyləmişdir. Rabitə və informasiya texnologiyalarının 2008-2013-cü illərdə və sonrakı dövrlərdə də inkişaf etdirilməsi bunun davam etməsi müasir tədbirlərin və eləcə də kommersiya fəaliyyətinin hə­ya­ta keçirilməsi reklama qoyulan sərmayənin artmasına səbəb olmuşdur. Azər­bay­can hər il reklama qoyulan investisiyanın artmasına görə dünyada 3-cü, MDB ölkələri arasında Rusiyadan sonra 2-ci yerdə durur.

Qlobal bazar mühitindəki bu dəyişiklik firmalara öz strategiyalarını müəyyən­ləş­­­dir­məyə, yerli bazarlarda taktikalarını necə modifikasiya etməyə və yüksək rə­qa­­bət şəraitində yaranan çətinlikləri aradan qaldırılması yollarını axtarmağa şərait yaratmış olur.

Müasir dövrdə internet kommersiya fəaliyyətinin həyata keçirilməsində mü­hüm rol oynayır. Kommersiya fəaliyyətinin həyata keçirilməsinin ənənəvi vasitə­lə­rin­dən fərqli olaraq internet, əmtəənin bütün həyat tsiklini təmin edən bir çox tədbirlər kompleksini özündə cəmləşdirir. Qlobal şəbəkə üçün İnternetin qlobal virtual bazar olduğu haqqında deyilənlər həqiqətə uyğundur. Eyni zamanda, bu bazar onun ənənəvi növlərinə nisbətən daha səmərəlidir, çümki istehlakçını əmtəə və xidmətlər haqqında tam informasiya ilə təmin edir, digər üsullarla müqayisədə informasiyanın axtarışı və seçilməsi prosesində daha yaxşı nəzarət etməyə imkan yaradır.

İnternet vasitəsilə həyata keçirilən kommersiya fəaliyyəti elektron kommersiya adı almışdır.

Elektron kommersiya - əmtəə və xidmətlərin, elektron kommunikasiya vasitə­lə­rindən istifadə etməklə reklamını, satışını, marketinq müşaiyətini həyata keçir­mə­yə imkan verən iqtisadi tədbirlər sistemidir.

Elektron kommersiya aşağıdakıları təmin edir:



  • əmtəə və xidmətlər bazarının marketinqini;

  • əmtəələrin xüsusiyyətlərinin formalaşdırılmasını;

  • əmtəə və xidmətlərin reklamını;

  • satış bazarlarının monitorinqini;

  • əmtəələrin istehlakçıya çatdırılmasındakı aralıq vəsilələrin

(distribütorların, topdansatış təşkilatlarının) ləğvini;

  • kommersiya fəaliyyətinin maliyyə təminatını;

  • əmtəə və xidmətlərə servis xidmətini.

Sahibkarın elektron kommersiyasında fəaliyyəti üçün əsas şərt dinamik dəyi­şən informasiyaya malik olan Web-serverlərin mövcud olmasıdır. Son zamanlar ödə­niş­lərin elektron formalarının inkişafı, elektron kommersiyanın təhlükə­siz­li­yi­nin artması, əmtəələrin Beynəlxalq şəbəkə vasitəsilə satışının artmasını stimul­laşdırır.

İnternetdəki informasiyanın kifayət qədər böyük hissəsini biznes-informasiya və onunla əlaqədar olan informasiya təşkil edir. Bu məlumatlara əsasən “Biznes və iqtisadiyyat”, “Kompüterlər və internet” kimi bölmələrdə təsadüf edilir və eləcə də bunun kimi bölmələrdə hansı ki, onların birlikdə çəkisi ümumi informasiyanın yarısını təşkil edir.

İnternet iştirakçılarının qrupuna istifadəçilər və firmalar daxildir, hansı ki, onlar internetdə müxtəlif serverlərlə təmsil olunurlar. Web serverlərini Hoffman D.L. və Novak T.P.-nin təsnifatına görə iki əsas qrupa aid etmək olar:

1. Təyinat serverləri (Destination sites)

2. Trafiki idarə edən serverlər (Web Traffic Control Sites)

İnternetin kommersiya iştirakçılarının geniş təsnifatı aşağıdakı sxemdə verilmişdir. (Şəkil 1.)


İnternetin kommersiya iştirakçıları



Təyinat serverləri

Trafiki idarə edən serverlər







Ödənişli məqsədli serverlər



Reklamlı

Ənənəvi

Sponsor əsaslı serverlər

Kommersiya məqsədli

Məlumatlan­dırıcı

Axtarış bazalı serverlər




Şəkil 1. İnternetin kommersiya iştirakçılarının təsnifatı sxemi
Göründüyü kimi, təyinat serverləri qrupuna firma haqda, onun təklif etdiyi məhsul və xidmətlər haqda məlumatları əks etdirən serverlər daxildir. Bu serverlər yerinə yetirdiy funksiyalara görə aşağıdakılara bölünürlər:

İnternetdə iştirak serverləri – firmaların və onların təkliflərinin internet sferasında iştirakını təmin edirlər. Bu tip serverlər iki növə bölünür: reklam və məlumatlandırıcı serverlər.

Reklam serveri – bir və ya bir neçə web-səhifələrdən ibarət ola bilər və özündə müxtəlif reklam informasiyalarını əks etdirə bilər. Məhsul və xidmətlər haqda informasiyaları firmalar konteksdə (yəni mətnin mənaca bitmiş hissəsi) təmin edirlər. Bu tip serverlər əsasən çox informasiya tələb etməyn məhsullar üçün daha uyğundur.

Məlumatlandırıcı serverlər – müəssisə və ya onun təklifləri haqda daha ətraflı, detallı informasiyaları əks etdirir. Belə serverlər çox müxtəlif quruluşa malik ola bilərlər. Serverdə böyük həcmli informasiyanın olduğu şəraitdə naviqasiyanı asanlaşdırmaq üçün axtarış funksiyasından istifadə etmək olar. Digər serverlərin də özünəməxsus funksiyaları var.

İnternetdə iştirak edən serverlərin əsas məqsədlərindən biri, istehlakçılarda hələ məhsula və yaxud xidmətə tələb yaranmamışdan əvvəl onlarla qarşılıqlı əlaqələrin yaradılmasındadır.

I şəkildən göründüyü kimi, məlumat serverləri qrupuna isə aşağıdakı növlərə bölmək olar:

- ödəniş məqsədli serverlər;

- sponsor əsaslı serverlər;

- axtarış bazalı və firmalardan bu məlumat bazasına qoşmaq müqabilində ödəniş əldə edən serverlər.



Ödəniş məqsədli serverlərin tərtibi zamanı provayder serverin quruluşunun formalaşdırılmasına görə pul ödəyir. Hansı ki, bu formulla istehlakçı təyin olunmuş məb­ləği daxil edir. Belə serverin reallaşdırılmasında əsas problem unikal infor­ma­si­yanın təqdim olunmasıdır. Belə ki, internet informasiyanın geniş sferasından ibarətdir hansı ki, burada lazım olan informasiyanın axtarışı zaman çoxlu alternativ məlumatlarla qarşılaşmaq olar.

Sponsor əsaslı serverlər öz varlıqlarını təmin etmək məqsədi ilə reklam üçün yer satırlar və bu yolla onlar istehlakçı tərəfindən hər hansı bir ödənişlərin qarşısını alırlar.

Axtarış serverlərinin istifadəsi zamanı firma provayderə axtarış bazasına firma haqqında yerləşdirilən informasiya müqabilində pul ödəyir. Axtarışın predmeti olaraq məhsul, servis, xidmət və s. ola bilər.

Məlumat serverlərinin imkanları çox genişdir. Belə ki, onlar ənənəvi kommu­ni­kasiya vasitələrinə yaxındırlar. İndiki zamanda çox hallarda məlumat ser­ver­lə­rin­dən istifadəyə görə istehlakçılardan ya heç ödəniş tələb olunmur (tam spon­sor­laşdırılmış serverlərdə) ya da serverdən istifadə müqabilində tələb olunan ödəniş çox az olur (ödəniş əsaslı serverlərdə).



Yüklə 487 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə