Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   54   55   56   57   58   59   60   61   62

5.3. Özəlləşdirmənin inkişaf meylləri və perspektiv təhlili
Azərbaycanda 2001-ci ilin 9 aylıq yekunları üzrə ÜDM-də özəl bölmənin xüsusi çəkisinini 70 faizi 
ötməsinə baxmayaraq, özəlləşdirmə indi də davam edir və bu prosesin yaxın gələcəkdə də
mülkiyyətdə struktur islahatlarında aparıcı movqeyini saxlayacağı şübhəsizdir.Bu baxımdan 
indiyədək həyata keçirilmiş özəlləşdirmə proseslərinin nəticələrinin kəmiyyət və keyfiyyət 
müstəvisində retrospektiv təhlili mühüm əhəmiyyət kəsb edir.
 1995-1998-ci illərdə dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramının tələblərindən irəli 
gələn tədbirlərin reallaşdırılması nəticəsində özəlləşdirəcək əmlakın 65%-nin ölkə vətəndaşlarına 
pulsuz verilməsi nəzərdə tutulurdu. Nəzəri cəhətdən mümkün olan bu modelin reallaşdırılması üçün 
Azərbaycanda özəlləşdirmənin qarşısında sistemli (iqtisadiyyata bazar prinsiplərini tətbiq etmək) 
və siyasi (əhalinin geniş təbəqəsini iqtisadi transformasiya prosesinə cəlb etmək) məqsədlər 
dururdu. Bu məqsədin reallaşdırılması üçün tətbiq edilən kütləvi özəlləşdirmə proqramının 
fəaliyyət ardıcıllığı Azərbaycan üçün heç də sistemli olmamışdır. Azərbaycanda da ənənəvi olaraq 
özəlləşdirmə  çeklərinin paylanması yolu ilə dövlət müəssisələrinin səhmlərinə tələb, həmin 
müəssisələrin emissiya prospektlərinin buraxılması, səhmlərinin hərraclara çıxarılması üsulu ilə
təklif  aspekti formalaşdırılsada, çek sahibləri ilə özəlləşdiriləcək müəssisələr arasında vasitəçilik 
funksiyasını  yerinə yetirən investisiya fondlarının fəaliyyətinə imkan verilməməsı tələb və təklif  
arasındakı tarazlığı pozmuşdur. Nəticədə ölkədə özəlləşdirmə çekləri ilə investisiya qoyuluşu  
sahəsində bir dənə də olsun nə dövlət, nə də ki, özəl  maliyyə institutlarının davamlı fəaliyyəti 
qeydə alınmamış və beləliklə də, vətəndaşların böyük əksəriyyəti özəlləşdirmə paylarından istifadə
istiqamətində  böyük çətinliklərlə qarşılaşmışdır.Məhz, bu və ya digər amillərin təsiri altında 
əhalinin xeyli hissəsi özəlləşdirmə paylarından istifadə etməmiş bəziləri onu satmağa, bir çoxları 
isə prosesin sonunadək gözləmə mövqeyində dayanmağa üstünlük vermişdir.Bu məsələyə
münasibətdə professor B.R.Nuriyev yazırdı : "odur ki,  1998-ci ilin payızına doğru qiyməti 
ortalama 75 ABŞ dolları olan özəlləşdirmə payı 10 dəfədən çox ucuzlaşıb, xarici investorlar və
yerli əhali pessimist ruha qapılıb və bütün bunlar hökumətin hərfi mənada hərəkətsizliyi fonunda 
baş verib.
Bütün bunlardan sonra, dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına təqribən 1 illik 
vaxt qalmasına və paylanmış çeklərin yalnız 13 faizindən istifadə olunmasına baxmayaraq,  bir sıra  
dövlət rəsmləri oyunun qaydasını dəyişdirmək haqqında müzakirə açmaq və yeni-yeni 
"özəlləşdirmə sxemləri"ni təjrübədən keçirmək arzusuna düşüblər. Məsələyə belə yanaşmanın 
"İnvestisiya fəaliyyəti haqqında" Azərbayjan Respublikası Qanununun bir sıra müddəalarına zidd 
olması bir yana dursun, bu söz-söhbətlərin intensiv şəkil aldığı bir ilə yaxın müddətdə opponentlər 
tərəifndən jüzi dərəjədə olsa da müəyyən əhəmiyyət kəsb edən heç bir yeni özəlləşdirmə sxemi irəli 
sürülməyib.*
Göründüyü kimi, 1995-1998- ci illəri əhatə edən birinci özəlləşdirmə proqramı çərçivəsində
dövriyyəyə buraxılmış çeklərin cəmisi 13 faizi tədavüldən çıxarılmışdır. Müvafiq göstərici Polşada 
60, Çexiyada 56, Rusiyada 80, Litvada 93, Qırğızıstanda 94,3 faiz təşkil etmişdir. Ümumiyyətlə, 
Azərbay-canda həyata keçirilən kütləvi özəlləşdirmə proqramının digər ölkələrlə müqayisədə
başlıca fərqləri belə olmuşdur:


Cədvəl 5.8.
Azərbaycanda kütləvi  özəlləşdirmə proqramını digər ölkələrdə müqayisədə başlıca fərqləri
Ölkələr
Məqsədləri
Miqyası
Aparılma 
tempi
Fəaliyyət ardıcıl-
lığı
Çexiya
Polşa
Rusiya
Qırğızıs-
tan
Azər-
baycan
Sistemli və 
siyasi 
dəyişik-
liklər
Effektliyin 
yüksəldilməs
i və sosial
Siyasi və 
sistemli 
dəyişik-
liklər
Sistemli və 
siyasi 
dəyişik-
liklər
Sistemli və 
siyasi 
dəyişik-
liklər
Dövlət 
əmlakının 
1/4-i
Dövlət 
əmlakının 
11 faizi
Dövlət 
əmlakının 
2/3-ü
Dövlət 
əmlakının 
70 faizi
Dövlət 
əmlakının 
75  faizi
Yüksək,
 1 ilə 
2 mərhələ
Aşağı,
 1 ilə 
mərhələləri 
məlum deyil
Sürətli, birinci 
mərhələ 3 il 
davam edib.
Orta birinci 
mərhələ 3 il 
olub
Aşağı birinci 
mərhələ
Hələ də davam 
edir
Təklif-tələb-
investisiya 
fondları
Təklif-investisiya 
fondları-tələb
Tələb-
investisiya 
fondları-təklif
Tələb-investisiya 
fondları-təklif
 Tələb--təklif
Cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycanda kütləvi özəlləşdirmə proqramı məqsədinə
görə Çexiya və Qırğızıstan, miqyasına görə Qırğızıstan, risk dərəcəsi üzrə isə Çexiya, Rusiya və
yenə də Qırğızıstan variantı ilə oxşardır. Bu islahatın aparılma tempinə və fəaliyyət ardıcıllığına 
gəlincə, bu meyarlar üzrə Azərbaycanın kütləvi özəlləşdirmə proqramı həmin ölkələrlə müqayisədə
aşağı göstəricilərlə xarakterizə olunur. dünyada analoqu yoxdur. Belə ki, Azərbaycanda 
özəlləşdirmə prosesinə postsosialist məkanlı dövlətlərlə müqayisədə gec başlanılmasına 
baxmayaraq onun tempi xeyli aşağı olmuş, birinci mərhələ 5 ildən çox müddəti əhatə etməklə hələ
də başa çatmamışdır. Azərbaycanda özəlləşdirmənin tempi ilk dövrlər sürətli olsa da sonradan onun 
fasilələr üzrə aparılması prosesin gedişinə mənfi təsir göstərmişdir. Belə ki, əgər 1997-98-ci ildə 22 
çek və 26 pul hərracı keçirilmişdirsə, 1999- 2000-ci illər ərzində cəmisi 5 çek və 7 pullu hərracı 
təşkil olunmuşdur.1999-cu ildən başlayaraq özəlləşdirmənin tormozlayıcı mexanizmlər vasitəsi ilə
yubadılması yeni yaranmış  xırda səhmdarların da sayının azalması ilə nəticələnmişdir. Belə ki, 
1999-cu ilə qədər yaranmış 60722 nəfər səhmdarların sayı onların öz payını iri səhmdarlara satması 
ucbatından kəskin  azalmışdır. Prosesin bu cür gedişini hökumətin və parlamentin özəlləşdirməyə
etinasız münasibəti nəticəsində formalaşmış pessimist əhval-ruhiyyə çoxalmışdır.
Azərbaycanda özəlləşdirmənin fəaliyyət ardıcıllığının pozulması, digər ölkələrdəki üçpilləli 
mexanizmlərdən kənarlaşması cədvəldən də aydın görsənir. Bunun başlıca səbəbi kütləvi 
özəlləşdirmə proqramı çərçivəsində Rusiyada 660, Çexiyada 429, Qazaxıstanda 89 özəl, Polşada 
15, Rumıniyada 5 dövlət investisiya fondlarının fəaliyyəti müqabilində Azərbaycanda çek 
investisiya fondlarının davamlı fəaliyyətinə imkan verilməməsi ilə izah oluna bilər. Təəssüflər 
olsun ki, 1995-98-ci illəri əhatə edən birinci dövlət özəlləşdirmə proqramında səhmlərin satış 
növləri üzrə bölgüsünə görə ixtisaslaşdırılmış sahə və sahələrarası investisiya fondlarının 
formalaşdırılması nəzərdə tutulsa da  bu istiqamətdə dövlət heç bir tədbir görməmiş və həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə