Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə3/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   ...   243

Kitabda   «Dağılan   tifaq»   əsərinin   sintaksisinə   dair 

deyilənlər də elmi tutumuna görə diqqəti çəkir. Məlumdur ki, XX 

əsrin   əvvəllərində   yaşayıb-fəaliyyət   göstərmiş   Azərbaycan 

dramaturqlarının,   o   cümlədən   Ə.Haqverdi-yevin   əsərlərinin 

cümlə   quruluşu   müasir   ədəbi   dildə   olduğu   kimi   deyil;   onların 

əsərlərində   söz   sırasının   pozulması   tez-tez   müşahidə   edilir. 

Məsələn, mübtəda, tamamlıq  və zərflik xəbərdən, təyin təyin-

lənəndən sonra işlənir. Bu, nə ilə bağlıdır? Sualın cavabı kitabda 

konkret   və   aydın   verilir:   «Bu,   bir   tərəfdən   dövrlə,   əsərlərin 

yarandığı ictimai və tarixi şəraitlə, ədəbi dilin inkişaf mərhələsi ilə 

şərtlənirsə, digər tərəfdən bədiilik prinsipləri ilə bağlı olub, surət 

dilinin   fərdiləşdirilməsi,   təbii   və   canlı   nitq   çaları   yaratmaq 

meylindən irəli gəlmişdir».(

Yazıçı və dil. APİ nəşri, Bakı, 1975,  

s.37

.)

Dramaturgiyada dil ünsiyyətin fəal və canlı təzahürüdür. 



Burada   nitq   dinamikliyi,   fəaliyyəti   şərtləndirən   əsas   amildir, 

cərəyan   edən   hadisələrin   özü,     «ən   real   həyatilikdir». 

(

T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. «Maarif», Bakı, 1979, 



s.62

)   Yazıçı   obrazların   həm   zahiri,   həm   də   daxili   aləmini   ilk 

növbədə   söz   vasitəsilə   canlandırır.   Yüksək   bədiilik   çox   zaman 

dramaturqu   sintaksisin   mövcud   tələblərindən   kənara   çıxmağa 

sövq edir. Elə buna görə Q.Kazımov «Dağılan tifaq» faciəsinin 

dilindəki   inversiyaların   müəyyənləşdirilməsinə   və   izahına   geniş 

yer   ayıraraq,   bu   ifadə   vasitəsinin   həm   replikalarda,   həm   də 

remarkalarda işlənmə üsullarını şərh edir; belə doğru qənaətə 

gəlir ki, yazıçının əsərlərindəki inversiya və qrammatik əlavələr 

xalq   danışıq   dilinin   təbiiliyindən,   dramaturqun   realizmindən, 

bədii-dramatik üslubun tələblərindən mayalanır. 

  «Yazıçı   və   dil»   kitabının   ikinci   hissəsi   Cəlil 

Məmmədquluzadənin   sovet   dövründə   yazdığı   felyetonlarının 

dilçilik təhlilinə həsr edilmişdir. Məlumdur ki, «Mola Nəsrəddin» 

jurnalının   Bakıda   çap   olunduğu   illər   ölkənin   ictimai-siyasi 

həyatında olduğu kimi, bədii-estetik fikirdə də bir sıra dəyişmələr 

– təbəddülat baş verir. Yeni siyasi-ideoloji iqlim o vaxtkı gənc 

şair   və   yazıçıların   ovqatına   uyğun   gəlirdi.   «Köhnə   dünyanı 

kökündən uçurmaq, məzarlar, uçuqlar, xarabalar üzərində yeni 

dünya   qurmaq   həm   hakim   rəsmi   ideologiya,   həm   də   cavan 

10



poeziya,   dramaturgiya   və   nəsr   üçün   ümumi   siyasi   eyforiya, 

şərikli bədii-estetik pafos və təlim idi. Təzə nəsil hələ zamanla 

tam həmahəng orbitdə fırlanır, eyni bir marksçı metodologiya ilə 

hələ   vahid,   qapalı   ideoloji   dövriyyə   təşkil   edirdi».   (

Yaşar 

Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. «Elm» nəş-



riyyatı, Bakı, 2002, s.503

)

Bunun   əksinə   olaraq,   Cəlil   Məmmədquluzadə, 



Əbdürrəhim   bəy   Haqverdiyev,   Hüseyn   Cavid,   Səməd   Mənsur, 

Hacıkərim   Sanılı   kimi   sənətkarlar   yeni   ideologiyanın   mənəvi 

azadlıq, hüquqi-insani bərabərlik, beynəlmiləlçilik, təzə qurulacaq 

cənnət – kommunizm vədləri arxasındakı əsl həqiqəti – şovinist 

imperiya   siyasətini   həm   ağıl,   təfəkkür,   həm   də   fəhmlə   dərk 

edirdilər. Elə ona görə mövcud həyatda yalnız sevinc, nəşə və 

şadlıq   görən   tərənnümçülərdən   fərqli   olaraq, 

C.Məmmədquluzadə müdrik yazıçı-vətəndaş mövqeyində durub, 

tənqid   və   ifşaya   üstünlük   verir,   bədii   gülüşün   hədəfinə 

cəmiyyətdə eybəcərlik yaradan sosial təzadları, ictimai yaraları 

çevirirdi.

Nəşrə   başladığı   ilk   zamanlarda   olduğu   kimi,   «Mola 

Nəsrəddin»   yenə   də   doğma   xalqın,   millətin   sosial   və   siyasi 

tərəqqisi   yolunda   əlindən   gələni   əsirgəmir,   bu   işə   açıq-aşkar 

əngəl   törədən   Şərq   istibdadını,   fanatizmi,   mədəni   geriliyi 

pisləməkdən   yorulmurdu.   Jurnalın   çap   olunduğu   ilk   illərdə 

çarizmin və Şərq despotizminin siyasi eybəcərliklərini özünəxas 

bədii-publisist sənətkarlıqla ifşa edən C.Məmmədquluzadə yeni 

dövrdə gülüşün  təzə üsul və rənglərindən faydalanmaqla milli 

satiranı daha da əlvanlaşdırırdı. Yeni məzmun onun yaradıcılığına 

həm də yeni təsvir və ifadə  vasitələri gətirirdi; ümumişlək söz-

lər,   şivə   leksikası,   arqotik   ifadələr,   atalar   sözləri   və   məsəllər 

yazıçının   felyetonlarında   həqiqi   satira   vasitəsinə   çevrilir,   onun 

məcazlar sistemini zənginləşdirirdi.

Elmi   təhlilə   həmin   vasitələrin   səciyyəvi   xüsusiyyətlərini 

cəlb edən Q.Kazımov birinci fəsildə konkret olaraq ictimai-siyasi, 

ikinci fəsildə isə dini   sözlərin və birləşmələrin bədii vəzifələrini 

aydınlaşdırır.   «Padşah»,   «çinovnik»,   «müdir»,   «direktor», 

«hökumət», «idarə», «siyasət», «sülh», «müharibə», «mömin» 

və   s.   onlarca   belə   sözün   felyetonlardakı   işlənmə   yerini   və 

11



semantik   tutumunu   göstərməklə   yazıçının   publisist 

sənətkarlığının,   sözlə   gülüş   yaratmaq   ustalığının   şərhinə   nail 

olur. 

«Felyeton



 

dili»


 

əsərində


 

Q.Kazımov 

C.Məmmədquluzadənin   satirik   ifşa   üsullarının   təhlilinə   xüsusi 

fəsil ayırır. O, satirik üslub üçün səciyyəvi olan eyham, kinayə 

kimi   bədii   ifadə   vasitələrinin   Mola   Nəsrəddin   felyetonlarındakı 

nümunələrindən,   habelə   yazıçının   böyük   məharətlə   yaratdığı 

sükut manerindən, sözlərə məzəli şərh vermək üsulundan ətraflı 

söhbət açmaqla ədibin orijinal satira ustalığının sirlərinə baş vur-

muş olur.

C.Məmmədquluzadənin   felyetonlarındakı   mötərizəarası 

söz   və   ifadələrin   satirik   gücü   kitabdakı   «Mötərizələr» 

yarımbaşlığı

 

altında


 

ümumiləşdirilib.

 

Q.Kazımov 



C.Məmmədquluzadə gülüşünün daxili mahiyyətinin açılmasında, 

yazıçının tənqid və ifşa hədəflərinin aydın görünməsində bu cür 

söz və ifadələrin rolunu xırda detallarına qədər izah edir. Onun 

«Savad məktəbləri», «Müxbirlər», «Dəmir yol», «Şura mətbuatı» 

felyetonlarında işlənmiş mötərizələr üzərindəki müşahidələri ciddi 

elmi-nəzəri   bir   ümumiləşdirmə   ilə   nəticələnir   və   bu   nəticələr 

dərin   tədqiqata   dayandığı   üçün   əsaslı   görünür.   Şərq 

despotizminə,   köhnəliyə   və   mədəni   geriliyə   tuşlanmış   satirik 

gülüş mötərizədə verilən söz, ifadə və cümlələr  vasitəsilə daha 

da   şiddətlənir.   Tədqiqatçı   bir   qədər   obrazlı   şəkildə   yazır: 

«Kinayəli   təhkiyə   yavaş-yavaş   dartılan   yaya   bənzəyirsə, 

mötərizələr   möhkəm   gərilmiş   yaydan   qəflətən   buraxılan   oxa 

bənzəyir. Bu ox hədəfə daha sərrast dəyir və yaralı cəhəti daha 

qabarıq nəzərə çarpdırır». (

Q.Ş.Kazımov. Yazıçı və dil. s.214

)

Kitabda   C.Məmmədquluzadə   felyetonlarının   struktur 



xüsusiyyətləri   də   yeni   baxış   bucağından   təhlil     edilir.   Ədibin 

bədii-publisistik şərh üsulu, işlətdiyi təkrirlər, başlıqlar, başlanğıc 

və   sonluqlar   haqda   deyilənlər   tədqiqatçının   bədii   mətnə 

struktural mövqedən yanaşmaq, yazıçı fikrini və qayəsini  əsərin 

quruluşunda  görə bilmək bacarığından xəbər verir. Q.Kazımov 

Mirzə Cəlilin felyetonlarında müşahidə edilən anaforaların kinayə 

və tənqid, məsxərə və istehza məqsədilə işləndiyini, başlıqların 

bilavasitə   ideyadan   doğduğunu   və   bütün   mətn   boyu   həmin 

12



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə