Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə8/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   4   5   6   7   8   9   10   11   ...   243

araşdırmalarını   və   düşüncələrini     inamla   tezisləşdirmək 

səlahiyyəti   qazandırır:   «Azərbaycan   ədəbi   dili   səlcuqların 

gəlişindən   bir   neçə   yüz   il   əvvəl   təşəkkül   tapmışdı.   Səlcuqlar 

Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud 

idi».

Azərbaycan dilinin tarixi ilə bağlı   Qəzənfər Kazımovun 



elmi araşdırmalarının bir qismi müəyyən sözlərin etimoloji  təhlili 

istiqamətindədir.   Hələ   elmi   fəaliyyətinin   ilk   dövrlərində   o, 

etimoloji     tədqiqatın   əhəmiyyətindən   bəhs   edib   yazırdı: 

«Etimologiya dilçiliyin çətin, lakin maraqlı sahələrindəndir. Qədim 

tarixi   və   mədəniyyəti   olan   hər   bir   xalq   öz   tarixinin   uzaq 

keçmişindən   gələn   izlərini,   qədim   adət-ənənələrini,   təsərrüfat 

həyatını,   məişətini,   qonşu     xalqlarla   əlaqə   və   münasibətini, 

mənsub olduğu xalqın təfəkkürünün bəsitdən mürəkkəbə  doğru 

inkişafını hərtərəfli öyrənmək üçün etimoloji  araşdırmalardan da 

bir vasitə kimi istifadə edə bilir. Etimoloji tədqiqat bir elm kimi, 

xalqa onun  keçmişini, qədim mədəniyyətini, ictimai həyatını və 

məişətini öyrənmək üçün geniş imkanlar yaradır». (

Q.Kazımov. 

Dilçi-etimoloq. V.İ.Lenin ad. APİ-nin «Elmi əsərlər»i, XI seriya, 

1969, № 6, s.26

)

Doğrudan   da,   sözün   tarixi   eyni   zamanda     cəmiyyətin, 



xalqın,   millətin,   hətta   bəzi   baxışlara   görə,   dünyanın, 

bəşəriyyətin,   kainatın   tarixidir.   Hər   hansı   bir   adın   düzgün 

etimoloji izahı təkcə dil tarixini araşdırmaq üçün deyil, xalqın et-

nik və siyasi tarixini öyrənmək üçün də faydalıdır. Ə.Dəmirçizadə 

doğru deyir ki, «sözün törənişi və inkişafı bir çox sirlərin, izi itmiş 

naməlum   hadisələrin   öyrənilməsi,   çox   zəruri   olan   məsələlərin 

tədqiqində   istifadə   olunan   ən   mötəbər   və   zəngin 

mənbələrdəndir…   Söz   sirlər   xəzinəsinin   açarıdır».

(

Ə.Dəmirçizadə.   50   söz.   Bakı,1968,   s.5.



)   Bu   mənada 

«Azərbaycan dilinin tarixi» kitabında Q.Kazımovun bəzi toponim 

və etnonimlərin sözaçımına   diqqət yetirməsi həm dil tarixinə, 

həm   də   ölkənin   və   xalqın   tarixinə   işıq   salmaq,   bəzi   çətin 

problemləri aydınlaşdırmaq baxımından lazımlı və əhəmiyyətlidir. 

Belə sözlərdən biri «Azərbaycan»dır.

Orta çağlardan başlayaraq, elmi-filoloji fikirdə bu sözün 

etimologiyasına dair kifayət qədər geniş söhbət açılmış, müxtəlif 

25



xalqların alimləri onun mənşəyi və semantikası haqqında dürlü 

fikir   və   mülahizələr   söyləmişlər.   Strabon,   Müqəddəsi,   Yaqut 

Həməvi, Qrişman və b. «Azərbaycan» sözünü məşhur sərkərdə 

Atropatın adı ilə bağlayırlar. X.Bortolomeo, M.N.Boqolyubov kimi 

tədqiqatçılar «Azərbaycan»ı toponim hesab edir və «Avesta»dakı 

od   tanrısı   Atarla   əlaqələndirirlər.   M.Azərli,   T.Musəvi   və 

Z.Yampolski   də   «Azərbaycan»   -   «Atropaten»   sözünün   əslini-

kökünü od tanrısı «Atar»la bağlayır və onun iki hissədən ibarət 

olduğunu bildirirlər. (

M.Azerlu, T.Musevi, Z.Əmpolğskiy. O slove 

«Azerbaydjan».   Dokladı   Akademii   Nauk   Azerb.   SSR,   XXX   t., 

Baku, 1974, s.81-82

)

    «Azərbaycan»   sözünün     etimologiyası   haqqında 



İ.Əliyev,   Y.Yusifov,   Q.Qeybullayev,   M.İsmayılov,   M.Seyidov   və 

başqa tədqiqatçılar da söhbət açmış, bu kəlmənin ilkin variantını 

müəyyənləşdirməklə   onun   etnik   yiyəsini   və   leksik   mənasını 

axtarıb tapmağa çalışmışlar. Onların bir qismi «Azərbaycan» sö-

zünü mənşəcə iran dilləri, digər qismi isə türk dilləri ilə əlaqələn-

dirmişlər. Bu fikirlərin hamısını tənqidi surətdə təhlil edən Q.Kazı-

mova   görə   «Azərbaycan»   sözü   öz   əsasını 

Antarpatkanu/Andarpatkan  məskən   adından   almış   və   bu 

sözlər   «Azərbaycan»   şəklinə   düşənə   qədər   uzun   bir   yol 

keçmişdir.  O  da  həmkarlarının çoxu  kimi bu qənaətə  gəlir  ki, 

«Andarpatianu»   ölkə   adı   tərkib   etibarı   ilə     bir   neçə     sözün 

birləşməsindən     yaranmışdır.   Sözün   sonundakı   «u»   yad   ele-

mentdir; 

pat-

 ölkə deməkdir və o dövrdə Şərqdə geniş yayılmış, 



o cümlədən türkcədə də işlənən  

matu

  sözüdür; -  



an

  isə cəm 

şəkilçisidir». 

Antar


 hissəsi iki sözdən ibarətdir: 

An

 – göy allahının 



adıdır,  

tar


  –

tanrı

  deməkdir.   Söz   bütövlükdə  



«An

 

allahının 



ölkəsi»

  mənasındadır».(

Q. Kazımov. Azərbaycan dilinin tarixi, 

səh.393


)

Q.Kazımovun   təhlil   etdiyi   sözlərdən   biri   də   «Alban» 

sözüdür. Bu söz də Q.Kazımova qədər bir çox dilçi,   tarixçi və 

coğrafiyaşünas   alimlərin   diqqətini   çəkmiş,   Plinii,   Strabon, 

A.Yanovski,   N.Marr,   Ə.Dəmirçizadə,   K.Trever,   Z.Yampolski   və 

başqaları   bu   sözün  



«ağ»,   «dağ»,   «yüksəklik»,   «yuxarı 

ölkə», «şimal əyalət», «parlaq səma»

 mənalarını açmışlar. 

Y.Yusifov   və   Q.Qeybullayev   «Alban»   sözünün   türk   mənşəli 

26



olduğunu bildirmişlər (

Azərbaycan tarixi. Bakı, 1994, 146-149; 

Q.A.Qeybullaev.   K   gtnoqenezu   azerbaydjanüev.   Baku,   1991, 

s.76


).

Q.Kazımov da sözün türk mənşəli olduğunu təsdiq edir və 



Aran, Ağvan

  sözlərinin sinonimi kimi işləndiyini bildirir. Onun 

qənaətinə görə, 

Alban, Aran

 və 


Ağvan

 sözləri eyni mənalıdır. 

«

Alban

  sözü   tayfa   adıdır,   etnonim   sonralar   etnotoponimə 

çevrilmişdir. Aran sözü şəxs adı olub, həm də sonralar toponim 

kimi   işlənmişdir…  



Alban

  sözünün   əsasında  



«igid», 

«qəhrəman»

  mənasında  



«alp»

  sözü durduğu kimi,  



«aran» 

sözünün   kökü  



«ər»   də   «kişi»,   «igid»,   «cəsur» 

mənasındadır». 

Monoqrafiyada «kaspi», «xəzər», «sak» və sair sözlərin 

də etimologiyasına dair maraqlı fikir və mülahizələr vardır. Təbii 

ki, onun bütün tezislərini tam həqiqət kimi qəbul etmək hələlik 

çətindir. Alimin özü də etiraf edir ki, kitabda deyilənlərin bəziləri 

şəxsi   mülahizə,   düşüncə   və   təəssüratların   məhsuludur   və 

gələcəkdə   daha   dərindən   araşdırılacaqdır.   Lakin   bütövlükdə 

«Azərbaycan dilinin tarixi» kitabı Qəzənfər Kazımovun alim-dilçi 

qüdrətinin,   eridusiyasının   və   mədəniyyətinin,   milli   vətəndaş 

qeyrətinin əsas atriibutlarını əks etdirən sanballı bir əsərdir və 

gələcəkdə daha geniş miqyasda öyrəniləcəkdir…

«Azərbaycan dilinin tarixi» kitabında insanın Yer üzünə, 

türklərin Şərqə, Şimala və Qərbə Ön Asiyadan yayılması haqda 

elmi   konsepsiyanı   möhkəmləndirən   Q.Kazımov   sonrakı 

tədqiqatında – «Aşina və Azərbaycan» məqaləsində də çox çətin 

bir   problemin   aydınlaşdırılmasına   çan   atır.   Bu   məqaləsində 

müəllifi   daha   konkret   məsələlər   düşündürür:  «Nə   üçün  bütün 

türk xalqlarının adı var, lakin yalnız bizim dilimiz bütün keçən 

minilliklərin ərzində «türk dili» adlanmışdır? «Türk» adı harada 

və   tarixin   hansı   dövründə   meydana   gəlmişdir?   Böyük   türk 

xaqanlığının   –   o   xaqanlıq   ki,   Çin   imperatorlarını   «bizim 

cənubdakı   uşaqlar»   adlandırırdılar,   -   əsasını   qoymuş   Aşina 

tayfası ilə Azərbaycanın əlaqələri nədən ibarətdir?». (

Qəzənfər 

Kazımov. Dil, Tarix, Poeziya. Bakı,2005,s.97-98) 

Məsələni əsaslı 

və   inandırıcı   şəkildə   izah   etmək   üçün   çox   müxtəlif   elmi 

mənbələrə, xüsusilə Lev Qumilyovun «Qədim türklər» kitabına 

27



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə