Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə9/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   5   6   7   8   9   10   11   12   ...   243

müraciət   edən   tədqiqatçı   ilk   növbədə   «türk»ün   genezisini   və 

tarixini açıqlamalı olur.  Onun fikricə, «türk» sözü eyni zamanda 

konkret  bir  tayfanın   adıdır.  İlk dəfə eradan  əvvəl  XXIV   əsrdə 

Assur   yazılarında  



«turukki»,

  şumer-akkad   yazılarında   isə 



turuk/türük

  şəklində   işlənmiş   bu   söz   Ön   Asiyanın   – 

Azərbaycanın çox güclü tayfalarından birinin adını bildirmişdir. 

Yırtıcı   assurlar   bu   tayfadan   həmişə   qorxub   çəkinmiş, 

məcburiyyət   qarşısında   qalaraq,   onlarla     qohumluq   əlaqələri 

qurmuşlar. E.ə. III-II minilliklər boyu turukkilərin əsas qüvvəsi 

Azərbaycan ərazisində yaşamış,  dövlət  qurumlarının  tərkibində 

olmuşlar.

Maraqlıdır   ki,   böyük   türk   xaqanlığının   əsasını   qoymuş 

«500   evlik   Aşina   ailəsi»ni   də   Orta   Asiyada   başqa   türk 

tayfalarından   fərqləndirmək   üçün   «türküt»   adlandırmışlar. 

Tobalar   Şimali   Çini   fəth   edərkən   özlərinə   tabe   etdikləri 

tayfalardan   biri   də   «500   evlik   Aşina   ailəsi»   olmuşdur.   Şensi 

vilayətinin   qərbindəki   Xesidə   yerləşən   bu   tayfa   işğal   zamanı 

tobaların təbəəliyini qəbul etməyərək, köçüb Altaya getmiş, uzun 

müddət   Altayın   mərkəzində   sakitcə   yaşayaraq,   oturaq   həyat 

sürmüş,   heyvandarlıqla   məşğul   olmuşlar   (bax:  

Lev   Qumilyov. 

Qədim türklər. Bakı, «Gənclik», 1993, s.208

Məqalədə 



Aşina

 tayfa adının mənşəyi, bu tayfanın mifik-

əfsanəvi   genezisi,   dini   görüşləri,   məskunlaşdığı   ərazilər, 

məşğuliyyəti,     onların   köçəri   adlandırılmasının   səbəbləri 

haqqında informasiyalar, 

Aşina, baqa, irgen, tenqri

 sözlərinin 

izahı da tədqiqatçının əsas konsepsiyasının aydınlaşmasına xid-

mət edir. Həmin konsepsiyanın başlıca müddəaları isə belədir: 

türkün beşiyinin Altay hesab olunması barədə fikirlər tam yan-

lışdır; Altayın türk əhalisi Ön Asiya miqrantlarıdır;  



Altay

  adının 

özü oraya Ön Asiyadan aparılmışdır; türklər  Şərqə, Şimala  və 

Qərbə   hərəkət   edərkən   əksərən   öz   sevimli   toponimlərini   də 

özləri ilə aparmış və yaşatmışlar.

Bütün bunlar Qəzənfər Kazımovun simasında dilin tarixini 

xalqın,   etnosun   tarixi   ilə   qırılmaz   vəhdətdə   öyrənən,   mənsub 

olduğu xalqın etnik kimliyini dil faktları ilə sübut edən filoloq-

tarixçinin   canlı   portretini   əyaniləşdirir.   Bu   keyfiyyət   onun 

«Homerin   poemaları   və   «Kitabi   Dədə-Qorqud»,   «Avesta», 

28



Azərbaycan və doktor Şəfizadənin elmi qüdrəti», «Azərbaycan 

dili   frazeologiyasının   ən   qədim   qatı»,   «Şumer-türk   əlaqələrinə 

dair   yeni   əsər»   məqalə   və   monoqrafiyalarının   da   elmi 

məzmunundan aydın görünür.



***

Q.Kazımov   Azərbaycan   dilinin   tarixi   keçmişini   onun 

çağdaş durumu ilə paralel araşdıran alimdir. Onun əsərlərinin bir 

qismi   müasir   Azərbaycan   ədəbi   dilinin   aktual   problemlərinin, 

xüsusilə   dilin   bədii   imkanlarının,   obrazlılıq   vasitələrinin,   poetik 

üslubun   əsas   göstəricilərinin   elmi   tədqiq   və   təhlilinə   həsr 

olunmuşdur. Bu baxımdan «Nəsrin şeriyyəti» məqaləsi özünün 

nəzəri məziyyətlərinə görə başqalarından seçilir.

Məlumdur ki, ədəbi dilin və bədii üslubun normalarının 

inkişaf   edib   təkmilləşməsində   söz   sənətkarlarının   –   şair   və 

nasirlərin rolu misilsizdir. Yazıçılar çox zaman ədəbi dilin leksik, 

üslubi və qrammatik normalarına uyğun yazmağa çalışırlar. Lakin 

bu,  heç  də həmişə   ədəbi  dilin  və  bədii  üslubun  inkişafı  üçün 

möhkəm   stimul   ola   bilmir.   Sənətkar   fərdiyyəti   və   orijinallığı 

bəzən   ədəbi   dilin   mövcud   qaydalarının   və   normalarının 

pozulduğu   zamanlarda   yaranır;   əgər   yazıçı   insanı   valeh   edən 

gözəl bir mənzərə, onu həyəcanlandıran dəhşətli bir səhnə, canlı 

bir lövhə yaradarkən, yaxud insan mənəviyyatının ən dərin, gizli 

qatlarını, onun fərdi yaşantılarını, təbii hisslərini canlandırarkən 

mübtəda   ilə  xəbərin,  tamamlığın   yerini   dəyişibsə,  bunu   qüsur 

saymaq təkcə biliksizlik, savadsızlıq yox, həm də zövqsüzlükdür. 

Çünki   mənzum   əsərlərdə   olduğu   kimi,   mənsur   əsərlərdə   də 

«qrammatik normaların, xüsusən söz sırasının pozulması halları 

əsər uğurlu olduqda, nəsrin poeziyasını gücləndirir». (

Qəzənfər 

Kazımov. Sənət düşüncələri.Bakı, 1997, s.13

)

           Adı ilə məzmununun uyğunsuzluq təşkil etməsi, «nəsrin 



poeziyası» ifadəsinin  mücərrəd, bəzi fikirlərin az qala  nəsihət, 

digər   mülahizələrin   isə   bir   qədər   mübahisəli   səslənməsi   – 

məqalənin   elmi   sanbalını   azalda   bilmir.   Müəllif   nəsrin   bədii 

strukturunu   şərtləndirən   mənsur   təhkiyənin   təşkili   prinsipləri, 

yazıçı və şərti müəllif təhkiyələri, onların qarşılıqlı əlaqəsi və dil 

29



xüsusiyyətləri, obraz nitqinin tipikləşdirilməsi barədə geniş elmi 

söhbət açmaqla «bədii dilin loqarifması»nı (M.İbrahimov), onun 

polyar   koordinatlarını   aydınlaşdırmağa,   dil   vahidlərinin   həmin 

koordinatlardakı   yerini   və   funksiyasını   müəyyənləşdirməyə 

çalışır. O, Amerika yazıçısı U.Folknerin «Hər bir romançı uğur-

suzluğa uğramış şairdir» - sözlərinə istinadən nəsrin şeriyyətini 

və nasirin şairliyini həyat və dil həqiqətinə sədaqətində, bu həqi-

qətlərin canlı və təbii təqdimatında görür. 

Nəsrin   şeriyyəti   məsələsi   tədqiqatçının   «Ağ   dərənin 

rənglər aləmi» məqaləsinin də əsas tədqiqat predmetidir. Xalq 

yazıçısı Əkrəm Əylisinin «Ağ dərə» romanından bəhs edən bu 

məqalədə müəllif yazıçının bədii dilini nəsr şeriyyətinin ən gözəl 

və   səciyyəvi   nümunəsi   kimi   qiymətləndirir   və   həmin   şeriyyəti 

yaradan komponentləri – ovqat, söz, səs, ifadə, cümlə  və s. dil 

vasitələrini   dəqiq   göstərərək   yazır:   «Ağ   dərə»   romanında 

şairanəlik Mehdinin düşüncə və təfəkküründə, təbiətə, insanlara, 

səslərə, rənglərə münasibətində, yazıçının təhkiyə dilində, təsvir, 

ifadə vasitə və üsullarında özünü göstərir».

Maqalədə   bu   vasitələrin   hər   birinin   yığcam   və   mənalı 

şərhini   verən   Q.Kazımov   Ə.Əylisli   nəsrini   səciyyələndirən 

ornamentallığın   da   mahiyyətini   açıqlayır:   «Lirik,   ornamental, 

poetik nəsr təsvir edilənin təsvirindən çox, dünyanın emosional 

qavranılmasının   adekvat   təsvirinə  cəhd  edir.  Bu təsvirdə  dün-

yanın «obyektiv» görünüşünün bütün nisbəti pozulur, hadisə və 

əlamətlər   assosiasiyalarla,   emosiyalarla   əlaqələndirilir.   Adət 

olunmuş   əlaqələrin   dağıdılması,   çox   uzaq   ideyaların   əlaqələn-

dirilməsi təsvirin əsas prinsipinə, söz sənətinin əsas metoduna 

çevrilir».

Ornamentallığı «Ağ dərə»nin həm fikir-məzmun, həm də 

söz, ifadə, cümlə qatında izləyən Q.Kazımov doğru qənaətə gəlir 

ki, romanda «fikirlərin munisliyi, həzinliyi ifadə tərzinin zərifliyi 

ilə birləşir, ritm, intonasiya ilə yanaşı, şerə məxsus assonans və 

alliterasiyalar   romanın   dilini   poetikləşdirir....   Əsərdə   «çünki» 

bağlayıcılı   səbəb   budaq   cümlələrinin   çoxluğu   az   qala   müəllif 

üslubunu tanıdan bir əlamət kimi çıxış edir. Romanın dili üçün 

cümlənin əvvəlində işlənən «və» bağlayıcısı da üslubi əlamətdir. 

Bu   cür   cümlələrdə   «və»   təkcə   müxtəlif   cümlələr   və   abzaslar 

30



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə