Antik fəlsəfə — Antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm
və qədim
Roma dönəmlərini əhatə edir. Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi
dövrdən başlanmışdır. Eyni zamanda
bu prosesə Misir, Mesopotamiya
və orta Şərq
xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə
Boesius sayılır.
Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya
hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi
deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin
böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri
olmuşdur.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir.
«Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan
fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında
formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və
«Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.
Əgər Yunan– Roma fəlsəfəsini inkişaf
mərhələlərinə bölsək, aşağıdakı mənzərə
alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi
təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla
yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim
Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv.
VI– V əsrlər) də daxil edilir. İkncisi, yunan fəlsəfəsinin bu mərhələsi böyük
filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel,
atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor,
Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr
yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan
parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür.
Yunanıstan və əyalətləri Makedoniyalı İskəndərin imperiyasının tərkibinə daxil
edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran
güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç
böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar: skeptisizm, epikurçuluq və
stoisizm idi.
III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən
dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə
meyllər güclənmişdir. Həmin dövrdə Romada
çoxlu yunan alimi, filosofu fəaliyyət
göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır.
Lukretsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi
qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların
parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki,
bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində,
şəxsi mövcudluğun
katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın
tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü
rolunu oynayır.
Antik fəlsəfənin dövrləşməsi:
•
Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı
problemləri maraqlandırırdı;
•
Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha
çox insan
və cəmiyyət problemlərinə yönəltmişdirlər;
•
Klassik dövr. Platon və Aristoteldən başlayaraq bütün fəlsəfi problemlərə
sintez şəklində hərtərəfli baxılmış, fəlsəfə sistemləşdirilmişdir;
•
Ellinistik dövr. Fəlsəfi mərkəzlər Yunanıstandan Romaya köçmüş, Epikürçülər,
stoaçılar, skeptiklər fəlsəfənin əsas problemi kimi insanın xoşbəxtliyə
çatmasının yollarını araşdırmağa cəhd etmişdirlər.
•
Dini dövr. Neoplatonizmin yaranmasından sonra fəlsəfə dini inanclarla qarışıq
şəkildə inkişaf etmişdir.
•
Erkən Xristianlıq dövrü. Monoteistik dinlərin qalib gəlməsi, onların üzərində
fəlsəfənin gələcək inkişaf təməllərinin qoyulması.