Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 91,35 Kb.
səhifə2/5
tarix12.05.2022
ölçüsü91,35 Kb.
#86836
1   2   3   4   5
Əzimova Firuzə oxu təlimi metodikası 2004B ll kurs-2

Oxunun düzgünlüyü

Oxunun düzgünlüyü dedikdə, aşağıdakılar nəzərdə tutulur:

1) Sözlərin aydın, səlis tələffüzü: təhrif etmədən, heca və səsləri buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözlərin axırını “yemədən” oxumaq;

2) Sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək;

3) Ədəbi tələffüz qaydalarını (orfoepik normaları) gözləmək;

4) Rabitəli mətni ayrı-ayrı sözlərlə deyil, cümlələrlə, yalnız cümlələrin sonunda fasilə verməklə oxumaq;

5 ) Durğu işarələrinin tələblərinə əməl etmək;

6) Sözün qrammatik formasını digəri ilə (cəmi təklə, indiki zamanı gələcək zamanla və s.), bir sözü başqası ilə əvəz etməmək;

7) Cümlədə söz buraxmamaq və əlavə etməmək;

8) Cümlədə sözləri və mətndə cümlələri təkrarlamamaq;

9) Kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq defektlərinə yol verməmək.

Aşağı siniflərdə oxunun düzgünlüyü daha çox pozulur. Bəzən yaxşı oxuya bilən şagirdlər yorulduqda diqqəti mətn üzərinə toplaya bilmədiklərindən səhvlərə yol verirlər. Hər iki halda əsas səbəb oxunan sözlərin obrazlarının düzgün qavranmamasıdır. Bəzən şagird sözdəki hecaların və ya hərflərin sayını azaltmaqla oxu prosesini asanlaşdırır.Oxunun düzgünlüyünü təmin edən 1-ci şərt çətinlik dərəcəsi tədricən artan mətnlərin oxunmasıdır. I sinifdə əlifbadan oxuya keçid dövründə bu xüsusilə əhəmiyyətə malikdir. 2-ci şərt oxu üzrə məşqin müntəzəm, hər gün aparılmasıdır.Onlardan biri onun sürətinin tənzim edilməsidir. Şagirdlərin bir çoxu məhz sürətlə oxumaq istədikləri üçün tələsdiklərindən səhvə yol verirlər.Şagirdlərin bu və ya digər sözlərdə çətinlik çəkdikləri hallarda sözlərin heca, hətta səs təhlilini keçirmək son dərəcə vacibdir. Əgər I sinifdə bu da kömək etməzsə, həmin sözü yazı taxtasında hecalarla yazmaq və ya kəsmə əlifba ilə düzmək lazımdır. Bəzən mətndəki çətin sözlərin əvvəlcədən yazı taxtasına yazılıb təhlil edilməsi (xüsusilə, I sinifdə) uşaqları düzgün oxuya hazırlayır və sinif oxusunun normal getməsini təmin edir.Çətin sözlərin xorla, hecalarla oxunması sonralar onların düzgün və bütün sözlərlə oxunmasına şərait yaradır, şagirdlərdə oxu texnikasına yiyələnmək cəhdini gücləndirir.Oxunun düzgünlüyünə xidmət edən vasitələrdən biri də çətin ifadələrin, yanıltmacların oxunmasıdır. Yanıltmaclar nitq aparatını qaydaya salır. Yanıltmaclar fərdi və ya xorla, əvvəlcə yavaş-yavaş, sonra sürətlə oxunmalıdır.Oxunun düzgünlüyünə nail olmaq üçün şagirdlərin oxusuna müəllim tərəfindən gündəlik nəzarət lazımdır. Müəllim hər bir şagirdin buraxdığı səhvin xarakterini nəzərə almaqla dərhal düzəliş verməlidir. Əgər bir halda təkrar oxumaq kifayətdirsə, digər halda cümlə içərisində sözün hansı mənada işlənməsi xəbər alınmalı, üçüncü halda nümunə verilməlidir.Oxunun düzgünlüyünə nəzarətə uşaqların özlərini də cəlb etmək lazımdır. Hər bir şagirddə gözüitilik tərbiyə olunmalı, öz oxusuna nəzarət etmək və yoldaşlarının nöqsanlarına düzəliş vermək bacarığı yaradılmalıdır. Müəllim sual qoyur:”Yoldaşınız nəyi düzgün oxumadı?” Şagirdlər nöqsanı qeyd edir və hamı еyni bir qərara gələndən sonra düzəliş verirlər. Belə düzəliş sinfin diqqətini mətnə yönəldir, oxuyanın məsuliyyəti isə artır.

Şagirdlər öz yoldaşlarının oxularına nəzarət etmək üçün aşağıdakı cəhətlərə fikir verməlidirlər :

- sözdə heca və ya hərfin buraxılıb-buraxılmaması;

- sözün təhrif olunub-olunmaması;

- sözdə vurğunun yerində işlənib-işlənməməsi;

- sözlərin aydın tələffüz olunub-olunmaması;

- oxu zamanı tələskənliyin olub-olmaması;

- durğu işarələrində fasiləyə əməl olunub-olunmaması;

- intonasiyanın gözlənib-gözlənilməməsi.

Dilimizin vahid orfoepik normalarını dərindən öyrənməklə şagirdlərin gündəlik nitq fəaliyyətində ona riayət olunmasına nəzarət müəllimin borcudur. Müəllim hər şeydən əvvəl, tələffüz zamanı və oxu prosesində şagirdlərin sözləri yazıldığı kimi, orfoqrafik tərkibinə görə oxumalarına yol verməməlidir. Şagirdlər bilməlidirlər ki, bir çox hallarda orfoqrafiya ədəbi tələffüzə və heç bir yerli şivəyə uyğun gəlmir. Ona görə də bir tərəfdən “orfoqrafik” tələffüz, digər tərəfdən yerli şivə tələffüzünə qarşı mübarizə aparılmalıdır, lakin bu zaman şagirdlərin canlı dilinə, yerli şivə xüsusiyyətlərinə kinayə ilə yanaşmaq olmaz.

Oxu prosesinin düzgünlüyünün pozulması nitq orqanlarının nöqsanlığından irəli gələn bəzi fiziki defektlərlə də bağlı olur:

1) z, s, ş səslərini düzgün tələffüz edə bilməmək (onları fısıltı, fışıltı ilə tələffüz etmək): məsələn, zal, zər əvəzinə şal, şən; şəkil əvəzinə səkil; məskən əvəzinə məşkən və s.

2) r səsini düzgün tələffüz etməmək: şar, nar, keçər, rahat, qatar, şəhər əvəzinə, şal, nal, keçəl, lahat, qatal, səhəl; bir, armud əvəzinə, biy, aymud və s.

Bundan əlavə qismən digər hallara da rast gəlmək mümkündür:

1) söz əvvəlində y əvəzinə l samitinin işlənməsi (yumaq-lumaq, yemiş-lemiş);

2) söz daxilində l əvəzinə y samitinin işlənməsi (alma-ayma, qulaq-quyaq);

3) sözün əvvəlində g əvəzinə d samitinin işlənməsi (gəldi-dəldi, gözəl-dözəl, geyin-deyin);

4) sözün əvvəlində k əvəzinə t samitinin işlənməsi (kitab-titab, kələm-tələm);

5) sözün əvvəlində q əvəzinə d samitinin işlənməsi (qala-dala, qaya-daya, qoy-doy və s).

Belə səhvlərin qarşısını almaq üçün tərkibində həmin hərflərin çox işləndiyi hecalar və sözlərin oxunmasından ibarət loqopedik çalışmalar vermək lazımdır.Oxu dərslərində nitqi bu cəhətdən nöqsanlı şagirdlər müəllimin daimi nəzarəti altında olmalıdırlar. Onlara fərdi yanaşmaq, məktəbdə loqopedin köməyinə müraciət etmək və evdə müstəqil işləmələrinə istiqamət vermək lazımdır.


Yüklə 91,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə