Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 91,35 Kb.
səhifə3/5
tarix12.05.2022
ölçüsü91,35 Kb.
#86836
1   2   3   4   5
Əzimova Firuzə oxu təlimi metodikası 2004B ll kurs-2

Oxunun optimal sürəti

Savad təliminin ilk mərhələsində şagirdlərin hələ oxu texnikasına yiyələndikləri dövrdə oxunun aşağı sürətlə, aramla aparılması vacibdir. Sonralar tədricən sürət artırılmalıdır. Oxunun normal sürəti ifadəliliyi və məzmununun sürətli başa düşülməsini təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin hiss olunmamasına, məzmunun mexaniki şəkil almasına səbəb olur.Hər bir şagird üçün orta oxu sürəti var. Tədricən bu sürət tələb olunan normaya cavab verir. Sürəti süni şəkildə artırmaq pedaqoji cəhətdən düzgün deyil. Artıq sürətli oxu uşaqları tələskənliyə alışdırır, onların mənəvi aləmini sıxır. Oxu təmkinli, dərkedilən olmalıdır.Proqramın tələbinə görə ayrı-ayrı siniflərdə oxunun sürəti belə olmalıdır: I sinifdə dərs ilinin axırında dəqiqədə 20-25 söz, II sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 25-35 söz, dərs ilinin 2-ci yarısında dəqiqədə 40-45 söz, III sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 50-60 söz, dərs ilinin 2-ci yarısında dəqiqədə 65-75 söz, IV sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 80-90 söz, dərs ilinin 2-ci yarısında isə dəqiqədə 95-105 söz. İbtidai siniflərdə oxunun sürəti oxunan mətndə sözlərin böyüklüyündən, heca-hərf tərkibindən, materialın çətinlik dərəcəsindən, sözlərin mənalarının şagirdlərə nə dərəcədə tanış olmasından asılı olur. Müəllim çalışmalıdır ki, təxminən III sinfin axırlarında IV sinfin əvvəllərində şagirdlərin oxusunun sürəti onların şifahi nitqinin sürətinə yaxınlaşsın.Təcrübə göstərir ki, bəzi uşaqların sürətlə danışma üzrə anadangəlmə imkanı onların oxularına da təsir gösrərir. Çox vaxt belə danışan və oxuyanların nə dediklərini başa düşmək olmur. Onları ləng danışmağa və oxumağa alışdırmaq da çətindir, lakin ləng danışan və oxuyanların sürətini artırmaq mümkündür.Oxunun sürəti yazının sürəti ilə sıx bağlıdır. Sürətlə yazmaq müəyyən dərəcədə oxunun sürətini artırır, lakin yazının sürəti oxunun sürətinə nisbətən çox ləngdir.Oxunun sürəti hər bir şagirdin tələffüz orqanlarının düzgün və sərbəst işindən də çox asılıdır. Ona görə də müəllim daim şagirdlərin nitq aparatının inkişaf etdirilməsi və onların tələffüz nöqsanlarının aradan qaldırılması qayğısına qalmalıdır.Şagirdlərin oxu sürətini təmin etmək üçün aşağıdakı priyomlardan istifadə olunması məsləhət görülür:

1) Mətnin oxunmasından əvvəl sualların qoyulması. Bu priyom tələskənliyin qarşısını alır. Şagirdlər başa düşürlər ki, cavab vermək üçün araşdırmaq, fikirləşmək lazımdır.

2) Dramlaşdırma. Dramlaşdırma prosesində şagird əsərdə iştirak edən şəxsin xarakterinə, onun danışığına uyğun sürət seçir. O həm də öz oxusunun sürətini yoldaşlarının oxu sürətinə uyğunlaşdırmağa çalışır.

3) Dialoji mətnin oxunması. Dialoq şəklində mətn iki şagird tərəfindən oxunur, biri sualları, digəri cavabları oxuyur. Belə mətn oxunarkən sualları yaxşı oxuyan şagirdə tapşırmaq lazımdır ki, cavab verən öz oxu sürətini uyğunlaşdıracaq nümunə görsün.

4) Əzbərlənmiş mətnin oxunması. Adətən, şeir orta sürətlə oxunur. Şeri əzbərdən oxuyan şagird istər-istəməz həmin sürəti nəsr əsərlərinə də keçirməyə çalışır.

5) Mətnin hissə-hissə oxunması. Belə təmrinlər də yaxşı oxuyanın fəaliyyəti ilə başlanmalıdır. Sonra oxuyanlar hekayənin ümumi ahəngini pozmaqla təsir qüvvəsini azaltmamaq məqsədilə həmin sürəti gözləməyə çalışırlar.

6) Seçmə oxu. Əsərin qəhrəmanının xarakteristikasını, fəslin əlamətlərini bildirən sözləri tapmaq kimi tapşırıqlar şagirdləri mətni aramla,müşahidə apara-apara oxumağa vadar edir.

7) Saniyəölçənlə sürətli və şüurlu oxumaq üzrə yarışın keçirilməsi böyük fayda verir.


Yüklə 91,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə