Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 91,35 Kb.
səhifə4/5
tarix12.05.2022
ölçüsü91,35 Kb.
#86836
1   2   3   4   5
Əzimova Firuzə oxu təlimi metodikası 2004B ll kurs-2

Oxunun şüurluluğu

Oxunun şüurluluğu oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir. I sinifdə şagird oxu texnikasına yiyələnməklə hələ ayrı-ayrı səsləri hecada, hecaları sözdə birləşdirməklə oxumağı lazımınca öyrənmir. Cümləni oxuyarkən şagird çox vaxt onun mənasını başa düşmür. Bu ondan irəli gəlir ki, I sinif şagirdi eyni vaxtda 2 vəzifəni yerinə yetirə bilmir.Oxunun şüurluluğu hər bir sözün, cümlənin məntiqi cəhətdən tamamlanmış hissənin (abzasın), bütövlükdə mətnin məzmununu müəyyənləşdirməyi tələb edir.Böyük rus pedaqoqu K.D.Uşinski qeyd etmişdir ki, mətni oxumaq, hətta öyrənmək olar, lakin uşaq yalnız oxuduğu və mənimsədiyi əsasında varlığa öz münasibətini dəyişdikdə öz mənəvi inkişafında bir pillə yuxarı qalxa bilər.Şüurlu oxu təlimi nəticəsində şagird aşağıdakı bacarıqlara yiyələnməlidir:

- mətn üzrə təqribən olsa da, real varlığı yaratmaq; mətnin, ondakı faktların, hadisələrin məzmununu başa düşmək;

- mövzunun məzmunu əsasında hekayənin əsas fikrini izah etmək, onun emosional məzmununu yaşamaq;

- əməllərin və faktların təsvirində iştirak edən şəxsin davranış motivlərinin, münasibətlərinin niyyətini görmək, başqa sözlə, mövzunun məzmununun əsasında hadisələrin məzmununu görmək;

- müəllifin əsərinin, hekayənin, hissənin ideyasını başa düşmək;

- əsərin məzmununu başa düşmək, onu qiymətləndirmək və öz münasibətini bildirmək;

- yazılı nitqin ifadəliliyini (durğu işarələri, sözlərin sırası, epitet və digər başqa ifadə vasitələri) başa düşməyi öyrənmək;

- müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın fikirlərini, həyəcanını ifadə etmək üçün işlətdiyi priyomları başa düşmək və qiymətləndirmək;

- oxuduğu əsasında müasir həyatımızın həqiqətlərini başa düşmək və qiymətləndirmək.

Şagirdlərin belə bacarıqlara yiyələnmələri üçün qavrayışın dərinləşdirilməsinə yönəldilmiş məşğələlərin təşkili məsləhət görülür:

a) şagirdləri məzmunu qavramağa hazırlamaq; b)əsər oxunandan sonra 2-3 sualla məzmunun necə qavrandığını yoxlamaq; c)lüğət üzrə iş aparmaq; ç) əsərin planını tərtib etmək; d)seçmə oxu təşkil etmək; e)məzmunu nağıl etmək; ə)idraki və tərbiyəvi nəticə çıxarmaq; j)məzmunu uşaqların həyatı, ictimai-faydalı əməyi ilə əlaqələndirmək.

Kiçik oxucu hər şeydən əvvəl, yazıçının yaratdığı tablonu, portreti, insanların keçirdiyi hiss və həyəcanları aydın təsəvvür etməyə, duymağa, qəlbindən keçirməyə hazır olmalıdır.Hazırlığın ən mühüm mərhələsindən biri mətndəki mənası tanış olmayan və ya az tanış olan sözlərin mənalarının açılması üzrə işdir. Fikrin ifadəsi olan söz böyük hikmətə, güclü təsir qüvvəsinə malikdir. Söz və nitq ifadələri olmadan təfəkkür baş verə bilməz. Söz yeni anlayışların yaranmasına xidmət edir, lakin söz aydın olmasa, onun arxasında əşya və ya hadisə konkret təsəvvür durmasa, bu funksiya yerinə yetirilə bilməz. Ona görə də müəllim çalışmalıdır ki, şagird hər bir sözün mənasını başa düşsün.Bədii əsərin əsl mənasında başa düşülməsi əsərin məzmununa daxil olmaqdır. Bütün bunlar oxunun şüurluluğunun nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir.


Yüklə 91,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə