Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

4

həmsədr müasir ipək Yolundan yazıb

ABŞ  Konqresində  Azərbay-

can  üzrə  işçi  qrupunun  həmsəd-

ri Stiv Koen nüfuzlu “USNews” 

qəzetində dərc etdirdiyi məqalə-

də  bu  ölkənin  rəsmi  dairələrini 

Qafqaz  və  Mərkəzi  Asiyadan 

keçməklə, Avropa ilə Asiya ara-

sında müasir “İpək yolu”nu təmin 

edəcək  Trans-Xəzər  Şərq-Qərb 

nəqliyyat  və  tranzit  dəhlizinin 

inşasına fəal dəstək verməyə ça-

ğırıb.  Yazıda  konqresmen  Azər-

baycan,  Gürcüstan,  Qazaxıstan 

və Türkiyənin regional ticarət və tranzit daşımalarının inkişaf etdirilməsi məqsə-

dilə səylərini birləşdirdiyi və bunun gələcəkdə regionu biznes və yatırımlar üçün 

cəlbedici məkana çevirəcəyi qeyd olunub.

Stiv Koen, həmçinin ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, ölkəmizin 

Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu bildirib. O, iki ölkə arasında möv-

cud çoxşaxəli əməkdaşlıqdan söhbət açıb.

Bu  məqalə  Qərb  dairələrində  müasir  “İpək  yolu”,  xüsusilə  “Trans-Xəzər 

Şərq-Qərb nəqliyyat və tranzit dəhlizinə artan marağın növbəti nümayişidir. Xa-

tırlatmaq lazımdır ki, bir neçə həftə əvvəl – aprelin 28-29-da Vaşinqtonda ABŞ-

ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində 

Azərbaycan tərəfinin təşəbbüsü, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı 

səfirlikləri  ilə  birgə Trans-Xəzər  dəhlizinə  həsr  olunmuş  geniş  konfrans  təşkil 

edilib.

nəqliyyat üzrə işçi qrupun 11-ci iclası keçirilib

Ukrayna paytaxtında, GUAM-ın 

Katibliyində nəqliyyat üzrə işçi qrupun 

11-ci iclası keçirilib.

GUAM-ın  Kiyevdəki  qərargahının 

mətbuat  xidmətindən  verilən  məlumata 

görə, iclasda Təşkilatın üzvü olan dövlət-

lərin və Katibliyin nümayəndə heyətləri 

iştirak edib.

Tərəflər Azərbaycan, Gürcüstan, Qa-

zaxıstanın nəqliyyat şirkətləri tərəfindən 

Transxəzər  beynəlxalq  nəqliyyat  marş-

rutunun və onun əlaqələndirmə komitəsinin yaradılması ilə əlaqədar GUAM-ın 

nəqliyyat  dəhlizinin  yeni  imkanları  barədə  informasiya  mübadiləsi  aparıblar. 

İclas iştirakçıları 2015-ci il noyabrın 19-da Kiyev şəhərində keçirilmiş xüsusi 

“GUAM-Tranzit-2”  konfransının  qərarlarının  həyata  keçirilməsi  ilə  əlaqədar 

məsələləri müzakirə ediblər. Tərəflər Beynəlxalq Nəqliyyat Həftəsi çərçivəsində 

mayın 31-də Odessada keçiriləcək GUAM iştirakçıları olan dövlətlərdə nəqliy-

yatın inkişafına cavabdeh olan idarə rəhbərlərinin görüşünə hazırlıq məsələlərini 

də müzakirə ediblər. İclasda GUAM iştirakçıları olan dövlətlərdə nəqliyyatın in-

kişafına görə cavabdeh olan idarələrin rəhbərlərinin Odessa Bəyannaməsinin və 

GUAM nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılmasına dair Tədbirlər Planının 

layihələri razılaşdırılıb və bəyənilib.



Ölkəmizin Birləşmiş Millətlər 

Təşkilatının ixtisaslaşmış agentliyi 

olan Beynəlxalq Dəniz Təşkilatına üzv 

olduğu 1995-ci il tarixindən etibarən 

dəniz nəqliyyatı sahəsində qoşulduğu 

20-dən çox beynəlxalq konvensiya 

və protokollardan irəli gələrək bu 

sahəyə dair tələblərin təmin olunması 

qanunvericiliklə müəyyən olunmuş 

səlahiyyətlər çərçivəsində Azərbaycan 

Respublikasının Dövlət Dəniz Admi-

nistrasiyası tərəfindən həyata keçirilir.

“Azərbaycan Respublikasının Dövlət 

Dəniz  Administrasiyasının  yaradılması 

haqqında” Azərbaycan Respublikası Pre-

zidentinin 6 fevral 2006-cı il tarixli 1271 

nömrəli Sərəncamında Azərbaycan Res-

publikasında dəniz gəmiçiliyi sahəsində 

aparılan siyasətin, habelə Birləşmiş Millət-

lər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı 

və digər dəniz təşkilatları ilə əməkdaşlığın, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıx-

dığı  beynəlxalq  dəniz  konvensiyalarının 

icrasına nəzarətin həyata keçirilməsi səla-

hiyyətlərinin Azərbaycan  Respublikasının 

Dövlət  Dəniz Administrasiyasına  tapşırıl-

ması məsələsi öz əksini tapmışdır.

Azərbaycan  Respublikasının  22  aprel 

1997-ci il tarixli, 276-IQ nömrəli Qanun-

la  qoşulduğu  “Dənizçilərin  hazırlanma-

sına, onlara diplom verilməsinə və növbə 

çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq 

Konvensiya”nın tələblərinin tətbiqi məqsə-

di ilə Dövlət Dəniz Administrasiyası tərə-

findən məqsədyönlü işlər görülmüşdür və 

bu proses ciddi nəzarətdə saxlanılır.

Dövlət  Dəniz  Administrasiyası  gəmi-

çilik  sahəsində  fəaliyyət  göstərən  müəs-

sisələr, təşkilatlar və Azərbaycanın Dövlət 

bayrağı altında üzən gəmilər tərəfindən bu 

Konvensiyanın  tələblərinin  yerinə  yetiril-

məsinə nəzarət işini həyata keçirərək mü-

vafiq sahədə böyük uğurların qazanılması-

nı təmin etmişdir.

Belə ki, Dövlət Dəniz Administrasiyası 

tərəfindən  məhz  bu  məqsədlə  dəniz  nəq-

liyyatı  sahəsi  üzrə  tədris  proqramları  təs-

diq  edilmiş,  Təlim-Tədris  Mərkəzlərinin 

maddi-texniki bazası əhəmiyyətli dərəcədə 

gücləndirilmiş, yeni Təlim-Tədris Mərkəz-

lərinin  yaradılması  üçün  münbit  şərait 

formalaşdırılmış,  eləcə  də  Konvensiyanın 

əhatə  etdiyi  məsələlər  üzrə  qəbul  edilmiş 

normativ hüquqi aktlar Beynəlxalq Dəniz 

Təşkilatına təqdim edilmişdir.

Məlumat  üçün  qeyd  edilməlidir  ki, 

“Dənizçilərin  hazırlanmasına,  onlara  dip-

lom  verilməsinə  və  növbə  çəkməyə  dair 

1978-ci il tarixli Beynəlxalq Konvensiya”-

nın qüvvəyə mindiyi hər bir üzv dövlət ən 

azı beş ildə bir dəfə adıçəkilən Konvensi-

yanın tələblərinin tətbiqi üzrə müstəqil qiy-

mətləndirmədən keçməlidir.

Bununla  əlaqədar  olaraq  dənizçilərin 

hazırlanması, onların bilik, bacarıq və sə-

riştəliliyinin  qiymətləndirilməsi,  eləcə  də 

sertifikatlandırılması  sisteminin  tətbiqi 

üzrə  Dövlət  Dəniz  Administrasiyasının 

fəaliyyəti  Beynəlxalq  Dəniz  Təşkilatının 

mütəxəssisləri tərəfindən yoxlanılmışdır.

Keçirilmiş  yoxlamanın  nəticəsi,  elə-

cə  də  Beynəlxalq  Dəniz  Təşkilatına  təq-

dim  edilmiş  sənədlər  ətraflı  şəkildə  təhlil 

edildikdən  sonra  ölkəmizdə  dənizçilərin 

hazırlanması  sahəsində  həyata  keçirilən 

fəaliyyətin  qeyd  edilən  Konvensiyanın 

tələblərinə  uyğun  olması  barədə  Bey-

nəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükə-

sizliyi  Komitəsinin  cari  ilin  11-20  may 

tarixlərində  London  şəhərində  keçirilmiş 

96-cı sessiyasında adıçəkilən Təşkilat tərə-

findən qərar qəbul edilmişdir.

Məhz bu səmərəli və effektiv fəaliyyə-

tin göstəricisi olaraq Azərbaycan Respubli-

kasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ 

siyahısı”nda  olması  kimi  sevindirici  və 

qürurverici  hal  Dövlət  Dəniz Administra-

siyası tərəfindən verilmiş diplom və serti-

fikatların bütün dəniz dövlətləri tərəfindən 

tanınması deməkdir.

aZərBaYcanda dəniZÇilərin haZırlanması və  

sertifikatlandırılması Prosesi BeYnəlXalq dəniZ  

təşkilatının YoXlamasından uĞurla keÇmişdir

Beynəlxalq dəniz təşkilatı dənizdə  

təhlükəsizliyin yüksək səviyyədə təmin  

edilməsi ilə bağlı tövsiyələr hazırlayıb

Azərbaycan Respublikasının Dövlət 

Dəniz Administrasiyasının nümayəndə 

heyəti Birləşmiş Millətlər Təşkilatının 

ixtisaslaşmış agentliyi olan, Azərbaycan 

Respublikasının 1995-ci ildən üzvü oldu-

ğu Beynəlxalq Dəniz Təşkilatının (IMo) 

London şəhərində yerləşən baş qərarga-

hında keçirilmiş Dəniz Təhlükəsizliyi Ko-

mitəsinin 96-cı sessiyasında iştirak edib.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmə-

tindən bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim qurumun 

dünyada dəniz üzgüçülüyünün təhlükəsiziliyinin təmin edilməsində mühüm ro-

lunu qeyd edib, dəniz mühitinin mühafizəsi, dənizdə təhlükəsizliyin yüksək sə-

viyyədə təmin edilməsi, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən 

dəniz quldurluğu hallarının qarşısının alınması məqsədilə müvafiq tövsiyələrin 

hazırlandığını sessiya iştirakçılarının diqqətinə çatdırıb..

Kitak Lim, həmçinin gələcəkdə dəniz qəzalarının qarşısının alınması məqsə-

dilə üzv dövlətlər tərəfindən baş vermiş dəniz qəzaları barədə məlumatların ət-

raflı şəkildə Beynəlxalq Dəniz Təşkilatının Qlobal inteqrasiya edilmiş gəmiçiliyə 

dair məlumat sisteminə daxil edilməsinin vacibliyini xüsusilə qeyd edib.

Sessiya zamanı 2016-cı il üçün “Dənizçilik dünya üçün əvəzedilməzdir” şüa-

rı altında “Dünya Dənizçilik Günü”nə həsr olunacaq tədbirin 29 sentyabrda Bey-

nəlxalq Dəniz Təşkilatının baş qərargahında, paralel tədbirin isə noyabr ayında 

Türkiyədə keçiriləcəyi barədə məlumat verilib.

Eyni zamanda sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Bey-

nəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilmə-

sinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Dəniz yolları ilə təh-

lükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və 

qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proq-

ramı haqqında Beynəlxalq Məcəllə”yə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı 

bir sıra digər mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.

Bununla yanaşı, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən 

edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olun-

ması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, 

Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərdə qəbul edilmiş standartların tətbiqi-

nin və nəzarət mexanizminin gücləndirilməsi barədə sessiya iştirakçıları arasında 

ümumi müzakirələr aparılıb.

Sessiyada, həmçinin Beynəlxalq Təsnifat Cəmiyyəti Assosiasiyasının 12 üz-

vünün təqdim etdiyi audit hesabatların üzv dövlətlər tərəfindən nəzərə alınması 

qeyd edilib və Türkiyə Respublikasının “Beynəlxalq dəniz gəmiçiliyinin asan-

laşdırılması haqqında Konvensiya”nı ratifikasiya etməsi barədə məlumat verilib.

Sessiya  müddətində  Dövlət  Dəniz Administrasiyasının  mütəxəssislərindən 

ibarət nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya 

qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşləri keçi-

rilib, fikir mübadiləsi aparılıb.

Dünyanın 171 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz 

Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir 

sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.



Mayın 18-də “Xankəndi” yeni su-

altı tikinti gəmisi (STG) Bakı Gəmiqa-

yırma Zavodunun yanalma körpüsün-

də suya endirilib.

BP-nin  Bakı  ofisinin  mətbuat  xid-

mətindən  bildirilib ki, bu gəmi məxsusi 

olaraq nəhəng “Şahdəniz Mərhələ 2” iş-

lənmə  layihəsinin  sualtı  qurğularını  qu-

raşdırmaq  üçün  layihələndirilib  və  inşa 

edilib.

Bundan  əvvəl  gəminin  iki  iri  gövdə 



seksiyası  təhlükəsiz  şəkildə  Sinqapur-

dan Bakıya gətirilib və Bakı Gəmiqayır-

ma Zavodunda inşası başa çatmış burun 

hissəsi  ilə  uğurla  birləşdirilib.  Gəminin 

tikintisi hazırda 80 faiz başa çatıb. Bütöv-

lükdə isə gəminin inşası 2017-ci ilin ap-

rel ayında “Şahdəniz Mərhələ 2” layihəsi 

üzrə sualtı quraşdırma işlərinin başlana-

cağı vaxtadək hazır olmaq üçün plan üzrə 

irəliləyir.  O  vaxtadək “Xankəndi”  qalan 

tikinti işlərinin başa çatması və istismar 

sınaqlarının  aparılması  üçün  gəmiqayır-

ma zavodunun yanalma körpüsündə qa-

lacaq.


“Xankəndi” gəmisinin Bakı Gəmiqa-

yırma  Zavodunun  yanalma  körpüsündə 

suya  endirilməsi  “Şahdəniz  Mərhələ  2” 

layihəsi tərəfindən atılmış mühüm bir ad-

dımdır. Şahdəniz konsorsiumu “Xankən-

di” gəmisinin inşasında iştirakından qürur 

duyur,  çünki  bu  gəmi  təkcə Azərbayca-

nın deyil, bütövlükdə Xəzərin gəmiçilik 

tarixində  yeni  bir  eranın  başlanğıcıdır. 

Xəzər dənizindəki neft və qaz donanma-

sının yeni texnologiyalı ən müasir gəmisi 

olacaq  “Xankəndi”  suyun  dərinliyi  550 

metrədək olan hissələrdə Xəzərdə ilk dəfə 

dünya səviyyəli sualtı qurğular inşa etmək 

üçün layihələndirilmişdir. Gəminin inşası 

tamamlandıqdan və istismar sınaqları bit-

dikdən sonra “Xankəndi” Şahdəniz yatağı 

sahəsinə  aparılacaq  və  orada  Mərhələ  2 

işlənməsi layihəsi üçün sualtı quraşdırma 

işlərinə başlayacaq”, - deyə BP-nin Azər-

baycan, Gürcüstan və Türkiyə üzrə regio-

nal prezidenti Qordon Birrell vurğulayıb.

“Xankəndi” gəmisi 2017–2027-ci illər 

arasında 11 il ərzində “Şahdəniz Mərhələ 

2” layihəsinin sualtı quraşdırma işlərində 

istifadə ediləcək. 378 milyon dollar dəyə-

rində olan “Xankəndi” DNV GL-in (Nor-

veç və Almaniya) təsnifat nəzarəti altında 

tikilmiş unikal bir gəmidir. Onun uzunlu-

ğu 155 metr, eni 32 metr, əsas göyərtəsi 

isə 13 metrdir. Gəminin 2,5 metr hündür-

lüyündə  böyük  dalğalarda  (Hs)  fəaliyyət 

göstərə  bilmək  üçün  dinamik  mövqelən-

dirmə sistemi, 600 metrədək sualtı əmə-

liyyatlar  aparmaq  üçün  900  metrik  ton-

luq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc 

kapsulu sistemi, iki ədəd məsafədən idarə 

olunan  aparatı,  möhkəmləndirilmiş  ava-

danlıq endirmə şaxtası, 6 ədəd 4,4 meqa-

vat və 2 ədəd 3,2meqavat gücündə gene-

ratoru olan iki mühərrik bölməsi olacaq. 

Onun ümumi çəkisi 17 min 600 tondur və 

suya  oturumu  6,5  metr  olmaqla  daşıma 

gücü 5 min metrik ton təşkil edəcək.



Yeni tikilmiş “Xankəndi” gəmisi Bakı 

 

gəmiqaYırma Zavodunda suYa endiriliB


Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə