A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
27 may 2016-cы il № 29-32 (9035)
3
1917-ci ilin fevralında “xalq-
lar həbsxanası” çar Rusiyasında
baş verən burjua-demokratik
inqilabının qələbəsindən sonra
Zaqafqaziyada siyasi proseslər
özünəməxsus inkişaf yolu ilə cərə-
yan edir. Əsrlərlə ömür sürmüş
mütləqiyyət quruluşu devrilir.
Zaqafqaziyadan Dövlət Duması-
na seçilmiş deputatlardan ibarət
Xüsusi Komitə, noyabrda isə
Zaqafqaziya Komissariatı yaradı-
lır. Bolşeviklərin oktyabr çevrili-
şindən - Böyük oktyabr Sosialist
İnqilabından sonra, 1918-ci fevra-
lın 14-də həmin deputatlar Tiflisdə
toplaşırlar və Zaqafqaziyada ali
hakimiyyət orqanı olan Zaqafqa-
ziya Seymini yaradırlar. Lakin
faktiki heç bir iş görə bilmədiyi
üçün 1918-ci il may ayının 25-də
Zaqafqaziya Seyminin son iclası
keçirilir. Gürcüstan Zaqafqaziya
Seymindən çıxaraq may ayının
26-da öz dövlət müstəqilliyini elan
edir.
Seymin süqutundan sonra
– mayın 27-də Azərbaycanın is-
tiqlaliyyətini elan etmək və ilk
milli hökuməti yaratmaq üçün
müsəlman nümayəndələr Tiflisdə
toplaşırlar. Mayın 28-də Qafqaz
canişininin iqamətgahında doktor
Həsən bəy Ağayevin sədrliyi ilə
Azərbaycanın Milli İslam Şurası
dövlət müstəqilliyinin elan olun-
ması haqqında İstiqlal Bəyən-
naməsi qəbul edir. Bitərəf Fətəli
xan Xoyski başda olmaqla, Azər-
baycan Xalq Cümhuriyyətinin ilk
müvəqqəti hökuməti yaradılır.
Beləliklə, 28 may 1918-ci ildə
Şərqdə ilk demokratik dövlət –
Azərbaycan Xalq Cümhuriyyə-
ti tarix səhnəsinə qədəm qoyur.
Azərbaycan Xalq Cümhuriyyəti
çox mürəkkəb şəraitdə fəaliy-
yətə başlayır. Xalq Cümhuriyyə-
ti nə səbəbə məhz Tiflisdə elan
edilmişdi? Bakıda Şaumyanın
rəhbərliyi ilə erməni millətçiləri
1918-ci ilin martında azərbaycan-
lılara qarşı əsl soyqırımı həyata
keçirmişdilər. Bakıda, Şamaxıda
və Qubada 50 min azərbaycanlı
– qoca, uşaq, qadın, xəstə süngü-
dən keçirilərək qətlə yetirilmişdir.
Yalnız 1918-ci il iyunun 16-da
Azərbaycan Milli İslam Şurası
və müvəqqəti hökuməti Tiflisdən
Gəncəyə köçür. Qızğın döyüşlər
nəticəsində 1918-ci il sentyabrın
15-də Nuru paşanın komandan ol-
duğu Qafqaz İslam ordusu Bakını
erməni bolşevik işğalçılardan tə-
mizləyərək azad edir. Sentyabrın
17-də milli hökumət Gəncədən
Bakıya köçür və Bakı Azərbaycan
Xalq Cümhuriyyətinin paytaxtı
elan olunur.
Çox təəssüf ki, sovet dönə-
mində Azərbaycan Xalq Cümhu-
riyyətinin fəaliyyətinin, həyata
keçirdiyi tədbirlərin öyrənilmə-
sinə qadağa qoyulmuş, o dövrün
hadisələrinin mahiyyəti qəsdən
təhrif olunmuşdu.
1920-ci il aprelin 28-də So-
vet Rusiyası Azərbaycanı işğal
edəndən sonra – 29 apreldə Azər-
baycan SSR İnqilab Komitəsi
“İnqilab Komitəsini təşkil etmək
haqqında” qərar qəbul etmişdi.
Həmin qərarın məzmununun öy-
rənilməsi göstərir ki, bu sənəd
normativ hüquqi aktdan daha
çox şüar dolu bəyənatı xatırladır.
Qərarın 5-ci abzasında göstəri-
lirdi: “Azərbaycan SSR İnqilab
Komitəsi Azəraycan zəhmetkeş
kütlələrinin vəkaləti ilə özünə
həvalə edilən böyük vəzifələrin
biləvasitə icrasına indidən başla-
yır”. Əslində, bu sənəd Azərbay-
can SSR İnqilab Komitəsinin özü-
özünü yaratması və zəhmətkeşlə-
rin adından fəaliyyətə başlaması
barədə həyasız bir bəyanat idi.
Həmin qərarın 1-ci abzasında
göstərilirdi: “Ölkəmizin müqəd-
daratı həll edildiyi qorxunc və
əzəmətli saatlarda Sizə, Azər-
baycanın bütün zəhmətkeşlə-
rinə müraciət edirik. Azərbaycan
inqilabçı proletariatı və qabaqcıl
kəndliləri bizə tam etimad etmiş,
ölkədə bütün hakimiyyəti bizə
tapşırmışlar”. Sual olunur: hansı
aktla, hansı qərarla, bir sözlə, han-
sı sənədlə?!
Sovet tarixində 28 may 1918-
ci ildə Zaqafqaziya Seyminə
Azərbaycandan seçilmiş deputat-
ların daxil olduğu Milli İslam Şu-
rasının Azərbaycanın müstəqilli-
yini “elan etməsi” kinayə ilə qeyd
edildiyi halda, heç kim tərəfin-
dən seçilməmiş Azərbaycan SSR
İnqilab Komitəsinin elan edilməsi
faktının isə üstündən sükutla ke-
çilmiş və hüquqi əsası olmayan
bu orqanın yaradılmasına haqq
qazandırılmışdır.
Azərbaycan Xalq Cümhu-
riyyətinin fəaliyyətinə dair arxiv
sənədlərinin təhlilindən aydın olur
ki, parlamentin açılışı 1918-ci ilin
dekabrın 3-nə təyin olunsa da, ilk
iclas dekabrın 7-də baş tutur. Hə-
min gün gündüz böyük xeyriy-
yəçi H.Z. Tağıyevin Nikolayev
küçəsində (indiki İstiqlal küçəsi)
yerləşən keçmiş qızlar məktəbinin
binasında müsəlman Şərqində ilk
parlamentin birinci iclası təntənə-
li şəraitdə açılır. Əlimərdan bəy
Topçubaşov parlamentin sədri,
doktor Həsənbəy Ağayev isə səd-
rin birinci müavini seçilirlər. Ə.
Topçubaşov bu vaxt İstanbulda ol-
duğu üçün parlamentə H. Ağayev
sədrlik edir. 1919-cu ilin yanvarın-
da Ə. Topçubaşov Paris sülh kon-
fransında Azərbaycan nümayəndə
heyətinin başçısı təyin olunaraq,
Parisə gedir. O, hətta 1920-ci ilin
yanvarında yenidən parlament
sədri seçilirsə də, bu quruma bir
gün belə rəhbərlik etməmişdi.
Azərbaycan Xalq Cümhuriy-
yətinin parlamenti özünün həya-
tiliyini və yüksək işgüzarlıq qa-
biliyyətini sübut etdi. O, göstərdi
ki, Azərbaycan xalqı həqiqətən
parlament idarəçiliyi səviyyəsinə
yüksəlmişdir. O vaxt Azərbaycan
Cümhuriyyəti bütün müsəlman
Şərqində yeganə parlamentli res-
publika idi.
Özünün 17 aylıq fəaliyyəti
dövründə Azərbaycan Xalq Cüm-
huriyyəti parlamentinin 145 iclası
keçirilmişdi. Son iclas 1920-ci il
aprelin 27-də olmuşdur. Fəaliy-
yəti dövründə Azərbaycan Cüm-
huriyyəti parlamentinin müza-
kirəsinə 270-dən yuxarı qanun
layihəsi çıxarılmışdı ki, onlardan
da 230-a yaxın təsdiq edilmişdi.
Azərbaycan Xalq Cümhuriy-
yətinin 28 may 1918-ci il tarixdə
qəbul etdiyi ilk normativ hüquqi
akt o zamankı Zaqafqaziya Sey-
minin Azərbaycandan olan depu-
tatları Həsən bəy Ağayev, Fətəli
xan Xoyski, Mehdi bəy Hacınski,
Xəlil bəy Xasməmmədov və qey-
rilərinin, cəmi 25 nəfərin (katib
Mustafa Mahmudov) daxil oldu-
ğu Azərbaycan Milli İslam Şurası
tərəfindən qəbul edilən Azərbay-
canın İstiqlal Bəyannaməsi idi.
Bəyannamədə göstərilirdi ki,
bu gündən etibarən Azərbaycan
xalqları suveren hüquqlara malik-
dirlər, Şərqi və Cənubi Zaqafqazi-
yadan ibarət olan Azərbaycan tam
hüquqlu müstəqil dövlətdir.
Azərbaycan Xalq Cümhuriy-
yətinin hökuməti 9 noyabr 1918-
ci il tarixdə milli bayraq haqqında
qərar qəbul etmiş, həmin qərarla
yaşıl, qırmızı və mavi rənglərdən,
ağ aypara və səkkizbucaqlı ulduz-
dan ibarət milli bayrağın təsviri
təsdiq edilmişdi. “Bakı Dövlət
Universitetinin nizamnaməsinin
təsdiq edilməsi haqqında” Azər-
baycan Xalq Cümhuriyyəti par-
lamentinin 29 aprel 1919-cu il
tarixli qərarı Azərbaycan tarixinin
sonrakı mərhələlərində də Azər-
baycanın elminin və tədrisinin in-
kişafında müstəsna rol oynamışdı.
Ümummilli lider Heydər Əliyev
bu hadisəni belə qiymətləndirmiş-
dir: “Əsrin əvvəlindən bu günə
kimi Azərbaycan elminə və maa-
rifinə çıraq tutan universitetimizin
yaradılması xalqımızın tarixində
ən əlamətdar hadisədir”.
Azərbaycan Xalq Cümhu-
riyyəti nisbətən qısa müddət ya-
şamasına baxmayaraq əhalinin
maariflənməsi işinə xüsusi diqqət
yetirmişdir.
Dövlət hakimiyyətinin bölgü-
sü prinsipi baxımından nisbətən
yeni yaradılmış Azərbaycan Xalq
Cümhuriyyətinin Məclisi-Müəs-
sisan ilə bağlı normativ hüquqi
akt qəbul etməsinin xüsusi əhə-
miyyəti vardı. Təsadüfi deyil ki,
parlament 21 iyul 1919-cu il ta-
rixdə “Azərbaycan Respublikası
Məclisi-Müəssisana seçki haqqın-
da əsasnamə” qəbul etmişdi.
Ümummilli lider Heydər Əli-
yevin imzaladığı 26 mart 1998-
ci il tarixli “Azərbaycanlıların
soyqırımı haqqında” fərmanda
göstərilirdi: “Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan son-
ra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirmişdir”. Azər-
baycan Xalq Cümhuriyyəti Na-
zirlər Şurası 1918-ci il iyulun 15-
də bu faciənin təhqiqi məqsədilə
fövqalədə istintaq komissiyasının
yaradılması haqqında qərar qəbul
etmişdi. Komissiya mart soyqırı-
mını, ilkin mərhələdə Şamaxıdakı
vəhşilikləri, İrəvan quberniyası
ərazisində ermənilərin törətdiklə-
ri ağır cinayətləri araşdırmışdır.
Dünya ictimaiyyətinə bu həqiqət-
ləri çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum
yaradılmışdı. 1919-1920-ci illər
mart ayının 31-i Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən Ümum-
milli Matəm Günü kimi qeyd
edilmişdi. Əslində bu, azərbay-
canlılara qarşı yürüdülən soyqırı-
mı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslə-
rinə tarixdə ilk dəfə siyasi qiymət
vermək cəhdi idi.
Sovet siyasi dövlət və hüquq
tarixində, ümumiyyətlə, ictimai
elmlərə dair ədəbiyyatda Azər-
baycan Xalq Cümhuriyyətinin
fəaliyyətinin, həmin dövrün ha-
disə və proseslərinin mahiyyəti-
nin saxtalaşdırılması və mahiy-
yətinin təhrif edilməsi yeganə hal
olmamışdır.
1920-ci il aprelin 27-28-də
Sovet Rusiyası beynəlxalq hüquq
normalarını kobudcasına pozaraq,
müharibə elan etmədən öz silahlı
qüvvələrinin hissələrini Azərbay-
cana yeritdi, suveren Azərbaycan
Respublikasının ərazisini işğal
etdi, qanuni seçilmiş hakimiyyət
orqanlarını zorakılıqla devirdi.
Azərbaycan zorla sovetləşdirildi,
xalqın çox böyük qurbanlar ba-
hasına qazandığı müstəqilliyə son
qoyuldu.
Azərbaycan Xalq Cümhu-
riyyəti gərgin və mürəkkəb isti-
mai-siyasi şəraitdə cəmi 23 ay
fəaliyyət göstərsə də, nəsillərin
yaddaşında tariximizin ən parlaq
səhifələrindən biri kimi qaldı.
AXC demokratik dövlət qurucu-
luğu, iqtisadiyyat, mədəniyyət,
təhsil, səhiyyə, hərbi quruculuq
sahələrində atdığı mühüm addım-
ları başa çatdıra bilməsə də, onun
qısa müddətdə həyata keçirdiyi
tədbirlər tarixdə silinməz iz bu-
raxdı, milli dövlətçilik ənənələ-
rimizin bərpası işində böyük rol
oynadı.
İ. ABBASoV
28 maY resPuBlika günüdür
Ölkəmizdə səfərdə
olarkən Avropa Parlamen-
tinin müdafiə və təhlükə-
sizlik alt komitəsinin sədri,
Polşanın sabiq xarici işlər
naziri xanım Anna Fotiqa
həmyerlisi, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə milli
ordu sıralarında xidmət edən,
general-leytenant Məmməd
bəy (Matsey) Sulkeviçin xa-
tirəsini ehtiramla yad edib.
Müdafiə Nazirliyinin mət-
buat xidmətindən bildiriblər ki,
A.Fotiqa Azərbaycan Hərbi Dəniz
Qüvvələrinin katerində Böyük
Zirə adası yaxınlığında hərbi xa-
dimin xatirəsinə ehtiram əlaməti
olaraq Xəzər dənizinin suları üzə-
rinə güllər səpələyib.
Polşa tatarlarından olan Məm-
məd bəy Sulkeviç 1919-cu ilin
martında Azərbaycan Ordusunun
baş qərargah rəisi təyin edilib.
O, 1920-ci ilin aprel işğalından
sonra bolşeviklər tərəfindən həbs
olunub və ölüm cəzasına məh-
kum edilərək həmin ilin iyulunda
güllələnib.
Mərasimdən sonra təəssürat-
larını bölüşən Avropa Parlamenti-
nin üzvü bildirib: “Biz ölkələrimi-
zin tarixinə hörmətlə, ənənələrinə,
mədəniyyətinə ehtiramla yanaşa-
raq onları təbliğ etməklə qarşılıqlı
surətdə gələcəyimiz üçün zəmin
hazırlayır, gənclərimizin tərbiyə-
sinə, dövlətlərimizin inkişafına,
xalqlarımızın tərəqqisinə şərait
yaradırıq.
Mənim ulu babamla bir yerdə
rus-yapon müharibəsində vuruşan
general Sulkeviçin Azərbaycan
Xalq Cümhuriyyətinin ordusun-
da xidmət edərkən qoşun his-
sələrinin formalaşdırılmasında,
ordunun döyüş hazırlığının tək-
milləşdirilməsində, uğurlu hərbi
əməliyyatların
keçirilməsində
böyük xidmətləri olub. Məmməd
bəy Sulkeviçin xatirəsi Polşada
da əziz tutulur. Mənim seçicilə-
rim arasında da çoxlu Polşa tatar-
ları var”.
Ölkəmizə səfərləri çərçivə-
sində bir sıra səmərəli görüşlər
keçirdiyini vurğulayan xanım
Anna Fotiqa söhbətlər zamanı
Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ münaqişəsinin bey-
nəlxalq hüququn normalarına və
prinsiplərinə uyğun həlli üçün
Avropa qurumlarının səylərinin
birləşdirilməsinin və gücləndiril-
məsinin vacibliyinin vurğulandı-
ğını qeyd edərək deyib: “Mənə
qoşunların təmas xəttində baş
verən son hadisələr, Ermənistan
silahlı qüvvələri tərəfindən törə-
dilən təxribatlar, Azərbaycanın
mülki əhalisinə və obyektlərinə
qarşı ağır silahlar vasitəsilə edil-
miş hücumlar barədə də ətraflı
məlumat verilib. Bu, yolveril-
məzdir. Polşa hər zaman dost
və etibarlı müttəfiq olan Azər-
baycanın ərazi bütövlüyünü
dəstəkləyir. Mən öz tərəfimdən
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin məsələsini hər za-
man parlament və digər səviy-
yələrdə qaldırıram və bundan
sonra da qaldıracağam.
Azərbaycan Avropanın enerji
təminatı baxımından vacib olan
Cənubi Qafqaz regionunun in-
kişafı və təhlükəsizliyinin təmin
edilməsində mühüm rol oynayır.
Biz buna böyük önəm veririk.
Azərbaycanın hərbi və müda-
fiə qabiliyyəti çox güclüdür. Biz
Azərbaycanın beynəlxalq terro-
rizmə qarşı mübarizədə səylərini
də çox yüksək qiymətləndiririk.
Sizin ölkənizdən mən həmişə
olduğu kimi bu dəfə də çox xoş
təəssüratlarla ayrılıram”.
aZərBaYcan Xalq cümhuriYYəti
generalının Xatirəsini Yad ediB
müstəqil aZərBaYcan resPuBlikası aZərBaYcan
Xalq cümhuriYYətinin varisidir
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsin-
dən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəy-
yən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan
olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azər-
baycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cüm-
huriyyətinin ömrü uzun olmadı. İki ildən son-
ra respublika müəyyən səbəblər üzündən süqut
etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə
həmişə böyük hörmətlə yanaşmışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti