9
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN
ANADAN OLMASININ 88-ci İLDÖNÜMÜ
MÜNASİBƏTİLƏ BAKIDA MÖHTƏŞƏM
GÜL BAYRAMINDA İŞTİRAK
10 may 2011-ci il
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri,
dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan
sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil
edilmişdir.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əli-
yeva və ailə üzvləri Gül bayramında olmuşlar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
dövlətimizin başçısına məlumat verdi ki, səhər tezdən baş-
layaraq paytaxt sakinləri dünyanın 50-dək ölkəsindən gətirilmiş
gül-çiçəklə bəzədilmiş parka gəlirlər.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi
oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq
olmuş, postament ağ güllərlə hörülmüşdür.
Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini
ziyarət etdilər, başdan-başa bahar ətirli güllərə qərq olmuş
parkın gözəlliyini seyr etdilər.
Müxtəlif güllərdən yığılmış «xalça»lar və ulu öndər Heydər
Əliyevin tər çiçəklərdən «toxunmuş» portret xalçası orijinallığı
ilə göz oxşayırdı. Çiçəklərdən yığılmış «88» rəqəminin kompo-
zisiyası da diqqəti cəlb edirdi.
Mehriban xanım Əliyevaya və ailə üzvlərinə xüsusi növdən
olan ağ zanbaqlardan buketlər təqdim edildi. Məlumat verildi
ki, bu ağ zanbaqlar Holland–Azərbaycan Dostluq Cəmiyyəti ilə
Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası
11
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN
OLMASININ 88-ci İLDÖNÜMÜ VƏ HEYDƏR
ƏLİYEV FONDUNUN FƏALİYYƏTƏ
BAŞLAMASININ 7 İLLİYİ MÜNASİBƏTİLƏ
TƏNTƏNƏLİ MƏRASİMDƏ İŞTİRAK
«Buta» sarayı
10 may 2011-ci il
Mayın 10-da «Buta» sarayında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildö-
nümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 il-
liyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mə-
rasimdə iştirak etmişlər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən
dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümum-
milli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif
anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış
etdi.
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın çıxışı
Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Hər il mayın 10-da olduğu kimi, bu il də Heydər Əliyev
Fondu tərəfindən hazırlanmış ənənəvi mərasimdə sizi səmimi-