Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə2/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   ...   114

 



problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndə-



rimizin  bu  siyasəti  prezident  İlham  Əliyev  tərəfindən  də  davam 

etdirilir.  Qələbə  bayramı  ərəfəsində  dövlətimizin  başçısının  sə-

rəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik 

maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir. 

Böyük  Vətən  müharibəsinin  görkəmli  sərkərdələrindən  biri, 

xalqımızın  rəşadətli  oğlu,  tank  qoşunları  general-mayoru,  iki 

dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanovun  abidəsi  önünə 

toplaşmış  müharibə  veteranları,  ictimaiyyətin  nümayəndələri, 

paytaxt  sakinləri  prezident  İlham  Əliyevi  hörmət  və  ehtiramla 

qarşıladılar. 

Burada Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Dövlətimizin  başçısı  müharibə  veteranlarını  səmimiyyətlə 

salamladı,  onların  hər  birini  Qələbə  bayramı  münasibətilə 

təbrik etdi. 

Azərbaycan  prezidenti  1941–1945-ci  illərin  ağır  və  çətin 

sınaqlarından  keçmiş  veteranlara  yaxınlaşaraq,  onların  prob-

lemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli lideri-

miz  Heydər  Əliyevin  onlara  göstərdiyi  diqqət  və  qayğını  xa-

tırladaraq,  onun  siyasi  xəttini  davam  etdirən  prezident  İlham 

Əliyevə  dərin  minnətdarlıqlarını  bildirdilər.  Onlar  ölkəmizin 

hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlətimizin başçısını 

bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar. 

Prezident  İlham  Əliyev İkinci dünya  müharibəsi  veteranları 

ilə xatirə şəkli çəkdirdi. 

Dövlətimizin  başçısı  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi 

Aslanovun  abidəsi  önünə  əklil  qoydu,  İkinci  dünya  müha-

ribəsində  misilsiz  qəhrəmanlıqlar  göstərmiş  cəsur  sərkərdənin, 

xalqımızın  igid  oğullarının  əziz  xatirəsini  dərin  ehtiramla  yad 

etdi. 

Fəxri  qarovul  dəstəsi  hərbi  marşın  sədaları  altında  Ali  Baş 

Komandanın qarşısından keçdi. 


 



 



 

 

SOVET İTTİFAQI QƏHRƏMANI QAFUR 

MƏMMƏDOVUN ADINI DAŞIYAN PARKLA 

TANIŞLIQ 

 

9 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-

yın  9-da  Sovet  İttifaqı  Qəhrəmanı  Qafur  Məmmədovun  adını 

daşıyan parkda olmuşdur. 

Dövlətimizin  başçısı  İlham  Əliyev  alman  faşizminə  qarşı 

müharibədə  misilsiz  rəşadət  nümunəsi  göstərmiş  Sovet  İttifaqı 

Qəhrəmanı Qafur Məmmədovun büstü önünə gül dəstəsi qoydu. 

Sonra  Azərbaycan  prezidenti  parkda  yaradılan  şəraitlə  tanış 

oldu. 

Qafur  Məmmədovun  adını  daşıyan  park  da  dövlətimizin 

başçısının  Bakı  şəhərində  parkların  və  xiyabanların  əsaslı 

şəkildə  yenidən  qurulması ilə  bağlı  verdiyi tapşırıqlara  əsasən 

qısa müddətdə yenidən qurulmuşdur. Xüsusi tərtibatı ilə diqqəti 

cəlb  edən  parkda  müasir  fəvvarə  quraşdırılmışdır.  Parkdakı 

yaşıllıq  zolaqları  təzələnmiş,  çoxlu  sayda  bəzək  və  gül  kolları 

əkilmişdir.  Parkın  işıqlandırma  sistemi  də  tamamilə  də-

yişdirilmişdir.  Əhalinin  istirahəti  üçün  burada  bütün  lazımi 

şərait yaradılmışdır. 

Parkla  tanışlıqdan  sonra  prezident  İlham  Əliyev  Sovet  İtti-

faqı  Qəhrəmanı  Qafur  Məmmədovun  qardaşı  qızı  Tamilla 

Məmmədova ilə görüşüb söhbət etdi

 

 



 


 



 



 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI 

ZİYARƏT 

 

Fəxri xiyaban  



 

10 may 2011-ci il  

 

Mayın  10-u  müasir  müstəqil  Azərbaycanın  memarı  və 



qurucusu,  görkəmli  dövlət  xadimi,  xalqımızın  dahi  oğlu  və 

ümummilli  lideri  Heydər  Əliyevin  anadan  olmasının  88-ci 

ildönümüdür.  Qədirbilən  Azərbaycan  xalqı,  bütün  dünyada 

Heydər  Əliyevi  tanıyanlar  və  sevənlər  səkkizinci  ildir  bu  dahi 

şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. 

Ümummilli  liderimizin  ad  günü  ərəfəsində  olduğu  kimi, 

mayın  10-da  da  səhər  tezdən  respublika  ictimaiyyətinin  nü-

mayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakı-

ya  gəlmiş  insanlar,  Azərbaycan  paytaxtının  qonaqları  axın-axın 

Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə 

əklillər,  təzə-tər  güllər  qoyur,  onun  əziz  xatirəsini  dərin 

ehtiramla yad edir, ruhuna dua oxuyurlar. 

Xalqımızın  xilaskar  oğlunun  doğum  günündə  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  və  xanımı  Mehriban 

Əliyeva,  ailə  üzvləri,  ulu  öndərin  doğmaları,  yaxınları  onun 

məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər. 

Prezident  İlham  Əliyev  ümummilli  liderimiz  Heydər  Əliyevin 

məzarı önünə əklil qoydu, ulu öndərin ruhu qarşısında baş əydi. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndi. 

Prezident  İlham  Əliyevin  xanımı  Mehriban  Əliyeva  və  ailə 

üzvləri ümummilli liderin abidəsi önünə gül dəstələri qoydular. 

Sonra  dövlətimizin  başçısı  və  ailə  üzvləri  oftalmoloq-alim, 

akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz 

Əliyevin  və  tanınmış  həkim,  alim  Tamerlan  Əliyevin  mə-

zarlarını ziyarət etdilər və önünə gül dəstələri qoydular. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə