Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   ...   114

 

12 


qəlbdən salamlayıram. Mərasimdə iştirak etmək üçün ölkəmizə 

gələn  bütün  qonaqlara  Azərbaycana  «Xoş  gəlmisiniz!»  – 

deyirəm  və  bu  axşam  bizimlə  olduğunuza  görə  sizə  dərin 

minnətdarlığımı bildirirəm. 

Bu  il  Azərbaycan  dövlət  müstəqilliyinin  bərpasının  20-ci 

ildönümünü  qeyd  edir.  Qədim  tarixə  və  zəngin  mədəniyyətə 

malik  olan  Azərbaycan  dünya  xəritəsində  müstəqil  ölkə  kimi 

yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun  dövr 

deyildir.  Lakin  bu  20  il  ərzində  ölkəmiz  böyük  uğurlar  əldə 

edib.  Bu  gün  Azərbaycan  müxtəlif  sahələrdə  rekord  inkişaf 

tempini  nümayiş  etdirən,  regionda  lider  olan,  dünyanın  aparıcı 

dövlətləri  ilə  partnyor  əlaqələri  quran,  beynəlxalq  arenada 

nüfuza  malik  olan  bir  dövlətdir.  Azərbaycan  güclü,  qarşısına 

istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə 

ümidlə baxan dövlətdir. 

Yaxın  keçmişimizə  nəzər  salsaq,  qeyd  etməliyik  ki,  bu 

günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda 

problemlərimiz,  çətinliklərimiz,  ağrılarımız  kifayət  qədər  olub. 

Arxada  qalan  illərin  hər  birinə  müraciət  edərək  biz  müasir 

tariximizin  hər  bir  səhifəsində  dahi  şəxsiyyət,  böyük  insan 

Heydər  Əliyevin  silinməz  izini  görürük.  Onun  bizimlə  olub-

olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir 

layihədə,  əldə  edilən  hər  bir  uğurumuzda  ulu  öndərin  böyük 

payı vardır. 

Müstəqilliyimizin  ilk  illərini  xatırlayaq.  Ölkəmizdə  hökm 

sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam 

onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan 

məhrum  olmuşduq.  Şəhərlərimizin  işıqları  söndüyü  kimi, 

daxilimizdə  ümid  çıraqlarımız  sönmüşdü.  İşığı,  nuru,  ümidi 

bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas 

etdi  və  müasir  tariximizin  ilk  səhifələrini  yazmağa  başladı. 

1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər 

Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün 

çətinliklərə  baxmayaraq  o,  Azərbaycanın  neft  strategiyasını 




 

13 


uğurla  reallaşdırdı  və  onunla  da  gələcək  qələbələrimizin, 

nailiyyətlərimizin təməlini qoydu. 

Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz 

üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Onun ən 

sevimli  kəlmələrindən  birini  –  «Mən  fəxr  edirəm  ki,  

azərbaycanlıyam» kəlməsini təkrar edərək biz onun unudulmaz 

xatirəsi qarşısında baş əyirik. 

Əziz  dostlar,  bu  gün  eyni  zamanda,  Heydər  Əliyevin  adını 

daşıyan fond 7 ildir ki, fəaliyyət göstərir. Ötən il fond bir sıra 

irimiqyaslı  layihələr,  mühüm  işlər  həyata  keçirib.  Həmişə 

olduğu  kimi,  çalışmışıq  müxtəlif  sahələri  –  elmi,  təhsili, 

səhiyyəni, mədəniyyəti, sosial problemləri əhatə edək. 

Bu  axşam  fondun  fəaliyyəti  haqqında  ətraflı  məlumat 

səslənəcək,  film  nümayiş  olunacaqdır.  Mən  yalnız  onu  demək 

istərdim  ki,  bu  7  il  ərzində  ən  böyük  nailiyyətimiz,  ən  böyük 

uğurumuz  Azərbaycan  xalqının  inamını  və  hörmətini 

qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək  bir daha 

hamını  əmin  etmək  istərdim  ki,  Heydər  Əliyev  Fondu 

Azərbaycanın  bu  günü  və  sabahı  naminə  gələcəkdə  də 

çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər 

bir  insana,  hər  bir  quruma  –  istər  dövlət,  istər  qeyri-dövlət 

qurumuna,  bizimlə  əlaqə,  əməkdaşlıq  yaradan  beynəlxalq 

təşkilatlara dərin minnətdarlığımı çatdırıram. 

Əziz dostlar, ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən 

hazırlanmış bu gözəl axşam heç birinizi biganə qoymayacaqdır. 

Bu  axşamın  təşkilində  əməyi  olan  hər  bir  insana,  xüsusilə  də 

Heydər  Əliyev  Fondunun  komandasına  dərin  minnətdarlığımı 

çatdırıram. Mən sizə uğurlar, xoşbəxtlik, məhəbbət arzulayıram. 

Qoy Tanrı Azərbaycanı qorusun! Çox sağ olun! 

 

* * * 

Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs 

edən film nümayiş olundu. 

Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 

 



 

14 


 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi 

 

 Hörmətli xanımlar və cənablar, əziz dostlar! 



Bu  gün  ulu  öndər  Heydər  Əliyevin  doğum  gününü  qeyd 

edərkən,  əziz  xatirəsini  yad  edərkən  bir  daha  onun  ölməz 

xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə 

edirəm. 


Heydər  Əliyev  bütün  dövrlərdə  doğma  xalqına  sədaqətlə 

xidmət  etmiş,  Azərbaycanın  inkişafına  çox  böyük  töhfələr 

vermişdir. 

1969-cu  ildə  birinci  dəfə  Azərbaycana  rəhbərliyə  başlayan 

zaman  Azərbaycan  müttəfiq  sovet  respublikaları  arasında  ən 

geridə qalanlar sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf 

etmirdi,  kənd  təsərrüfatının  inkişafı  üçün  lazımi  tədbirlər 

görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz 

onun  fəaliyyəti  nəticəsində  13  il  ərzində  Azərbaycan  Sovet 

İttifaqı  miqyasında  ən  qabaqcıl  yerlərə  çıxa  bilmişdir.  Əgər  o 

vaxt  iki  respublika  özünü  təmin  edə  bilirdisə,  onlardan  biri 

Azərbaycan idi. O illərdə sənayenin güclü və möhkəm əsasları 

qoyulmuşdur  ki,  bu  gün  də  müstəqil  Azərbaycanın  sənaye 

potensialına  bunun  böyük  köməyi  vardır.  Azərbaycan 

Respublikasının  bütün  sahələrdə  inkişafında  böyük  irəliləyiş 

əldə edilmişdir. Bir sözlə, keçən əsrin 70-ci illəri Azərbaycanın 

tarixində  inkişaf  və  tərəqqi  illəri  kimi  qalmışdır.  Təbii  ki, 

Azərbaycan  müstəqil  deyildi  və  bütün  bu  nailiyyətləri  o  vaxt 

Sovet  İttifaqında  mövcud  ideoloji  çərçivələr  daxilində  əldə 

etmək mümkün olmuşdur.  

Heydər Əliyev 1982–1987-ci illərdə Sovet İttifaqının ali rəh-

bərliyində  təmsil  olunmuşdur.  İlk  dəfə  idi  ki,  azərbaycanlı 

böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. Sovet İttifaqı 

Nazirlər  Soveti  sədrinin  Birinci  müavini  kimi,  o  eyni  zamanda, 

Azərbaycanın inkişafına da böyük diqqət göstərmişdir və ürəyi 

Azərbaycanda qalmışdı. O illərdə Azərbaycanda proseslər hələ 

də  öz  axarı  ilə  gedirdi.  İnersiya  gücü  o  qədər  möhkəm  idi  ki, 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə