QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   10   ...   46

33 
 
Bənövşənin gözündə intizarı yazıram,   
Şerimi bilənlərin çoxu dumanlı bilir,   
Hancarı yazdığımı Tofiq Sultanlı
2
  bilir.   
Bəri  başdan  deyim  ki,  biz  şairin  poeziyasını 
dərin  təhlil  və  tənqid  etmək  fikrindən  uzağıq. 
Gör--kəmli  Azərbaycan  ədəbiyyatşünas  alimi 
Xətib  Təb--rizi  (1030-1109)  yazırdı  ki,  şeiri 
tənqid etmək onu yazmaqdan daha çətindir. Haqlı 
fikirdir.  Tən-qidçi  şeiri  doğru  təhlil  edə  bilsə, 
tənqidi  fikirləri  hədəfə  düz  dəyər.  Bizim 
əsərimizdə,  ümumiyyətlə,  Hüseyn  Kürdoğlu 
poeziyasına  dərin  məhəbbət  tədqiqatımızın  nurlu 
çırağı olmuşdur. 
 
 
 
 
                                                 
  Tofiq  Sultanlı  –  şairin  tələbə  yoldaşı,  gənclikdə  Sul-
tanlı  təxəllüsü  ilə  şeir  yazan, Cəbrayıl  rayonunun Sultanlı 
kən-dindən olan dilçi alim, akademik Tofiq Hacıyev 


34 
 
Şairin poetik dünyası
 
 
 
 
Ədəbi aləmə keçən əsrin 50-ci illərində gələn, 
yaradıcılığı 
şifahi 
xalq 
ədəbiyyatı, 
aşıq 
yaradıcılığı  və  klassik  şeir  ənənələri  zəminində 
formalaşan,  əsasən  milli  heca  vəznində  yazan 
Hüseyn Kürdoğlu təkrarsız şair idi. O, zəngin irs 
qoyub  getmişdir.  Cinaslı  və  cinassız  dördlükləri, 
cinaslı və cinassız ba-yatıları, təcnisləri, təsnifləri, 
qoşmaları, 
gəraylı-la-rı, 
qəzəlləri, 
rübailəri, 
ağıları,  şeir-məktubları,  it--haf-ları,  satirik  və 
yumoristik şeirləri, lirik, lirik- 
epik poemaları və s. ilə könülləri fəth etmişdir.   
Hüseyn  Kürdoğlunun  ilk  kitabı  –  “Səhər 
nəğmələri”  1963-cü  ildə  görkəmli  şair  Əhməd 
Cəmilin  redaktəsi  ilə  “Azərnəşr”də  çap  olunub. 
Bu, o dövr üçün inanılması mümkün olmayan bir 
iş  idi.  Adətən  o  vaxt  gənc  şairlərin  ilk  kitabları 
kiçik  həcmdə,  həm  də  kiçik  tirajla  “Gənclik” 
nəşriyyatında  çap  olunardı.  Şairin  ilk  kitabının 
“Azərnəşr”də,  özü  də  Əhməd  Cəmil  kimi  bir 


35 
 
şairin  redaktəsi  ilə  işıq  üzü  görməsi  hadisə  idi. 
Gənc  şairə  böyük  etimad  idi.  O,  bu  etimadı 
doğrultdu.  Kitabları  dalbadal  çıxmağa  başladı  və 
oxucu  rəğbəti  qazandı.  “Yurdumu  gəzə-gəzə” 
(1968),  “Qaya  çiçəkləri”  (1970),  “Doğma 
di-yarım”  (1973),  “Çiçək  təbəssümü”  (1975), 
“Ata  yurdum”  (1978),  “Dördtelli  durna”  (1979), 
“Toy  karvanı”  (1981)  və  s.  kimi  bir-birindən 
maraqlı kitabları çıxdı.   
Kürdoğlunun  sovet  quruluşunun  dayaqları 
laxlamağa  başlayandan  və  dağılandan  sonra  da 
sanballı kitabları çap olundu. “Durna səsi” (1985), 
“Bu  dünya  bir  karvan  yolu”  (1989),  “Min  bir 
bayatı”  (1992),  “Yaralı  torpağım,  yaralı  sevgim” 
(1997),  “Tovuzum  mənim,  Oğuzum  mənim” 
(1998),  “Ziyalımız-ziyamız”  (1999),  “İmana-dinə 
gəldim” (1999), “Hər şəhid bir nəğmədir” (1999), 
“Yurduma  qurbandır  sözüm”  (2005),  2  cilddə 
“Seçilmiş  əsərləri”  (2011)  oxucuların  stolüstü 
kitabına çevrildi.   
Yeri  gəlmişkən,  şairin  Özbəkistanda  da 
“Seçilmiş əsərləri” gözəl tərtibdə çap olunmuşdur 
(Daşkənd,  “Mumtoz  söz”  nəşriyyatı,  2014). 


36 
 
Tərcüməçi 
keçən 
əsrin 
70-ci 
illərindən 
Azərbaycan  ədəbiyyatını  özbək  dilinə  çevirən 
tanınmış şair Osman Qoş-qardır.   
Şairin  özbək  dilində  də  bizə  doğma  səslənən 
şeirləri  aşağıdakı  bölmələrdə  təqdim  edilmişdir: 
“Bu dünya bir karvan  yolu”,  “Dodağımdan öpən 
sözüm”,  “Yaralı  torpağım”  və  “Mumtoz 
duyğular”.   
Kitaba Özbəkistan Dövlət mükafatı laureatları 
İbrahim  Qafurov  və  Möhkəm  Mahmudov  rəy 
vermişlər. Kitabın redaktoru, professor Həmidulla 
Baltabayev  topluya  “Dərdli  elin  dərdmənd  şairi” 
adlı  geniş  ön  söz  yazmışdır.  Özbək  aliminin 
şairimizi  xalqına  necə  təqdim  etməsi  oxucular 
üçün də maraqlı olacağını düşünərək çox sanballı 
və  çox  da  gərəkli  məqaləni  ixtisarla  oxucu  və 
tədqiqatçılara  təqdim  etmək  qərarına  gəldik 
(məqaləni  Azərbaycan  dilinə  çevirən  filologiya 
elmləri  doktoru  Yaşar  Qasımbəyliyə  təşəkkür 
etməyi borc bildik).   
 
 
 


37 
 
Dərdli elin dərdmənd şairi 
Böyük  ədəbiyyat  aləminə  qədəm  qoymuş 
şairlərin 
öz 
üslubu, 
poetik 
təcrübəsi, 
özünəməxsus, həssas və incə “mən”i olduğu kimi, 
öz  taleyi  və  qisməti  də  olur.  Hər  bir  şair  öz 
taleyini yaşayır, tale ona nə qədər imkan versə, o 
qədər bu köhnə dünyanın sevinci və qəmi ilə aşina 
olur. 
Amma 
dünya 
ədəbiyyatı 
tarixində 
özünəməxsus  taleyi  olan  elə  şairlər  də  vardır  ki, 
onlar  müxtəlif  səbəblər  üzündən  öz  zəmanəsində 
yetərincə  şöhrətlənmir  və  ya  tanınsalar  da,  öz 
müasirləri  tərəfindən  yüksək  qədir-qiymətini  ala 
bilmirlər.  Müəyyən  vaxt  keçəndən  sonra  adil 
zaman öz hökmünü verir; bu gö-zəl və cazibədar 
şeiriyyətin  qapıları  şeirsevərlərin  üzünə  yenidən 
açılır, həmin şairin əsərləri kitablardan oxucuların 
qəlbinə köçür.   
Azərbaycan  torpağı  da  qədimdən  böyük 
şairlərin  vətəni  olub.  Xaqanidən  tutmuş  Ramiz 
Rövşənə  qədər  onlarla  təkrarsız  klassiklərin 
qələminin  qüdrəti  ilə  yaradılmış  bu  möhtəşəm 
poeziya  qəsri  nə  qədər  rəngbərəng  və  cazibədar 
olsa da, onda hələ də yeni-yeni və solmaz rənglər, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə