QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

38 
 
nəqşlər mövcuddur.   
Hüseyn  Kürdoğlu  –  zaman  və  millət  şairidir. 
Öz  dövrü  onun  qədir-qiymətini  lazımi  dərəcədə 
verə  bilməsə  də,  sonrakı  zamanlar  tarixin  bu 
səhvini 
düzəltməyə 
borcludur. 
Hüseyn 
Kürdoğlunun  bütün  zamanlarda  oxunmağa,  təkcə 
öz  ana  dilində  deyil,  eyni  zamanda,  onlarla 
dillərdə  səslənməyə,  başqa  ellərin  və  xalqların 
diqqətinə  və  məhəbbətinə  layiq  sənətkar,  öz  qəlb 
həqiqətlərini  başqala-rı-na  inandıra  bilən  şair 
olduğu  onun  “Seçilmiş  əsər-ləri”ndən  aydın 
görünməkdədir  (Hüseyn  Kürdoğlu.  Seçilmiş 
əsərləri. I-II cild. Bakı, “Sabah”, 2011). Görkəmli 
şair  haqqında  müxtəlif  dövrlərdə  tədqiqat  və 
məqalələr  yazmış  böyük  ədəbiyyatşünas  alimlər, 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyasının 
akademikləri  Bəkir  Nəbiyev,  Yaşar  Qarayev, 
Tofiq  Hacıyev  və  b.  müəlliflər  onun  “Füzuli 
səviyyəli,  Səməd  Vurğun  qüdrətli  şeirləri”nin 
varlığını  etiraf  etmişlər.  Çağdaş  Azərbaycan 
nəzəri-estetik  fikrinin  korifeylərinin  bu  elmi 
qiymət  və  xülasələrini  şairin  şeirləri  təsdiq 
etməkdədir.  “Dünya  bir  dərd  ağacı,  mən  də  onun 


39 
 
budağıyam”  kimi  misralarda  həqiqətən  də 
Füzulinin  ümumbəşəri  insani  ruhu,  Səməd 
Vurğunun  milli  dərdlərlə  yoğrulmuş  hərarətli 
poetik nəfəsi sezilməkdədir:   
Dünyada  bir  Söz  qoyub  getmək  ümidi  ilə 
yaşayan şair: 
Sözə verdim öz ömrümü dəmadəm,   
Ta əzəldən söz Əslidir, mən Kərəm.   
Ürəyimə odlar yaxdı bir sənəm,   
Qəlb viranə, qapısından girən yox –   
deyə 
şikayət  edəndə  onun  səmimiyyətinə 
səmim--qəlbdən 
inanırsan, 
çünki  şair  özü 
demişkən:  “Bircə  ona  sevinirəm,  Söz  önündə 
üzüm ağ”.   
Adətən  oxucular  sevdiyi  şeirləri,  sətirləri 
özlərinin qəlb dəftərlərinə həkk edirlər. Bəzən isə 
öz yaddaşlarına o qədər də arxayın olmayanda yan 
dəf---tərlərinə  yazırlar.  Həmin  şairi  xatırlayanda 
yan  dəftərlərini  vərəqləyib,  sevdikləri  şeirlərə  və 
ya  mis--ralara  dəfələrlə  müraciət  edirlər.  Mən  də 
bu  məq-sədlə  Hüseyn  Kürdoğlu  kitabından 
seçmələri  ya--zıb  qurtaranda  gördüm  ki,  bu 
şeirlərin  özü  elə  bir  dəftərdir  və  Azərbaycan 


40 
 
şairinin  duyğularının  yalnız  ona  məxsus 
olmadığını  dərindən  duydum.  Zira,  onlar  bir 
zəmində  və  bir  zamanda  yaşayan  bütün  söz 
adamlarının  və  zamandaşlarımızın  könül  izharı 
kimi duyuldu mənə.   
Həm  müasir,  həm  də  klassik  üslubda  və 
ahənglərdə  səslənən,  əruz  vəzninin  çərçivə  və 
hüdudlarına  sığmayan  bu  səmimi  duyğular  şairin 
qəlbinin 
həyatsevərliyindən 
və 
əbədiyyət 
ehtiraslarından, 
özü---nəməxsus 
mənəvi 
yaşantılarının və kədərinin son-suzluğundan xəbər 
verir: “Ögey söz doğma oldu torpağında bu dilin” 
misrasını  oxuyanda  oxucu  sanki  Nəsimi  və 
Füzulinin  odlu  nəfəsindən,  Səməd  Vur-ğun  və 
Nəbi Xəzrinin hərarətli sözlərindən güc alır. Çünki 
onun  ahənglərində,  söz  və  fikir  mənti-qində,  odlu 
və ehtiraslı mənəviyyatında bu ulu söz sahiblərinin 
və  ustadların  izi,  onların  dərdlərinə  və  kədərinə 
varislik nişanələri sezilməkdədir:   
Dənim söz olardı gər sünbül olsam,   
Sözdən göyərərdim ətirgül olsam. 
Sözüm qurtarmayıb yanıb kül olsam,   
Taparsan o sözü kül arasında.   


41 
 
Şairi  öz  elinə  onun  rəyçiləri,  tənqidçiləri, 
naşirləri  deyil,  sözləri  tanıdır.  Onun  şeirləri 
vasitəsilə  ifadə  olunan  qəlbi  və  duyğuları  sizin  də 
qəlbinizə  köçüb,  məhrəm  hiss  və  yaşantılarınıza 
çevrilirsə,  demək,  bu  şair  öz  xalqının  qəlbində 
əbədi yuva qurur.   
Özbək  oxucularına  ilk  dəfə  istedadlı  şairimiz 
Osman  Qoşqarın  tərcüməsində  təqdim  edilən  bu 
seçmə  şeirlər  toplusu  bizim  şeirsevər  qədim 
yurdumuzda  da  öz  qədir-qiymətini  alacağına 
ürəkdən inanıram.   
Həmdulla Baltabayev   
Daşkənd Universitetinin professoru,   
filologiya üzrə elmlər doktoru” 
 
Görkəmli  özbək  alimini  minnətdarlıqla  yad 
edə-rək  H.Kürdoğlunun  sovet  dönəmində  layiq 
ol-du-ğu qiyməti almaması ətrafında düşündüm və 
onun 
yaradıcılığını 
təhlil 
edəndə 
sovet 
quruluşuna,  so-vet  həyat  tərzinə  xas  olmayan 
qəribə  bir  mənzə-rənin  şahidi  oldum.  Şairin  heç 
bir 
əsərində 
saxta 
də-yərlərə, 
təriflərə, 
ideologiyaya 
məddahlığa 
təsadüf 
etmədim. 


42 
 
Əksinə,  bu  xoşagəlməyən  hala  qarşı  sə-sini 
ucaltdığını gördüm. 
Lakin  layiqli,  ləyaqətli,  xalqa  başucalığı 
gəti-rən 
şəxsiyyətlər 
haqqında 
yazmaqdan 
yorulmadı.  “Ziyalımız-ziyamız”  kitabını  nəşr 
etdirdi 
(1999). 
“Oxucuya 
sözüm” 
adlı 
müqəddimədə  məramını  açıqladı:  “Sevdiyim, 
tərənnüm  etdiyim,  bədii  portretini  yaratmağa 
çalışdığım  bu  unudulmaz  vətən  övladlarının 
bəziləri  ali  məktəb  müəllimlərim,  bəziləri  iş 
yoldaşlarım,  bəziləri  də  əsərlərini  sevə-sevə 
oxuduğum, şəxsiyyətinə pərəstiş etdiyim qocaman 
sənət  bahadırlarıdır.  Yaşayanlarına  uzun  ömür 
dilədiyim, 
dünyadan 
köçənlərinə 
rəhmət 
oxuduğum bu nadir insanların yüksək vətəndaşlıq 
qayələrini,  yüksək  əməllərini,  mənəvi-əxlaqi 
məziyyətlərini  poeziya  dili,  poeziya  rəngləri  ilə 
canlandırmaq  mənim  üçün  şərəfli  şair  borcu,  şair 
vəzifəsidir”.   
Xalq şairi Nəriman Həsənzadə çox maraqlı bir 
məqama  toxunur.  Şair  yazır  ki,  “sovet  dövründə 
bədii 
sənət 
ən 
çox 
fəhlə 
və 
kəndli 
nümayəndələrinin ad-san çıxaranlarını vəsf edirdi, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə